676-Sakların Dili Ve Edebiyyatı (Bextiyar Tuncay)



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə48/51
tarix17.11.2018
ölçüsü0,63 Mb.
#80567
1   ...   43   44   45   46   47   48   49   50   51

Mundan adri kəslinir.
Tat
——–
Kəldi manqa tat,
Aydım: emdi yat,
Kuşqa bolup ət,
Səni dilər us, böri.
Tərcüməsi:
Türk
——
Haçan görsələr onu-Türkü,
Xalq ona deyəsidir:
Ululuq buna yaraşır,
Bundan ayrısına yox.
Tat
——-
Yanıma gəldi tat,
Dedim: indi yat.
Quşa ət ol,
Səni quzğun, qurd istər.” (118.121).


Bu şerin dili də Maninin dili ilə eynilik təşkil edir və sak dilinin qərb (Parfiya) şivəsinə aid
edilə bilər.Onun Azərbaycanda yarandığını isə buradakı “tat” etnonimi sübut edir və məlum
olduğu kimi, Azərbaycanda yerli türklər tərəfindən “tat” adlandırılan bir xalq da
yaşamaqdadır. Sözügedən etnonimə “Kitabi-Dədə Qorqud”da da (saqqalu uzun tat əri
banladuqda) rast gəlinməkdədir (53.136). Süleyman Əliyarovun yazdığına görə, qədim türk
mənbələrində sözügedən etno-nim daha çox “iranlı” anlamında işlənmişdir (53.137).
Təqdim edilən şer parçasının tata aid ikinci hissəsinin son üç sətri söhbətin atəşpərəst
farslardan (Sasanilərdən) getdiyini, deməli, bu şerin də təqribən lll -Vll əsrlərdə yarandığını
sübut edir.
Tarixi mənbələrdən məlum olduğu kimi, atəşpərəstlər öz ölülərini xüsusi daxmalarda uzun
müddət açıq saxlar və qurd-quşun onun sümüklərini ətdən təmizləməsini gözləyərdilər. Belə
hesab edilirdi ki, ölənin ətini quzğunlar yesə, o, cənnətə, heyvanlar yesə isə, cəhənnəmə
gedəcəkdir (209.127).
Şerdə tata müraciətlə “indi yat, quşa ət ol, səni quzğun, qurd istər” deyi lməsi əslində, ona
ölüm və atəşpərəstlərin adətincə qurda -quşa yem olması barədə qarğış edilməsi, onun və
sözügedən adətin də ələ salınması anlamına gəlir.
Sakların danışdıqları dilin müəyyən edilməsi sahəsində gəldiyimiz nəticəni görkəmli dilçi
alimimiz Firidun Ağasıoğlunun ölçüyəgəlməz dəyərə malik olan misilsiz bir kəşfi də
bütünlüklə təsdiqləməkdədir. Söhbət Ermənistan (Armeniya) məliyi
l Artaşesin (e.ə-189-
160) sərhəd daşları üzərindəki yazıların oxunmasın -dan gedir. Məlum olduğu kimi, Artaşes
öncə Antioxun sərkərdələrindən biri idi və sonralar Arsakların (Parfiyanın) vassalı qismində
Ermənistanın məliyi (çarı) olmuşdur. Onun Araz yaxınlarında Artaşat şəhərini saldıraraq öz
ərazilərinin paytaxtı etdiyi məlumdur (216.l.407Artaşes; 60.31). Korneli Tasi tin
yazdıqlarından belə məlum olur ki, ikiüzlü və dəyişkən ermənilər çoxsaylı qarışıq evlənmələr
səbəbiylə parfiyalılara yaxındırlar və azadlıq nemətini dadmadan onlara tabe olmağa meyl
edirlər (7.349). Görünür, bu meyl və yaxınlığın səbəb və nəticəsidir k i, l Artaşesdən
dövrümüzədək gəlib çıxan sərhəd daşlarının üzərindəki yazılar türkcə, daha dəqiq desək, sak
dilinin qərb (Parfiya) şivəsindədir. Həmin daşlar (biri bütöv, biri sınıq iki daş) XlX əsrdə
Qərbi Azərbaycandan, Göyçə gölü yaxınlığından tapılmışdır. Rus alimlərinin səylərinə
baxmayaraq, yazının birinci iki sözündən-Artaşesin adından (Ataxşsi) və sonrakı “məlik”
(mlk) sözündən başqa digər sözlərinin mənasını tapmaq mümkün olmamışdı. Yəni yazının


arami (suryani) əlifbası ilə yazıldığı müəyyənləşdiri lsə də və onun səslənişi dəqiqləş -dirilsə də
alimlər yazının məzmununu dərk etməmiş, fəqət tam qəti bir şəkildə onun erməni dilində
olmadığı qənaətinə gəlmişdilər (7.181). Hər iki daşdakı yazı eynidir və onların səslənişi
belədir:
Artxşsi
mlkbryi
yritir
bundknxlt
Bütün sami əlifbalarında olduğu kimi, burada da saitlərin böyük əksəriyyəti qeyd edilməmiş,
sözlər bir-birinə bitişik yazılmışdır.
Firidun Ağasıoğlunun oxumağa müvəffəq olduğu yzının mənası belədir:
Artxşsi (Artaşes) mlk (məlik) bryi (birəyi-ərazisi). Bund (bunda-burada) knxlt (konğuldu-
qonuldu,qoyuldu). Yəni bu sərhəd daşı bura Artaşes məliyin ərazilərinin sərhəddini göstərmək
üçün qoyulmuşdr. (7.181).
Sözügedən daşların Göyçə yaxınlarından tapılması onu göstərir ki, l Artaşesin dövründə Qərbi
Azərbaycanın Araz çayından Göyçə gölünə qədər olan hissəsi işğal edilmiş və həmin dövrdə
Ermənistanın (Armeniyanın) tərkibində olmuşdur. Hər halda, onun işğalçılıqla məşğul
olduğunu Strabon da təsdiqləməkdədir (60.31).Artaşesin oğlu Tiqranın dövründə isə işğal
edilən ərazilərin sayı özünün maksimum həddinə çatmışdı, fəqət bu, əhəmiyyətsiz dərəcədə
qısa dövrü əhatə etmişdi. Artaşesin “məlik” titulu daşımış olması sübut edir ki, o da, oğlu
Tiqran da, heç də eməni tarixçilərinin qələmə verdiyi kimi müstəqil çar olmamışlar. Məlik,
yəni Arsaklarn vassalı olmuş və hər bir vassal kimi oğullarını parfiyalıların yanında əsir və
girov qoymuşlar. Bu, sovet dövründə rus dilində dərc edilmiş “Qədim düya” tarixi kitabında
yazılanlardan açıq-aydın görünməkdədir:
“Bu cür çarların gerçək hakimiyyəti Parfiyadakı ümumi əhval-ruhiyyədən asılı olurdu.
Əsirlikdə olan erməni şahzadəsi Tiqran onu Ermənistan taxtına oturdacağı təqdirdə
Atropaten ərazilərindən Parfiyaya “70 dərə” verəcəyini vəd edərək ll Mitridatı razı sala bildi.
E.ə. 95-ci ildə Tiqran Armeniya çarı oldu.” (218.406 -407).


Artaşesin yazısının dili sübut edir ki, türk dili, yəni sak dilinin qərb (Parfiya) şivəsi həm
Parfiya imperiyasının, həm də ondan asılı olan dövlətlərin (Albaniya, Ermənistan,
Atropatenanın) rəsmi dövlət dili olmuş və bu dilin yazısı üçün arami (suryani) əlifbasından
istifadə edilmişdir. Parfiya sikkələrinin üzərindəki yazılar da məhz eyni əifba ilə yzılmışdır.
Sonrakı əsrlərdə Sasanilər həmin əlifbanı parfiyalılardan cüzi fərqlə əxz etmişlər (28.148 -
149). Təsadüfi deyil ki, Maninin yaratdığı yeni əlifba-manixey əlifbası da öz qaynağını məhz
bu əlifbadan (arami) alır (28.166).
Parfiya və orta fars, yəni fars-Pəhləvi dillərini və yazı sistemlərini eyniləşdirən İ. Fridrixə
etiraz edən İ.M.Dyakonov onun “Yazı tarixi” kitabına yazdığı şərhlərdə parfiyaların və
farsların guya qohum olduqlarını təsdiqləsə də bildirir ki, parfiyalılara aid edilən və “pəhləvi”
adlandırılan kitablar əslində farslara aiddir və onların əlifbası ilə Parfiya yazılarının
əlifbasının hərf ləri arasında bəzi fərqlər var (28.224).
İ.M. Dyakonovun bu təsbitinin bizim üçün böyük əhəmiyyəti var. Cünki bəzi alimlər
sözügedən kitabları və Nisadan tapılan eyni yazıları pafiyalılara, yəni Arsaklara aid edərək,
parfiyalıların dilinin guya fars dili olduğunu iddia etmişlər. Halbuki, Parfiya sikkələrinin
əlifbası ilə sözügedən yazıların əlifbası eynimənşəli olsalar da ortada müəyyən fərq var. Ən
böyük fərq isə Parfiya (Arsak) əlifbasında, orta fars əlifbasından fərqli olaraq, “L” hərfinin
olmasıdır. Qeyd edək ki, Firidun Ağasıoğlu tərəfindən Artaşesin kitabəsinin oxunmasından
öncə Parfiya yazılarına sadəcə Parfiya sikkələrində rast gəlinmişdi və onların dilini müəyyən
etmək mümkün olmurdu.
Görünür, ermənilərin uzun müddət ərzində sak dilinin qərb (Parfiya) şivəsindən yazılı ədəbi
dil kimi istifadə etmələri səbəbindəndir ki, onların dili türk dilinin güclü təsirinə məruz
qalmışdır. Bu baxımdan alman alimi Mordmanın hələ 1870-ci ildə yazdığı fikirlər çox
maraqlıdır:
“Məlumdur ki, ermənilər hindavropa mənşəl i xalqdır, amma onların dili Turan dillərinin
güclü təsirinə məruz qalıb. Bu sözlərlə mən heç də çoxəsirlik əlaqə nəticəsində Osmanlı
dilindən alınmış sözləri yox, eramızın lV -Vll əsr erməni dilindəki Turan sözlərini nəzərdə
tuturam. Bu o dövr idi ki, Səlcuqlular, Osmanlılar və başqa türklər barədə bir şey məlum
deyildi.” (219.6).


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə