676-Sakların Dili Ve Edebiyyatı (Bextiyar Tuncay)



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə49/51
tarix17.11.2018
ölçüsü0,63 Mb.
#80567
1   ...   43   44   45   46   47   48   49   50   51

Gördüyümüz kimi Artaşesin rəsmi dil kimi istifadə etdiyi dil Parfiya (sak dilinin qərb şivəsi),
yəni türk dili olmuşdur. Bu dillə bağlı Strabonun söylədikləri mövzumuz baxımından böyük
önəm daşımaqdadır:
“Artaksiya (Artaşes) və Zariadriya …birlikdə öz torpaqlarını genişləndirdilər. Onlar bunu
ətraf xalqların torpaqlarını işğal etməklə gerçəkləşdirdilər. Belə ki, onlar midiyalılardan
Kaspiana, favnitida, və Basorope-danı, iberlərdən Paridr dağlarının ətəklərini, Xorzena və
Kür çayının o biri sahilində olan Qoqrenanı, xaliblərdən və mosineklərdən Kerenitida və
Kserksenanı…,kataonlardan Akilisenanı və Antitavr ətrafındakı vilayəti…, suriyalılardan
Taronitidanı zəbt etdilər. Bu üzdən də bu xalqlar indi eyni dildə danışırlar.” (60.31).
Strabonun “eyni dil” dedikdə nəyin nəzədə tutulduğu yuxarıda deyilənlərdən aydındır. Söhbət
sak dilinin qərb (Parfiya) şivəsindən, başqa sözlə türk dilindən gedir. Strabonun söylədiklərini
bizim üçün maraqlı edən “eyni dil”də danışan xalqlar içərisində xotənlərin, yəni sak -xotan
xalqının da adının qeyd edilməsidir. Qədim tarixçi onları “kataon” adlandırır. Bu isə o
deməkdir ki, sak-xotanlar həmin dövrdə təkcə Çində və Hindistanda deyil, Ön Asiyada da
yaşayırdılar.Əslində burada təəccüblü bir şey yoxdur. Çünki Parfiya iə Hindistan Sak (Şakya)
dövlətləri həmsərhəd idilər və daim Baktriya (bugünkü Özbəkistan və Tacikistanın cənubu və
Əfqanıstanın şimalı) və Hindistan (o cümlədən bugünkü Pakistan) torpaqları uğru nda bir-biri
ilə çəkişirdilər.
Strabon “eyni dil”də danışan xalqlar içərisində iskitlərin bir qolu olan və dəmiri kəşf edən
xalq kimi tanınan xaliblərin də adını çəkmişdir ki, bu da çox maraqlı faktdır. Ən maraqlı
faktlardan biri isə qədim türk-oğuz yurdlarından biri kimi tanınan, türk əfsanə və tarixi
mənbələrində önəmli yeri olan (85.57-60) Taronun adının çəkilməsidir. Yuxarıda təqdim
edilən sitatda bu ölkə Taronitida kimi qeyd edilir və onun suriyalılardan zəbt edildiyi
bildirilir.
l Artaşesin milli mənsubiyyətinin nə olduğu məlum deyildir. Onun etnuk erməni, yəni hay
olduğunu sübut edən heç bir dəlil yoxdur. Ermənistanın ilk məliklərinə gəlincə, erməni
tarixçilərinin yazdıqlarından onların sak olduqları anlaşılır. Məsələn, V əsr erməni tarixçisi
M.Xorenatsinin yazdıqlarından belə məlum olur ki, ermənilər Midiya şahı Varbak (Arbak,)
tərəfindən Ermənistanın hakimi təyin edilmiş sak oğlu Paruyru özlərinin ilk hökmdarları
hesab etmişlər (7.347). Eyni müəllif ondan öncə isə Tork (Türk) adlı hökmdardan söz açır:


“Vağarşak Haykakın nəvəsi Paskamın soyundan …Torku batı tərəfin hökmdarı təyin
etdi…Əgər istəsən sənə onun haqqında ağlasığmaz hekayətlər danışaram. Farslar Saqcik
Rüstəmdə 120 fil gücü olduğunu söylədikləri kimi, onun haqqında da elə igidlik və
qoçaqlıqlardan söz açılır ki, bunları nə samson, nə Herkules, nə də Saqcik haqqında demək
olmur” (7.346).
Erməni tarixçi həmin şəxsin igidlik və qoçaqlıqlardan söhbət açaraq Təpəgöz barədə “Kitabi -
Dədə Qorquddakı hadisəni danışır.
Tarixi faktlar,qədim yazılı mənbələr, arxeoloji tapıntılar Azərbaycanın və ətraf
ərazilərin ən qədim türk yurdu olduğunu, ayrı-ayrı türk ləhcə və şivələrinin məhz ölkəmizin
ərazisində kök dildən ayrıldığını söyləməyə əsas verir.
Dilçi alim Elbrus Əzizov deyir:
“Dilçilik tariximizdən bəllidir ki,yaxın areallarda yerləşmiş qohum dillərin uyğun
xüsusiyyələri daha çox olur.Lakin bir-birilədən uzaq areallarda yerləşmiş qohum dillərdə elə
uyğun əlamələrə təsadüf edilir ki,bunları heç də həmişə dillərin müasir vəziyyəti və daxili
inkişaf qanunauyğunluqları ilə izah etmək mümkün
olmur.Bəzən də elə olur ki, eyni dil xüsusiyyəti müxtəlif areallarda təkrar olunur.Belə
rəngarəng mənzərə türk dillərində çox aydın müşahidə edilir və bu hal sinxronik yox,daha çox
diaxronik baxımdan şərh olunmalıdır.Müxtəlif türk dillərinin və dialektlərinin izoqlos təşkil
edən bəzi xüsusiyyətləri həmin dillərin formalaşmasında iştirak etmiş eynicinsli tayfa dilləri
ilə bağlı olaraq meydana çıxır.Bu bir tərəfdən müxtəlif qəbilə və tayfaların uzun sürən
qaynayıb qarışması ilə,miqrasiyalar ilə bağlıdırsa,digər tərəfdən müxtəlif dialektlərin eyni bir
kökdən nəşət etməsi ilə, tarixən onların yaxın areallarda yerləşməsi ilə əlaqədardır.”
(114.118).
Bu baxımdan görkəmli ədəbiyyatşünas alim Zeynallının 1926-cı ildə dərc etdirdiyi bir
məqalədə söylədiyi fikirlər çox maraqlıdır:
“Bugünkü dilçilərimizin, demək olar ki, hamısı Azərbaycanı cənub türklər qrupundan
sayırlar.Lakin bir az dərin araşdırılsa,bunun bir yanlışlıq nəticəsi olduğu
görünəcəkdir.Azərbaycandakı ləhcə və şivələrin son dərəcə müxtəlif olması, bir şəhərin
özündə bir yerdə “əv”. o biri yerdə “ev”, üçüncü bir yerdə isə “öv” və yaxud “öy”


deyildiyinə diqqət olunsa,bu surətlə Azərbaycanın hansı dil qrupundan olduğu məsələsi də
gələcəyin ən pırtlaşıq və ilişik işi olacaqdır.O zaman bəlkə də Azərbaycan ləhcəsini bütün
türk ləhcələrinin ortası sayacaqlar ki, bu da yeni mövzu olacaqdır.”
(115.114).
A. Samoyloviç yazmışdır:
“…İranın və Azərbaycanın türk şivələri özünün əsas əlamətlərinə görə türk dillərinin
cənub-qərb qrupuna daxil olsa da son vaxtlar aydınlaşır ki,Azərbaycanda son dərəcə qarışıq
mənşəli türk ləhcələrinin qalıqları öz əlamətlərini saxlamışdır. Bunlar hazırda şimal -şərq və
uyğur da daxil olmaqla tamamilə başqa qruplarda mövcuddur.”(116.7).
Türk ləhcə və şivələrinin kök türkcədən ayrılma tarixi və məkanı barədə alimlər
arasında fikir birliyi yoxdur.Məsələn, Nizami Cəfərovun fikrincə, bu, l mi-nilliyin sonu, ll
minilliyin əvvəllərində baş vermişdir.
Nizami Cəfərov bildirir:
“Qədim ümumtük dilinin bölünməsi prosesi l minilliyin sonu, ll minilliyin əvvəllərində
əsasən üç türk dilinin formalaşması ilə başa çatmışdır:oğuz dili, qıpçaq dili, karluq dili. Lakin
həmin dillər bir-birinə o qədər yaxın və əlaqələri o qədər sıx, intensiv olmuşdur ki, ümumi bir
dilin – ümumtürkcənin dialektləri təsəvvürünü yaradırlar.” (69.112).
Nizami Xudiyev isə bir qədər fərqli düşünür.Onun fikrincə, bu proses ən geci eradan
əvvəl l minilliyin ortalarında baş vermişdir:
“Ümumi türk dili tarixinə həsr olunmuş tədqiqatlar, xüsusilə professor Əhməd
Cəfəroğlunun tədqiqatları göstərir ki, müxtəıif türk etnik -mədəni regionlarında meydana
çıxan türk ədəbi dillərinin tarixi ümumi türk dili tarixi anlayışını istisna etmir, əksinə,
tamamlayır və belə qənaəti möhkəmləndirir ki, müstəqil türk ədəbi dilləri ümumi bir türk
ədəbi dil mühitinin məhsulu olub, məhz həmin mühitin əks olunduğu coğrafi arealda
formalaşır, etnik-mədəni ehtiyacı ödəyir, sonra isə məhv olub gedir, dəyişikliyə uğrayır,
yerinə yeni ədəbi forma gəlir.Lakin hər bir yeni forma mütləq özündən əvvəlki normativ
formanın təcrübəsinə və ümumi tük ədəbi dili ünsürlərinin inkişafına əsaslanır.


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə