676-Sakların Dili Ve Edebiyyatı (Bextiyar Tuncay)



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə5/51
tarix17.11.2018
ölçüsü0,63 Mb.
#80567
1   2   3   4   5   6   7   8   9   ...   51

“Axlatda ilk oğuz köçərilərinin yaşaması haqqında bütün tarixlər və əfsanələr danışırlar.
Ancaq Övliya Çələbinin məlumatında (“Qorqud Kitabı”nda oğuzların baş hakimi) Bayandur
xanın Mahandan olması çox maraq doğurur. Bu isə o deməkdir ki, “Qorqud Kitabı”ndakı
Bayandur xan bir çox tədqiqatçıların fikirləşdiyi kimi (V.Bartold, V. Jir munski və b.)
etnonimin şəxsləndirilməsi deyil, tarixi şəxsiyyətdir.
Bunu qəti şəkildə təsdiqləmək üçün bizdə kifayət qədər material yoxdur. Ancaq Övliya
Çələbinin məlumatlarını tarixi həqiqət kimi qəbul etsək, onda məntiqi baxımdan “Qorqud
Kitabı”ndakı Bayandur xanın prototipi olması ehtimalı artır. Bunu Övliya Çələbinin
versiyasında Osmanlıların əcdadı Qayı Alp bəyin qardaşı olması da gücləndirir.” (85.63).
Övliya Çələbinin yazdığına görə, Mahan şahı Bayandur xanı Axlatın hakimi təyin etmişdi
(85.63). Bu isə söhbətin minillər öncələrdən getdiyinə işarədir. Yəni sözügedən məlumat
doğrudursa, oğuzlar Mahan ölkəsinin ən qədim sakinlərindən olmuşlar. Bu isə o deməkdir ki,
Mahan ölkəsi barədə məlumata sahib olan şumerlər oğuzlar barədə də məlumata sahib olmal ı
idilər. Artıq qeyd edildiyi kimi, Şumer -Akkad mənbələrində adlarına “kuti”(quti) formasında
rast gəlinən xalqı türk-oğuz xalqı hesab edən alimlər də var və görünür, onlar səhv etmirlər.
Görəsən, şumer mənbələrindəki Mahan ölkəsi sonrakı minilliklərdə adı na Aşşur-Babil və
qədim yəhudi mənbələrində “Manna (Man, Minni, Munaş) ölkəsi” kimi rast gəldiyimiz ölkə
deyil ki, axı, bu ölkə bəzən mixi yazılarda Qutium, yəni “kutilər ölkəsi” də adandırılır?
Bu suala gələcək tədqiqatlar cavab verməli olacaq.
Firidun Ağasıoğlu yazır:
“Dəclə çayı ilə Urmu (Urmiya) gölü arasında ayrı-ayrı bəyliklər şəklində yaşayan çoxsaylı
quti (kuti) boyları vaxtaşırı Akkad və Elam dövlətlərinin hücumlarına məruz qalır, var-
dövlətləri yağmalanırdı. Həm akkad, həm də elam yazılarında gös tərilir ki, qutilərin ölkəsində
70 boyla vuruşmuşlar. Əlbəttə, bu boyların hamısı ayrılıqda quti adlanmırdı. Sonrakı
mənbələr göstərir ki, bəzi yazılarda “quti” adı o dövrdə həmin ərazidə yaşayan subar, turuk
(türk), kuman, bars, börü, qarqar, azər, zəngi və sair türk boylarının ümumi adı kimi
işlənmişdir. Miladdan öncə XXlll əsrin sonunda yadelli işğalçılara qarşı öz ətrafında 70 boyu
birləşdirən quti bəyliyi az sonra güclü dövlət qura bilmişdir.” (7.147).


Tarixi mənbələrdən məlumdur ki, kutilər İkiçayara sında (Messopatamiyada) baş verən
hadisələrə müdaxilə edirdilər. Onlar Şumer ikiçayarası ilə müttəfiq münasibətləri saxlayır,
lakin Akkad hökmdarlarının işğalçılıq siyasətinə qarşı çıxırdılar. Epik əsərlərdən məlumdur
ki, Akkad hökmdarı Naran-Suen Urmiya gölü hövzəsində yaşayan tayfalara qarşı təcavüzkar
siyasət yürüdürdü. İşğala məruz qalan 70 hökmdar, o cümlədən Urmiya hövzəsi etnosları
ittifaq yaradırlar. Müttəfiqlərə qarşı göndərilən Akkad ordusu məğlubiyyətə uğradılır.
Naran-Suen eyni zamanda şumerlərin dini mərkəzi olan Nippur şəhərinə ordu göndərir və
buradakı Enlil məbədini dağıtmaq istəyir. Lakin o buna nail ola bilmir. Kuti hərbi dəstələri bu
şəhərin köməyinə gəlirlər. Kuti dəstələrinin başında Enridavazir (e.ə.2225 -2205) durmuşdu.
Onun şərəfinə Nippur şəhərinin mərkəzinə mixi yazılı abidə qoyulur və orada Enridavazir
“qüdrətli, Kutium (kutilər ölkəsi) və dünyanın dörd səmtinin hökmdarı” adlandırılmışdı
(1.69).
Naran-Suen e.ə.2201-ci ildə Enridavazirlə döyüşdə ölür və bundan sonra İkiçayarasının xeyli
hissəsi kutilərin nəzarəti altına düşür. Ancaq Akkad və Şumer üzərində tam nəzarətə kutilər
Elulemişin dövründə nail olurlar. Beləcə, F. Ağasıoğlunun fikrincə, kutilərin Şumer üzərində
91 il 40 gün (e.ə 2200-e.ə 2109) sürən hakimiyyəti başlayır. Bəzi alimlərə görə, bu
hakimiyyət 124 və ya 132 il davam etmişdir. Quti hakimiyyətinin başlanğıc tarixi barədə də
mütəxəssislər arasında yekdil fikir yoxdur. Məsələn, L.Helpen e.ə. 2622 -ci ili, E.Meyer,
Ş.Günaltay e.ə. 12550-2374 ci illər arasını göstərirlər. İ,Dyakonov bu hakimiyyətin son ili
kimi e.ə. 2109-cu ili qəbul edir ki , F.Ağasıoğlu da bu fikrə şərik çıxır.
Həmin dövrdə Kuti imperatorluğunun mərkəzi Arrapha (indiki Kərkük) şəhəri idi. Kutilərin
idarəsi altında olan torpaqlarda əmin -amanlıq və firavanlıq hökm sürürdü. Təsadüfi deyil ki,
kutilərin Laqaş canişini Qudea (e.ə. 2133 -2117) bu barədə belə yazmışdır:
“Şəhərin məzarlığında qəbir qazılmadı, heç bir ölü gömülmədi, qala rahibi musiqi aləti
daşımadı, ondan bir nəğmə (yas havası) çıxmadı, ağıçı qadın ağı demədi.” (7.148).
Sözügedən dövrdə Kuti imperatorluğunun paytaxtı olmuş bugünkü Kərkük şəhərinin tarixi
bilinməyən dövrlərdən oğuz-türkmənlərlə məskun olması faktı da kutilərin qədim oğuzlar
olduqları barədə söylənilən fikirlərə haqq qazandırmaqdadır. Hər halda, fakt budur ki, Kərkük
oğuzlarının guya həmin əraziyə Səlcuqlar və ya Abbasilər dövründə gəldikləri, ondan öncə
sözügedən ərazidə türklərin yaşamadığı barədə fikirlər özünü doğrultmur. Çünki cahiliyyə


dövrü, yəni islamaqədərki ərəb ədəbiyyatında, o cümlədən Aşa və Nabiğa kimi şairlərin
şeirlərində türklərdən bol-bol söhbət açılmaqda, tarixi mənbələrdə Həzrət Peyğəmbərimizin
(c) səfərlərə çıxdığı zaman türk çadırında yaşadığı barədə məlumatlar bulunmaqdadır (84.22).
Oğuzların Azərbaycanın avtoxton əhalisi olduğunu və çox -çox öncəki minil-liklərdən bu
ərazidə yaşadıqlarının başqa bir dolayı sübutu da vardır. Söhbət yaranma tarixi minilliklərin
dərinliklərinə qədər uzanan və təmiz oğuz türkcəsində olan bir sıra folklor nümunələrimizin
məhz minillər öncə ölkəmizin ərazisində ərsayə gətirildiyinin arxeoloji qazıntıların nəticələri
ilə öz təsdiqini tapmasından gedir.
Böyük rus türkoloqu Lev Qumilyov özünün məşhur “Qədim türklər”kita-bında ən qədim
zamanlardan etibarən türklər arasında “yada daşı”, yəni cadu daşı adlanan magik daşların
köməyi ilə quraqlıq zamanı yağış yağdırmağın mümkünlü-yünə inamın mövcud olduğunu
qeyd etmiş və türklərin bu sənətlə məşğul olduqları barədə müxtəlif qaynaqlarda məlumatlar
bulunduğunu yazmışdır:
“Yuebanlar haqqında olan rəvayətdə soyuq hava və yağış çağırmağı bacaran
cadugərlərdən söhbət açılır.Jujanlarla döyüş zamanı yueban cadugərləri qarlı fırtına çağırıb
düşmənlərin üzərinə göndərmişdilər.Bənzər rəvayəti Turlu Qriqori
də nəql etmişdir.Avarların frank larla döyüşü zamanı avar cadugərləri şimşəkli tufan
yaratmış, şimşək frank düşərgəsini vurmuş və onlar bunun nəticəsində məğlub
olmuşdular.Eyni cadu gücü naymanlara da aid edilmişdir.Rəşidəddin yazır ki,Çingiz xana
qarşı döyüşən və başında Camuxanın durduğ u soy birləşməsinin cadugərləri də tufan
yaratmış,fəqət hesablamada səhvə yol verdiklərindən tufan öz başlarına çaxmışdır.”(20.94-
95).
Türklərin yağış yağdırmaq gücünə sahib olan daşlardan istifadə etdikləri barədə bir çox
müəlliflərin,o cümlədən Təbəri,Səəlibi,Balimi,Firdovsi,Mirxond, Sebos və başqalarıının
əsərlərində,eləcə də 7-ci əsrin anonim Suriya və 10-cu əsr fars anonim mənbələrində çox
sayda məlumat olduğunu söyləyən Lev Qumilyov daha sonra yazır ki,yalnız Firdovsi bu halı
izah etməyə çalışmış və baş verənləri kütləvi hiptnoz kimi şərh etmişdir.Qədim türklərin bu
sənəti “yada”,yəni cadu ad-


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə