676-Sakların Dili Ve Edebiyyatı (Bextiyar Tuncay)



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə6/51
tarix17.11.2018
ölçüsü0,63 Mb.
#80567
1   2   3   4   5   6   7   8   9   ...   51

landırdıqlarını diqqətə catdıran müəllifin bildirdiyinə görə,ayrı -ayrı türk xalqların-da bu inam
20-ci əsrin əvvəllərinə qədər davam etmişdir.
Dilçi alim Firudun Ağasıoğlu yazır:
“Təbərinin yazdığına görə,Həzrət Nuh peyğəmbərin oğlu,türklərin ulu babası
hesab edilən Yafəs türk xalqına yağış yağdıran yada daşı vermişdir.Başqa bir rəvayətdə isə
həmin daşın türklərə Həzrət İbrahim peyğəmbərdən miras qaldığı bildirilir.”(21.73 -74).
Türklərin yada daşının köməyi ilə yağış yağdırdıqları barədə məlumat verən
müəlliflərdən biri də 10-cu əsrdə yaşamış məşhur alim İbn Əl-Fəqih Əl-Həməda-nidir.O,ərəb
dilində qələmə aldığı “Əxbar əl -buldan”,yəni “Ölkələr haqqında xəbərlər” adlı kitabının
“Türklər,onların ölkəsi və bu ölkədəki möcüzələr haqqında“ başlıqlı bölümündə mövzu ilə
bağlı maraqlı fikirlər söyləmişdir:
“Türklər ölkəsinin möcüzələrindən biri də onların köməyi ilə türklərin yağış,
qar,dolu yağdırdıqları və istədikləri digər bənzər təbiət hadisələrini meydana gətirə bildikləri
daşlardır.Onlarda bu daşlar böyük önəmə sahibdirlər və geniş istifadə edilməkdədirlər.Bunu
türklərin heç biri inkar etmir,fəqət həmin daşlar doqquzoğuzlar arasında daha çox
qiymətləndirilir.”(22.49).
Müəllifi məlum olmayan,13-cü əsrdə fars dilində qələmə alındığı bilinən “Əcaib əd -
dünya”,yəni “Dünyanın qəribəlikləri”adlı kitabda da maraqlı bir qeydə rast gəlmək
mümkündür:
“ Deyirlər ki,Ərdəbildə böyük daş var,əlinlə onu vurduqda xoş səs çıxarır. Quraqlıq
düşdüyü zaman bu daşı şəhərdən kənara çıxarırlar və o saat yağış yağır.
Onu yenidən şəhərə qaytaranda yağış kəsir.”(23.124).
Sibir türklərinin inancları nın mühüm tərkib hissəsi olan yada daşına və onun magik qüvvəsinə
inam şamanist təsəvvürlərlə və bu təsəvvürlərin əsasında duran mifik təsəvvürlərlə birbaşa
bağlıdır. Məsələn, teleutların təsəvvürünə görə, sözügedən daşın sahibi göyün 12 -ci qatında
yaşayan Yada Atadır (127.34-35).


Xalqımızın ilkin inam və etiqdlarının,ovçuluq,əkinçilik,maldarlıq həyatı ilə bağlı mifik
təsəvvürləri bizə əsasən xalq yaradıcılığı nümumələri ilə gəlib çatmış -
dır. Bu nümunələr improvizə edilmiş formalarda,əksər halda isə türkdilli xalqların poetik
yaradıcılığı üçün ənənəvi olan ibtidai ölçü qəliblərində yayılmışdır.Türk boy -larının ilkin
magik təsəvvürlərinin poetikləşməsi ,şifahi bədii yaradıcılıqda əks olunması dövrünün
məhsulu olan ovsunlar müəyyən mərhələdə ibtidai insanın gündəlik həyatında,həyatı
dərketmə və öz bildiyi kimi idarə etmə prosesində mühüm mövqe tutmuşdur.Zaman
keçdikcə,təbiətin sirləri insan üçün açıldıqca ovsun təsəvvürləri də zəifləmiş, bir janr kimi
arxaikləşmişdir.
Ovsun sözün gücünə inamı əks etdirən bir janrdır.Bu janrda oxşar səslər, sözlər vasitəsilə
insan psixikasına təsir göstərilir,sözün gücü,təsiri inamın təntənə -sinə çevrilir.
Xalq içərisində uzun müddət quraqlıq olarkən müəyyən “müqəddəs”ocaq -lardan götürülmüş
daşları ortadan dəlib suya salardılar.Məsələn, Quba – Qonaq-kənd zonasında Baba dağdan
gətirilmiş daşları suya salıb ipin başını sahildəki ağaclardan birinə bağlayardılar.İpin
bağlandığı ağac adətən qarağac və ya fındıq ağacı olmalı idi.Daşlar suya salınarkən xorla
oxuyardılar:
”Daş başım,
Yaş başım,
Yaş oldu
Üst-başım.”
Sonra daşı suya salardılar.Bu vaxt ovsun oxunardı”
“Suda daşım,
Baba daşım,
Gələr,getməz
Yağışım.


Suda daşım,
Yaş başım,
Yaş oldu
Üst-başım.”(24.12).
Folklorşünas alim Azad Nəbiyev deyir:
“Məlumdur ki,hələ çox qədimlərdən arası kəsilməz yağışlar zamanı günəşi çağırış
mərasimləri xalq arasında geniş yayılmışdı.İbtidai insanlar bu görüşlə bağlı ovsunlar da
yaratmışlar.Onlardan biri belədir :Günəşin çıxmasını arzulayan insanlar Baba dağından
gətirilmiş daşları ocaqda,küldə basdırar və ocaqda xəşil bişirərdilər. Xəşili ananın ilki
çalmalı idi.Ovsunçu basdırılan daşların üstünə közləri yığa-yığa ovsun
oxuyardı:
“Qodu daşı,
Odu daşı,
Qodu kəssin
Yağışı.”
Sonra qızlar birlikdə oxuyurlar:
“Budu daşı,
Bulutların
Kudu daşı,
Bişirmişəm
Xəmiraşı.
Qonaq gəlsin


Godu başı,
Gətirsin
Qızıl günü,
Aparsın
Yağışı.
Qodu daşı,
Odu daşı,
Qodu kəssin
Yağışı.” (24.12-13).
Qarğalar təpəsindən tapılan ocaq yeri və ocaqdan qaralmış daşlar bu qədim türk inancının
köklərinin ən azı Eneolit dövrünə,yəni 6 -8 min il öncələrə qədər uzandığını və bu mərasim
zamanı oxunan ovsunların da 6-8 min il öncəyə aid po-etik nümunələr olduğunu sübut edir
(1.32).Bu isə o deməkdir ki,Azərbaycanda türk-oğuz ağız ədəbiyyatının yaşı minilliklərlə
ölçülür.
Nəsir Rzayev yazır:
“Ovsunçuluq qədim mədəniyyətimizdə,folklorumuzda dərin köklər sal-dığı üçün
onun ənənəvi davam edən izləri dövrümüzədək gəlib çıxmışdır.Bu izlər təsərrüfat
həyatında,təbiətdə və məişətdə baş verən hadisələri ovsunlamaq məqsədi ilə,dilimizə canlı və
cansız varlıqları ovsunlayan sözlər gətirmişdir.Azərbaycan ərazisində,son vaxtlara qədər
ovsunlama ayinlərinin ayrı-ayrı formaları,daha doğ-rusu,fraqmentləri icra
edilirmiş.Ovçuluq,maldarlıq,əkinçilik təsərrüfatlarına dair bir neçə ovsun ayini nümunəsi
göstərək.Ovçu gələcək ovun müvəffəqiyyətlə keç-məsi üçün ovu nişan alaraq oxu atarkən belə
deyir:
Haş getdi,
Huş getdi,


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə