*7 alan bilməz, verən bilir



Yüklə 292 Kb.
tarix11.09.2018
ölçüsü292 Kb.
#68109

♣ Abad evlər uçut qalmış, lələ köçmüş köçüt qalmış. (uçut: xərabə). ( köçüt: köç yeri ).

♣ Ac atı yüküynən, dəvəni tüküynən utar.

♣ Ac qarın, bilim bilməz. (bilim: elm). (ac qarın bilim işləməz).

♣ Ac qonağa, bir çörək, naz balışdan yeğ gələr.

♣ Ac olan, doymayınca, oynamaz.

♣ Ac olub kef çəkməgin dadı, qat qat tox olub, keflənməkdən yaxşıdır.

♣ Ac siçan torbanı dələr, ac köpək ocağı.

♣ Acı sözün biri belə yandırar, dadlı sözün mini olsa qandırar.

♣ Acığın gəlsə, burnuvu dişlə (hirslənsən, özüvü döğ).

♣ Acın başı yox, toxun qadası. (qadası: əngəli. manei). (aclıq baş itirdir, toxluq od itirdir).

♣ Acın gözü əkməkdə, toxun gözü si-məkdə oli.

♣ Acın qarnı doyunca, gözünün dədəsi yanar.

♣ Acın qarnı quruldar, toxun si-i xoruldar. (toxun götü guruldar, si-i xoruldar).

♣ Aclıq çölək, toxluq törək.(çölək: sölək). (törək: dölək. bolaq. gölək. olqun. çıxarlı).

♣ Aclıq gıyın çəkməmiş, toxluq bolluq nə bilsin. (gıyın: gücün. zorun).

♣ Açıq könül, açıq yol.

♣ Açıl sol, ağla gül, olub öl, sürüb devran fırlanar.

♣ Adam adamı yeyər, göz qurtdan qorxar.

♣ Adam axtayırsız, yox sizi

♣ Adam otaran çox olar. (otaran: aldadan. Səriyən).

♣ Adam sandım eşşəyi, qaba sərdim döşəyi.

♣ Adam var qardan soğuq, adam var qordan sıcaq.

♣ Adamda var otdu, düşdüyü yeri ütdü.

♣ Adam var yatay (cəhət) dəğişir, adamda var yatağ.

♣ Adam var, adam deyincə, şirin canın qıymağa qayın, bir baləcə gülümsəyincə, günəş olub, parlır dolayın (tayın: qayın: qayar. (qayrılmış olan) hazir). (parlır dolayın: ışıldadır çevrəsin).

♣ ''Adəm'' bir dənəyə satmış səggiz qat uçmağı(cənnəti) billah nəyimiş cənnətin canım səmənisi gör.

♣ Adı bala, özü bəla.

♣ Adı çin, özü cin. (adı var, özü yox).

♣ Adı duzlu, özü üzlü.

♣ Adı qonağın, dadı qonağçının.

♣ Adı sara, özü qara.

♣ Adı yavuz olur qurdun hamıdan, kəsər baş tülkülər var, demə ovsun.

♣ Adın çək, qulağın bur.

♣ Adına gəldim, sanına gəldim, səni adam bilib, yanına gəldim.

♣ Ağ açıq durda, yaxınlaşma.

♣ Ağ başlı qara qoyunun quyruğu olsan belə, ağ (doğru) söylə.

♣ Ağ qoyunun qara quzusu. (o dədədən, bu bala?).

♣ Ağ qurub av avlamaq.

♣ Ağa məhəmmədof mezayevsiki.

♣ Ağa olar dedilərki (''şur''eş) konin, ma həm (''şureş'') kərdim.

♣ Ağa seyid məməd, narodi artist, qələt nataraz.

♣ Ağac başı yel alar, göyçək üzlər söz.

♣ Ağac göyə uzanarda, göyə ərməz.

♣ Ağac istər nə qədər uzansın, göyə ərməz.

♣ Ağac tutan ağac vurandan artıq

♣ Ağılda oğlaq doğsa, arıxda otu önər. (diş verən, dişləkdə verər).

♣ Ağıldan yavan, cibdən yağlı. (ağıldan yavansın, amma cibindən yağ damır).

♣ Ağıllı, ayı göstərəndə, səfeh barmağına baxar.

♣ Ağır daşı su axırmaz.

♣ Ağır işdən qaçma, yüngülünə çapma.

♣ Ağır olsan, utarsan.

♣ Ağır yonqanı, yel almaz.

♣ Ağırın üstündən, yüngülün altından.

♣ Ağız gülə, uyuşluqla (xoş üzlə) qarşıla, gəlsə sənə gülər üzlə, uğur (dadığ) sözlə kim kişi.

♣ Ağızda it boğuşdurur

♣ Ağızdaykən diridir, yazıldısa ölüdür. (atalar sözü).

♣ Ağla qara, qaraşdı, ərdəm yayın quraşdı, çərik dartıb guraşdi (gürəşdi) bilinməyir kim çalacağ üsləyu. (yavı yaxı (xeyrlə şərr) üz bə üz oldular, bacarıq kamanın işə saldılar, qoşun çəkib gürəşdilər, bəlli deyil hançısı üsləyəcək).

♣ Ağlı qaranı seçən çağda, göğsü gözəl, qaba dağlara gün saçanda.

♣ Ağlı qıssada, dili uzun. (ağlı qısanın, dili uzun olar).

♣ Ağrının çoxu, çoğun (əksərən) yalağa (yoxsula) düşür.

♣ Ağrır başım, dartır qaşım.

♣ Ağsa qızıl bayraq (qalxsa qızıl günəş) doğar qara topraq.

♣ Ağzı aşsız, başı daşlı olur.

♣ Ağzı əlində, əli ağzında.

♣ Ağzın dolu qan olsada, qanlıva bildirmə. (qanlıva: düşmənivə).

♣ Ağzın yelə vermək. (ağzını sala salmaq). (ağzın açıb gözün yummaq).

♣ Ağzın yumub, sözün utan qurtular.

♣ Ağzına ip ölçərləmək. (ağzına ip ölçmək). (birinin ağzını aramaq. sezdirmədən birinin oyun öğrənməyə çalışmaq).

♣ Ağzında bal, damağları çağ (yaşardılar).

♣ Ağzız dadlı, çayız şirin olsun.

♣ Ah doslarım, doslarım, qaysı birin aytayım (hançı birin deyəlim).

♣ Axdaran balasında bulur, ağasında.

♣ Axdaran tapar, çörəkçi yapar.

♣ Axımın uğruyla üzmək.

♣ Axsaq qoyun ya köy yaxasında, ya quyu başında.

♣ Axşam olsun uğurlu, dan atınca kimi doğar, kimi boğar, kimi qalar, kimi batar.

♣ Axşam yaxın yol uzaq.

♣ Axşama qalan çox otlar.

♣ Alağanda (ovcunda) güdüb böyütmək. (göz giləsi kimi qoruyub bəsləmək).

♣ Alan bilməz, verən bilir.

♣ Alatürka - yengə amerikalı: qohum (qardaş). amrikalı.
- yengəyə alam olsun.
- forqetmiş günlər.
- kola turka: türk kokakulası.
- sevişabıl səlamlar.
- ''milli'' sözlər göz oxşamaz.
- milividə çək millətividə.

♣ Aldından qucaqlar, ardından pıçaqlar, üzə gəlsə gül tökər, arda keçsə kül tökər. (iki üzlü). (betinə gülər, ardına külər: üzünə gülər, dalna kül ələr).

♣ Aldıva baxıb gir, ardıva baxıb çıx. (aldıva: qabağıva).

♣ Alışan yeyib qaldı, quduran yeyib qaçdı.

♣ Alışqan qol (əl) təkin durmaz. (təkin. dinc. rahat).

♣ Allah belin qırmasın.

♣ Allah onu əli boş, könlü xoş öğdə (çağda) yaratmış.

♣ Allahın məsəllisi,keçinin səqqәllisi, keçi çıxdı minbərə, yalvardı peyqumbərә, peyqumbәrdən beş atli,beşində səhәr atdi.

♣ Alma pişmiş, ağza düşmüş.

♣ Almadan verən tanrı.

♣ Almaq ilə bayınmayıb, doymayıb kimsə.

♣ Alnı açığ üzü ağ, utanlacaq nəyi var.

♣ Alt dodağı yer süpürür, üs dodağı göy.

♣ Altın odla yoxlanır, qadın altınla, kişi qadınla.

♣ Altın yerdən, batır eldən. {qara topraq altın saxlır, qara el batur, (bilgin) }.

♣ Altın, daş yarıb çıxar, iyi söz, diş yarıb çıxar.

♣ Ana süt verməz ta ki oğul ağlamaz.

♣ Ananın aşı, ağzıvın dadı, təndirin başı, yedin yat.

♣ Ananın çıxdığı dala, qızı salıncaq qurar.

♣ Anası doğurkən, deyib - balam səni görüm ''çəkili çörək yemiyəsən'').

♣ Anası onu qaçqaşda doğmuş (köç sırasında).

Anca yava olaki bu cahan, döndərə üzün, su kimi axa qan.

♣ And vermə sözləri - yaşda böyük olanlara, yol üsdə duranlara, beşikdə yatan cocuqlara, qucaqdaki körpə uşaqlara.

♣ Anlamadan söyləyən, ağrımadan ölür (nədənsiz, səbəbsiz ölür. qanı boşuna gedir).

♣ Anlı başa ayağ ol, qanlı başa papağ yox. (anlı: arif). ( birinə ayağ olmaq: birinin yükün, diləyin yüklənmək. Birinə qarşı əğilmək)

♣ Anlı kişi, yanğı otun, tez enər. (anlı: arif). (yanğı: şəhvət) ( işlərin necəliyin bilən adam, şəhvət (həvəs) otuna tez qalib gələr).

♣ Anlı odur bir imiylə söz qana. (imiylə: im ilə) ( arif odur bir işarə ilə mətləbi ala).

♣ ARALI SORALI SÖZLƏR

♣ ARALI SORALI SÖZLƏR- birinci bölüm-16\ 12\ 2010

♣ Arğımıq at yallıda olur, yalsızda, başlı iğid varlıda olur, varsızda. (arğımıq: köhər. əsil).

Arizeylə (arizə ilə) Arzunun ayrımı (fərqi) çoxdu.

Arizə hara, Arzu hara.

♣ Arpa, buğda aş, altın, gümüş daş.

♣ Arslan olur izin bilmir, ağzın açır sözün.

♣ Arslanın ölüsündəndə, it qorxar.

♣ Arvad əleyhissəlam.

♣ Arvadın fəndi, kişini yendi.

♣ Arvadın qazdığı quyudan su çıxmaz.

♣ Aslan ölüsü, siçan dirisi, kim güclü.

♣ Aslanda ov aldırmaz, qaçar yakı dağ olsa. (yak:. yer mihit).

♣ Aş hayına gedmiş, daş yığmış.

♣ Aşa yaşa, yaşa aşa (aşa: ye).

♣ Aşağan yerinə (yediyi yerinə) itdə qayıdar.

♣ Aşçı əli, qaşıq sapından qaralır.

♣ Aşıq (yoldaş) yarından, ölkə başından çürür.

♣ Aşıvın duzundan birazda sözüvə qat.

♣ Aşqa (eşqə) öğrəşilməz.

♣ Aşpazxana pişiyi.

♣ At çəkənmiyəni söz çəkər. (sözün gücü).

♣ At görkəni (gözəlliyi) yalında, qız görçəni saçında.

♣ At görməmiş ata çatsa, çapıb öldürür, kürk görməmiş kürk tapsa, çırpıp yoldurur.

♣ At izin gəzəndə var, it izində.

♣ At nallanır, qurbağa ayağ qoğzur.

♣ Ata ağaca çıxsa, oğlu budaların gəzər.

♣ Ata olan ata çatar, atı olan ataya yox.

♣ Ata taxa (nal) qoyular, qurbağa ayağ götürər. (götürər: qaldırar).

♣ Atalarsözü, için sözü.

♣ Atama yataq saldım, gəldi qalayçı yatdı.

♣ Atası heyva yesə, oğlun dişi qamar. (birinin suçu, dövrə bərinə toxunar, zərər verər) (qonşuda od yansa, tüstüsü qonşuya keçər. qonşuda od yansa, istisi qonşuya keçər).

♣ Atasın satıb, at alanda var.

♣ Atasına bax, oxunu ver, anasına bax oğluvu. (atmağına, oxçuluğuna görə ox ver, anası bəlli, qızı bəlli).

♣ Atın varkən yol qazan.

♣ Ay aylanıb yerin başına, qurban olum toprağına daşına.

♣ Ay xoca, sənin gulağların eşşəyin gulğlarını yadıma salır.


- xocada deyir - vallah elə məndə sənə baxanda eşşəyim yadıma düşür.

♣ Ayağa düşən güc (çətinlik) başdandır.

♣ Ayağı yekə, sığanın geyər, ayağı kiçik söyənin. {qarınpa (acgöz). tapanın yeyər, qursağı kiçik, (toxgöz) istəyənin}.

♣ Ayaq iki, yol bir.

♣ Ayaq üsdə qırxıda çıxmaq. (arıqlığdan çöpə dönmək).

♣ Aydan gündən payı var, beçə baldan dadı dadı. (sevimli nərsədən danışırkən söylənir).

♣ Ayı çox çəlişər, armud çağında pişər. (çəlişmək: mubarizə edmək).

♣ Ayla günəş bir olur, ulduz səksən min.

♣ Ayran diləyən, çəlləyin gizlətməz.

♣ Ayrılıq yollarında axtarır ümidlər məni, olmuş olur, kimsə sormur nədəni, çəkilərmiş demişlər başa gələni.

♣ Ayrılıq yollarında axtarıram səni mən.

♣ Az getdi, uz getdi, iynə yarım yol getdi, dərə, təpə, düz getdi.

♣ Az olsa yetər, çox olsa gedər.

♣ Azına könməgən, çoxunu görməz. (könmək: könül vermək. Razı olmaq).

♣ Bağ belə bostan belə, nə istisən ged elə.

♣ Bağa bax üzüm olsun, yeməyə üzün olsun.

♣ Bağban görür qoz istir, bəzzaz görür bez istir.

♣ Bal tutan, barmağın yalar.

♣ Balda dadın, dadlı sözdən almış.

♣ Baldır suda, balıq torda. (baldır: qıç).

♣ Balı olub, doşab gəzən bəxdəvər.

♣ Balığın batası yox, itin atası.

♣ Balıq başdan qoxar, kişi yaşdan.

♣ Balıq tutan islanar. (balıq tutan sudan qorxmaz).

♣ Baltası kütükdən çıxmaq. (quyruğu qapıdan qurtulmaq) (çətinliyi savulmaq).

♣ Baltasız usda, ağacsız köprü salar. (buz).

♣ Basmağa ayağı yox, başı var, tutmağa əli yox, qolu var. (ağac).

♣ Baş daşa dəğməyincə, başdan baş olmur.

♣ Baş yağlayıb iş edmə, bel qurşanıb işə gir.

♣ Baş, baş olsa çiğin ağrıtmaz.

♣ Başa düşəni göz görər, içə düşəni söz deyər.

♣ Başdan düşsə qıssalar, yandan düşsə uzanar. (ışıq. kölgə).

♣ Başı dalıq, bağrı yanıq, könlü qırıq.

♣ Başı kal, könlü kövrək.

♣ Başı olan odada baxır, qazanada. {ağıllı hər yanlı (gəlir gedirin) düşünür}.

♣ Başı örtük, yağış islatmaz, əğni qalın, yel üşütməz.

♣ Başı tüstülü, tez üzülür.

♣ Başı vur daşına, daşı vur başına, yazılı gəlir başına.

♣ Başı yaslı, gözü yaşlı.

♣ Başım o qədər qarışığdıki arvadı boşamağa cayım (çağım. məcalım) yoxdu.

♣ Başın altına qalış qoyanda var, balış qoyanda.

♣ Başın itməsin, gözün çıxmasın, adın batmasın.

♣ Başına qoyub börkün, əğninə geyib kürkün.

♣ Başqanın ovucundan su içən qanmadı, axırından yeyən doymadı.

♣ Başlamaq daşlamaq : tutub bıraxmaq.

♣ Batur var biləyi yenir, baturda var biliyi.

♣ Baylıq bolluq.

♣ Bayram sözləri sağ sağ olun say bəylər, bayram gəlir yey bəylər, sayaçını saylayın, sayaları saylayın, say bəylərdən say alın. Sayam sayalı olsun, bayramlarız qut olsun.

Bazar çörəyi itgin olur, (+ ha gəz ki tapacağam).

♣ Bazarda olan alınır.

♣ Bazardakın allam diyə, evdəkindən ayrılma.

♣ Bellərimiz bükülüb, qabırqamız sökülüb, gözlərimiz yaşları, daş mıncığın tökülüb. (mıncığın: mıncığ kimi).

♣ Beşikdən biçilməmiş, ağzından süt iyi gəlir. (biçilmək: ayrılmaq).

♣ Bətərin bətəri var, yamanın yamanı.

♣ Bəy oğlunun əğrisi, atının dişi sayılmaz.

♣ Bildiyin söylə, bilmədiyin dinlə.

♣ Bilən dilindən, usda əlindən bəlli.

♣ Bilgin varsa ağzın tıx, usda varsa əlin tıx.

♣ Biliklilər yaza versin, sabançılar qaza versin. (sabançı: xışçı).

♣ Bilim at olub çapar, quş olub uçar.

♣ Bilimi azıq, baxdı qazıq.

♣ Bilimi var, min qazığdan qurtuldu, bilimi yox, min qazığa tutldu.

♣ Bilmədim, görmədim, duymadım, demədim. (dəvə gördünmü) (sağırda, korda).

♣ Bilməyənə çox nərsə bəllidir, bilənə çox az.

♣ Bir ağac gördüm gəzəgən, dedim: - nə arar. dedi: - köküm.

♣ Bir ağız gördüm başda, bir baş gördüm ağızda.

♣ Bir ağıza neçə dil sığar.

♣ Bir ''al'' dəğər bir ''alasan''a.

♣ Bir baş, bir dil, iki göz, iki qulağ.

♣ Bir başı, min bir oynaşı.

♣ Bir matik alımki məggə daşıynanda gedməz.

♣ Biri atar biri dartar.

♣ Biri biləni, biridə bilir.

♣ Biri bükər biri açar, qiyamət anda qopar.

♣ Biri çaşqın (kırıx), biri düşgün.

♣ Biri evdədir, biri taxcada, biri buxcada.

♣ Biri gəlir biri gedir, biri qalır biri yetir, birisidə düşüb ötür (qonub köçmək), dünya bir qanılmaz yer.
- söhbətilə sazilə, ördək ilə qaz ilə, alar canın nazilə, dünya bir alınmaz yer.

♣ Biri gün (gündüz) özəli, biri tün (gecə) özəli (tün özəli: gecəyə xass).

♣ Biri var adı bəzək, biridə var ada bəzək.

♣ Biri var damarı, biridə var uçquru atır. (uçqur: tuman bağı).

♣ Biri var eşqilə yaşır, biridə var eşqə yaşır.

♣ Biri yaltaq, biri qorxaq.

♣ Biri yatar, biri dinər, yaman gəlib işin edər. (yaman: yağı: düşman).

♣ Birin çeğnir, birin utur, birin əlində tutur.

♣ Birin itər, birin si-ər.

♣ Birin yaşıl yapraq, birin qara topraq gizir (örtər).

♣ Birinə bir sözü çox desən yarardan düşər, piçağı sümüyə dirəsən kəsərdən düşər.

♣ Birinin əli işli, birinin dili işli. (əli işli ol, dili işli yox).

♣ Bitə qızmış, donun oda daşlamış (atmış). (bir bit üçün donun yaxmış).

♣ Bitər işin başına, yaxcı gəlir qaşuğa.

♣ Biz buranın yerlisiyiz, qaşı gözü kirlisiyiz.

♣ Bizovu çalan öküzü çalar, düğməni çalan, düyəni (dəvəni). (çalan: oğurlayan).

♣ Bolağın bilməyən, olanından olar. { məqdurun (həddin) bilməyən, əlindəkində itirər}.

♣ Borc istəyəni borcla, iki yaman, boşla, bir yaman eşit. (borclamaq: borc ver). (boşlamaq: borc vermə).

♣ Borcla içgi içən, əsrimiş iki kərən. (borc alıb keflənən, iki dəfə keflənər, bir içərkən, bir ödərkən)

♣ Borcla içgi içən, iki kərə əsirir. (keflənir).

♣ Boş torbada at durmaz.

♣ Boy işləmir, qol (əl) işlir.

♣ Boynundan yeyip, belinə sıçmaq. (iyilik yapan birisinə kötülük yapmaq).

♣ Boyu hündür, boynu kürtül, donu qalba, əli balta, gövdə salta.

♣ Boyun olun mən tanrıya. (boyun: tabe').

Boyuna baxma, qoluna (əlinə) bax.

♣ Bölük bölük bulutlar

♣ Bölünəni börü yedi. (ayrılanı qurd yedi).

♣ Bölünlü mal, ölünlü mal. (bölünsə mal dağılar, bölünmüş el).

♣ Börk tapıldı kürk getdi.

♣ Börkün olsun sınıq başa, yenğin (qol ətəyin) olsun qırıq qola. (gizivi, sirrivi gizlin saxla).

♣ Börkün üsdə oturma. (sözüvə yiyələn).

♣ Börkün üsdə oturma. (sözüvə yiyələn).

♣ Böyrək (böyrəyin) satıb, arvad alan.

♣ Bu ağır yükün biri (dir), cıdamazsın ağırlığına, götürəndə qabırqan sınar.

♣ Bu dağlar kömürdəndi, keçən gün ömürdəndi, çöğənin (fələyin) bir quşu var, cıynağı dəmirdəndi.

♣ Bu diploması değil, toplamasıdır.

♣ Bu diploması olmadı, toplaması oldı.

♣ Bu dünya həm yerlədər (alçaltar), həm yeğlədər (ucaldar), onda kin qandın ona, o yerlədər (bildiyin edər). (yaxud '' o yellədər).

♣ Bu dünyada yıxılmaq var, sürünmək yox, düşüb xırıldıyıb ölmək var, düşüb yaxarmaq yox.

♣ Bu gün ki yumurta, yarın ki toyuqdan yeğ (yaxcıdır).

♣ Bu günün işlərini düzəllədi, yarının qurqusunu döşəllədi. (qurqusunu: kələk. nəqşə).

♣ Bu kərvana qoşulan, gələr günü yorular. yorulan yolda qalar, ürək tapan yolun alır.

♣ Bu qədər qan ilə sən sağ olasan da, yenə mən, vacibül qətl olam ey çirkin kafdar.

♣ Bu sözlər sözlərdir yazıdan, pitikdən yox, el ağzında gəzib, qulaqlara dəğən, el ara, özəl gənəl yerlərdə işlənən sözlərdir. Bunların bir parası göycə yazı (ədəbi) biçimli olub, yerində atalar sözü, deyim kimi işlənir. Bir parasıda güncəl yaşamda, aşıq uşuq, küsük barışıq, seviş söğüş ilişgilərin anlatan dəğərli, axıcı yağıcı sözlərdirlər. Çalışmışam utanqaç, üzaşac sözləri gətirməyim, bunla belə gözdən qaçanı olursa bildirməniz çox gözəl olur.
Anlaşılmayan söz varsa bizə yazın.

♣ Bu yol, yollar yaman sonsuz olubdur.

♣ Buda keçər, günü gələr, buğdalar əkilər, kimi biçər, kimi ələr.

♣ buğda qızıl, arpa sarı.

♣ Buğu yağlı, çağı çağlı, kef damağı yerində.

♣ Buğun yağlar, çağın çağlar.

♣ Bulğan suya yağ qatmaq. (qarışıq bir durumu, yumuşaq nərsəylə yatışdırmaq).

♣ Buynuzlu söz, tez keçər.

♣ Can ortağı, könül dosdu.

♣ Cocuğlu qadın, qarqalı çinar.

♣ Çağı çağında, barı barında, yarı yanında.

♣ Çağında seçilənlər, çağı gəlir saçılır (atılır).

♣ Çağırırsan qırcanır, çağımısan tullanır.

♣ Çağrılan yerin uzağı yox, tapışlı işin qıyını yox. (tapışlı: tapşırlan).

♣ Çalış qazan ata ana alqışın, əmgəsizin bolağ olsun yay qışın. (alqış: dua). (əmgəsizin: zəhmətsizin. Qolayınca).

♣ Çavşırı iş yapmaq: yanlış bir şey yapmaq. (çavşır: çaxşır. ters).

♣ Çayda yat sel aparsın, çöldə yat, yel aparsın. (çaya versən selindi, çölə verdin yelin.). (sel aparar çayda yatanı, yel aparmış saçanı).

♣ Çeçən (xatib) sözdə, batı işdə.

♣ Çəkib öğrəşmiyən, oxumaqla nə bilir.

♣ Çəkinəndə qorxar, düşünəndə.

♣ Çiçəkli qabaq. (çirkin qız).

♣ Çıxan sözü ağızdan, eldə qopdu tutanmadı.

♣ Çilə düşmüş bülbüləm, ötmüşümdən söylürəm, dil ötüşündən ölürəm, çilə düşmüş bülbüləm. (çilə: ağrı. dərd).

♣ Çoban gütdüyü qoyunu bilməli.

♣ Çoban öz evinin qonağı.

♣ Çobanın ayağı yetməzsə, sobası (dayağı) yetər.

♣ Çox çeynəyib, az gəplə.

♣ Çox daınşanın dili uzanmasada, yaşı qıssalır.

♣ Çox dinləyib, us söylə. (qıssa, ussa, ustaca söylə). (çox dinləyib az söylə).

♣ Çox əkən çox yığmadı, çox dərən çox səpmədi. (buyruğa, qismətə qalıb).

♣ Çoxunu güdən, azına quru qalır. (quru: həsrət). (çoxa çapan, azdan quru qalır).

♣ Çöldə gəzən qazın, gözü göldə qalır.

♣ Çölə saban, sürüyə çoban. (saban: xış).

♣ Çöllərə çıxsan, yalğız başın, qızıl ulduz, olsun yoldaşı, qızıl ulduz, olsa yoldaşı, min başa, qarşı durur bir başın.

♣ Çölmək dığırlanıb, duvağın tapmamış.

♣ Çörək kəsəni qılıncda kəsə bilməz.

♣ Çürük saman (kirli, kehrəli saman) su altda qalır.

♣ Çürüyən yapraq qızışar.

♣ Dadla boya, dartışılar, danışılmaz. (danışılmaz: rədd ola bilməz). (olub olmadığı söz konusu olanmaz).

♣ Dadlı dil çəkdirər yükü, acı dil si-dirər kökü.

♣ Dadlı dillə de, bal aşır, acı dillə, daş daşır. (dilləmək: söyləmək).

♣ Dadlı ünlü, quş ötər.

♣ Dağdan arxası olanın, daşdan ürəyi gərək. .

♣ Dağı aşdıq təpədə qaldıq. Təpə bitdi, düzdə qaldıq, düzdə bitdi dərədə qaldıq.

♣ Dağın başın görüb, dibini eşmə, yaxşının özün görüb evinə keçmə.

♣ Dağlar sındı təpələr doğdu, böyüdü təpələr nə dağlar oldu

♣ Dağlar təpələndi, təpələr düzləndi, düzlər dərələndi.

♣ Dağlarda dağ ətri var, bağlarda bağ ətri var, ölür mən yumayın sinəmi, sinəmdə yar ətri var. (ölür mən: mən ölsəm).

♣ Dağlardan ucadır mənim başım, çox qocayam, bilinməz yaşım.

♣ Daha bundan sonra, uçmağa keşəkim qalmamış mənim. (keşəkim: həvəsim).

♣ Damcı daşı deşər, çalışan güdünə yetər. (güdünə: amacına).

♣ Damcılardan göl olmuş, bir damcıdan dad olmuş.

♣ Dan ertəndən gülən axşamədək gülmüş deyərlərmiş.

♣ Dana qarşı yatan, qara tünü qarşılar.

♣ Danışdığı boşdu, boşuna yoxdu. (boşuna: müfdəsinə).

♣ Dar evə bol könül sığmış, gen evə dar könül sığmamış.

♣ Darlıq varlığı güdmüş, varlıq darlığı yox.

♣ Daşqazan görməmiş, aş qazanında boğular . (daşqazan: böyük qazan).

♣ Daşla diş tutmaz.

♣ Daşlağa tazı, kolluğa bürküt (qartal) salma.

♣ Daşoğuvu yeyim.

♣ Dedi xoca yarağlanın gedəlim, buyur nə qulluğun varsa edəlim.

♣ Dedim bəs kanadalıdı, demə bəs ki qandalağıdır.

♣ Demə itən değil sevgilər, cəhrə fırlanar, bildiyin, dəğirman yapar. ( dəğirman: evrən. Dünya).

♣ Dəli qız evdə qalmaz, dəlik daş yerdə.

♣ Dəlini küydürmə, yamanı söylətmə.

♣ Dəmiri tavında, işi çağında.

♣ Dəniz qadın kimidir batmağın qolay, çıxmağın olay (bir macəra).

♣ Dəridən çıxıb, hər nə edmək. (: gözlənilməyən yollara, çıxırlara baş vurmaq).

♣ Dərviş təkkədə, hacı məkkədə. (hər yerli yerində).

♣ Dərvişin axışı gələn yer sarayıdır.

♣ Dəvə kimi boy verincə, ləpə dəğər (qədər) oy (ağıl) ver.

♣ Dəviyə doğan gün, butağa da (balasına da) doğar.

♣ Dibinə (g-tünə) baxıb, üzündən iç.

♣ Dil altını sözdür. (dilin dəğəri sözdədir).

♣ Dil danışar, göz görər, qulaq düşünər.

♣ Dil gəmikdən sordu. - necəsiz. gəmik yanıtdı (cəvab verdi) - sən diş (dinc) dursan, çox yaxşı olar.

♣ Dil ilə oraq çalmaq, bilək ağrıtmaz.

♣ Dildə allah, işdə əstəğfirullah.

♣ Dildə külək, işdə ölək.

♣ Dildə usda, qolda qıssa.

♣ Dildən dilə, ağızdan ağıza.

♣ Dilənçinin üzü qara, torbası dolu.

♣ Dilin bilən, il açar. (yolun bilən, düğün açar.). (il: ilmək.düğün).

♣ Dilin söyləsin, qolun işləsin.

♣ Dilində qənd o menqu suyu gizli.

♣ Dilindən gələn, əlindən gəlsin.

♣ Diliynən göydə ayı fırladır.

♣ Dillə diliylə. (sözdə özdə).

♣ Dillər bilən, ellər bilər (başqa ellərin için bilər).

♣ Dilsizə dil, gülsüz yerə gül ışıq.

♣ Dindirmə dəmirçini, qəm yeyibdi içini.

♣ Dinməz sevirəm.

♣ Dipləməsi (diploması).

♣ Diploması, diplomlular üçündür.

♣ Diplomsuzlar, diplomasıdan nə bilir.

♣ Dırnağı bütün tulbar (savaş atı) yox, qanatı bütün sunqar yox.

♣ Dişindəki düşündən çıxmasın. (özündən çıxma. Əldəkin dəğərlə. Əldəkinə qədir ver).

♣ Dodu dolandırmaq : çömçə qaşıq nə istər,allahdan yağış istər, dodu doduyu gördünmü,doduya salam verdinmi,

♣ Doğan dil özüm üçün, başqa dil könlüm (başım. usum. günüm. işim.) üçün.

♣ Doğru söylən doqquz köydən qoğulmuş. (söylən: söyləyən).

♣ Doğru tutulmayınca, əğri bilinməz.

♣ Doğru yol görsədilir, əğri yol öğrəşilir.

♣ Doğulurda, doğanmaz. (qatır).

♣ Doğuz          -doğuzu { məsihilər:- qarımpa tanır, müsəlmanda yeyilməz (bulaşıc. Kəsif.), budislər anlamaz, cüvüdlərdə deyilməz ( adı çəkilməz)}.

♣ Doldurmatom.(oltimatom).

♣ Dolma, kişiyə ürək verir, dolmasız, ürək ərir.

♣ Dolmalar yarpaqları bənzərdi dəriyə,


birini versəydin qoca qəriyə,
çeynəyərdi, yüz il başa dolmalar.
doldurdu gözümü yaşa dolmalar,
qazan qaynamadı, dolma pişməəədi,
dolma qonaqlığı, bizə düşməəədi,
hey utqunduq, boğazımdan keçməəədi,
doldurdu gözümü yaşa dolmalar,
bənzərdi qayıya daşa dolmalar.nəxcüvan.

♣ Don biçən, ox atan. (ev eşik işin başaran).

♣ Donmuş su, ələkdə daşınır.

♣ Donsuz, dizi yırtığa gülər.

♣ Dosdum əgər dərman arasan, iki üzlü olandan saxlan, yalnız söz ki değil, ürək də gərək, domuzludan çalış özün yaşran (gizlət).

♣ Dosdun min olsa, az gəlir diyən, yağun bir olsa çox gəlir diyən. (diyən: demək).

♣ Dovşan qaçmadı, tazı yügürmədi. (bəs kim elədi).

♣ Döşəyinə görə, çökün.

♣ Dövlətlinin xoruzu banlarda, belə yumurtlarda.

Dözən dərviş, umcağa ərmiş.

♣ Dözümlü dərviş, istəyə ərmiş.

♣ Dua əlin bol, saçağın açıq. (saçağ: süfrə).

♣ Duran kündə yerində, qaçan günü tutmalı.

♣ Durmuşda (yaşamda) dirəgim, hər bir yerdə gərəyim

♣ Duvar duvara demiş - bucaqda görüşəriz.

♣ Dünənin qayğısı, sırağı gün, yarının qayğısı bu gün çəkilir.

♣ Dünyada ölümdən başqası, yalan.

♣ Düşən başa, yazılmamış alında.

♣ Düşman qarşısında istəyirsən qalmaq, yol birdir, canın almaq, istəyirsən ölmək, yol birdir, canın qoymaq. ( hitlerin sözü).

♣ Düşman olduq biz bizə, baxmaz olduq üz üzə.

♣ Düşüzədə girsin, dişizədə.

♣ El ilə otur, el ilə götür. (el ilə allahü əkbər).

♣ El sözüynən dağ yığılmadı, dağ yıxılmadı.

♣ El yatmayınca, it dinməz (susmaz).

♣ Elin açqıcı dil, dilin bilən el açar.

♣ Elin ağıllısı dəli vəli, oda köstəkli yatar (əli bağlı).

♣ Elin içrə iyid qağa ad tapar, iyid olsa, öz elinə ad yapar.

♣ Elin ipi uzun olar, quyusu dərin.


(elin ipi, dərin quyu) ( el (yad) ipiylə quyuya düşən, quyuda qalar).

♣ Ellər köçür, dağlar qalur.

♣ Ellər min yaşır, bəylər yüz.

♣ Ellərə inanıb, suya dayanıb, aldamac (aldamçı) umudlara bel bağladım.

♣ Elli yerin oğrusu, mallı yerin börüsü (qurdu).

♣ Eşitdiyiz qulağızda qalıb ağzıza düşməsin.

♣ Eşqə düşmə ki can oğurladır, söz vermədən düşün (sakın) ki, iman oğurladır.

♣ Eşşək qaçmağla yükdən qurtulmaz.

♣ Eşşək olmaq qıyın değil. (qıyın: çətin).

♣ Eşşək, evini qırx ildə öğrənir.

♣ Eşşəkliyi bəs deyil, dəvəni yədəkləyir.

♣ Eşşəyə minmək bir, enmək iki ayıb. (başladığın işi bitirməlisin).

♣ Eşşəyin arısı olmaz, arının eşşəyi olur 'eşşək arısı'.

♣ Eşşəyin itməyi cəhənnəmə ki, üstündə olsaydım haradaydım indi mən.

♣ Eşşəyin quyruğu kimi nə uzanar, nə qısanar.

♣ Evə girən oğru, hər nəyi çalar, zəngdən başqa.

♣ Evin yaxşı yamanın, qış düşəndə bilirsin, kimnin uzaq yaxının, iş düşəndə.

♣ Evlər birdi, sirlər başqa.(evlər birdi, sirlər doşab).

♣ Evlər varki toyuğ banlar, xoruz dinlər.

♣ Evlinin bir evi, evsizin (evlənməyənin) min evi var.

♣ Eyvanımız kaşıdı, bənna gətdim naşıdı, mənim güngümdəki, kopoğlunun başıdı.

♣ Əğri otdur, doğru su.

♣ Əğrilik bağışlanmaz, unudular.

♣ Əğrilik, dəvəylə qayıqda oxunmaz (sayılmaz).

♣ Əkdilər yedik, əkəriz yesinlər.

♣ Əkdiyin biç, saçdığın al.

♣ Əkəndə itdi, tikən batdı, biçən gəldi.

♣ Əkin əkən, umar biçin.

♣ Əkmək bulub, qatıq bulamamaq.

♣ Əkməyin böyüyü bezədən olur. ( bezə: topaq. Kündə).

♣ Əl əli yur (yuğu), əllər üzü yur.

♣ Əl xiyabani müstəqimi, yesə ölür yəqini,

♣ Əl mıxa vurur, əl yıxamır, əlləzinə işləyir, pul yığamır,.

♣ Əldə olsa paran, doğan (qohum) çıxar yoldan.

♣ Əli boş, gözü tox.

♣ Əlindəkin yeyənməyəsi, ağzındakın utanmayası. (qarqış).

♣ Əliynən tutur, diliynən yalır.

♣ Əlli yeddi devrimində verilən şuarlardan islami məmləkətdə, dayim şərab içənlər, məsnəddə əğləşiblər, rəhbəriz nəcəfdə, heyrandı ya məhəmməd.


- min üç yüz əlli yeddi, səltənət əldən geddi. eşşək palansız getdi.
- gər əmr eliyə bu gün mərace', bu şahi cinayətkara race', cəmə'n ələ biz əsləhə allığ, quldur rizanın oğlunu təxdən yerə sallıq.
- (şah gedəndə deyirdilər) yeri boşdu, boş olsun, başıva təsəddiq olsun.

♣ Əmək qoysan (zəhmət çəksən), dolar qazan. (əmək qoysan, daş üstündə gül bitər).

♣ Əmmə, ye gö-ümü dimmə.

♣ Ər ar odunun altında qaynar.

♣ Ər arvad savaşar, ertəsi gün barışar.

Ər od olar, arvad su!!! (- sən ölmüyəsən!!!!). (bax qabağıva yıxılarsan!!!!).

♣ Ərarvad qavqası, yaz havası.

♣ Ərdəm tükan (bazar) tanımaz.(hünər bazarda satılmaz).

♣ Ərincəyə (təmbələ) qar yağır demişlər, ''üşüməyə varam'' demiş.

♣ Ərincəyin ''sorası'' bitməz. (ərincəyin ''ertəsi. Sabahı'' bitməz).

♣ Ərlik on, doqquzu oyun.

♣ Əsənliklə keçirdi tümlə yolu

♣ Əsgi dos, düşman olmaz, calanan su, qaba dolmaz, qırılan cam bütün olmaz, çolax əldə çəlik durmaz.

♣ Əsgiyə istək (rəğbət) olsaydı, bit bazarına ışıq yağardı.

♣ Əsməsə varmaz, əsməsə azmaz.

♣ Ətacını (əti acını) saxlasan, ağız burnun qan edər, qara malı saxlasan, ağız burnun yağ edər.

♣ Ətəyi genə, yer dar olmasın, yenği uzuna, əli güdə olmasın.

♣ Əti acıdan ( əzən) dayaqdan, sümük qıran söz yaman.

♣ Ətin yeyib, gəmikdə gözü qalıb. (çimri).

♣ Əziz dosdum bizə bax sarı, qonşu evə yağma, bizə yağ barı.

♣ Əziziyəm dosd, aşı. Dos yeməyi, dosd, aşı. Düşmənivin gülməyindən, yaman olar dos daşı.

♣ Əziziyəm kasa dolmaz, namərd əli kasad olmaz, yüz namərdin aşından, yığılsada kasa dolmaz.

♣ Əziziyəm kimin gö-ünə, sapı salla iğnə götünə, sozu iğnə, yoğun dəğənək, götür sox qonşu gö-ünə

♣ Fəlsəfə, olumu, ölümdən qurtarır.

♣ Gahdan yaşam seçilir. Gahdan başa gələn çəkilir.

♣ Gec oldu, heç oldu.

♣ Gecə gəldi yarıya, rəhmət olsun dayıya.

♣ Gedənə qal, qalana ged deyir.

♣ Geri dönmək istəsən, tikanlı yastığ gözləyir səni.

♣ Gerini bırax, irtəni tut. (ertə: irtə: yarın. Sabah).

♣ Geriyə qaldı, başsız ilə yol gedən

♣ Geyimi el gözüylə gey, çörəyivi öz ağzınla. (geyimi gözlə gey, çörəyi ağızla ye).

♣ Geyu bar, geri dartu yox. (peşman olmaq var, yalnız vaz geçmək yox).

♣ Gəl içəlim çay səni, sağlam olar içənlər.

♣ Gələn gedər, qonan köçər: kimsə, heçnə qalarğı değil. Hər nə dəğişir.

♣ Gələn, gedəni aratmasın. (gələn, gedəndən daha kötü olmasın).

♣ Gələnə dur, gedənə qal dedi.

♣ Gələnə ged, gedənə qal demə.

♣ Gələnə qapı, gedən yol açıxdır.

♣ Gələni qoğma, gedəni tutma.

♣ Gəlin çörəyimdən kəsin, suyumdan için. ( gələn qonağa söylənən qarşılama sözü. ).

♣ Gəlməsi var, gedməsi yox, girməsi var, çıxması yox. Qalması var, köçməsi yox,

♣ Gəncdir, yoldan azaşqan.

♣ Gənclər, gələcəyin güzgüsüdür.

♣ Gərçi güllər açmağa, say ildə bir bayram olur. (say: hər).

♣ Gəzəgən arvad ər tutmaz, yuvlanan (yuvarlanan) daş yosun.

♣ Gilənar dedim, nar gilə yox ki.

♣ Gir onun gözünə, bax onun üzünə

♣ Gizlənib osdurana qurban.

♣ Göğərçinin görkü (gözəlliyi) var, başında da börkü var, öz yiyəmdir (tanrımdır) öz ağam, nə versədə irki (haqqı. Ixtiyari) var.

Gördüm bir uca dağ, mən gədirəm o gedmir, arxasında birisi var, o gəliri, o yetmir, əl atdım dayağa, dayağ yox, səs saldım boğaza, duyar yox, atdım götdüm atmağa, ayağ yox. (ardı var).

♣ Gördüyümdən gözəldi görmədiyim.

♣ Görməmiş qudursa quyuya sıçar .

♣ Görməyi danan korların korudur.

♣ Görməz gözləri, tutmaz dizləri.

♣ Görnüşü özənli, içi kövənli. (: boş).( altı alay, üsdü qalay: üzü bəzək, içi təzək. Altı kaval, üsdü qabal).

♣ Görünməyən düşman, ev yıxar,

♣ Göt göt olsa tumanın tapar

♣ Götüne düşmək. (bir kimsənin ard ardından gitmək).

♣ Gö-vərənin üzünə gülsən, götünə (köynəyinə) yamaq istər.

♣ Göy deyir dənizə güvən, dəniz deyir göyə.

♣ Göydəki bilər, yerdəki sezər.

♣ Göydəkin tutaram deyib, əldəkindən ayrılma (əlindəkin bıraxma).

♣ Göz nə görür, qulaq nə duyur, ürək nə çəkir, kim bilir (təbil səsi uzaqdan xoş gəlir).

♣ Göz pəncərədir baxar könülə, gümanı gedər ki ürəyi görə.

♣ Göz var başdadır, baş var gözdədir.(kişi var, gördüyünün üzərində düşünər, kişidə var, gördüyünə, düşünmədən inanır).

♣ Göz var, başda var.( göz görər, baş düşünər).

♣ Gözdən axan yaş itəsi, duran dövran bitəsi { göz yaşlarım heçə gedərmiş, bu duran (dövran) durumda bir gün bitərmiş (dünya işləridə belə gedməzmiş)}.

♣ Gözdən düşən, başdan düşər. (başdan: fikirdən. Oydan).

♣ Gözdən düşmüş, güzügüdən yox.

♣ Gözdən ıraq, özdən ıraq. (üzdən ıraq, özdən ıraq).

♣ Gözəl xanım, yaxcı oldun ev yiyəsi, kötü oldun yol yiyəsi. (ərin, əşə söylədiyi öğüd).

♣ Gözəli görən gözdü, yeməyin dadı duz.

♣ Gözəlliyə doyulmaz.

♣ Gözəlliyin tanrısı var, dini yox.

♣ Gözləməz bir nə, alanmaz heç nə.

♣ Gözü çırağ kimi yanmaq. (gözləri parlamaq. Çox sevinmək).

♣ Gözü olmayana açıq qapı, bağlı qapı nə edər.

♣ Güc girdi qapıdan, sevgi dağlara düşdü, düşmüşdü başıma içdiyim arağ, arvad girdi ev başıma çöşdü.

♣ Güc ortada dursa, inanc aradan qalxar.

♣ Gücsüz, salavat yaramaz.

♣ Gücü yetəyən yağa batdı, gücü yetməyən yava batdı. (yav: kötü. Pis. Düşman).

♣ Güdə ipim, dərin quyu.

♣ Gül sanarım gödənək (dəğənək) çıxar.

♣ Gülünə baxda qunçəsin al.

♣ Gün aşdı, tün düşdü. (aşmaq: yaşmaq. batmaq).

♣ Gün batıbdı ay çıxar indi, özgə bir yol.

♣ Gün çıxanda umanada düşər, umacsızada.

♣ Gün çıxıb, kərvan köçüb, genə yurtlar yerindədir.

♣ Gün görməmiş söz.

♣ Gün ola, xərmən ola. (: bir gün onunda sırası, çağı gəlir).

♣ Gündəliyin (gün işlərin) bıraxmasan yarın üçün iş qalmaz, yaşlılıqdan güdməsən, qocalığa diş qalmaz.

♣ Güveylə (kürəkən) baldızın şuxluğu olar, ortasında savaşla barışda olar

♣ Güvən olsa dənizə, göydən dolu yağar.

♣ Güvəndiyin dağlara qar duşməsin, qurbət eldə könlüvə yar düşməsin.

♣ Güzdə ötüb, qış gələr, bayram yeli əsirsə, birdə genə yaz gələr.

♣ Haçadan huçadan, biri çıxdı bacadan.

Hallımanı (parlımanı).

♣ Hardan sınıb hardan səsi gəlir.

♣ Hay mənə haylar mənə, il oldu (doldu) aylar mənə, susadım su istədim, su verməz çaylar mənə.

♣ Heç ölü, ağlayanın görməmiş, gömülən biri geri dönməmiş.

♣ Hədi hüdünü ballısı, məni, götü qazlısı tapır.

♣ Həm suçlu, həm güclü.

♣ Hər ağızdan bir söz, hər ocağdan bir köz.

♣ Hər başa, bir ölüm

♣ Hər diplom alan, diplomat olmaz ki.

♣ Hər kim öz yükün arxalasın, yaxşısın pisin yaşasın. ,

♣ Hər kişinin özünə, ay görünür gözünə.

♣ Hər nərsə oranilə. (hər şey ölçüsü ilə.).

Hər nəyin tərsi, özü ilə gələr.

♣ Hər yerdə yerin olsun.

♣ Hərkəs, qaşığın yapar, istəyincə sapın taxar.

♣ Həsən bəyin abası, gah oğlu geyər, gah babası.

♣ Həzrəti əzrayil.

♣ Hirs gələndə, qapını aç, özün qaç.

♣ Hislənmə, qırışların çoxalar.

♣ Hörümcəyə qılda güc.

♣ Hüri hüri, çıx damı kürü, oynaş bir oli, nəki bir sürü.

♣ Xala xala, təndiri qala, kəssəyi götür, məni qoğala.

♣ Xanım almağa göt gərək, gündəlik bir kilo ət gərək.

♣ Xəsdiyə döşək, susaqa su sorulmaz.

♣ Xəzniyə sıçan, üzündə yığar.

♣ Xoca bildiyin deməsədə, dediyin yaxcı bilir.

♣ Xocadan bəy qoysan, qulaqdan azan gedməz.

♣ İç dənizində boğulmaq. (özünə əl qatmaq. özün öldürmək).

♣ İç dəsən, bulağı qurudar.

♣ İçi toxlu, götü poxlu.

♣ İçimdəkin kimsə görməz, yaş (gənc) ürəyim qan ağlar.

♣ İçin dışın sıvayı sıvayı, quş yapar yuvayı yuvayı.

♣ İçirəm o yaprağların sağlığına ki payızda tökülməz.

♣ İğid oldun qanın damar ürəyə.

♣ İğitlik doqquzdur, səggizi qaçmaq, biri heç görünməmək.

♣ İğnə gözündən keçirmək (ötürmək) çox incəliklə işləmək. (mətə xaşxaşa qoymaq).

♣ İğnə gözündən ox keçirmək. (iyi atıcı).

♣ İğnə keçsə, sap keçər.

♣ İğnə ötən yerdən, ipdə ötər.

♣ İnədək dəlikdən, dəvə dək soğuq girər.

♣ İğnəm oldu, sapım yox, iğnəm itdi, sapım çox.

♣ İki arvaddı, iki üzlü. .

♣ İki at təpişər, arada eşşək əzişər.

♣ İl var barı ( hammısı) yaman, il var ayı yaman, il var günü yaman.

♣ İnciyən gəmik sınmasa, bərkiyər.

♣ İnəyin ölümü, sütün kəsilməsi deməkdir. .

♣ İpi uzat , sözü qıssat.

♣ İslaq ağac tez əğilir, vay ağacın qurusuna.

♣ İspənah banağ banağ, yoğurd isdər çanağ çanağ.

♣ İssi üzlü.

♣ İstər gül, istər ağla, olan oldu, keçən keçdi.

♣ İt bazarı, bit bazarı. (cırım cında satılan, bulunan yer).

♣ İtdən qutarıb, qurda yoluğub ( raslayıb).

♣ İtlə it boğuşdu, dilənçinin günü doğdu.

♣ İtməyə, getmək gərək, batmağa, basmaq nə gərək.

♣ Keçək bağlı gözüm yolda, yaman halım, günə qaldım. (keçək : yol).

♣ Kəklik yerişin gedən qarğanın, qıçı sınmış.

♣ Kənini güdən, kəmindən olar (kənini: çoxundan) (kəmindən: azından).

♣ Kimi dəğirmandan gəlir, kimisinin başı unlu qalır.

♣ Kişili qalxan el, ölkələşdi, kişisiz qalan ölkə kölgələşdi. ( ölkələşmək: millət olmaq). ( kölgələşmək: dal qalmaq).

♣ Koruz, qoruz!: (koruz qalan, qoruz olur: baxımsız qalan, verimsiz olur).

♣ Kökləz yara sağaldar, dadlı dillə gülər üz.( kökləz :kök salmış). (bir şirin dil çox ağır yara sağaldır).

♣ Könlü balığ istəyənin, quyruğu ( götü) suda gərək.

♣ Könüş hara, qonuş ora. (könüş: niyyət) (qonuş: mənzil)

♣ Köprüdən keçərkən, gözüm düşər qazlara, evədir məni anacım, üzük qalar qızlara. (evədir: evləndir). (üzük: həsrət).

♣ Qapıları qapıyıb, pəncərələri açmaq. (ana yolu bıraxıb, qıraq, sapaq yolu seçmək).

♣ Qara toyuğda ağ yumurtlar.

♣ Qaragünlüyün bayramı. (bəd bəxliyin ucu (ovcu)).

♣ Qarqış sözləri


- Adı batası!.
- Gözü çıxası!.
- Yaşmaz öləli! (yaşmaz: yaş, gənc, cəvan ikən)..
- Sevikdən olalı!. Könlü qalalı!.

♣ Qarqış sözü əlin boş qalsın, yeyənin çox.

♣ Qarnın yanması.

♣ Qavqa qaşağısı: (qavqanı qızışdıran).

♣ Qıtmır, qılı qırx bölər.

♣ Qızıl buğda.

♣ Qonağın əzizliyin, bir girəndə gör, bir də çıxanda gör.

♣ Qonağlığda seyrək görün, sıylıq qazan. (sıylıq: hörmət)

♣ Qonşudan nəqədər uzaq, eybələ üzü ağ.

♣ Qoyan bala tapmışda, qoymağa yer tapmamış. (qoyan: doğşan).

♣ Qozalağ oğlu danqaz məmi.

♣ Qulağ duyanı göz dansada, göz görəni qulaq danmasın.

♣ Qurd balasından it olmaz, min qapıdan uman qarın doymaz.

♣ Qurdun uğultusun gördə, özün görmə.

♣ Meyxanadan, çayxana çıxmaz, çalmabaşdan çaxırçı.

♣ Mən əhməd aşiqi zenduniyəm

♣ Mən ölüm gül -ev yiyəsi gələn qonağdan soruşur ki: - bizim uşağ atasına, yoxsa anasına oxşur?.
– qonağ, başı yekə, gözü bərə, üzü enkə uşağa baxıb söylür ki: – uşağın başı qabağa, ağzı tabağa, gözü çanağa, qol qıçı dayağa, üzü qonağa, özü adama oxşur.

♣ Məni qoyub, yana baxmasın gözün,.

♣ Nalın sökəcək, ölmüş eşşək aramaq. (qolayca qandırılabiləcək, yarğanbiləcek birin aramaq).

♣ Neçə yol bir qapıdan keçib, neçə yola açılır.

♣ Nə əkdiysə bu gün, yarın varan anı biçir.

♣ O 'atıcı' deyir, bu 'atçıya' tutur.

♣ Odlu bağdan (dağdan. Yerdən) əsən yellər, sıcaq olur.

♣ Ox ilə kişi canın yaralasan, bitib gedər, ilac ilə davalasan, söz ilə kişi canın yaralasan, sözü ondan necə geri alasan.

♣ Olurmuş ağır daş qopduğu yerdə.

♣ Ölkəsinin kölgəsin qoruyan.

♣ Ölüm gəldi cana, baş ağrısı mahana.

♣ Ölümü gələn it, məçid duvarına siyər. (işiyər).

♣ Öpərkən ısırmaq. (qaşın alarkən, vurub gözün çıxartmaq).

♣ Öprülmüş aşın dadı deyilməz. (keçmişin yaxcısı tez unudulur).

♣ Para açanı, tanrı açanmadı.

♣ Sevgi yolları bitməmiş hələ, sözün yox, susmağın gərək,

♣ Sevgilim gül olsayıdım, hər basan izlərində bitəridim,

♣ Sırdaş olub yorqanıma yasdığım, şair olub hər gö-ünə basdığım.

♣ Sırqa taxıb sırlanır, hər gələnə hırlanır (gülür).

♣ Söğünclə, sevinc birgə doğulmuşlar.

♣ Sözdən yıxılan qalxmaz, ayağdan düşən qalxar.

♣ Su gedər daş qalır, sürmə gedər, qaş qalır.

♣ Tanrı birin soyar birin doyuyar (birin doğar, birin boğar).

♣ Tələsməmək, oturub gözləyib durmaq demək değil.

♣ Tərəzi səni ölçüb dartacək, ya ki sən, ya ki daş ağır gələcək, kişi könlü tərazıya oxşaydı, bir gözün güvəniş (sevinc), bir gözün qayğı əğəcək.

♣ Turşamış yoğurt kimi.

♣ Tüngüzün uyxu yox, gündüzün dinci yox. (tüngüzün: gəcələr).

♣ Uca başlı özündən görür, alçaq başlı özgədən. (uca başlı: ali məqam).

♣ Unudar yazar, yazı unutmaz.

♣ Uydurucuya (muxəddirata) alışqan belə: özün satmaz, doğru istəkli, öz kimliyin atmaz. (doğru istəkli: təmiz iradəli).

♣ Verəcəyi, alıcı alır.

♣ Vəkil boş söz deyər, boşuna söz deməz. ( boş: hava. ( boşuna: havıya).

♣ Ya yuxlamışıq, ya yorqana sarılmışıq ( özümüzü yuxuya vurmuşuq).

♣ Yağ olmasa, qaz olmaz, qır olmasa, naz olmaz, gəlib keçən bulutdan, dağda qalan bu qardan, isti əsən bu yeldən, su olmasa yaz olmaz.

♣ Yalağdan keçməyə, çəlik yaramaz. (yalağ: işgə yol. Sırat köprüsü) (çəlik: əsa) sıratdan keçməyə çəlik (əsa) nə dərdə dəğir).

♣ Yalandı axan ürəkdəki qan, o yol oda sən.

♣ Yaramazdan sakın, yaman görməyəsin.

♣ Yarayla doğulmadı heç ürək, duru aynaymış, doğan ürək.

♣ Yarqış (xeyir dua) çörək sınağı görməyəsin.

♣ Yaşam dəğəri, ölümlə ölçülür.

♣ Yaşam paylı, ölüm paysız.

♣ Yaşam sürər, ölüm qırar.

♣ Yaşam yolun, gələn kimi tutmalı.

♣ Yaşama para gərəklidir, yetərli yox. (lazimdir, kafi değil).

♣ Yaşını başını almış birisin, bırax bu sevdanı.

♣ Yaşla, başda dəğişir, yaşamda.

♣ Yaşlanıb başlı olunca, başlanıb yaşlı ol ( başlanmaq: ağıllanmaq).

♣ Yaşlanma, baş ağardar.

♣ Yel əkəni, yel biçər.

♣ Yerdə qalmaz çəkdiyün ah ağrısı.

♣ Yeyin (yüryək) iti, tülkü sevməz.

♣ Yoğun olsa, ırağ olsun, yağın olsa, yaxın. (yağın: rəhmətli).

♣ Yoğurda ağ dedilər, yoğura qara. ( yoğur: qalın).

♣ Yoğurt tökülsə yeri qalar, ayran tökülsə nəyi qalar.

♣ Yoxsul evində, siçan nə gəzir.

♣ Yolçu az oturur, çox görər.

♣ Yollar tək döşənib ayaqlarına, sənəmi yalvarım, bu olan değil.

♣ Yollar tək döşənib ayaqlarına, sənəmi yalvarım, bu olan değil.


Uca dağsan əğilənməsən, özgə malısan\ yeyiləmməsən,
yalandı axan ürəkdəki qan, o yol oda sən.
Geri dönmək istəsən, tikanlı yastığ gözləyir səni, sevgi yolları bitməmiş hələ, sözün yox, susmağın gərək.

♣ Yolun darı da olar, geni də.

♣ Yorqun ol, yorucu yox.

♣ Yorqun pişik kimi.

♣ Yunaq tası kimi danqıldır. (yunaq:hamam).

♣ Yüyənli at, baxımlı bağ.



♣ Әvdә tapanca bala zәri xanιm (ərinə hapur zopur xanımlar).


Yüklə 292 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə