7-ci sinif Həyat Bilgisi ksq ad Soyad Tarix



Yüklə 10,31 Kb.
tarix01.02.2018
ölçüsü10,31 Kb.

7-ci sinif

Həyat Bilgisi KSQ

Ad Soyad______________________

Tarix________________

1.Buz üzərində hərəkət torpaq yoldakı hərəkətdən daha sürətli olur.Bunun səbəbini buz üzərində:

a) sürtünmənin az olması b) sürtünmənin olmaması c) sürtünmənin çox olması

d) havasızlıq e) havanın sıx olması

2 Aşağıdakıları materiyanın hansı xassəsi ilə əlaqələndirmək olar? Altından xətt çəkin.

Yarpağın işığa doğru yönəlməsi, çəkilmə və qabarma, atmosfer hadisələri.
3.Düzgün variantların altından xətt çəkin:

a) dənizlə maqnit arasında qarşlıqlı təsir mğvcuddur/ mövcud deyil.

b) Çantanı qaldırmaq üçün müəyyən qüvvə lazımdır/ lazım deyil.

c) Maqnitin eyni işarəli / müxtəlif işarəli qütbləri bir birini itələyir.

4.Verilmiş qarşılıqlı təsirləri qruplaşdırın:

maqnitlə -nikel, küləklə - bitki, əllər-şar, iynə-maqnit, ayaq-top.

1. Toxunma olmaqla 2.Toxunma olmadan

5.Aşağıdakılara əsasən enerji çevrilmələrini müəyyənləşdirin:

Xalçanı təmizlədin -

Maşın günəş şüaları altında qızdı -

Sərnikeşin sərinləməsi -

Meşədə gəzdin -

6.Düzgün (d) və səhv (s) olanları qeyd edin.

Elektrik mühərriklərində mexaniki enerji elektrik enerjisinə çevrilir.

Dəmiri çəkiclə vurduqda mexaniki enerli istilik enerjisinə çevrilir.

Qidanın tərkibində olan kimyəvi enerjinin bir qismi istilik enerjisinə çevrilirə

Şüalanma zamanı istilik enerjisi işıq enerjisinə çevrilir.

İnsan orqanizmində kimyəvi enerji elektrik enerjisinə çevrilir.

7.Meşələrin məhvi hansı fəsadlara səbəb ola bilər?
8. Aşağıdakılardan hansı ekoloji problem deyil?

1) yaşıllıqların azalması

2) yaşıllıqların artması

3) suyun çirklənməsi

4) ozon qatının dağılması

5) istixana effekti

9. Aşağıdakılardan hansı insan fəaliyyəti nəticəsində baş vermişdir?

1) ozon təbəqəsinin dağılması

2) oksigenin sintezi

3) səhrəların yaranması

4) qlobal istiləşmə

5) suyun mazutla çirklənməsi

6) radiasiyanın yaranması

7) meşələrin azalması

a) 1,3,6 b) 2,4,7 c) 4,5,6 d) 3,5,7 e) 1,5,7

10. Əgər neft tankerlərindəki yanacaq dənizə axarsa, baş verə biləcək fəsadlar nə ola bilər? Fikrinizi yazın.


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə