7 İstehlakçı seçimi nəzəriyyəsi



Yüklə 445 b.
tarix14.10.2017
ölçüsü445 b.



7



İstehlakçı seçimi nəzəriyyəsi aşağıdakı sualları cavablandırır:

  • İstehlakçı seçimi nəzəriyyəsi aşağıdakı sualları cavablandırır:

    • Bütün tələb əyriləri aşağı meyllidirmi?
    • Əmək haqqları əmək təklifinə necə təsir göstərir?
    • Faiz dərəcələri ev təsərrüfatı yığımına necə təsir göstərir?


BÜDCƏ MƏHDUDİYYƏTİ: İSTEHLAKÇI NƏ SATIN ALA BİLƏR?

  • Büdcə məhdudiyyəti istehlakçının satın ala biləcəyi istehlak “səbəti” üzərindəki məhdudiyyəti göstərir.

    • İnsanlar arzu etdiklərindən daha az istehlak edirlər. Çünkü onların xərcləmələri gəlirləri ilə məhdudlaşır.


BÜDCƏ MƏHDUDİYYƏTİ: İSTEHLAKÇI NƏ SATIN ALA BİLƏR?

  • Budcə məhdudiyyəti müəyyən gəlir və qiymət səviyyəsində istehlakçının satın ala biləcəyi müxtəlif əmtəə kombinasiyalarını göstərir.



İstehlakçının Büdcə Məhdudiyyəti



BÜDCƏ MƏHDUDİYYƏTİ: İSTEHLAKÇI NƏ SATIN ALA BİLƏR?

  • İstehlakçının Büdcə Məhdudiyyəti

    • Büdcə məhdudiyyəti xətti üzərindəki hər hansı bir nöqtə istehlakçı kombinasiyasını və ya iki məhsul arasındakı seçim nisbətini göstərir.
    • Məsələn, əgər istehlakçı pizza almırsa, o 500 litr Pepsi ala bilər (B nöqtəsi). Əgər o Pepsi almırsa, 100 pizza ala bilər (A nöqtəsi).


Qrafik 1: İstehlakçının Büdcə Məhdudiyyəti



BÜDCƏ MƏHDUDİYYƏTİ: İSTEHLAKÇI NƏ SATIN ALA BİLƏR?

  • İstehlakçının Büdcə Məhdudyyəti

    • Alternativ olaraq, istehlakçı 50 pizza və 250 litr Pepsi ala bilər.


Qrafik 1: İstehlakçının Büdcə Məhdudiyyəti



BÜDCƏ MƏHDUDİYYƏTİ: İSTEHLAKÇI NƏ SATIN ALA BİLƏR?

  • Büdcə məhdudyyəti xəttinin meyli iki məhsulun nisbi qiymətinə bərabərdir. Burada nisbi qiymət dedikdə, bir məhsulun qiymətinin digəri ilə müqayisədə əldə olunan qiymətidir.

  • Bu, istehlakçının bir məhsulu digəri ilə dəyişdirə biləcəyi nisbətdir.



SEÇİM: İSTEHLAKÇI NƏ İSTƏYİR?

  • İstehlak səbətləri arasında istehlakçının seçimi laqeydlik əyriləri ilə təsvir edilə bilər.



Seçimlərin laqeydlik əyriləri ilə təsvir edilməsi

  • Laqeydlik əyrisi istehlakçıya eyni məmnunluq dərəcəsi verən istehlak səbətlərini göstərən əyridir.



Qrafik 2: İstehlakçının Seçimləri



Seçimlərin laqeydlik əyriləri ilə təsvir edilməsi

  • İstehlakçının Seçimləri

    • İstehlakçı A, B və C nöqtələrindəki kombinasiyalar üzrə ya laqeyiddir, ya da eyni dərəcədə məmnundur. Çünkü bütün nöqtələr eyni əyri üzərindədir.
  • Əvəzetmənin marjinal nisbəti

    • Laqeydlik əyrisi üzərində hər hansı bir nöqtədəki mayililik əvəzetmənin marjinal nisbətini göstərir.
      • Bu, istehlakçının bir məhsulu digəri ilə mübadilə etməyə hazır olduğu nisbətdir.
      • Bu, istehlakçının digər məhsulun hər vahidi üçün ödəməyə hazır olduğu bir məhsulun miqdarıdır.


Qrafik 2: İstehlakçının Seçimləri



Laqeydlik əyrilərinin dörd xüsusiyyəti

  • Daha aşağı olanları ilə müqayisədə daha yüksək laqeydlik əyrilərinə üstünlük verilir.

  • Laqeydlik əyriləri aşağıya doğru meyllidir.

  • Laqeydlik əyriləri kəsişmir.

  • Laqeydlik əyriləri içəriyə doğru əyilir.



Laqeydlik əyrilərinin dörd xüsusiyyəti

  • Xüsusiyyət 1: Daha aşağı olanları ilə müqayisədə daha yüksək laqeydlik əyrilərinə üstünlük verilir.

    • İstehlakçı adətən bir şeyin daha çoxuna üstünlük verir.
    • Yüksək laqeydlik əyriləri daha aşağı laqeydlik əyriləri ilə müqayisədə daha çox məhsul həcmini ifadə edir.


Qrafik 2: İstehlakçının Seçimləri



Laqeydlik əyrilərinin dörd xüsusiyyəti

  • Xüsusiyyət 2: Laqeydlik əyriləri aşağıya doğru meyllidir.

    • Eyni dərəcədə məmnun olmaqdan ötürü istehlakçı o zaman bir məhsuldan keçər ki, digərindən daha çox əldə etsin.
    • Əgər bir məhsulun miqdarı azalırsa, digəri artmalıdır.
    • Buna görə də əksər laqeydlik əyriləri aşağı doğru meyllidir.


Qrafik 2: İstehlakçının Seçimləri



Laqeydlik əyrilərinin dörd xüsusiyyəti

  • Xüsusiyyət 3: Laqeydlik əyriləri kəsişmir.

    • A və B nöqtələri eyni istehlakçı məmnunluğu yaratmalıdır.
    • B və C nöqtələri eyni istehlakçı məmnunluğu yaratmalıdır.
    • Bu o deməkdir ki, A və C də eyni istehlakçı məmnunluğu doğurmalıdır.
    • Ancaq C nöqtəsi, A nöqtəsi ilə müqayisədə hər iki məhsuldan daha çox miqdarı əks etdirir.


Qrafik 3: Laqeydlik əyrilərinin kəsişməsinin qeyri-mümkünlüyü



Laqeydlik əyrilərinin dörd xüsusiyyəti

  • Xüsusiyyət 4: Laqeydlik əyriləri içəriyə doğru əyilir.

    • İnsanlar o məhsulların əldən çıxarılmasını çox istəyirlər ki, həmin məhsullardan onlarda çox olur, o məhsulların əldən çıxarılmasını az istəyirlər ki, onlardan daha az miqdara sahibdirlər.
    • İstehlakçının marjinal əvəzetmə nisbətindəki bu fərqliliklər onun laqeydlik əyrisinin içəriyə doğru əyilməsinə səbəb olur.


Qrafik 4: Əyilmiş laqeydlik əyrisi



Laqeydlik əyrilərinin iki ideal nümunəsi

  • Mükəmməl əvəzedicilər

  • Mükəmməl tamamlayıcılar



Laqeydlik əyrilərinin iki ideal nümunəsi

  • Mükəmməl əvəzedicilər

    • Düzxətt laqeydlik əyriləri olan iki məhsul mükəmməl əvəzedicilərdir.
    • Bu zaman marjinal əvəzetmə nisbəti sabit ədəd olur.


Qrafik 5: Mükəmməl əvəzedicilər və mükəmməl tamamlayıcılar



Laqeydlik əyrilərinin iki ideal nümunəsi

  • Mükəmməl tamamlayıcılar

    • Düz bucaq formalı laqeydlik əyrilərinə malik iki məhsul mükəmməl tamamlayıcılardır.


Qrafik 5: Mükəmməl əvəzedicilər və mükəmməl tamamlayıcılar



OPTİMALLAŞDIRMA: İSTEHLAKÇI NƏ SEÇİR?

  • İstehlakçılar ən yüksək laqeydlik əyrisi üzrə məhsul kombinasiyasını əldə etmək istəyirlər.

  • Ona görə ki, istehlakçı öz büdcə məhdudiyyəti üzərində və ya onun altında dayanmalıdır.



İstehlakçının optimal seçimləri

  • Laqeydlik əyrisi və büdcə məhdudiyyətinin birləşməsi istehlakçının optimal seçimini göstərir.

  • İstehlakçı elə optimal noqtədə dayanır ki, orada ən yüksək laqeydlik əyrisi və büdcə məhdudiyyəti bir-birinə toxunurlar.



İstehlakçının optimal seçimləri

  • İstehlakçı iki əmtəənin istehlakını seçir və beləliklə marjinal əvəzetmə nisbəti nisbi qiymətə bərabər olur



İstehlakçının optimal seçimləri

  • İstehlakçının optimal seçimi o deməkdir ki, istehlakçının iki məhsula verdiyi qiymət onların bazar qiymətinə bərabərdir.



Qrafik 6: İstehlakçının Optimal Seçimi



Gəlirdə dəyişmələr istehlakçı seçiminə necə təsir göstərir?

  • Gəlirdə artım büdcə məhdudiyyətini çolə doğru sürüşdürür.

    • İstehlakçıya daha yüksek laqeydlik əyrisi üzərində daha yaxşı məhsul kombinasiyası seçməyə imkan verir.


Qrafik 7: Gəlirdə artım



Gəlirdə dəyişmələr istehlakçı seçiminə necə təsir göstərir?

  • Keyfiyyətsiz mallara qarşı normal mallar

    • Əgər istehlakçının gəliri artanda bir məhsuldan daha çox alırsa, o məhsula normal məhsul deyilir.
    • Əgər istehlakçının gəliri artıqda bir məhsuldan daha az alırsa, o məhsula keyfiyyətsi məhsul deyilir.


Qrafik 8: Keyfiyyətsiz məhsul



Qiymətdə dəyişmələr istehlakçı seçiminə necə təsir göstərir?

  • Hər hansı məhsulun qiymətində enmə büdcə məhdudiyyətini çöl tərəfə doğru istiqamətləndirir və onun meylini dəyişdirir.



Qrafik 9: Qiymətdə dəyişmə



Gəlir və əvəzetmə effektləri

  • Qiymət dəyişməsi istehlak üzərində iki effektə malikdir:

    • Gəlir effekti
    • Əvəzetmə effekti


Gəlir və əvəzetmə effektləri

  • Gəlir effekti

    • Qiymət dəyişməsi istehlakçını daha yüksək və ya daha aşağı laqeydlik əyrisinə doğru yönəltdiyi zaman istehlakdakı dəyişməyə gəlir effekti deyilir.
  • Əvəzetmə effekti

    • Qiymət dəyişməsi istehlakçını laqeydlik əyrisi boyunca fərqli marjinal əvəzetmə nisbəti olan nöqtəyə doğru yönəltdiyi zaman istehlakdakı dəyişməyə əvəzetmə effekti deyilir.


Gəlir və əvəzetmə effektləri

  • Qiymətdə dəyişmə: Əvəzetmə effekti

    • Qiymət dəyişməsi ilk öncə istehlakçının laqeydlik əyrisi üzərində bir nöqtədən digərinə doğru hərəkət etməsinə səbəb olur.
      • Qrafikdə A nöqtəsindən B nöqtəsinə yerdəyişmə.
  • Qiymətdə dəyişmə: Gəlir effekti

    • Eyni əyri üzərində bir nöqtədən digərinə hərəkətdən sonra istehlakçı başqa bir laqeydlik əyrisinə doğru hərəkət edəcəkdir.
      • Qrafikdə B nöqtəsindən C nöqtəsinə yerdəyişmə.


Qrafik 10: Gəlir və əvəzetmə effektləri



Cədvəl 1: Pepsi qiymətləri endiyi zaman gəlir və əvəzetmə effektləri



Tələb əyrisindən törəmə

  • İstehlakçının tələb əyrisi onun büdcə məhdudiyyəti və laqeydlik əyrilərindən doğan optimal qərarlarının məzmunu kimi görünə bilər.



Qrafik 11: Tələb əyrisindən törəmə



ÜÇ TƏTBİQİ MƏSƏLƏ

  • Bütün tələb əyriləri aşağı doğru meyllidirmi?

    • Tələb əyriləri bəzən yuxarı doğru meylli ola bilirlər.
    • Bu o zaman baş verir ki, istehlakçı qiyməti yüksələn məhsuldan daha çox alsın.
    • Giffen məhsulları
      • Ekonomistlər tələb qanununa tabe olmayan məhsulları “Giffen məhsulu” termini ilə ifadə edirlər.
      • Giffen məhsulları o məhsullardır ki, onların qiyməti qalxdıqda tələb həcmi də yüksəlir.
      • Gəlir effekti əvəzetmə effekti üzərində hakimdir.
      • Onlar yuxarı meylli tələb əyrilərinə malik olurlar.


Qrafik 12: Giffen Məhsulu



ÜÇ TƏTBİQİ MƏSƏLƏ

  • Əmək haqqları əmək təklifinə necə təsir göstərir?

    • Əgər işçi üçün əvəzetmə effekti gəlir effektindən böyükdürsə, o daha çox çalışacaqdır.
    • Əgər gəlir effekti əvəzetmə effektindən daha böyükdürsə, o daha az işləyəcəkdir.


Qrafik 13: İşləmək-İşləməmək Qərarı



Qrafik 14: Əmək haqqı artımı



Qrafik 14: Əmək haqqı artımı



ÜÇ TƏTBİQİ MƏSƏLƏ

  • Faiz dərəcələri ev təsərrüfatı yığımına necə təsir göstərir?

    • Əgər daha yüksək faiz dərəcəsinin əvəzetmə effekti gəlir effektindən böyükdürsə, ev təsərrüfatları daha çox yığım edəcəkdir.
    • Əgər daha yüksək faiz dərəcəsinin gəlir effekti əvəzetmə effektindən böyükdürsə, onda ev təsərrüfatları daha az yığım edəcəkdir.


Qrafik 15: İstehlak-Yığım Qərarı



Qrafik 16: Faiz dərəcəsində artım



ÜÇ TƏTBİQİ MƏSƏLƏ

  • Beləliklə faiz dərəcəsində artım yığımı ya təşviq edir, ya da həvəsdən salır.



Xülasə

  • İstehlakçının büdcə məhdudiyyəti, verilmiş gəlir və qiymət səviyyəsində onun satın ala biləcəyi müxtəlif əmtəələr üzrə mümkün kombinasiyaları göstərir.

  • Büdcə məhdudiyyətinin meyli məhsulların nisbi qiymətinə bərabərdir.

  • İstehlakçının laqeydlik əyriləri onun seçimlərini göstərir.



Xülasə

  • Daha yüksək laqeydlik əyriləri üzərindəki nöqtələr daha aşağı laqeydlik əyriləri üzərindəki nöqtələrdən üstün hesab edilir.

  • İstənilən nöqtədə laqeydlik əyrisinin meyli istehlakçının əvəzetmənin marjinal nisbətidir.

  • İstehlakçı ən yüksək laqeydlik əyrisi ilə büdcə məhdudiyyətinin bir-birinə toxunduğu nöqtəni seçməklə optimal qərar verir.



Xülasə

  • Nə vaxt məhsulun qiyməti enir, istehlakçı seçimləri üzərində təsir gəlir effekti və əvəzetmə effekti arasında bölünə bilər.

  • Gəlir efefkti daha aşağı qiymətin istehlakı əlverişli hala gətirməsindən doğan istehlakdakı dəyişmədir.

  • Gəlir effekti daha aşağı laqeydlik əyrisindən daha yüksək laqeydlik əyrisinə doğru hərəkətlə ifadə olunur.



Xülasə

  • Əvəzetmə effekti nisbətən daha ucuz əmtəənin daha çox istehlakını təşviq edən qiymət dəyiməsindən doğan istehlak dəyişməsidir.

  • Əvəzetmə effekti laqeydlik əyrisi boyunca fərqli maililikdəki nöqtəyə doğru hərəkətlə ifadə olunur.



Xülasə

  • İstehlakçı seçimi nəzəriyyəsi aşağıdakıları izah edə bilir:

    • Nə üçün tələb əyriləri potensial olaraq yuxarı doğru maili olabilirlər?
    • Əmək haqqları əmək təklifinə necə təsir göstərir?
    • Faiz dərəcələri ev təsərrüfatı yığımına necə təsir göstərir?


TÖVSİYƏ OLUNAN ƏDƏBİYYATLAR

  • Nick Wilkinson, “Managerial Economics: A Problem-Solving Approach”, Cambridge University Press, 2005

  • Gregory Mankiw, “Principles of Microeconomics”, Cengage Learning, 2011

  • Luke M. Froeb, Brian McCann, “Managerial Economics: A Problem-Solving Approach”, Thomson South-Western, 2008

  • Michael R. Baye, “Managerial Economics and Business Strategy”, McGraw-Hill/Irwin, 2010

  • İbrahim Özer Ertuna, “Yönetim Ekonomisi”, Okan Üniversitesi Yayınları, 2009

  • Qreqory Mənkyu, “Ekonomiksin Əsasları”, Bakı, ADİU, 2010





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə