7 İstehlakçılar, İstehsalçılar və Bazarların Səmərəliliyi



Yüklə 439 b.
tarix13.11.2017
ölçüsü439 b.
#10149


7


BAZAR TARAZLIĞINA NƏZƏR SALAQ

  • Bazarda tələb və təklifin tarazlığı alıcıların və satıcıların əldə etdiyi ümumi faydanı maksimumlaşdırır?

  • Bazar tarazlığı bazarların qıt olan sərvətləri necə bölüşdürməsinə təsir edir.

  • Bazarda sərvətlərin bölüşdürülməsinin arzuolunan olub olmaması rifah halının təhlili üzrə iqtisadi nəzəriyyələr tərəfindən araşdırılır.



Rifah Halının Təhlili Üzrə İqtisadi Nəzəriyyələr

  • Rifah halının təhlili üzrə iqtisadi nəzəriyyələr maddi sərvətlərin bölüşdürülməsinin rifah halına təsirini öyrənir.

  • Alıcılar və satıcılar bazarda iştirak etməkdən fayda əldə edirlər.

  • Bazarda tələb və təklifin tarazlığı alıcıların və satıcıların əldə etdiyi ümumi faydanı maksimumlaşdırır.



Rifah Halının Təhlili Üzrə İqtisadi Nəzəriyyələr

  • Bazarda tarazlıq maksimum fayda ilə nəticələnir, belə ki, məhsulun istehlakçıları və istehsalçıları üçün maksimal ümumi rifah halı yaranır.



Rifah Halının Təhlili Üzrə İqtisadi Nəzəriyyələr

  • İstehlakçının izafi faydası bazar münasibətlərində iştirakdan alıcının əldə etdiyi faydanı ifadə edir.

  • İstehsalçının izafi faydası bazar münasibətlərində iştirakdan satıcının əldə etdiyi faydanı ifadə edir.



İSTEHLAKÇININ İZAFİ FAYDASI

  • Ödəməyə hazır olma alıcının əmtəə üçün ödəməyə hazır olduğu maksimum məbləğdir.

  • Bu alıcının əmtəəyə və ya xidmətə verdiyi dəyəri ifadə edir.



İSTEHLAKÇININ İZAFİ FAYDASI

  • İstehlakçının izafi faydası alıcının ödəməyə hazır olduğu məbləğlə alıcının faktiki olaraq ödədiyi məbləğin fərqidir.



Təsvir 1 Dörd Mümkün Alıcının Ödəməyə Hazır Olması



İSTEHLAKÇININ İZAFİ FAYDASI

  • Bazarda tələb əyrisi alıcıların müxtəlif qiymətlərdə əldə etməyə hazır olduğu müxtəlif miqdarları bildirir.



Tələb Cədvəli və Tələb Əyrisi



Təsvir 1 Tələb Cədvəli və Tələb Əyrisi



Təsvir 2 İstehlakçının İzafi Faydasının Tələb Əyrisi ilə Ölçülməsi



Təsvir 2 İstehlakçının İzafi Faydasının Tələb Əyrisi ilə Ölçülməsi



Tələb Əyrisindən İstifadə Etməklə İstehlakçının İzafi Faydasının Ölçülməsi

  • Qiymət xəttindən yuxarıda və tələb əyrisindən aşağıda qalan sahə istehlakçının bazarda yaranan izafi faydasına bərabərdir.



Təsvir 3 Qiymət İstehlakçının İzafi Faydasına Necə Təsir Edir



Təsvir 3 Qiymət İstehlakçının İzafi Faydasına Necə Təsir Edir



İstehlakçının İzafi Faydası Nəyi Ölçür?

  • İstehlakçının İzafi Faydası, yəni alıcıların əmtəə üçün ödəməyə hazır olduqları məbləğlə onların əmtəə üçün faktiki ödədikləri məbləğ arasındakı fərq alıcıların əmtəə istehlakından özlərinin fikrincə əldə etdikləri faydanın ölçüsüdür.



İSTEHSALÇININ İZAFİ FAYDASI

  • İstehsalçının izafi faydası satıcıya əmtəə üçün ödənilən məbləğ ilə satıcının məsrəfləri arasındakı fərqdir.

  • İstehsalçının izafi faydası alıcıların bazarda iştirakdan əldə etdiyi faydanın ölçüsüdür.



Cədvəl 2 Dörd Mümkün Satıcının Məsrəfləri



Təklif Əyrisindən İstifadə Etməklə İstehsalçının İzafi Faydasının Ölçülməsi



Təklif Qrafiki və Təklif Əyrisi



Təsvir 4 Təklif Qrafiki və Təklif Əyrisi



Təklif Əyrisindən İstifadə Etməklə İstehsalçının İzafi Faydasının Ölçülməsi

  • Qiymət xəttindən aşağıda və təklif əyrisindən yuxarıda qalan sahə bazarda istehsalçının izafi faydasına bərabərdir.



Təsvir 5 İstehsalçının İzafi Faydasının Təklif Əyrisi ilə Ölçülməsi



Təsvir 5 İstehsalçının İzafi Faydasının Təklif Əyrisi ilə Ölçülməsi



Təsvir 6 Qiymətin Dəyişməsi İstehsalçının İzafi Faydasına Necə Təsir Edir



Təsvir 6 Qiymətin Dəyişməsi İstehsalçının İzafi Faydasına Necə Təsir Edir



BAZARLARIN SƏMƏRƏLİLİYİ

  • İstehlakçının izafi faydası və istehsalçının izafi faydası anlayışları əsas iqtisadi suallardan birinə cavab verməkdə bizə kömək edə bilər:

    • Sərvətlərin azad bazarlar tərəfindən bölüşdürülməsi arzu olunan nəticəyə gətirib çıxarırmı?


BAZARLARIN SƏMƏRƏLİLİYİ

  • İstehlakçının İzafi Faydası

  • = Alıcıların ödəməyə hazır olduqları məbləğ – Alıcılar tərəfindən ödənilən məbləğ

  • İstehsalçının İzafi Faydası

  • = Satıcıların aldığı məbləğ – Satıcıların məsrəfləri



BAZARLARIN SƏMƏRƏLİLİYİ

  • Məcmu izafi fayda

  • = İstehlakçının izafi faydası + İstehsalçının izafi faydası

  • və ya

  • Məcmu izafi fayda

  • = Alıcıların faydası – Satıcıların məsrəfləri



BAZARLARIN SƏMƏRƏLİLİYİ

  • Səmərəlilik sərvətlərin bölüşdürülməsinin bütün cəmiyyət üzvlərinin əldə etdiyi məcmu faydanı maksimumlaşdıran xüsusiyyətinə deyilir.



BAZARLARIN SƏMƏRƏLİLİYİ

  • İctimai planlaşdırıcı, səmərəlilikdən əlavə həm də ədalətlilik – maddi rifahın müxtəlif alıcılar və satıcılar arasında ədalətli bölüşdürülməsi – haqqında düşünə bilər.



Təsvir 7 Bazar Tarazlığında İstehlakçı və İstehsalçıların İzafi Faydası



BAZARLARIN SƏMƏRƏLİLİYİ

  • Bazar Fəaliyyətinin Nəticəsi Barədə Üç Məsələ

    • Azad bazarlar təklif olunan əmtəələrin onlar üçün ən yüksək qiymət verməyə hazır olan alıcılara çatdırılmasını təmin edir.
    • Azad bazarlar tələb olunan əmtəələrin ən aşağı məsrəflərə malik olan istehsalçılar tərəfindən istehsal olunmasını təmin edir.
    • Azad bazarlar istehlakçı və istehsalçıların məcmu izafi faydasını maksimumlaşdıran miqdarda əmtəə istehsal edirlər.


Təsvir 8 Tarazlıq Miqdarının Səmərəliliyi



Bazar Tarazlığının Dəyərləndirilməsi

  • Tarazlıq, sərvətlərin səmərəli bölüşdürülməsinə gətirib çıxardığından, ictimai planlaşdırıcı azad bazar fəaliyyətinin nəticəsini olduğu kimi saxlamalıdır.

  • İctimai planlaşdırıcının bu xeyirxah hərəkəti hərfi tərcümə olunduqda “imkan ver etsinlər” mənasını verən fransız sözü laissez faire ilə ifadə olunur.



Bazar Tarazlığının Dəyərləndirilməsi

  • Bazar Gücü

    • Əgər bazar sistemi mükəmməl rəqabətli deyilsə, bazar gücü aşağıdakılarla nəticələnə bilər.
      • Bazar gücü qiymətləri nəzarətdə saxlamaq bacarığıdır.
      • Bazar gücü, bazarların qeyri-səmərəliliyinə səbəb olmaqla tarazlıq vəziyyətinin yaranmasına imkan vermir.


Bazar Tarazlığının Dəyərləndirilməsi

  • Kənar Təsirlər

    • Alıcıların və satıcıların qərarları bəzən heç ümumiyyətlə bazar münasibətlərində iştirak etməyən adamlara da təsir edir.
    • Kənar təsirlər bazardakı rifahın alıcıların faydası və satıcıların məsrəflərindən əlavə digər amillərdən də asılı olmasına gətirib çıxarır.
  • Alıcılar və satıcılar hansı miqdarda əmtəə istehlak və ya istehsal etmək qərarını verərkən belə kənar təsirləri nəzərə almadıqları üçün cəmiyyətin mənafeyi baxımından bazar fəaliyyətinin nəticəsi səmərəsiz də ola bilər.



Xülasə

  • İstehlakçının izafi faydası alıcının əmtəə üçün ödəməyə hazır olduğu məbləğlə əmtəə üçün faktiki olaraq ödədiyi qiymət arasındakı fərqə bərabərdir.

  • İstehlakçının izafi faydası alıcıların bazarda iştirakdan əldə etdiyi faydanın ölçüsüdür.

  • İstehlakçının izafi faydasını tapmaq üçün tələb əyrisi ilə qiymət xətti arasında qalan sahəni hesablamaq lazımdır.



Xülasə

  • İstehsalçının izafi faydası satıcıların əmtəəni satmağa hazır olduğu məbləğlə istehsal məsrəfləri arasındakı fərqə bərabərdir.

  • İstehsalçının izafi faydası satıcıların bazarda iştirakdan əldə etdiyi faydanın ölçüsüdür.

  • İstehsalçının izafi faydasını tapmaq üçün təklif əyrisindən yuxarıda və qiymət xəttindən aşağıda olan sahəni hesablamaq lazımdır.



Xülasə

  • Sərvətlərin bölüşdürülməsi istehlakçıların və istehsalçıların məcmu izafi faydasını artırırsa, sərvətlərin belə bölüşdürülməsi səmərəli hesab olunur.

  • Siyasətçilər adətən bazar fəaliyyətinin nəticələrinin həm səmərəliliyi, həm də ədalətliliyinə nail olmağa çalışırlar.



Xülasə

  • Tələb və təklifin tarazlığı, istehlakçıların və istehsalçıların izafi faydalarının cəmini maksimumlaşdırır.

  • Yəni, bazardakı gözəgörünməz əl sərvətlərin alıcılar və satıcılar arasında səmərəli bölüşdürülməsini təmin edir.

  • Bazarların iflasının mövcud olduğu hallarda, bazarların fəaliyyətinin nəticəsində sərvətlər səmərəli şəkildə bölüşdürülmür.



Yüklə 439 b.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə