700 bal toplayan iki abituriyent Azərbaycan Tibb Universitetini seçib



Yüklə 255,18 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix04.11.2017
ölçüsü255,18 Kb.
#8141
  1   2   3   4   5   6   7


700 bal toplayan iki abituriyent 

Azərbaycan Tibb Universitetini seçib

“Təbib” istirahət  düşərgəsi  

universitetimizin sərvətidir

British University of 

Nicosia-nın rəhbərləri 

ilə görüş keçirilib

7

Azərbaycanın Birinci 

Xanımı ad gününü 

qeyd edib

     Ãÿçåò 

1933 - úö èëäÿí ÷ûõûð.          

№ 14 (1589) 30 avqust 2014 - úц èë                         Ãèéìÿòè 40 ãÿïèê

AMERİKALI QONAQLAR ATU-da

B u     s a y ı m ı z d a

2

3

3

4-5

A

zərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da 

Bakının Nəsimi rayonundakı 46 nömrəli tam orta məktəbin əsaslı 

təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.

Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının 

sürətləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər ardıcıl olaraq 

həyata keçirilir. Xüsusi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər 

planına uyğun olaraq orta məktəblərin, ayrı-ayrı təhsil ocaqlarının mad-

di-texniki bazası möhkəmləndirilir, təhsilin keyfiyyətinin yüksəldilməsi 

məqsədi ilə ən müasir infrastruktur yaradılır. Yeni dərs ili ərəfəsində 

respublikanın hər yerində olduğu kimi, paytaxtda və eləcə də ətraf 

qəsəbələrdə orta məktəb binaları yüksək standartlara uyğun şəkildə 

yenidən qurulur və lazımi avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin 

ərazilərində abadlıq işləri həyata keçirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məktəbdə 

görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, 

46 nömrəli tam orta məktəbin binası 1969-cu ildə inşa olunub. Dörd 

mərtəbədən, 65 sinif otağından ibarət məktəb 1560 şagird yerlikdir. Yeni 

dərs ili ərəfəsində məktəbin bütün sinif otaqları, ayrı-ayrı fənn kabinetləri 

əsaslı şəkildə təmir edilib, lazımi avadanlıq və ləvazimatla təchiz olu-

nub. Məktəbdə vergilər mövzusunda dərslərin keçirilməsi üçün xüsusi 

kabinetlər də yaradılıb. Məktəbdə ən müasir havalandırma və işıqlan-

dırma sistemləri quraşdırılıb. Ətraf ərazilərdə abadlıq və quruculuq işləri 

həyata keçirilib.

Prezident İlham Əliyev ayrı-ayrı sinif otaqlarını gəzdi, fənn 

kabinetlərində yaradılan şəraitlə yaxından tanış oldu.

Prezident İlham Əliyev Bakıdakı 46 nömrəli tam orta məktəbin əsaslı təmir və 

yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub

ATU-nun nəzdində 

olan 5 saylı yataqxana 

təmirə bağlanıb

3



http://www.amu.edu.az

30 avqust  2014-ъц ил

2

u

Avqustun 26-sı 



Azərbaycanın Birinci 

Xanımı Mehriban xa-

nım Əliyevanın ad gü-

nüdür.


 

Mehriban  xanım  Əliyeva  Bakı 

şəhərində anadan olub. Azərbaycanın 

dəyərli  ziyalısı,  istedadlı  yazıçı,  aka-

demik    Mir  Cəlal  Paşayevin  nəvəsi, 

Azərbaycan Aviasiya Akademiyasının 

rektoru, akademik Arif Paşayevin qızı-

dır.


Mehriban  xanım  1982-ci  ildə  Bakı 

şəhəri  23  N-li  orta  məktəbi  qızıl  me-

dalla  bitirərək    N.Nərimanov  adına 

Azərbaycan  Dövlət  Tibb  İnstitutu-

nun  (indiki  ATU)  müalicə-profilaktika 

fakültəsinə daxil olub.

1988-ci  ildə  M.Seçenov  adına 

1-ci  Moskva  Dövlət  Tibb  İnstitutunu 

fərqlənmə diplomu ilə bitirib.

1988-1992  illər  ərzində  Moskvada 

akademik  Krasnovun  rəhbərliyi  altın-

da Göz Xəstəlikləri Elmi-tədqiqat İns-

titutunda işləyib.

1995-ci  ildə  Mehriban  Əliyevanın 

təşəbbüsü  ilə  hal-hazırda  onun 

rəhbərlik 

etdiyi 

Azərbaycan 



Mədəniyyət Fondu təsis olunub.

1996-cı  ildə  Mehriban  Əliyeva 

Azərbaycan  mədəniyyətinin  geniş 

təbliğ  olunması  məqsədilə  üç  dildə 

(Azərbaycan,  ingilis  və  rus)  çap  olu-

nan “Azərbaycan – İrs” jurnalını təsis 

edib.

2002-ci  ildə  Mehriban  Əliyeva 



Azərbaycan  Gimnastika  Federasi-

yasının  prezidenti  seçilib  və  həmin 

vəzifədə  özünü  gözəl  təşkilatçı  kimi 

nümayiş  etdirib.  Onun  beynəlxalq 

aləmdə  artmaqda  olan  nüfuzu 

Beynəlxalq  Gimnastika  Federasiya-

sının  Bədii  Gimnastika  üzrə  2003  və 

2004-cü  il  Dünya  Kuboku  yarışları-

nın  və  2005-ci  il  Dünya  Çempionatı-

nın  Azərbaycanda  keçirilməsinə  dair 

qərarın  qəbul  olunmasında  həlledici 

rol oynayıb.

Mehriban  Əliyeva  Azərbaycan  xal-

qının  ümummilli  liderinin  zəngin  irsi-

nin  öyrənilməsi  və  həmçinin  Heydər 

Əliyevin  yaratdığı  milli  dövlətçilik  ide-

yalarını  yeni  nəsillərə  daim  aşılamaq 

məqsədi  ilə  yaradılan  Heydər  Əliyev 

Fonduna  rəhbərlik  edir.  2004-cü  il 

may ayının 10-da Heydər Əliyev Fon-

dunun rəsmi açılışı olub.

2004-cü 


il 

avqustun 

13-də 

Azərbaycanın şifahi xalq ədəbiyyatının 



və musiqi irsinin qorunub saxlanılma-

sı  və  inkişaf  etdirilməsi  sahəsindəki 

yorulmaz  səylərinə  görə  Mehriban 

Əliyeva  UNESСO-nun  Xoşməramlı 

səfiri adına layiq görülüb.

2004-cü  il  dekabrın  28-də  Mehri-

ban  Əliyeva  Azərbaycan  Respub-

likası  Milli  Olimpiya  Komitəsinin  IV 

Baş  Məclisində  MOK-un  İcraiyyə 

Komitəsinə üzv seçilib.

2004-cü ildən Yeni Azərbaycan Par-

tiyası Siyasi Şurasının üzvüdür.

2005-ci ildə Azərbaycanda keçirilən 

sosioloji  sorğuya  əsasən  Mehriban 

Əliyeva “İlin qadını” adına layiq görü-

lüb.


2005-ci  il  iyunun  9-da  ictimai,  me-

senatlıq  və  xeyriyyəçilik  fəaliyyətinə 

görə, 

təhsil 


və 

mədəniyyət 

müəssisələrinin 

dəstəklənməsinə, 

Rusiya və Azərbaycan xalqları arasın-

da dostluğun möhkəmlənməsinə san-

ballı töhfələrinə görə Rusiyanın “Yüzil-

liyin mesenatları” Beynəlxalq Xeyriyyə 

Fondunun “Yaqut Xaç” ordeninə layiq 

görülüb.


2005-ci ildə fəlsəfə elmləri namizədi 

alimlik dərəcəsi alıb.

2005-ci il noyabrın 6-da Milli Məclisə 

keçirilən  seçkilərdə  namizədliyi  Yeni 

Azərbaycan 

Partiyası 

tərəfindən 

14  saylı  Əzizbəyov  ikinci  seçki 

dairəsindən  irəli  sürülmüş  Mehriban 

Əliyeva 92.12% (23106 səs) səs topla-

yaraq deputat seçilib.

Milli  Qəhrəman  Çingiz  Mustafa-

yev  Fondu  və  ANS  Şirkətlər  Qrupu 

ölkəmizin  təhsil  sisteminin  inkişafın-

da xidmətlərinə, milli mədəni irsimizin 

qorunub  saxlanılmasına  və  dünyada 

təbliğinə,  xarici  ölkələrdə  xalqımı-

zın  müsbət  imicinin  möhkəmlənməsi 

üçün  gördüyü  işlərə,  bədii  gimnas-

tika  üzrə  27-ci  dünya  çempionatının 

respublikamızda  yüksək  səviyyədə 

hazırlanıb  keçirilməsinə,  genişmiq-

yaslı  xeyriyyəçilik  fəaliyyətinə  görə 

Mehriban Əliyevanı “2005-ci ilin ada-

mı” elan edib.

Mehriban  Əliyeva  mədəni-mənəvi 

dəyərlərin  qorunub  saxlanmasına 

verdiyi  töhfələrə  görə  2006-cı  ilin 

martında  BMT-nin  Ümumdünya  Əqli 

Mülkiyyət  Təşkilatının  (WIPO)  qızıl 

medalına layiq görülüb.

Sivilizasiyalararası  dialoq  daxil  ol-

maqla,  müxtəlif  sahələrdə  genişmiq-

yaslı  və  fədakar  fəaliyyətinə,  qayğıya 

ehtiyacı  olan  uşaqlara  diqqətinə,  on-

ların  yaşayış  şəraitinin  yaxşılaşması-

na,  təhsilə,  həmçinin  islam  aləmində 

görülən  işlərə  böyük  dəstəyinə  görə 

Mehriban Əliyeva 2006-cı il noyabrın 

24-də ISESCO-nun Xoşməramlı səfiri 

adına layiq görülüb.

Dünya  Səhiyyə  Təşkilatı  (DST) 

İcraiyyə Komitəsinin 2007-ci il yanva-

rın  29-da  Cenevrədə  keçirilən  120-ci 

sessiyasının yekdil qərarı ilə Mehriban 

Əliyeva  ana,  uşaq  və  ailə  sağlamlı-

ğının  qorunması  və  möhkəmlənməsi 

işində müstəsna xidmətlərinə görə bu 

beynəlxalq təşkilatın mükafatına layiq 

görülüb.


Genişmiqyaslı xeyriyyəçilik fəaliy yə-

tinə, bəşəriyyətin ali ideallarına xidmət 

sahəsində yüksək nailiyyətlərinə görə 

2007-ci ilin mayında Mehriban Əliyeva 

“Qızıl ürək” beynəlxalq mükafatına la-

yiq görülüb.

Azərbaycan  Respublikasının  Pre-

zidentinin  2009-cu  il  5  may  tarix-

li  sərəncamı  ilə  Mehriban  Əliyeva 

Azərbaycan  Respublikasının  ictimai-

siyasi  və  mədəni  həyatında  səmərəli 

fəaliyyətinə görə Heydər Əliyev Müka-

fatı ilə təltif edilib.

2009-cu 


il 

sentyabrın 

14-də 

Azərbaycan  ilə  Polşa  arasında  dost-



luq  münasibətlərinin  inkişafındakı 

xidmətlərinə  görə  Mehriban  Əliyeva 

Polşa  Respublikasının  “Xidmətlərə 

görə” Böyük Komandor Xaçı ordeni ilə 

təltif edilib.

2010-cu  il  fevralın  15-də  Mehri-

ban  Əliyeva  Fransaya  münasibətdə 

göstərdiyi  xidmətlərinə  və  nümayiş 

etdirdiyi sadiqliyinə görə Fransa Res-

publikası  Prezidentinin  Sərəncamı 

ilə  “Şərəf  Legionu”  ordeninin  zabit 

dərəcəsi ilə təltif edilib.

2010-cu  il  iyulun  30-da  Mehriban 

Əliyevaya  UNESСO-nun  “Qızıl  Mot-

sart” medalı təqdim edilib.

2010-cu il noyabrın 7-də Milli Məclisə 

keçirilən  seçkilərdə  namizədliyi  Yeni 

Azərbaycan  Partiyası  tərəfindən  14 

saylı  Xəzər  ikinci  seçki  dairəsindən 

irəli  sürülmüş  Mehriban  Əliyeva 

94,49%  (31797  səs)  səs  toplayaraq 

deputat seçilib.

2011-ci  il  iyunun  24-də  Mehriban 

Əliyevaya Krans Montana Forumunun 

Qızıl  medalı,  2012-ci  il  iyunun  29-da 

isə  “Prix  de  la  Fondation”  mükafatı 

təqdim edilib.

2012-ci  il  fevralın  13-də  Mehriban 

Əliyeva  Rusiya  Federasiyasının  İ.  M. 

Seçenov adına Birinci Moskva Dövlət 

Tibb  Universitetinin  Fəxri  professoru 

adına layiq görülüb.

2012-ci  il  aprelin  13-də  Mehri-

ban  Əliyevaya  MDB  iştirakçısı  olan 

dövlətlərin  Humanitar  Əməkdaşlıq 

Şurası (HƏŞ) və MDB iştirakçısı olan 

ölkələrin  Dövlətlərarası  Humanitar 

Əməkdaşlıq Fondu (DHƏF) tərəfindən 

“Birlik Ulduzları” dövlətlərarası müka-

fatı təqdim edilib.

2013-cü  il  iyunun  7-də  Yeni 

Azərbaycan Partiyasının sədr müavini 

vəzifəsinə seçilib.

2013-cü il dekabrın 27-də Mehriban 

Əliyeva  Pakistanın  “Şəhid  Bənazir 

Bhutto  Qadın  Mükəmməlliyi  Mükafatı 

– 2013” mükafatına layiq görülüb.

2014-cü  ilin  mayında  Mehriban 

Əliyeva  sivilizasiyalararası  dialoqa 

verdiyi  töhfələrə,  həmçinin  Almani-

yada  türk  dünyasının  tanıdılmasına, 

Azərbaycan-Almaniya 

əlaqələrinin 

inkişafındakı  xidmətlərinə  görə  Türk-

Alman  Dostluq  Federasiyasının  fəxri 

mükafatına layiq görülüb.

Olimpiya  dəyərlərinin  təbliğindəki 

xidmətlərinə görə 2014-cü ilin iyunun-

da Beynəlxalq Olimpiya Akademiyası-

nın “Olympic Excellence” xüsusi fəxri 

mükafatı ilə təltif olunub.

Bu günlərdə isə Heydər Əliyev Fon-

dunun  prezidenti,  UNESCO-nun  və 

ISESCO-nun xoşməramlı səfiri Mehri-

ban Əliyeva  İslam mədəni irsinin dün-

yada  geniş  təbliği,  Azərbaycanda  və 

ölkə hüdudları xaricində nəcib xeyriyyə 

fəaliyyəti,  təhsilə,  tibbə  verdiyi  böyük 

töhfələrə görə Küveyt Dövlətinin Fəxri 

diplomu ilə təltif olunub.

Küveyt  Dövlətinin  Qadın  Məsələləri 

üzrə Komitəsinin sədri Şeyxa Lətifə Əl-

Fəhd Əl-Səlim Əl-Sabahın imzaladığı 

Fəxri  diplomda  Heydər  Əliyev  Fon-

dunun prezidenti Mehriban Əliyevaya 

həyata  keçirdiyi  nəcib  xeyriyyə  və 

təbliğat  fəaliyyətinə  görə  Küveyt  qa-

dınları  adından  dərin  təşəkkür  ifadə 

olunub  və  bu  istiqamətdəki  işlərində 

uğurlar arzu edilib.

Qeyd  edək  ki,  bu,  Küveyt  qadınları 

adından  xarici  ictimai-siyasi  xadimə 

verilən ilk mükafatdır. 

Ad gününü qeyd edən Azərbaycanın 

birinci  xanımının  iki  qızı,  bir  oğlu,  üç 

nəvəsi var.



Azərbaycanın Birinci Xanımı ad gününü qeyd edib

Mehriban xanım 1982-ci ildə Bakı şəhəri 23 N-li orta 

məktəbi qızıl medalla bitirərək  N.Nərimanov adına 

Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki ATU) 

müalicə-profilaktika fakültəsinə daxil olub.


Yüklə 255,18 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə