700 bal toplayan iki abituriyent Azərbaycan Tibb Universitetini seçib



Yüklə 255,18 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix04.11.2017
ölçüsü255,18 Kb.
#8141
1   2   3   4   5   6   7

30 avqust   2014-ъц ил

http://www.amu.edu.az

3

Azərbaycan 

Tibb 

Uni­

versiteti  öz  tələbələrinin 

yaşa ma  şəraitinin  yaxşı­

laş dı rılması  üçün  lazımi 

tədbirləri  görür.  Artıq  3 

ildir  ki,  hər  yay  ATU­nun 

nəzdindəki yataq xanalardan 

biri  təmir  olunur.  Bu  il  də 

Tibb Universitetinin 5 saylı 

yataq xanası  təmirə  bağla­

nıb. 

ATU-nun  Həmkarlar  İttifa-

qı  Komitəsinin  sədri,  dosent 

Cahangir  Qasımov  bildirir  ki, 

Tibb  Universitetinin  6  yataq-

xanası  olsa  da,  iki  yataqxa-

namızda  məcburi  köçkünlər 

məskunlaşıb. Hazırda yataqxa-

nalardan 4-ü tələbələrə xidmət 

göstərir. Bunlardan da ikisi qız-

lar,  digər  ikisi  oğlanlar  üçün-

dür: “Ötən illərə nisbətən bu il 

yataqxanalara    yerləşdirmə  ilə 

bağlı  müraciət  edənlərin  sayı 

xeyli artıb.  Son günlər ərzində 

daxil olan 50 ərizədən 10-u əlil, 

şəhid ailəsi övladlarıdır. İlk ola-

raq  bu  cür  tələbələrin  istəkləri 

nəzərdə  tutulub.  Daha  sonra 

ötən  il  universitetə  daxil  olan 

və  yataqxanaya  yerləşdirilə 

bilməyənlər  nəzərə  alınacaq. 

Ümumilikdə,  bu  il  yeni  gələn 

tələbələrdən  50  nəfəri  yataq-

xanaya yerləşdirə biləcəyik.” 

Qeyd  edək  ki,  keçən  əsrin 

60-70-ci illərində tələbə yataq-

xanası  kimi  istifadə  edilən  5 

mərtəbəli  bina  hazırda  tədris 

binası kimi istifadə edilir və bu 

bina  «Latın  dili  korpusu»  kimi 

tanınır.


ATU-nun  tələbə  yataqxa-

nalarının 

tikintisinin 

əsası 


XX  əsrin  30-cu  illərində  qo-

yulub.  1941-1945-ci  illərdəki 

İkinci  Dünya  müharibəsi  za-

manı  ATU-nun  1  və  2  saylı 

tələbə 

yataqxanalarından 



təhliyə  hospitalı  kimi  istifadə 

edilib.  Ulu  öndər  Heydər 

Əliyevin  ölkəmizə  rəhbərliyi 

dövründə  daha  4  müasir  tip-

li  yataqxana  binası  tikilərək 

tələbələrin  ixtiyarına  verilib. 

Son  10  ildə  ölkə  Preziden-

ti      İlham  Əliyevin  diqqət  və 

qayğısı  sayəsində  yerli  və  xa-

rici tələbələrin istifadə etdikləri 

bütün  yataqxana  binalarında 

əsaslı  təmir  işləri  aparılıb,  bi-

nalar  ən  yeni  avadanlıqlarla 

təchiz edilib, tələbələrin rahat-

lığı üçün hər cür şərait yaradı-

lıb.


İyulun  17­də  Oklahoma  ştatı  milli 

qvardiyasının komandanı, general­leytenant 

Mayls Dirinqin rəhbərlik etdiyi nümayəndə 

heyəti  Azərbaycan  Tibb  Universitetinin 

qonağı olub. 

Amerikalı  qonaqları  ATU-nun 

tədris  işləri  üzrə  prorektoru,  pro-

fessor  Sabir  Əliyev  qəbul  edərək 

bu  görüşdən  məmnunluğunu  dilə 

gətirib  və  onlara  Azərbaycanın 

yeganə ali tibbi təhsil ocağı haqqın-

da ətraflı məlumat verib. Azərbaycan 

Tibb Universitetinin xarici ölkələrlə, 

xüsusilə  Türkiyə  və  Almaniya  ilə 

əlaqələrinin  yüksək  səviyyədə 

olduğunu  vurğulayan  prorektor 

bundan  sonra  Amerika  Birləşmiş 

Ştatlarının  tibb  müəssisələri  ilə  də 

ikitərəfli  əlaqələrin  yüksəldilməsini 

arzuladığını bildirıb.  

Nümayəndə heyətinin rəhbəri ge-

neral-leytenant Mayls Dirinq də öz növbəsində 

səmimi  qəbul  üçün  universitet  rəhbərliyinə 

təşəkkürünü  çatdırb  və  bu  əlaqələrin 

genişləndirilməsində maraqlı olduqlarını deyib.

ATU-nun  beynəlxalq  əlaqələr  şöbəsinin  mü-

diri, dosent Rəhimə Qabulova Oklahoma Uni-

versiteti ilə təməli hələ 2010-cu ildə qoyulmuş 

əməkdaşlığın perspektivlərindən danışıb. 

  Görüş  zamanı  müzakirə  edilən  məsələlər 

arasında  Oklahoma  Universiteti-

nin  Tibb  Elmi  Mərkəzi  (OU  HSC) 

ilə  əməkdaşlığın  bərpası,  mümkün 

əməkdaşlıq  sahələrinin  araşdırıl-

ması da olub. 

İkitərəfli 

əlaqələrin 

genişlən-

dirilməsi 

istiqamətində 

fikir 

mübadiləsinin  aparıldığı  görü-



şün  sonunda  iştirakçılara  xatirə 

hədiyyələri təqdim edilib.

Qeyd  edək  ki,  Oklahoma  Milli 

Qvardiyasının nümayəndə heyətinə 

Ştatla  Tərəfdaşlıq  Proqramının 

(SPP) direktoru, polkovnik-leytenant 

Rastin  Uon,  Birləşmiş  Qərargahın 

(JFHQs)  idarə  rəisi,  polkovnik-ley-

tenant  Çarlz  Buz  və  ABŞ-ın  Azərbaycandakı 

səfirliyinin nümayəndələri daxil olub.



AMERİKALI QONAQLAR ATU-da

ATU-nun nəzdində olan 5 saylı 

yataqxana təmirə bağlanıb

Avqustun  9-da  Azərbaycan  Tibb  Universitetində  (ATU) 

Şimali Kipr Türkiyə Cümhuriyyətindən olan qonaqlarla gö

-

rüş keçirilib. 



Görüşdə British University of Nicosia-nın rektoru Professor, 

dr.  Cem  Birol,  Kiprin  ən  böyük  xəstəxanasının  baş  həkimi 

dr.  Ersan  Berksel,  ATU-nun  beynəlxalq  əlaqələr  şöbəsinin 

rəhbəri  Rəhimə  Qabulova,  ATU-nun  ümumi  işlər  üzrə 

prorektoru Natiq Xəlilov, rektorun köməkçisi Rafiq Bayramov 

iştirak ediblər.

Görüş  zamanı  Natiq  Xəlilov  qonaqlara  ATU-nun  fəaliyyəti, 

strukturu, klinikaları, tədrisin təşkili haqqında ətraflı məlumat 

verib.  Qeyd  olunub  ki,  hazırda  universitetin  4  klinikası,  7 

fakültəsi,  74  kafedrası  mövcuddur.  ATU-da  17  ölkədən 

olan  800-dən  artıq  əcnəbi  tələbə  təhsil  alır  ki,  onların  da 

əksəriyyətini Türkiyədən olan tələbələr təşkil edir. 

Professor Cem Birol isə rəhbərlik etdiyi British University of 

Nicosia haqqında məlumat verərək bildirib ki, bu universitet 

ötən il yaradılıb və ilk tələbələrini gələn ildən qəbul edəcək. 

Artıq  British  University  of  Nicosia  bir  sıra  beynəlxalq  təhsil 

müəssisələri  ilə  əlaqələr  qurub:  “İndi  də  Azərbaycan  Tibb 

Universiteti  ilə  tanış  olmaq  istədik.  Azərbaycan  bizim  üçün 

qardaş məmləkətdir, burada təhsil və tədrisin hansı səviyyədə 

olduğunu öyrənmək istəyirik”. 

Kiprin  ən  böyük  xəstəxanasının  baş  həkimi,  mərhum 

prezident Rauf Denktaşın şəxsi həkimi olmuş Ersan Berksel 

universitetdəki  Sağlıq  fakültəsindən  söz  açıb.  Türkiyəli 

professor  ATU-nun  bu  sahədə  təcrübəsi  ilə  tanış  olmaq 

istədiyini bildirib. Qeyd edib ki, British University of Nicosia-

da  həmçinin  tibb  sahəsində  magistratura  təhsili  vermək  də 

nəzərdə  tutulub  və  burada  azərbaycanlı  tələbələrə  əlverişli 

şərtlər daxilində imkan yaradıla bilər. 

Görüş  zamanı  Azərbaycan  Tibb  Universiteti  ilə  British 

University  of  Nicosianın  gələcəkdə  iş  birliyi  qura  biləcəkləri 

haqqında  da  müzakirələr  aparılıb.  Qərara  alınıb  ki,  növbəti 

görüşlər  üçün  əməkdaşlıq  haqqında  memorandum  layihəsi 

hazırlansın.

ATU­nun Mətbuat xidməti

British University of 

Nicosia-nın rəhbərləri 

ilə görüş keçirilib



Yüklə 255,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə