700 bal toplayan iki abituriyent Azərbaycan Tibb Universitetini seçib



Yüklə 255,18 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix04.11.2017
ölçüsü255,18 Kb.
#8141
1   2   3   4   5   6   7

http://www.amu.edu.az

30 avqust  2014-ъц ил

4

Sükan  arxasında    əyləşən 

qəzetimizin  əməkdaşı  Qabil 

Abdullayevin idarə etdiyi maşın 

səsli-küylü şəhərdən uzaqlaş-

dıqca  ovqatımız  da  dəyişirdi. 

Baş-başa  vermiş  qollu-  bu-

daqlı  ağacların  yol  boyu  qur-

duğu çardaqlar ilahi gözəlliyin 

təcəssümüdür.  Bu  çardaqlı, 

bənzərsiz  yollar boyu qamətli 

çinarlar, gövdəli palıdlar, salxım 

söyüdlər  könlümüzü  oxşayır. 

Belə bir duyğu, hiss, həyəcan, 

qürur içində maşınımız  Nabra-

na tərəf  irəliləyir.     

Beləcə  nikbin  düşüncələrin 

qanadınd a 

bir- bir ind ə n 

gəzməli,  görməli,  axarlı-  ba-

xarlı  olan  ölkəmizin  dilbər 

guşələri  Siyəzən,  Şabran, 

Xaçmaz  şəhərlərini  arxada 

qoyuruq. Artıq Nabran adlı bir 

cənnətməkanın ərazisindəyik. 

Sağ  qolumuz  üstə  göy  gözlü 

Xəzər  sakit-sakit  dalğalanır, 

əks tərəfdən  Şahdağdan əsən 

meh üstümüzü  bürüyür. Bun-

dan o yana isə sirli təbiətin ilahi 

gözəlliklərini insan əli ilə qurub- 

yaradan gözəlliklər tamamlayır. 

Burada  bir  il  ərzində  o  qədər 

yeniliklər edilib ki, gedəcəyimiz 

ünvanı ötüb keçəcəyimizdən eh-

tiyatlanırıq. Bir-birindən yaraşıqlı 

istirahət zonaları göz işlədikcə 

sıralanıb gedir. 

Çox çəkmir ki, maşınımız bizə 

doğma olan lövhənin qarşısında 

dayanır. Biz düşərgənin həyətinə 

daxil olanda istirahətçilər onlar 

üçün ayrılmış korpusların qarşı-

sında dincəlirdilər. Tanı dı ğı mız 

və tanımadığımız admlarla sa-

lamlaşıb hal-əhval tuturuq. Gö-

zümüz  bu insanların içərisində 

ən  əvvəl  köhnə  tanışlarımızı- 

necə deyərlər hər il gəlib burada 

dincələn daimi sakinləri axtarır. 

Bizi düşərgənin əməkdaşı Samir 

Yaqubov  qarşılayır. 

Yol  yorğunluğumuzu  ca nı-

mızdan çıxarmaq üçün bir bala-

ca dincəlməyə ehtiyacımız var. 

Lakin  dənizlə  meşənin  qov-

şağında,  hay-küylü  şəhərdən 

kə nar bir yerdə ən yaxşı istirahət 

təbiətlə baş-başa qalmaqdır. Biz 

də bu minvalla düşərgəni do-

laşırıq. Başı buludlardan nəm 

çəkən ağaclar  isti yay günəşini 

görünməz  etmişdi.  Salxım 

söydlərlə əhatələnmiş bulaq da 

həmişəki kimi əraziyə  xüsusi 

gözəllik  verirdi.    Yarpaqlarını 

xəfif  meh  titrədən  ağacların 

kölgəsində əyləşən sakinlərin 

baxışlarında gərgin işdən son-

ra  bir  rahatlıq  hiss  olunurdu. 

İstirahətçilər    dəstə  -  dəstə 

öz  ailəsi  ilə  birlikdə    çay  içir, 

söhbət  edir,  dincəlirlər.  Ötən 

bir  il  müddətində  diqqətimizi 

çəkən dəyişliklər gözümüzdən 

yayınmır. İkinci mərhələ başla-

sa da ərazinin səliqə- sahmanı 

əvvəlki kimi  qorunub saxlanıb.  

Korpusların  həyəti  tullantılar-

dan  təmizlənmiş,  düşərgənin 

ətrafındakı qurumuş  ağacların 

təhlükə törədən kötükləri çıxa-

rılıb atılmış, alaq otlar səliqə ilə 

biçilmişdir.  Piyadaların  gediş- 

gəlişi  üçün  nəzərdə  tutulmuş 

səkilər  də  qaydaya  salınmış, 

binaların  fasadı    rənglənmiş,  

bir sıra lazımi abadlıq işləri apa-

rılmışdır.   Çox qisa bir vaxtda 

biz hiss etdik ki, burada sakit-

lik tam təmin olunub. İstirahət 

edən əməkdaşlar bir-birlərinə 

qarşı çox sayğı, hörmətlə ya-

naşır. Onu da öyrəndik ki, digər 

istirahət düşərgələrinə baxanda 

burada əməkdaşlara  xidmətin 

, əyləncəli tədbirlərin səviyyəsi  

onlara  göstərilən    diqqət  və 

qayğı  daha  nümunəvi,  daha 

ürəkaçandır. 

Biz 

“Təbib”  İstirahət  Düşər­

gəsinə

 yetişəndə uşaqlar ara-

sında keçirilən dama yarışı ar-

tıq başa çatmışdı. Yarışda 30-a 

yaxın yeniyetmə iştirak edirdi. 

Münsiflər  heyəti  tərəfindən 

qaliblər  müəyyənləşdi  və  on-

lar  medallarla  mükafatlandı-

rıldı. Bəlli oldu ki, I yeri Yusifli 

Kənan, II  yeri Əhmədov Kənan

III yeri isə Ağamalıyeva Fatimə 

tutub. Medallar veriləndən son-

ra Azərbaycanın Dövlət Himni 

oxundu.


Sonra Azərbaycan Tibb Uni-

versitetinin  Bədən tərbiyəsi və 

idman kafedrasının baş müəllimi 

Azər  Bağırov  növbəti  yarışın 

ümumi fiziki hazırlıqdan ibarət 

olacağını  uşaqların  diqqətinə 

çatdırdı və oyunun keçiriləcəyi 

vaxtı elan etdi.



 A.Bağırov  bizimlə söhbətində 

bildirdi  ki, 

düşərgədə istirahət 

edənlərin təhlükəsizliyini təmin 

etmək,  onları  əyləndirmək 

üçün bir sıra idman yarışları 

və mədəni tədbirlər  təşkil edi-

rik.  Bunlarla  birgə  həmçinin 

çimərlikdə  iməcliklər  təşkil 

edir, kənar avtomobillərin və 

kənar şəxslərin bizim ərazimizə 

daxil olmasının qarşısını alı-

rıq.  Çimərlikdə  təmizliyə 

riayət  olunur,    həmçinin 

soyunub-geyinmə otağı təşkil 

etmişik. İstirahət üçün lazımi 

şəraiti  yaratmağa  çalışırıq.                                                    

Düşərgənin  rəisi  Malik 

müəllimlə  birgə  əl-ələ  verib 

istirahət  edənlərin  vaxtları-

nı  mənalı  keçirmələri  üçün 

əlimizdən gələni edirik. 

Gənclərimiz  fiziki  hazır-

lıq baxımından zəif olduğun-

dan  qərara  gəldik  ki,  onları 

fiziki  hazırlıq  vərdişlərinə 

yiyələndirmək  üçün    imkan 

daxilində  öz  addımlarımı-

zı  ataq.  Çünki  gələcəkdə  on-

lar  vətənimizin  keşiyində 

dayanarkən  özlərini müdafiə 

etməyi  bacarmalıdırlar.  Bu 

səbəbdən ümumi fiziki hazırlığı 

da yarışlara salmışıq. Burada 

qaçışdı, turnikdə dartınmadı, 

yerdə qolların bükülüb açılması 

və sairədi. Bundan əlavə şaşki, 

domino , voleybol, futbol, te-

nis, şahmat və nərd yarışları da 

təşkil edirik. Bu yarışdan öncə 

rəsm yarışı keçirdik və uşaqlar 

gözəl və mənalı rəsmlər çəkdilər.

 

Ezamiyyətimizin ikinci günü 



daha çox Universitet Həmkarlar 

İttifaqı Komitəsinin sədri,  do-

sent  Cahangir  Qasımovun 

düşərgəyə gəlişi ilə yadda qal-

dı. O, bütün  korpusları gəzib 

istirahətçilərlə hal-əhval tutdu, 

əməkdaşların  hər  birinə  uni-

versitetimizin  rektoru,  akade-

mik  Əhliman  Əmiraslanovun 

salamlarını  yetirdi.  Burada 

dincələnlərlə səmimi ünsiyyət 

quran C.Qasımov onların arzu 

və  təkliflərini  dinlədi,  bir  sıra 

məsələlərə  dair  ətraflı  fikir 

mübadiləsi apardı. Komitə sədri 

sakinlərlə görüşündə bir daha 

qeyd etdi ki,  gərgin zehni əməklə 

məşğul olan əməkdaşlarımızın 

istirahəti həmişə olduğu kimi, 

bundan  sonra  da  universi-

tet  rəhbərliyinin  daim  diqqət 

mərkəzində  duran  ən  ümdə 

vəzifələrdən biridir. Düşərgənin 

səliqə- sahmanına nəzər yetirən 

C.Qasımov xörəklərin hazırlan-

dığı mətbəxin və ərzaq saxlanı-

lan anbarın ümumi  vəziyyəti ilə 

maraqlandı, təsərrüfat işçilərinə 

tövsiyələrini verdi.  O, ilk öncə 

mətbəxə baxış keçirdi, aşpaz  

Afidə  Kazımovanın  bişirdiyi 

yeməklərə diqqət etdi. Öyrəndik 

ki, istirahətçilər  üçün dovğa və 

makaronla toyuq əti hazırlanır. 

Mətbəxdə həqiqətən  də bir 

səliqə-sahman var idi. Söhbət 

əsnasında  məlum  oldu  ki, 

mətbəx  tamamilə sökülüb və 

yenidən  tikilib.  Hətta    burada 

aşbazın  yuyunması  üçün  də 

xüsusi şərait yaradılıb, daim isti 

və soyuq su ilə təmin olunubdur. 

Ərzaqların saxlandığı anbar 

da  nəzərdən  keçirildi.  Ərzaq 

məhsullarının  standartlara uy-

ğun saxlandığının şahidi olduq.  

Burada  ət və ət məhsulları, o 

cümlədən ağartı məhsulları ay-

rıca saxlanır. Aşpaz yeməkləri 

bitki və kərə yağından hazırlayır. 

Biz də ənənəvi olaraq  isti ra-

hətçilərin bir neçəsi ilə söhbət 

etməli  oluruq.  Onlara  burada 

necə xidmət göstərilməsi, dü-

şərgədə  əvvəlki  illərə  nis bə-

tən  hansı  yeniliklər  olması, 

ümumiyyətlə, yaradılan şəraitin 

“Təbib” istirahət  

u

 



Artıq  neçə  illərdir  ki,  universitetimizin  Nabran­

da  yerləşən  “  Təbib”  istirahət  düşərgəsinə  ezam  olu­

nur,  əməkdaşlarımızın  din  cəldiyi  bu    gözəl  mə kandan 

maraqlı  reportajlar    hazırlayırıq.  Bu  ənənəmizi  davam 

etdirmək üçün  növ bəti  dəfə təbiətin bizlərə bəxş etdiyi 

bu əsrarəngiz  gözəlliyə bir daha baş çəkmək  qərarına 

gəldik. Bəli, yolumuz yenə də Nabranadır.  Qızmar  yay 

günəşinin  istisindən  qorunmaq  üçün  insanların  üz  tut­

duqları  məkana.  O  məkana  ki,  indi  yüzlərlə  istirahət 

mərkəzini qoynuna  alıb.


Yüklə 255,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə