700 bal toplayan iki abituriyent Azərbaycan Tibb Universitetini seçib



Yüklə 255,18 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix04.11.2017
ölçüsü255,18 Kb.
#8141
1   2   3   4   5   6   7

30 avqust   2014-ъц ил

http://www.amu.edu.az

5

onları qane etməsi və digər su-

allarla bağlı sakinlərə  müraciət 

edirik.  Müsahiblərimizin hamı-

sının  üz-gözündən razılıq hissi 

duyulur. 



Tibbi biologiya və genetika 

kafedrasının  müdiri,  biologi­

ya elmləri doktoru, professor 

Canbaxış Nəcəfov:

-  “Təbib” düşərgəsində 7 ildir 

ki, hər yay ailəvi istirahət edirik. 

Ötən illər ərzində yeniliklərin 

şahidi olmuşuq. Bir neçə il öncə 

düşərgədə mətbəxin vəziyyəti 

elə də xoşagələn deyildi. Hazır-

da burada səliqə-sahman hökm 

sürür.  Sanitariya-gigiyena qay-

dalarına yaxşı əməl olunur. Bu-

ranın gözəl şəraiti var. İstirahət 

edənlərə verilən ərzaq və qida 

məhsullarının da keyfiyyətinə 

söz  ola  bilməz.  Deyərdim  ki, 

bu  düşərgə  Azərbaycan  Tibb 

Universitetinin əməkdaşlarına 

bəxş olunmuş bir sərvətdir.  Bu-

rada həm də bizim balalarımız 

istirahət edir, hansı ki, onlar 

bizim  gələcəyimizdir.  Bunu 

univerisitet rəhbərliyinin bizə 

olan qayğısı və diqqəti hesab 

etmək olar. Ona görə də biz öz 

işimizlə bu diqqəti doğrultma-

ğa  çalışmalıyıq.  Mən  həm  də 

universitetin Həmkarlar İtti-

faqı Komitəsinin sədri Cahan-

gir  Qasımova  və  düşərgənin   

rəisi  Malik  Əbülhəsənova  öz 

minnətdarlığımı bildirirəm ki, 

onların fəaliyyəti nəticəsində 

düşərgədə belə gözəl şərait ya-

ranıb.

 

İctimai  fənlər  kafedrası­



nın  professoru    Fəxrəddin 

Məmmədov:

-  Buranın  çox  gözəl  coğra-

fi  mövqeyi  var.  Bir  az  tarixə 

müraciət etsək görərik ki, ərəb 

tarixçiləri,  Azərbaycanda ol-

muş Avropa  səyyahları Nab-

ranın  füsunkarlığı,  gözəlliyi 

barədə  öz xatirə və əsərlərində 

dəfələrlə  qeyd  ediblər.  Mən 

yazdığım “Azərbaycanın şimal 

qapısı  –Xaçmaz”  monoqrafi-

yamda da bu mövzuya  ətraflı 

toxunmuşam.  

10  ildən  yuxarı  olar  ki, 

mən  də  ailəmlə  bu  “Təbib” 

istirahət düşərgəsində istirahət 

edirəm.  Gərgin  işdən  sonra 

bizim  günlərimiz  burada  ke-

çib.  Son  dövrlər  bu  istirahət 

düşərgəsində ciddi dəyişikliklər 

olub. Həm əməkdaşların is ti-

rahətinin təşkilində, həm qida-

nın keyfiyyətinin yaxşılaşdırıl-

masında əməlli-başlı irəliləyiş 

nəzərə çarpır. 

  Bu məkana təkcə bir istirahət 

nöqteyi-nəzərindən  yanaş-

maq  düzgün  deyil.  Biz  həm 

də  “Təbib”  düşərgəsinə  bir 

ailə  düşərgəsi  kimi baxmalı-

yıq.  Buradan gedəndən sonra 

ailələr  və  uşaqlar  bir-biri  ilə 

əlaqə saxlayır, hal-əhval tutur-

lar. Bundan gözəl nə ola bilər?  

Hətta onu da vurğulaya bilərəm 

ki, normal istirahət şəraitinin 

yaradılmasının nəticəsidir ki, 

burada istirahət edən uşaqlar 

bir-birləri ilə tanış olub, böyü-

yüb, ailə qurublar. Buna misal 

kimi İslam müəllimlə Canbaxış 

müəllimin övladlarının qurdu-

ğu ailəni nümunə çəkə bilərəm. 

Bu gün də həmin ailələr öz öv-

ladları ilə istirahət düşərgəsinə 

dincəlməyə gəliblər.

 

Operativ cərrahlıq və topoq­



rafik anotomiya kafedrasının 

baş müəllimi Arif  Kosayev: 

- 10 ildir hər yay ailəmlə burada 

istirahət edirəm. Əvvəl ailəmlə 

bura  dincəlməyə  gəlirdimsə, 

indi bizə nəvələrim də  qoşulub. 

Yanımdakı nəvəmin artıq 6 yaşı 

var. (nəvəsini göstərir-red).  Bu-

rada bizə isti və xoş münasibət 

var və istirahətimiz üçüm hər 

cür şərait yaradılıb. Çarpayıdan 

tutmuş dolablara qədər hər şey 

təzələnibdir.

 

Biofizika  və  bioüzvi  kim­



ya  kafedrasının  professoru 

Əhliman Süleymanov:

- Son 15 ildə hər il nəvələrim  

ilə  bura  istirahətə  gəlirəm. 

Rahat  şərait  var.  Bu  şərait 

mənim, ailəmin və nəvələrimin 

ürəyincədir  ki,  hər  il  bura 

istirahətə gəlirik. Yeməklər ol-

duqca dadlı bişirilir.  Elə bil öz 

evimizdə yemək yeyirik. Meşə 

və dənizin  də ayrı ləzzəti var. 

Belə yerdə də istirahət etməyib 

nə edəsən?- deyərək razılıq hissi 

ilə gülümsəyir.

Fəlsəfə kafedrasının dosen­

ti  Məhəmməd Paşayev:

-  Uzun  illərdir  ki,  mən 

universitetimizin  “Təbib” 

düşərgəsində yollayışla ailəvi 

istirahət edirəm. Deyə bilərəm 

ki,  bu  illər  ərzində  hər  dəfə 

düşərgəyə gələndə yeniliklərin 

şahidi oluram. Baxmayaraq ki, 

istirahət otaqları xeyli müddət 

əvvəl inşa olunub, hamısı təmiz, 

səliqəlidir.  Yataq  dəstləri  isə 

tez-tez yenisi ilə əvəz olunur. 

Qida məsələsi də yaxşı təşkil 

olunub. Ət əməkdaşların gözü 

önündə doğranır və biz həmin 

ətin keyfiyyətinə əmin oluruq.  

İstirahətimiz  səmərəli,  şən, 

qayğısız keçir. 

Sonda qeyd edim ki, univer-

sitet rəhbərliyinə, xüsusən də 

bu işə bilavasitə qayğı göstərən 

universitetin Həmkarlar İtti-

faqı Komitəsinin sədri Cahan-

gir  Qasımova  ailəmiz  adın-

dan  təşəkkürümü  bildirirəm. 

Cahangir müəllim düşərgənin 

işi ilə  çox ciddi, yaxından və 

müntəzəm  məşğul  olur.  Tez-

tez  düşərgəyə  gəlir,  hər  bir 

əməkdaşla maraqlanır. Düşərgə 

rəisinin  işi də təqdirəlayqdir. 

Bizə lazımi qayğı göstərir.

  

Ümumi  gigiyena  və  eko­



logiya  kafedrasının    dosenti 

Elmira Abbasova:

- 1998-ci ildən bu yana hər il 

bu düşərgədə istirahət edirik. 

Buranın  təbiəti,  havası,  bizə 

olan isti və xoş münasibət hər 

il bizi bura gəlməyə vadar edir. 

Bəlkə də inanmazsınız, nəvəm 

yuxusunda da buraları görür, 

arada bura üçün darıxır da. Hər 

il istəyirik ki, vaxt tez yetişsin, 

nəvələrimlə  bura  istirahətə 

gələk. Hazırda nəvəmin 13 yaşı 

var. Buranın yaxşı özəlliyindən 

biri  də  hamının  bir-birini 

tanı masıdır. Valideynlər həm 

də    bir-birlərinin  uşaqlarına 

nəzarət  edə  bilirlər.  Burada 

həmçinin  uşaqların vaxtlarını 

səmərəli keçirmələri üçün də əla 

şərait var. 

Ümumi gigiyena və ekologi­

ya kafedrasının dosenti Sahib 

Əhmədov:

-  Təxminən  10  ilə  yaxındır 

ki  ailəmlə  burada  istirahət 

edirəm. Buranı təmizlyindən, 

səliqə-səhmanından, yeməyin 

keyfiyyətindən çox razıyam. Elə 

bil təbiət də bizi xoş məramla 

qarşılayıb.  Hava  sərindir  və 

elə istilər müşahidə olunmur. 

Hərdən  yağan  yağışın  da  bir 

ayrı ləzzəti var.

 

Xarici  dillər  kafedrasının 



müəlliməsi Sevinc Cəfərova :

-  5  ildir  ardıcıl  olaraq  bura 

gəlirəm. Bizim üçün xoşdur bu-

rada istirahət etmək. Oğlum bu-

rada yaxşı istirahət edir.  Söhbət 

əsnasında  Sevinc  xanımın 

oğlu 

Cəmilin

  də  münasibətini 

öyrənirik: 

- Yarışlarda iştirak etmişəm. 

Şaşki və rəsm üzrə keçirilən ya-

rışlarda yer tutmuş və medal-

lar qazanmışam.  9 yaşım var. 

Buradakı  şəraitdən  çox  razı-

yam. Dostlarım da var. Bura-

dan gedəndə də zəngləşir, bir-

birimizdən hal-əhval tuturuq. 

Dostlarımdan Cabbarın, Kam-

ranın,  Kənanın  adlarını  çəkə 

bilərəm. 

İctimai  fənlər  kafedrasının 

dosenti Yavər Vəliyev:

-  Əvvəla  universitetin 

rəhbərliyinə dərin təşəkkürümü 

bildirirəm  ki,    Azərbaycanın 

dilbər guşəsi olan Nabranda bi-

zim üçün  belə yüksək səviyyədə  

istirahət  təşkil  edib.  Malik  

müəllim həmişə istirahətimizlə 

maraqlanır. Aşpaz Afidə xanı-

mın bişirdiyi yeməklərin dadın-

dan isə doymaq olmur. 

düşərgəsi  universitetimizin sərvətidir



Yüklə 255,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə