700 bal toplayan iki abituriyent Azərbaycan Tibb Universitetini seçib



Yüklə 255,18 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix04.11.2017
ölçüsü255,18 Kb.
#8141
1   2   3   4   5   6   7

30 avqust   2014-ъц ил

http://www.amu.edu.az

7

  Rusiyanın  tibb  işçiləri  Ebola  qızdırmasına  qarşı  eksperimental 

vaksin  işləyib  yaradıblar.  Bu  vaksinin  sınaqları  artıq  ilk  müsbət 

nəticələrini verib.

  Rusiya  Federasiyasının  səhiyyə  naziri  Veronika  Skvortsova  bu 

sözləri  “RİA  Novosti”  Agentliyinə  müsahibəsində  deyib.  Qeyd  edilib 

ki,  RF  Səhiyyə  Nazirliyinin  D.İ.İvanovski  adına  Virusologiya  Elmi-

Tədqiqat  İnstitutunun  əməkdaşlarından  və  İstehlakçıların  hüquqları-

nın və insanların rifahının qorunmasına nəzarət üzrə federal xidmətin 

(“Rospotrebnadzor”) bir əməkdaşından ibarət qabaqcıl qrup Qvineya-

dan qayıdıb. V.Skvortsova sonda deyib: “Biz xəstəliyin törədicisini və 

onun xarakteristikasını öyrənmişik. Klinikadan əvvəlki sınaqlarda yax-

şı  nəticələr  vermiş  eksperimental  vaksin  əldə  etmişik.  Yeni  vaksinin 

sınaqları davam etdirilir. Ümidvarıq ki, bu sınaqlar uğurlu olacaqdır”.

Həmçinin  qeyd  etmək  lazımdır  ki,  RF  Səhiyyə  Nazirliyinin 

D.İ.İvanovski  adına  Virusologiya  Elmi-Tədqiqat  İnstitutu  ekologiya-

nın, insan və heyvan viruslarının epidemiologiyasının və molekulyar 

biologiyasının öyrənilməsi sahəsində dünyada tanınmış elmi-tədqiqat 

müəssisələrindən biridir.



Əvvəllər hesab olunurdu ki, bir neçə dildə sərbəst danışan 

insanlar 1-2 dil bilən yaşıdlarından xeyli ağıllıdırlar. Lakin 

Abertey  universitetinin  (Dandi,  Şotlandiya)  alimləri  sübut 

ediblər  ki,  bir  neçə  dil  bilmək  hələ  yüksək  intellektin 

göstəricisi deyil.

  AzərTAc  xarici  KİV-lərə  istinadla  xəbər  verir  ki,  alimlər 

tədqiqatda iştirak edən könüllüləri üç qrupa bölüblər. Birinci 

qrupa çox dil bilənlər, ikinci qrupa poliqlotlar, üçüncü qrupa 

isə yalnız ingilis dilinin iki dialektini bilənlər daxil idi. Məlum 

olub  ki,  bu  üç  qrupda  intellektin  səviyyəsi  barədə  bütün 

xəbərdarlıqlar və fərziyyələr uydurmadır.

Qeyd edək ki, yeni dilləri öyrənmək xeyirdir. Bu yaddaşı inki-

şaf etdirir, səyahətə çıxmaq, müxtəlif ölkələrin mədəniyyətləri 

ilə tanış olmaq üçün yeni imkanlar açır. Təzə bir şey öyrənmək 

insan ahıl yaşa çatanda da zehin aydınlığını saxlamağa və in-

tellektual tənəzzüldən qorunmağa kömək edir.



 

Hamı  bilir  ki,  soğan  çox 

faydalı  tərəvəzdir.  Lakin  tək 

soğan  deyil,  onun  qabıqları 

da çox faydalıdır.

Soğan qabığı insanın:

immun 


sistemini 

möhkəmləndirir,

- iltihab əleyhinə və antiseptik 

təsirinə malikdir,

- aterosklerozla mübarizə apa-

rır,


- ürək əzələsinin və damarların 

tonusunu artırır,

- qan dövranını yaxşılaşdırır,

- qanda xolesterinin səviyyəsini 

azaldır,

- sidik və öd qovucu təsir edir,

- qadınlarda və kişilərdə sidik-

cinsiyyət  sistemi  iltihabları,  qa-

dınlarda  menstruasiya  funksi-

yasının pozulması zamanı yax-

şı təsir edir,

-  orqanizmi  şlaklardan  və 

toksinlərdən təmizləyir,

- yaraların, yanıqların daha tez 

sağalmasına kömək edir,

- xərçəng əleyhinə təsir edir və 

s.

Dəmləməni  hazırlamaq  üçün 



xırda  doğranmış  2  xörək  qa-

şığı  soğan  qabığının  üzərinə 

400 ml qaynar su əlavə olunur 

və 15 dəqiqə ərzində su hama-

mında  qaynadılır.  Daha  sonra 

dəmləmə soyudulur və süzülür.



Bu 

dəmləmə 

aşağıdakı 

hallarda  uğurla  istifadə  oluna 

bilər:

-  angina  zamanı  qarqara 

şəklində,

- bronxit zamanı. 1 xörək qaşı-

ğı soğan qabığı dəmləməsi + 1 

xörək qaşığı bal isti südə əlavə 

olunur  və  axşam  yatmazdan 

əvvəl içilir.

-  soyuqdəymə  zamanı.  2 

xörək  qaşığı  soğan  qabığı 

dəmləməsinə  1  çay  qaşığı  bal 

əlavə  olunur  və  gündə  3  dəfə 

qəbul olunur.

-  yaz  və  payız  avitaminozları 

zamanı. 1 stəkan soğan qabığı 

dəmləməsi  +  1/2  stəkan  limon 

şirəsi qarışdırılır və gün ərzində 

2  dəfə  yeməkdən  sonra  1/3 

stəkan içilir. Müalicə kursu - 21 

gün.


-  damaqların  iltihabları  zama-

nı . Dəmləmə ilə gün ərzində 3 

dəfə qarqara edilir.

-  qadınlarda  cinsiyyət  sistemi 

iltihabları  və  menstrual  funk-

siyasının  pozulmaları  zamanı. 

Soğan qabığı dəmləməsi gündə 

3  dəfə  olmaqla  qəbul  olunur 

(stəkanın  1/3  hissəsi).  Müalicə 

müddəti - 2-3 həftə.

Soğan qabığı digər xəstəliklər 

və pozulmalar zamanı da uğur-

la  istifadə  olunur.  İstifadədən 

əvvəl  həkimlə  məsləhətləşmək 

tövsiyə olunur.

Ebola qızdırmasına qarşı 

eksperimental vaksin yaradılıb

Bir neçə dil bilmək yüksək 

intellektin göstəricisidirmi?

Soğan suyunun 

faydası

Belfast  (İrlandiya)  Kral  Universitetinin  alimləri  sübut  ediblər  ki, 

yoqa və relaksasiya gimnastikasının digər növləri ilə məşğul olmaq 

təlaş hissi keçirən insanlara kömək edir. Relaksasiya insanın dünya 

qavrayışını  dəyişir,  ətraf  aləm  həmin  insanın  nəzərində  pozitiv 

duyğular oyadır.

Yoqanın bu cür müsbət effekti hətta mütəxəssislər üçün də gözlənilməz 

olub. Belə bir eksperiment aparılıb: tədqiqatda könüllü iştirak edənlər 

ekranda hərəkət edən bir insan təsvirinə tamaşa ediblər. Məxsusi ola-

raq psixoloji testlər üçün yaradılmış bu fiqur hamıya eyni təsir bağış-

lamır.  Bəzilərinə  elə  gəlir  ki,  ekrandakı  adam  ona  baxır,  digərləri  isə 

hesab  edirlər  ki,  ekrandakı  fiqur  üzünü  əks  tərəfə  döndərib.  Fiqurun 

onlara tərəf hərəkət etdiyini bildirənlər arasında sosiofoblar daha çox 

olub. Bir neçə seanslıq əzələ relaksasiyasından sonra testin nəticələri 

müsbət tərəfə dəyişib, yəni, təlaş hissi keçirən könüllülərə elə gəlib ki, 

ekrandakı insan üzünü onlara tərəf çevirib. Bu əlamət fərdin ətrafdakı 

insanlarla yeni kontaktlar yaratmağa hazır olmasını göstərir.

Yeri gəlmişkən, alimlər daha əvvəl sübut ediblər ki, yoqa depressiya 

simptomlarını yüngülləşdirir və qanın tərkibində qamma- amin-yağ tur-

şusunun səviyyəsinin artması sayəsində insanda pozitiv əhval-ruhiyyə 

yaradır.


ABŞ-dan olan mütəxəssislər sorğu aparıblar və müəyyən ediblər 

ki, qızlar öz valideynlərinə oğullarla müqayisədə daha çox qayğı 

göstərirlər.

AzərTAc xarici KİV-lərə istinadla xəbər verir ki, bu məlumatlar 26 min 

amerikalı arasında aparılan anket sorğusunun nəticələrinə əsasən sü-

but olunub.

Tədqiqatın nəticələrinə görə, qızlar öz valideynlərinə qulluq etmək, 

onlara  gündəlik  qayğı  göstərmək  baxımından  daha  etibarlıdırlar  və 

valideynlərinə ayda azı 12,3 saat vaxt ayıra bilirlər. Bununla belə, qa-

dınların evi təmizləmək, öz uşaqlarına qulluq etmək və ev işləri görmək 

kimi bir sıra əlavə vəzifələri var.

Oğullar arasında həmin göstərici 5,6 saat, yəni qızlarla müqayisədə 

iki dəfə azdır. Oğullar valideynlərinə qulluq etməyi çox vaxt yalnız o 

halda özlərinə borc bilirlər ki, bu vəzifəni başqa heç kimə həvalə etmək 

mümkün olmasın. Alimlər bunu acınacaqlı tendensiya hesab edirlər.

Klaritromitsin  –  bakterial  infeksiyaların  müalicəsində  geniş 

yayılmış  vasitədir.  Mütəxəssislər  bu  preparatın  gözlənilməz  və 

xoşagəlməz effektini aşkarlayıblar. Məlum olub ki, preparatı qəbul 

edən pasiyentlərin bəziləri aritmiya və ürək-damar xəstəliklərinin 

ağırlaşması ilə qarşılaşır. Bu kəşf infenksiya xəstəliklərinin ənənəvi 

müalicə sxeminə yenidən baxılmasına səbəb olub.

AzərTAc xarici KİV-lərə istinadla xəbər verir ki, alimlər kla-

ritromitsin və roksitromitsinlə müalicə ilə bağlı 5 milyon hala 

aid  statistikanı  araşdırıblar.  Onlar  ürəyin  fəaliyyətinə  təsir 

etməyən penisillin qrupuna aid antibiotiklərin də əlavə təsirini 

nəzərə  alırdılar.  Tədqiqat  zamanı  antibakterial  terapiya  fo-

nunda yaranan ürək-damar xəstəliyindən 285 ölüm hadisəsi 

qeydə alınıb. Onlardan 18-i klaritromitsin, 32-si roksitromitsin 

qrupuna aid preparatın qəbulun nəticəsidir.

Tədqiqatlar  göstərib  ki,  həmin  antibiotikləri  qəbul  edən  in-

sanlarda ürək-damar xəstəliklərinin ağırlaşması ilə bağlı ölüm 

riski 76 faiz çoxdur.



Yoqa ilə məşğul olmaq insanı 

sosiofobiyadan xilas edir

Qızlar öz valideynlərinə oğullarla 

müqayisədə iki dəfə çox qayğı göstərirlər

Klaritromitsin antibiotiki 

aritmiyaya səbəb ola bilər

İlkin  Məmmədzadə  bu 

il  qəbul  imtahanlarında 

seçilməyi  bacaran  bir 

neçə  gəncdən  biridir. 

Ağdamlı bu gənc IV qrup 

üzrə  imtahanlarda  ən 

yüksək  nəticə  ­  700  bal 

toplayıb.  İlkin  seçimdə 

üstünlüyü  Azərbaycanın 

ən iri ali təhsil ocağı olan 

Tibb Universitetinə verib.

İlkin 


Məmmədzadə 

1996-cı ildə Ağdam rayo-

nunun Çəmənli kəndində anadan olub. İmtahanlara cid-

di hazırlaşıb: “Sınaqlarda yaxşı bal toplayırdım. Özümə 

güvənirdim. Çox çalışırdım. Amma yalnız son illər məşğul 

olmadım, əvvəlcədən dərslərimə diqqətlə yanaşmışam, 

hə mişə əlaçı olmuşam”. 

İlkin  qazandığı  uğura  görə  valideynlərinə  və 

müəllimlərinə borclu olduğunu hesab edir: “Onlar mənə 

hər  zaman  dəstək  olurdular,  ən  yüksək  bal  toplaya 

biləcəyimə inanırdılar. Müəllimlərim mənim üçün çox ça-

lışırdılar ki, yaxşı nəticə əldə edim”.

İxtisas  seçiminə  gəldikdə,  İlkinin  sözlərinə  görə,  bu 

məsələdə  valideynləri  ilə  yekdil  qərar  veriblər:  “Tibb 

Universitetinin  müalicə  fakültəsini  seçmək  qərarına 

gəldik.  Çünki  orada  həm  yüksək  səviyyəli,  bəyəndiyim 

müəllimlər çoxdur, həm də tələbə kontingenti mən arzu-

ladığım səviyyədədir”. 

İlkin  Məmmədzadə  əziyyətinin  hədər  getməyəcəyinə, 

gələcəkdə yüksək ixtisaslı həkim olacağına inanır. 



Bu  il  qəbul  imtahanlarında  700 

bal toplayan abituriyentlərdən ikisi 

Azərbaycan  Tibb  Universitetinin 

tələbəsi  olmağı  seçib.  Onlardan 

biri də Nicat Qasımovdur. 

İmtahanda  ən  yüksək  nəticə 

göstərən  Nicat  ATU­nun  müalicə 

işi  fakültəsinin  tələbəsi  olmağa 

üstünlük verib.

Nicat 1997-ci ildə Ağsu şəhərində 

anadan  olub,  rayondakı  1  saylı 

orta  məktəbin  məzunudur.  Deyir 

ki, qəbul imtahanı o qədər də çətin 

keçməyib:  “Bir  qədər  həyəcanlı 

idim. Buna baxmayaraq, 700 bal toplaya bildim və buna 

çox sevinirəm”.

Nicat heç vaxt ilkin ali təhsilini xarici ölkədə almaq ar-

zusunda olmayıb: “Valideynlərimin hər ikisi həkim oldu-

ğundan, ixtisas seçimində elə də çətinliyim olmadı. On-

ların dəstəyi və öz həvəsimlə IV ixtisas qrupunu seçdim. 

Keyfiyyətli  tibbi  təhsil  almaq  üçün  ATU  məni  tam  qane 

edir. Əsas məqsədim beyin cərrahiyyəsi və ya kardiolo-

giya üzrə mütəxəssis olmaqdır”. 

N.Qasımov gələcəkdə xarici ölkələrdən birində reziden-

tura təhsili ala biləcəyini istisna etmir. 

İlkin Məmmədzadə: “Yüksək ixtisaslı 

həkim olmağı arzulayıram”

Nicat Qasımov: «Əsas məqsədim beyin 

cərrahiyyəsi və ya kardiologiya üzrə 

mütəxəssis olmaqdır»

700 bal toplayan iki abituriyent 

Azərbaycan Tibb Universitetini 

seçib



Yüklə 255,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə