700 bal toplayan iki abituriyent Azərbaycan Tibb Universitetini seçib



Yüklə 255,18 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix04.11.2017
ölçüsü255,18 Kb.
#8141
1   2   3   4   5   6   7

http://www.amu.edu.az

30 avqust   2014-ъц ил

Burada istirahət edənlər yaxşı bi-

lir ki,  onlara hansı keyfiyyətdə olan 

ərzaq məhsullarından, o cümlədən 

ətdən  yemək  hazırlanacaq.  Hamı 

hər gün ət məhsulunu görür və bu da 

təqdiredici haldır. Bir sözlə, düşərgədə 

bir açıqlıq prinsipi hökm sürür. Bu-

rada kəklikotu çayını içməyin ayrı 

ləzzəti var. Özü də söyüdün altından 

40 metr dərinliyindən çıxan bulağın 

suyundan hazırlanmış çaydan.

I  daxili  xəstəliklər  və  reanimato­

logiya  kafedrasının  dosenti    İsrail 

Məhərrəmbəyli:

- Hər il bura gəlməyi səbirsizliklə 

gözləyirik.  Narazı  olacağımız  elə 

bir şey yoxdur. Hər şeydən razıyıq. 

Xüsusilə də nəzarətdən. Uşaqlar öz-

başına düşərgədən kənara çıxa bil-

mir, onların təhlükəsizliyinə lazımi 

nəzarət olunur. Biz valideynlər də 

asudə vaxtımızı səmərəli keçirə bili-

rik. Boş vaxtlarımızda nərd, domino 

və şaşki oynayırıq.

 

Məhkəmə  təbabəti  ka fed rasının 



müəllimi  Eldar Ələkbərov: 

- Bəzi illər istisna olmaqla yayda 

burada istirahət edirik. Şərait yax-

şıdır. Sakitçilikdir. Ailələr bir-birini 

tanıyır. Dənizdə çimməyi, şahmat 

oynamağı xoşlayıram. 

ATU–nun onkoloji klinikasının baş 

tibb bacısı  Kəmalə Zülfiqarova:

- Gözəl dincəlirik. Buna görə ATU-

nun  rəhbərliyinə  ailəmiz  adından  

minnətdarlığımızı bildiririk. Yaxşı 

şərait yaradılıb. Uşaqlar üçün idman 

növlərinin yarışı və diskoteka təşkil 

olunub. Onları əraziyə rahat şəkildə 

buraxa bilirik. 8 ildir ailəvi istirahət 

edirik. Yaxşı olduğu üçün təkrar bura 

gəlirik



Fizika  kafedrasının  baş  müəllimi 



Solmaz Abdullayeva:

- 18 il bundan qabaq burada olmu-

şam. Sözün açığı xoşum gəlməmişdi 

deyə sonra gəlmirdim. İndi gəlib bu-

rada xeyli dəyişikliklərin şahidi ol-

muşam. Bir neçə gündür buradayam, 

gəldiyimə  peşman  deyiləm.  Hətta 

gələn il də bura istirahətə gəlməyi 

planlaşdırıram.

Universitetin  Həmkarlar  İttifaqı 

Komitəsinin sədri,  dosent  Cahan­

gir   Qasımov:

- “Təbib” İstirahət Düşər gəsində 

hər il üç növbəli istirahət müəyyən 

edilib.  Hər  növbə  isə  15 

gün  olmaqla  200  nəfər 

universitetin  əməkdaşı 

istirahət edir (ümumilikdə  

mövsüm  ərzində  600 

nəfər).

Burada  kifayət  qədər 

tikinti-təmir  və  abad-

lıq  işləri  aparılıb.    O 

cümlədən  düşərgə  lazı-

mi avadanlıqlarla təchiz 

olunub

.

­  Gələcəkdə  burada  hansısa 



yeniliklər gözlənilirmi?

- Hörmətli rektorumuz, akademik 

Əhliman Əmiraslanovun  qayğı  və 

diqqətini  universitet  əməkdaşları 

daim hiss edib. Fürsətdən istifadə edib  

akademik  Əhliman  Əmiraslanova 

təşəkkür edirəm ki, o öz nüfuzun-

dan  istifadə  edərək  bu  düşərgəni  

əməkdaşlarımız  üçün qoruyub sax-

laya  bildi.  Sizin sualınıza  gəldikdə 

isə  əlbəttə,  yenilkilər  hər  il  olur.    

Gələcəkdə   hörmətli  rektorumuzun  

təşəbbüsü  ilə  burada yeni,  müa-

sir  standarlara uyğun  bir  istirahət 

kompleksinin inşası nəzərdə tutulub

.  


Düşərgənin  rəisi  Malik  Əbülhəsənov

 

da buranın hazırki vəziyyəti, həmçinin 



gələcəkdə  görüləcək  işlərlə  bağ-

lı  fikirlərini  bizimlə  bölüşdü.  O, 

qeyd etdi ki,  

hər il olduğu kimi bu 

il  də  hörmətli  rektorumuz  akade-

mik  Əhliman  müəllimin  göstərişi 

və Həmkarlar İttifaqı Komitəsinin 

sədri Cahangir müəllimin rəhbərliyi 

ilə burada mövsimə hazırlıq işləri 

aparılmış, bütün otaqlar təmir edil-

miş, sanitar qovşaqlar işlək vəziyyətə 

gətirilmişdir. Həyət məişət tullan-

tılarından  təmizlənir  və  gündəlik  

daşınır.  Uşaqların mənalı istirahəti 

üçün  də  lazımi  şərait  yaradılıb. 

Çimərlikdən isə hər gün nəzarətimiz 

altında  iki  dəfə  istifadə  olunur. 

Küləkli havada çimməyə icazə vermi-

rik. Bir sözlə, çalışırıq ki, hər kəs bu-

rada ürəkləri istədiyi kimi istirahət 

edə bilsin və xidmətimizdən razı qal-

sın.

Bəli,    beləcə  qonağı  olduğumuz 

“Təbib”  istirahət  düşərgəsində  işi­

mizi  yekunlaşırıb  yola  hazırlaşır, 

istirahətçilər  isə  dəniz  gəzintisinə 

tələsirlər.  Əlbəttə,  biz  təbiətin    ya­

ratdığı  bu  əsrarəngiz    möcüzəni­bu 

yerlərin sərin havasını, yaşıl meşəsini, 

dənizin  qırçın  dalğalarını  özümüzlə 

apara  bilməsək  də,  bu  gözəlliklərin 

könlümüzdə yaratdığı xoş duyğuları 

qəzetimizdə işıqlandırmaq  amacıyla 

Bakıya sarı üz tuturuq.

Mənsur,

Qabil Abdullayev,

Фотолар Ъянняталы ÇИНЭИЗИНДИР

­

Sağlam  böyrəklər  orqanizmdə  filtr  funksiyasını 



həyata keçirir.

Böyrəklərin  əsas  vəzifəsi  qanı  bir  sıra  zərərli 

maddələrdən  təmizləməkdir.  Onlar  gün  ərzində 

bizim  qanımızı  dəfələrlə  (1  dəqiqədə  təxminən 

1  litr  olmaqla)  öz  “süzgəclərindən”  keçirərək 

onun  tərkibində  olan  parçalanma  məhsullarını, 

toksinləri,  şlakları,  öldürülmüş  və  ya  tam 

öldürülməmiş mikrobları təmizləyirlər.

Lakin bəzən böyrəklər xəstəlikləri və ya patolo-

giyaları səbəbindən onların funksiyası pozulur və 

böyrəklər  qanı  yaxşı  təmizləyə  bilmir.  Nəticədə 

orqanizmdə  ziyanlı  maddələrin  konsentrasiyası 

təhlükəli  səviyyəyə  qalxır.  Bu  vəziyyət  “böyrək 

çatışmazlığı” adlandırılır. Böyrək çatışmazlığı ona 

səbəb olan xəstəlikdən asılı olaraq kəskin və ya 

xroniki  ola  bilər.  Əgər  bu  vəziyyətdə  lazım  olan 

müalicə  tədbirləri  görülməzsə,  insan  həlak  ola 

bilər.


Həm  kəskin,  həm  də  xroniki  böyrək  çatışmaz-

lığı  zamanı  ən  geniş  istifadə  olunan  müalicə 

metodlardan  biri  hemodializdir.  Bu  termin  iki 

yunan  sözündən  əmələ  gəlib  -  “haemo”  (qan) 

və  “dialisis”  (ayırma).  Hemodializ  -  xüsusi  “süni 

böyrək” aparatın köməyi ilə qanın effektli şəkildə 

təmizlənməsidir.  Hemodializ  zamanı  xəstənin 

qanı  bütün  burada  yığılan  toksiki  maddələrdən, 

duzlardan, artıq mayedən azad olur.

Prosedura  zamanı  “süni  böyrək”  aparatı 

xəstənin ayağında və ya qolunda olan damarına 

birləşdirilir.  Daha  sonra  qan  hissə-hissə  xüsusi 

borucuqlar vasitəsilə dializatora daxil olur, bura-

da toksiki maddələrdən təmizlənir və sonra digər 

borucuqlarla orqanizmə qaytarılır.

Prosedura xəstəxana şəraitində həyata keçirilir 

və xəstənin vəziyyətindən, çəkisindən, hemodia-

liz aparatın növündən asılı olaraq 4-5 saata kimi 

davam edir.

Bəzi  böyrək  xəstəlikləri  nəticəsində  insanın 

böyrəkləri öz funksiyasının tam itirir və bu halda 

insan ömrünün sonuna kimi hemodializdən asılı 

olur.

Xroniki  böyrək  çatışmazlığı  olan  insanlarda 



bu prosedura bir çox hallarda həftədə 3-4  dəfə 

həyata  keçirilir.  Prosedura  zamanı  xəstə  daim 

tibbi  heyətin  nəzarəti  altında  qalır.  Xəstənin 

vəziyyətində  hər  hansı  pozulma  inkişaf  etdikdə, 

tibbi  personal  ona  lazım  olan  yardım  edir.  Pro-

sedura zamanı xəstə yata, danışa, kitab oxuya, 

televizor baxa bilər.

Daim  hemodializdən  keçən  xəstə  müəyyən 

pəhriz saxlamalı (bunu həkim təyin edir) və ma-

yenin qəbulunu minimuma çatdırmalıdır.



Böyrək çatışmazlığından əlavə, hemodializ bu 

kimi hallarda istifadə oluna bilər:

- spirtlə güclü intoksikasiya zamanı,

- qanın elektrolit tərkibinin ciddi pozulmaları za-

manı,


-  dərman  preparatların  həddən  artıq  miqdarda 

qəbul etməsi zamanı,

- zəhərlənmələr zamanı və s.

Áàø ðåäàêòîð

ÅËÄÀÐ ÈÑÌÀÉÛË

Ìüÿëëèôëÿðëÿ  ðåäàêñèéàíûí 

ìþâãåéè  üñò-üñòÿ äüøìÿéÿ áèëÿð.

ßëéàçìàëàð  ýåðè  ãàéòàðûëìûð.

Qəzet “Òÿáèá”  ãÿze òè íèí  

êîìïyuòåð ìÿð êÿ zèíäÿ éûğûëûð, 

ñÿùè ôÿ ëÿíèð, “Áÿõòèéàð-4” ÈÊØ-äÿ 

÷àï îëóíóð



.      

Ц Н В А Н Ы М Ы З:

Мярданов гардашлары - 100

2-ъи мяртябя,

тел.: 595-24-97

tabibqazeti@gmail.com

Ëèñåíçèéà Н - 022633

Èíäåêñ -0269

Ñàéû 4000

Ñèôàðèø: 172

Böyrək çatışmazlığı 

zamanı hemodializ

“Təbib” istirahət  düşərgəsi  

universitetimizin sərvətidir

Yüklə 255,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə