8 Bakı Nəqliyyat Agentliyi tərəfindən keçirilən 20 v ə 94 nömrəli müntəzəm marşrutlar üzrə



Yüklə 293,7 Kb.
Pdf görüntüsü
səhifə4/11
tarix17.06.2018
ölçüsü293,7 Kb.
#49192
1   2   3   4   5   6   7   8   9   10   11

2.6.

Təkliflərin təqdim edilməsi üçün müəyyən olunmuş müddətdən gec daxil olan təkliflərə baxılmır, müsabiqə

sənədlərinin rəsmiləşdirilməsi qaydalarını pozmuş iddiaçılar isə müsabiqədə iştirak etməyə buraxılmırlar. Müəyyən olunmuş

müddətdə və müsabiqə sənədlərinin rəsmiləşdirilməsi qaydalarına uyğun olaraq, təqdim olunmuş təkliflər müsabiqənin

Sifarişçisi tərəfindən hər hansı istisnaya yol verilmədən qəbul edilməlidir.

2.7.


İştirakçının müsabiqə təklifi Sifarişçi tərəfindən qeydiyyata alındıqdan sonra ona hər hansı bir əlavə və ya dəyişiklik

edilə bilməz.

2.8.

Müsabiqədə iştirak etmək üçün əvvəllər təqdim edilmiş və hər hansı lotu udmuş avtonəqliyyat vasitələri gələcəkdə



başqa lot üzrə müsabiqədə iştirak etmək üçün təqdim edilə bilməz.

2.9.


İştirakçı eyni avtobusu eyni vaxtda iki və daha artıq lot üzrə müsabiqəyə çıxara bilməz.

2.10.


İştirakçılar və Sifarişçi təqdim edilən və istifadə olunan müsabiqə məlumatlarını məxfi saxlamalıdırlar.

2.11.


İştirakçı tərəfindən təqdim edilmiş və Sifarişçi tərəfindən qeydiyyata alınmış təkliflər 60 gün ərzində qüvvədə qalır.

Müsabiqə komissiyası tərəfindən zərflərin açılması, müsabiqə təkliflərinə baxılması, onların qiymətləndirilməsi, habelə

müsabiqə qalibinin müəyyənləşdirilməsi müsabiqə iştirakçılarının və ya onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə açıq

həyata keçirilir.

2.12.

Müsabiqə komissiyasının tərkibi Sifarişçi tərəfindən müəyyən olunur. Müsabiqə komissiyası üzvlərinin ümumi sayı



tək rəqəmli olmalı və 5 nəfərdən az olmamalıdır.

2.13.


Müsabiqədə iştirak etmək niyyətində olan daşıyıcı müsabiqə təkliflərini təqdim etməmişdən əvvəl müsabiqə

sənədlərində nəzərdə tutulmuş hər hansı bir məsələnin aydınlaşdırılması ilə bağlı müsabiqənin keçirilməsinə ən azı 15 gün

qalmış Sifarişçiyə müraciət edə bilər. Sifarişçi həmin müraciətləri 7 gün ərzində cavablandırmalıdır.

3. MÜSABİQƏ TƏKLİFLƏRİNİN MƏZMUNU

3.1.


İştirakçının ixtisas məlumatları və iştirakçı haqqında məlumat bu Qaydanın 3 və 4 nömrəli əlavələrində təsbit

edilmişdir.

3.2. Bu

Qaydanın 3 nömrəli əlavəsinin 1-ci və 2-ci bəndlərində nəzərdə tutulmuş ixtisas məlumatları (avtonəqliyyat



vasitələrinin texniki pasportları və avtonəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi, onların saxlanılması və təmiri üçün

texniki-istehsalat

bazasının mövcudluğunu təsdiq edən sənəd və ya müvafiq müqavilə) Sifarişçi tərəfindən müsabiqə

keçirilməzdən əvvəl yoxlanılaraq müəyyən edilir.

11



4. MÜSABİQƏ TƏKLİFLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ QALİBİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ QAYDASI

4.1.


Zərflərin açılması, iştirakçıların müsabiqə təkliflərinə baxılması, təkliflərin qiymətləndirilməsi, həmçinin qalibin

müəyyənləşdirilməsi müsabiqə komissiyası tərəfindən həyata keçirilir.

4.2.

İçərisində müsabiqə təkliflərinin olduğu zərfin, habelə iştirakçı haqqında məlumatın olduğu zərfin möhürləndiyi



böyük

zərflər şəffaf olmayan qutuda olmalıdır.

4.3.

Komissiyanın sədri qutuda olan böyük zərflərdən hər hansı birini çıxarıb, onun yuxarı sağ küncündə iri hərflərlə



birinci

sıra nömrəsini qoyur.

4.4. Bundan sonra

sədr böyük zərfi açaraq, müsabiqə təkliflərinin olduğu zərfə, habelə müsabiqə iştirakçısı haqqında

məlumatların olduğu zərfə birinci sıra nömrəsini qoyur.

4.5. Sonra

sədr müsabiqə təkliflərinin olduğu böyük zərfi açır, təkliflərin hər bir nüsxəsində birinci sıra nömrəsini

qoyur


və onları komissiyanın hər bir üzvünə paylayır. İştirakçı haqqında məlumatın olduğu zərf böyük zərfdə açılmamış

saxlanılır.

4.6.

Müsabiqə təkliflərinin nüsxələrinə komissiyanın üzvləri tərəfindən baxılır. Onlar fərdi olaraq bu Qaydanın 5



nömrəli əlavəsində verilən göstəricilər üzrə müsabiqə təkliflərinin hər bir bəndini qiymətləndirirlər. Qiymət verərkən,

komissiyanın üzvləri hər bir avtobus üçün bu Qaydanın 6 nömrəli əlavəsində göstərilən meyarları rəhbər tuturlar.

Avtobusun salonunun

və banının vəziyyəti, həmçinin müvafiq təchizatı komissiyanın üzvləri tərəfindən Azərbaycan

Respublikası Nəqliyyat Nazirliyinin müvafiq qurumlarının keçirdiyi texniki müayinənin nəticələrinə dair müvafiq arayışa

əsasən qiymətləndirilir.

4.7.

Müsabiqə təklifləri baxıldıqdan və qiymətləndirildikdən sonra, 1 nömrəli böyük zərfə qoyulması üçün



komissiyanın katibinə təhvil verilir.

4.8.


Müsabiqə təkliflərinin olduğu zərflərə baxılması proseduru eyni qaydada müsabiqənin digər iştirakçıları üçün də

keçirilməlidir.

12



4.9.

Müsabiqə təkliflərinin olduğu bütün zərflərə baxıldıqdan və onlar müvafiq qaydada qiymətləndirildikdən sonra

komissiyanın hər bir üzvü bu Qaydanın 5 nömrəli əlavəsinə uyğun olaraq qiymətləndirmənin nəticələrinin olduğu

formanı təsdiqləyir və onu sədrə (katibə) təqdim edir.

4.10.

Müsabiqə komissiyasının üzvləri təsdiqlənmiş formaya əsasən iştirakçının yekun balları eyni sıra nömrəsi ilə



hesablanır və hər bir iştirakçının yekun balı müəyyən edilərək, komissiyanın katibi tərəfindən protokolda qeydiyyata

alınır.


4.11. Ümumi yekun

balların nəticələrinə əsasən komissiyanın katibi ən yüksək yekun bal toplamış iştirakçının sıra

nömrəsini elan edir.

4.12.


Komissiyanın sədri müsabiqə qalibinin elan olunmuş sıra nömrəsinə uyğun olaraq nömrəsi qalibin nömrəsinə

uyğun olan böyük zərfi götürür, iştirakçı haqqında məlumatın olduğu zərfi çıxararaq onu açır və tanış olmaq üçün

komissiyanın üzvlərinə paylayır.

4.13. Komissiya

üzvləri iştirakçı haqqında məlumatlarla tanış olduqdan sonra ən yüksək bal toplamış iştirakçı

haqqında məlumatlar sədr tərəfindən elan edilir və bu Qaydanın 8 nömrəli əlavəsinə uyğun protokollaşdırılır.

4.14.

İki və daha artıq iştirakçı eyni miqdarda yekun bal topladıqda, komissiya avtonəqliyyat vasitələrinə dair



göstəricilər üzrə daha çox bal toplamış iştirakçını müsabiqənin qalibi elan edir. Qeyd olunan göstəricilər üzrə toplanmış

ballar


bərabər olduğu təqdirdə, müsabiqənin qalibi püşkatma yolu ilə müəyyən olunur.

4.15.


Müsabiqənin qalibinin müəyyən olunması üzrə komissiyanın iclasının nəticələri protokolla rəsmiləşdirilir.

Protokol komissiya

üzvləri tərəfindən imzalanır və sədr tərəfindən təsdiq edilir.

4.16.


Müsabiqə komissiyasının protokolu əsasında müvafiq marşrut üzrə Sifarişçi müsabiqənin başa çatdığı

gündən sonra 10 gün ərzində müsabiqə qalibi ilə müsabiqəyə çıxarılan avtobus marşrutuna dair bu Qaydanın 7 nömrəli

əlavəsində göstərilən formada və bu Qaydanın 1.6-cı bəndinə uyğun müddətə müqavilə bağlayır və həmin daşıyıcıya

marşrutun pasportunu verir.

4.17.

Müsabiqə iştirakçısının təqdim etdiyi müsabiqə təklifinə baxılması və onun təklifinin qiymətləndirilməsinin



nəticəsi barədə yazılı cavab almaq hüququ vardır.

13



Yüklə 293,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə