8 Bakı Nəqliyyat Agentliyi tərəfindən keçirilən 20 v ə 94 nömrəli müntəzəm marşrutlar üzrə



Yüklə 293,7 Kb.
Pdf görüntüsü
səhifə6/11
tarix17.06.2018
ölçüsü293,7 Kb.
#49192
1   2   3   4   5   6   7   8   9   10   11

1. Bakı şəhərinin inzibati ərazisində müntəzəm şəhərdaxili (qəsəbədaxili) sərnişin daşımalarını yerinə yetirən 

avtobuslara dair tələblər

1.1. A

vtobusların texniki göstəricilərinə dair tələblər

1.1.1.


Bakı şəhərinin inzibati ərazisində müntəzəm şəhərdaxili (qəsəbədaxili) sərnişin daşımalarını yerinə yetirən

avtobuslar (bundan sonra - avtobus) onlar üçün

irəli sürülən milli və beynəlxalq standartlara və normativlərə uyğun texniki

təchizata malik olmalı və 3 (üç) qapılı olmalıdır.

1.1.2. Avtobuslar müvafiq

avtonəqliyyat vasitələri üçün qüvvədə olan ekoloji standartlara uyğun mühərriklə və ya

elektrik

mühərriki ilə təchiz edilməlidir.

1.1.3. Avtobuslarda

ayaqaltı mexanizmi nəzərə alınmadan yerdən pillənin üst səviyyəsinə qədər hündürlük 300 mm-

dək, hündürlüyün 300 mm-dək düşməsinə imkan verən pillə mexanizmi olduqda isə 410 mm-dək olmalıdır.

1.1.4. Avtobuslarda salonun tam

havalandırma (isitmə və sərinlətmə funksiyalı) sistemi olmalıdır.

1.1.5. Avtobuslarda

sağlamlıq imkanları məhdud şəxslər üçün arabaların və uşaq arabalarının giriş və çıxışı üçün

mexanizm


olmalıdır.

1.1.6. Avtobuslarda

Bakı Nəqliyyat Agentliyinin (bundan sonra - Agentlik) müəyyən etdiyi nağdsız ödənişin

aparılmasına imkan verən avadanlıq (qurğu) olmalıdır.

1.1.7. Avtobuslarda maksimal

sürət həddi müəyyən etməyə imkan verən qurğu olmalıdır.

1.1.8. Avtobuslarda

onların bütün salonunu əhatə edən daxili və dörd tərəfdən xarici nəzarətə imkan verən, qeydə

aldığı məlumatları ən azı 15 gün saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş kameralar olmalıdır.

1.1.9. Avtobuslar

onların hərəkətini izləmək üçün nəzərdə tutulmuş və Agentliyin müəyyən etdiyi mərkəzi sistemə

inteqrasiya

olunmuş Qlobal Mövqetəyinetmə Sistemi (“GPS”) qurğusu ilə təchiz edilməlidir.

1.1.10. Avtobuslarda

sərnişinlərə səsli məlumatları çatdırmaq, o cümlədən dayanacaq məntəqələrini bildirmək üçün

istifadə olunan audio qurğu olmalıdır.

1.1.11. Avtobuslarda

sərnişinlərlə sürücünün fiziki təmasını istisna edən şəffaf kabinə olmalıdır.

1.1.12. Avtobuslar

nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış ili əsas götürülməklə 10 ildən

artıq olmamalıdır.

17



1.2. Avtobusların xarici tərtibatı

1.2.1.


Avtobusların xarici görünüşü təmiz və reklamsız olmalıdır.

1.2.2.


Avtobusların qapılarının üzərində dekalkomaniya üsulu ilə və ya trafaretin köməyi ilə yaşıl rəngdə “Giriş “ və

qırmızı rəngdə “Çıxış” işarələri yazılır.

18



1.2.3. Avtobuslar

marşrut lövhəsi ilə təchiz olunmalıdır. Marşrut lövhəsində marşrutun nömrəsi, başlanğıc, son və əsas

aralıq dayanacaq məntəqələrinin adı göstərilməlidir.

1.2.4. Ön, arxa

və sağ yan tərəfdə olan marşrut lövhəsi lent şəklində informasiyanı dəyişmək imkanına malik çarxlı

qurğusu olan elektron tablo və ya planşet şəklində olur, sol yan marşrut lövhəsi isə bərk materialdan hazırlanır.

1.2.5. Ön

marşrut lövhəsi avtobusun konstruksiyasında nəzərdə tutulmuş xüsusi oyuqda quraşdırılır. Oyuq olmadıqda

salonun

içərisində standartlara müvafiq sürücünün yerinin zəruri görünüş mənzərəsinin tələblərini təmin etmək şərti ilə



hərəkət istiqamətindən sağ tərəfdə yuxarıda alın şüşəsinin arxasında quraşdırılır.

1.2.6.


Avtobusların ön marşrut lövhəsində sol tərəfdən marşrutun nömrəsi, başlanğıc və son dayanacaq məntəqələri

göstərilir. Hərflərin hündürlüyü yazıda hərflərin miqdarından asılı olaraq maksimum ölçüdə olmalıdır. Avtobusların ön

lövhəsinin ölçüsü 200x900 mm-dən, hərflərin hündürlüyü 150 mm-dən, marşrutun dayanacaq məntəqələrinin adındakı

hərflərin hündürlüyü 75 mm-dən, ştrixin eni 10 mm-dən az olmamalıdır.

19



1.2.7.

Sağ yan marşrut lövhəsi avtobusun konstruksiyasında nəzərdə tutulmuş xüsusi oyuqda quraşdırılmalıdır. Oyuq

olmadıqda avtobusların yan marşrut lövhələri xüsusi qurğunun köməyi ilə salonun içərisində pəncərə üzərində

aşağıdakı qaydada yerləşdirilir:

1.2.8.

Sağ yan marşrut lövhəsində sol tərəfdə marşrutun nömrəsi və ardınca marşrutun başlanğıc, son və bir və ya bir



neçə ən çox sərnişin olan aralıq məntəqələri göstərilməlidir. Hərflərin hündürlüyü yazıda hərflərin miqdarından asılı

olaraq maksimal

ölçüdə olmalıdır. Avtobusların sağ yan marşrut lövhəsinin ölçüləri 270x900 mm, rəqəmlərin

hündürlüyü 220 mm-

dək, marşrutun başlanğıc və son dayanacaq məntəqələrinin adındakı hərflərin hündürlüyü 75 mm-

dək, ştrixin eni 15 mm-dək, aralıq dayanacaqların adlarındakı hərflərin hündürlüyü 35 mm-dək, ştrixin eni 7 mm-dək

olmalıdır.

20



1.2.9.

Marşrutun arxa lövhəsini avtobusun konstruksiyasında nəzərdə tutulmuş xüsusi oyuqda və ya arxa şüşənin içəri

tərəfində xüsusi qurğularda və ya ortada quraşdırmaq olar.

1.2.10. Arxa

və sol yan lövhələrdə yalnız marşrutun nömrəsi göstərilir. Arxada və sol yan tərəfdə marşrutun nömrəsi

220x350 mm-lik

lövhədə, rəqəmlərin hündürlüyü 200 mm, bir rəqəmin eni 100 mm və ştrixin qalınlığı 15 mm ölçüdə

olmalıdır.

1.2.11.

Lövhələrdə yazılar Azərbaycan dilində olmalıdır.



1.2.12. Ön, arxa

və sağ yan marşrut lövhələri (elektron tablolar) hər zaman işlək vəziyyətdə, aydın oxuna bilən və təmiz

olmalıdır. Lövhələrdə məlumat yazıları günün işıqlı və ya qaranlıq vaxtında ön və arxa lövhələrdə 15 m-lik məsafədən,

yan


lövhələrdə 3 m-lik məsafədən aydın görünən olmalıdır.

21



Yüklə 293,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə