8 Bakı Nəqliyyat Agentliyi tərəfindən keçirilən 20 v ə 94 nömrəli müntəzəm marşrutlar üzrə



Yüklə 293,7 Kb.
Pdf görüntüsü
səhifə7/11
tarix17.06.2018
ölçüsü293,7 Kb.
#49192
1   2   3   4   5   6   7   8   9   10   11

1.3. Avtobusların daxili tərtibati

1.3.1.


Avtobusların salonlarının daxili tərtibatı sərnişinlər üçün əyani texnoloji məlumatı əks etdirməlidir:

1.3.2.


Lövhələrdəki informasiya yazılarına müvafiq simvolik təsvirlər (piktoqramlar) əlavə edilə bilər və ya həmin

yazılar təsvirlərlə əvəzlənə bilər

1.3.3. Avtobus sürücüsünün

fotoşəkli və fərdi kod nömrəsi olan kart avtobus salonunda ön panelin yuxarı hissəsinə

və ya sürücünün kabinəsinin arakəsməsinə yerləşdirilməlidir.

22



1.3.4.

İnformasiya lövhələri (Agentliyin loqosu, qısaldılmış adı və ya abbreviaturası və onun verdiyi eyniləşdirmə

nömrəsi, gediş haqqının və cərimənin məbləği) sürücünün kabinəsinin arakəsməsinə vurulur.

1.3.5. Avtobuslarda

sağlamlıq imkanları məhdud şəxslərin arabaları və uşaq arabaları üçün xüsusi işarələnmiş

yerlər və müvafiq təhlükəsizlik sistemi olmalıdır.

1.3.6. Avtobuslarda

sürüşməyən döşəmə örtüyü tətbiq edilməli, interyerin bütün detalları (oturacaqlar, tavan, əl

tutacaqları və s.) qüsursuz, yanğın təhlükəsizliyi tələblərinə uyğun olmalıdır.

1.3.7.


Uşaqlar, hamilə qadınlar və sağlamlıq imkanları məhdud şəxslər üçün yerləri göstərən lövhələr müvafiq

yerlərin yanında və ya arxasında pəncərə yerinin üzərində və ya paneldə vurulur.

23



1.3.8. Avtobus

marşrutunun sxemi avtobusun salonunun içərisində bütün sərnişinlərin yaxşı görə biləcəyi yerdə

vurulmalı və növbəti dayanacağın göstərildiyi elektron lövhə şəklində olmalıdır. Marşrut sxemində bütün dayanacaq

məntəqələri göstərilməlidir.

1.3.9. Avtobusun

marşrutu üzrə hər bir dayanacaq və növbəti dayanacaq audio qurğu vasitəsilə elan edilməlidir.

1.3.10.

İnformasiya lövhələrinin fonu və məlumat yazıları, habelə piktoqramlar sərnişinlər tərəfindən aydın oxunula



və qavranıla bilən rənglərdə olmalıdır.

1.3.11. Avtobusun salonunda reklam

informasiyası müvafiq qanunvericiliyin və Agentliyin müəyyən etdiyi tələblərə

uyğun olmaqla xüsusi bərkidilmiş planşetlərdə yerləşdirilməli və sürücünün görünüş sahəsinə mane olmamalıdır.

24



2. Bakı şəhərinin inzibati ərazisində müntəzəm şəhərdaxili (qəsəbədaxili) sərnişin daşımalarını yerinə yetirən 

avtobuslarla sərnişin daşıyan daşıyıcılara dair tələblər

2.1.


Bakı şəhərində müntəzəm şəhərdaxili (qəsəbədaxili) sərnişin daşımalarını yerinə yetirən avtobuslarla və taksi minik

avtomobilləri ilə sərnişin daşımaları müvafiq icazəsi olan Azərbaycan Respublikasının vergi ödəyiciləri tərəfindən yerinə

yetirilə bilər. İcazə qanunvericiliklə müəyyən olunan qaydada avtobuslar üçün “Fərqlənmə nişanı” alınmasını və eyni

zamanda


müntəzəm şəhərdaxili (rayondaxili) marşrut üzrə sərnişin daşınması haqqında müqavilə bağlanmasını ehtiva

edir.


2.2.

Daşıyıcı mülkiyyət, icarə və ya digər əşya hüququ, yaxud digər qanuni əsaslarla istifadə olunan və dövlət

standartları ilə müəyyən olunan tələblərə və bu Tələblərə uyğun olan sərnişin avtonəqliyyat vasitəsinə malik olmalıdır.

Avtobuslarla

müntəzəm şəhərdaxili (qəsəbədaxili) marşrut üzrə sərnişin daşımalarına cəlb olunan daşıyıcının nəqliyyat

vasitələrinin sayı ona həvalə olunmuş marşrutda istifadə olunacaq nəqliyyat vasitələrinin sayından 10% artıq olmalıdır.

2.3. Avtobusla

sərnişin daşımalarını həyata keçirən daşıyıcı müvafiq avtonəqliyyat vasitələrinin saxlanması, onlara

texniki

xidmət göstərilməsi, texniki vəziyyətinə nəzarətin həyata keçirilməsi, reysqabağı texniki yoxlanılmasını, habelə



sürücülərin reysqabağı tibbi müayinədən keçirilməsi üçün şəraiti olan şəxsi və ya icarəyə götürülmüş istehsalat

bazasına, yaxud bu xidmətlərin göstərilməsi üçün belə bazası olan fiziki və ya hüquqi şəxslərlə bağlanmış müqaviləyə

malik

olmalıdır.



2.4.

Daşıyıcı (onun səlahiyyətli şəxsi) yola düşməzdən əvvəl sürücünü zəruri sənədlərlə (“Fərqlənmə nişanı”, yol

vərəqəsi, marşrut sxemi, hərəkət cədvəli, icbari sığorta şəhadətnamələri, gediş biletləri və s.) və digər məlumatlarla

təmin etməlidir.

2.5.

Daşıyıcı sərnişin daşımalarına təqdim etdiyi avtobusların xarici və daxili hissələrinin təmiz olmasını, avtobusların



salonunun

gündəlik dezinfeksiya edilməsini təmin etməlidir.

2.6.

Daşıyıcı istifadəsində olan avtonəqliyyat vasitələrinin rübdə bir dəfə texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə



uyğunluğunun yoxlanılmasını, texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, habelə qanunla müəyyən edilmiş

hallarda


dövlət texniki baxışından keçməsini təmin etməlidir;

2.7. Avtobusla

sərnişin daşımalarını həyata keçirən daşıyıcı sərnişin daşımalarında istifadə olunan avtobusları reysdən

sonra


yalnız istehsalat bazasına daxil olan duracaq yerlərində saxlamalıdır.

25



2.8.

Daşıyıcı sərnişin avtonəqliyyat vasitəsini nağdsız ödənişin aparılmasına imkan verən avadanlıq (qurğu) və ya POS-

terminalla, daxili

və xarici nəzarət kameraları ilə təchiz etməlidir.

2.9.

Müntəzəm şəhərdaxili (qəsəbədaxili) marşrut üzrə sərnişin daşımalarına cəlb olunan daşıyıcı, sürücü qismində işə



qəbul etdiyi və işdən azad etdiyi hər bir şəxs barədə müəyyən olunan qaydada məlumatları 3 gündən gec olmayaraq

vahid informasiya

sisteminə yerləşdirilməsi üçün bazaya ötürməlidir.

2.10.


Hər bir daşıyıcı sərnişin daşımalarında istifadə olunan avtobus üçün “Fərqlənmə nişanı” alarkən Agentlikdən

həmin avtobus fərdi qaydada verilən eyniləşdirmə nömrəsi, hər avtobus sürücüsü üçün isə fərdi kod nömrəsi olan kart

almalıdır.

2.11.


Hər bir daşıyıcı sərnişin daşımalarında istifadə olunan avtobus və taksi minik avtomobili ilə bağlı qanunvericilikdə

nəzərdə tutulan icbari sığorta müqavilələrinə malik olmalı, həmin müqavilələri vaxtlı-vaxtında yeniləməlidir.

2.12. D

aşıyıcı sürücü qismində işə qəbul etdiyi hər bir şəxsin Agentlik tərəfindən təşkil olunan xüsusi hazırlıq keçməsini



təmin etməli və belə hazırlığı keçməklə müvafiq sənəd əldə etməyən sürücünü avtobusun idarə olunmasına

buraxmamalıdır.

2.13.

Daşıyıcı istifadəsində olan bütün nəqliyyat vasitələrinin reysqabağı texniki yoxlamadan keçirilməsini, onların



sürücülərinin isə reysqabağı tibbi müayinədən keçirilməsini təmin etməlidir.

2.14.


Daşıyıcı sərnişin daşınmasında istismar etdiyi nəqliyyat vasitələrinin istifadəsi ilə bağlı törədilmiş yol-nəqliyyat

hadisələrinin, habelə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasından ibarət olan inzibati

xətaların uçotunu aparmalıdır. İstifadəsində olan nəqliyyat vasitələrinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələri

barədə həmin gün, nəqliyyat vasitələrindən istifadə ilə bağlı törədilmiş inzibati xətalarla bağlı isə ayda bir dəfə Agentliyə

müəyyən olunmuş məzmunda (inzibati xətanın mahiyyəti, onun törədildiyi vaxt və yer, hansı nəqliyyat vasitəsindən

istifadə ilə bağlı törədilməsi, bu xətanı törədən əməkdaş barədə məlumatlar daxil edilməklə) məlumat verməlidir.

2.15.

Daşıyıcının əməkdaşı olan hər hansı sürücü nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edildikdə və ya



onun bu hüququ

məhdudlaşdırıldıqda daşıyıcı bu barədə qərar və ya hökm qüvvəyə mindikdən sonra 3 gündən gec

olmayaraq

Agentliyə məlumat verməlidir.

26



Yüklə 293,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə