8 Bakı Nəqliyyat Agentliyi tərəfindən keçirilən 20 v ə 94 nömrəli müntəzəm marşrutlar üzrə



Yüklə 293,7 Kb.
Pdf görüntüsü
səhifə9/11
tarix17.06.2018
ölçüsü293,7 Kb.
#49192
1   2   3   4   5   6   7   8   9   10   11

2.10.

marşrutlar üzrə daşıyıcıların fəaliyyətinin təşkili və ona nəzarət funksiyasını yerinə yetirən Sifarişçinin səlahiyyətli

qurumlarının tələblərinin yerinə yetirilməsini təmin etmək;

2.11.


sərnişin daşımalarını yerinə yetirərkən, bilet və ödəniş alətinin satılmasını, o cümlədən ödəniş alətinə vəsaitin

yüklənilməsi imkanını təmin etmək, sərnişinlərin biletsiz, yaxud ödəniş aləti ilə ödəniş etmədən aparılmasına yol

verməmək;

2.12.


avtovağzal (avtostansiya) ilə müqavilə bağlamaq (avtobuslar avtovağzallardan (avtostansiyalardan) yola düşdükdə);

2.13.


marşrutlarda sərnişin avtonəqliyyat vasitəsilə xidmətlərin göstərilməsi haqqında müqavilənin bağlanması üçün bu

müqavilənin surətini avtovağzala (avtostansiyaya) təqdim etmək;

2.14.

Sifarişçinin razılığı olmadan müsabiqə təkliflərində qeyd olunmuş avtobusların digər avtobuslarla əvəz edilməsinə



yol

verməmək;

2.15. «Avtomobil

nəqliyyatı ilə sərnişin və baqaj daşımaları qaydaları» ilə nəzərdə tutulmuş tələblərə ciddi riayət

olunmasını təmin etmək;

2.16.


daşımaların dayandırılması və ya ləğv edilməsi zərurəti yarandıqda, əvvəlcədən Sifarişçinin müvafiq razılığını almaq

və əhaliyə daşımaların dayandırılmasına və ya ləğv edilməsinə ən azı 3 gün qalmış kütləvi informasiya vasitələri ilə

məlumat vermək;

2.17.


üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi barədə vaxtlı-vaxtında Sifarişçiyə hesabatlar təqdim etmək;

2.18.


sərnişin daşımalarına dair müəyyən edilmiş digər tələbləri yerinə yetirmək.

3.

Sifarişçinin vəzifələri aşağıdakılardır:



3.1.

qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş daşınma tariflərinin düzgün

tətbiq olunmasına nəzarət etmək;

3.2.


daşıma şərtlərində, hərəkət marşrutlarında edilən dəyişikliklər və digər dəyişikliklər barədə Daşıyıcını

məlumatlandırmaq;

3.3.

küçə-yol şəbəkəsinin, xətti qurğuların, dönmə meydançalarının lazımi vəziyyətdə olmasını və münasib hərəkət



rejiminin

yaradılmasını təmin etmək.

31



III. Tərəflərin hüquqları

4.

Daşıyıcının hüquqları aşağıdakılardır:



4.1

marşrut sxeminin dəyişdirilməsi ilə əlaqədar hərəkət cədvəlinə yenidən baxılması, həmçinin, marşrutun iş rejimində

dəyişiklik edilməsi və marşrutda sərnişinlərə göstərilən nəqliyyat xidmətlərinin təkmilləşdirilməsi ilə bağlı Sifarişçiyə

əsaslandırılmış təkliflər vermək;

4.2.

Sifarişçidən sərnişinlərin və hərəkətin təhlükəsizliyi tələblərinə cavab verməyən küçə-yol şəbəkəsinin olduğu



marşrutlarda və ya marşrutların ayrı-ayrı hissələrində lazımi təhlükəsizlik şəraitinin yaradılmasını tələb etmək.

5.

Sifarişçinin hüquqları aşağıdakılardır:



5.1.

Daşıyıcının işinə nəzarət etmək və nəzarətin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada

müvafiq

tədbirlər görmək;



5.2. bu

müqaviləyə əsasən Daşıyıcının üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi haqqında hesabatın vaxtlı-vaxtında

təqdim edilməsini ondan tələb etmək;

5.3.


Daşıyıcı bu müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə və ya dəfələrlə pozduqda, müqavilənin yerinə yetirilməsindən

imtina


etdikdə, həmçinin Sifarişçinin razılığı olmadan müqavilə üzrə öz hüquqlarını üçüncü şəxsə verdikdə, Daşıyıcıya

dəymiş ziyanı ödəmədən birtərəfli qaydada bu müqaviləni ləğv etmək.



IV. Tərəflərin məsuliyyəti

6.

Müqavilə üzrə hər bir tərəf öz öhdəliklərinin vaxtlı-vaxtında, tam həcmdə və vicdanla yerinə yetirilməməsinə görə digər



tərəf qarşısında qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.

7.

Daşıyıcı tərəfindən dəfələrlə və ya kobud şəkillə bu Müqavilənin şərtlərinin, hərəkətin təhlükəsizliyinə dair tələblərin



pozulmasına, hərəkət sxeminin, cədvəlin, iş rejiminin dəyişdirilməsinə, sərnişin və baqaj daşınması qaydalarına riayət

edilməməsinə görə, həmçinin aidiyyəti dövlət orqanlarından, bələdiyyələrdən,

təşkilatlardan

və sərnişinlərdən

əsaslandırılmış müraciətlər daxil olduqda, müqavilə Sifarişçi tərəfindən birtərəfli qaydada ləğv edilə bilər.

8.

Sifarişçi marşrutlarda daşımaların məhdudlaşdırılması və ya dayandırılması səbəblərinin vaxtlı-vaxtında aradan



qaldırılması üçün lazımi tədbirlərin görülməməsinə görə məsuliyyət daşıyır.

32



V. Xüsusi şərtlər

9.

Fəaliyyət şəraiti və şərtlərində obyektiv dəyişikliklər baş verdikdə, tərəflərdən hər hansı birinin təklifi ilə müqavilə



şərtlərinə yenidən baxıla bilər. Təklif olunan dəyişikliklər barədə müvafiq qərar tərəflərin hər hansı birinin yazılı ərizəsi

alındığı andan 14 gün ərzində qarşılıqlı razılıq əsasında qəbul edilir.

10. Bu

müqavilə ilə razılaşdırılmış hallar istisna olmaqla, tərəflərdən birinin təklifi və ya qarşılıqlı razılıq əsasında



qanunvericiliklə müəyyən edilmiş qaydada ləğv edilə bilər.

11.


Daşıyıcı rentabelsiz marşrutlar üzrə sərnişin daşımalarım yerinə yetirməkdən imtina etdiyi hallarda da müqavilə Sifarişçi

tərəfindən ləğv edilə bilər.

12.

Daşıyıcı bu müqavilə üzrə öhdəliklərinin tam və ya qismən yerinə yetirilməsini yalnız Sifarişçinin yazılı razılığı ilə



üçüncü

şəxsə həvalə edə bilər. Bu halda marşrutlarda istifadə olunması üçün həmin şəxs tərəfindən təklif olunan

avtobuslar

müsabiqə təkliflərində göstərilən şərtlərə uyğun gəlməlidir. Əks halda Daşıyıcı bu müqavilənin şərtlərinin

yerinə yetirilməməsinə görə Sifarişçi qarşısında məsuliyyət daşıyır.

13.


Daşıyıcı bu və ya digər marşrutda (reysdə) sərnişin axınının kəskin artması və ya azalması zamanı Sifarişçinin razılığı

ilə avtobusların hərəkət cədvəllərinə və reyslərin sayına müvəqqəti olaraq yenidən baxa bilər.

14. Bu

müqaviləyə əsasən marşrutda istismar ediləcək avtobusların siyahısı müqavilənin tərkib hissəsi hesab edilir.



15. Bu

müqavilə imzalandığı tarixdən qüvvəyə minir və __________il müddətinə bağlanılır.

16.

Tərəflərin rekvizitləri:



Sifarişçi

________________________________

Daşıyıcı

________________________________

33



Yüklə 293,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə