8 Mart ddemnocalq



Yüklə 54,68 Kb.
Pdf görüntüsü
tarix21.06.2018
ölçüsü54,68 Kb.
#50449


RESPUBLİKA 

8  mart 2018-ci il



5

8  

Mart 

ddemnocalq

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ərəfəsində

Azərbaycan  Demokratik Cümhuriyyəti

qadınlarımızın  taleyində

Xalqımızın  dövlətçilik  ənənələri  qədim 

əsrlərdən soraq verir.  Ulu  ozanımız Dədə Qor­

qudun, dahi  klassik şair babamız Nizami  Gən­

cəvinin yaratdıqları sənət incilərini, tarixi mən­

bələri  vərəqlədikcə,  xalqımızın  müdrikliyi, 

ürək  genişliyi,  azadlıq  sevərliyi,  əqidə  saflığı, 

humanistliyi,  cəngavər  Bayandur  xanların, 

Tomris,  Nüşabə,  Məhinbanu  nənələrimizin, 

qüdrətli  Atabəy  Eldənizin,  Cahan  Pəhləvanın, 

qılınc və qələm sahibi  Şah  İsmayıl  Xətainin və 

neçə-neçə  hökmdar  dədələrimizin  qurduqları 

Azərbaycan  dövlətlərinin  tarixləri  bir-bir  göz­

lərimiz  önündən  keçir.  Xalqımız  əsrlər  boyu 

azadlıq,  tərəqqi  uğrunda  mübarizə  aparmış, 

öz vətənini yadelli  işğalçılardan igidliklə  qoru­

muş,  müstəqil  olmağa  can  atmışdır.  Lakin  bu 

çoxəsrlik tarix boyunca onun  başına  müsibət­

lər  də  az  gəlməmişdir.  İmperiyalar,  dağıdıcı 

qara  qüvvələr gözəl  yurdumuzu, alicənab xal­

qımızı  əsarətdə saxlamağa çalışmışlar. 

Tariximizin  son  iki  yüz  illiyində  ikiyə  bölünmüş 

ana  yurdumuz  rus  imperiyasının  əsarətində  olmuş­

dur.  Lakin  azadlıq sevən xalqımız müstəmləkə  itaə­

tində  olmasına  baxmayaraq,  tərəqqi  etmiş,  maarif- 

lənmiş,  demokratik ruhunu yaşatmış,  milli  mədəniy­

yətimizi,  mənəviyyatımızı  dünya səviyyəsinə  qaldır­

mışdır.


XX  əsrin  təlatümləri  Romanovlar sülaləsinin  ha­

kimiyyətini  son  qoyanda  Dədə  Qorqud oylaqları  qo­

ca  Qafqazda  xalqlar  —  Azadlıq!  -  deyə  ayağa 

qalxdılar.  1918-ci il,  may ayının 28-də Azərbaycanın 

mütəfəkkir və  mübariz oğulları  Şərqdə  ilk  dəfə  par­

lament sistemli  Azərbaycan  Demokratik  Cümhuriy­

yətinin  qurulduğunu  elan  etdilər.  Yaz  günəşinin  qı­

zılı  şüaları  işığında yurdumuza  azadlıq  baharı  gəldi.

Lakin  qara  qüvvələr işıqdan  qorxan yarasalar ki­

mi  xalqımızın  azadlıq və  müstəqillik  istəyini  öz qan­

lı  caynaqları  ilə  boğmağa  qalxdılar.  Bu  hadisələrlə 

əlaqədar  N.Nərimanov  demişdi  ki,  Qafqaz  od  için­

də alovlandı,  milli  ədavət toxumları  baş qaldırdı,  gü­

nahsız insanların qanı töküldü,  kəndlər, şəhərlər xa- 

rabazara  çevrildi.  Bu  çaxnaşmaların  baisləri  yenə 

ermənilər  oldular.  Uydurma  “böyük  Ermənistan” 

xülyası  ilə  yaşayan  ermənilər yenə  fitnə-fəsadlarını 

işə  saldılar.  Onlar  elə  o  zaman  da,  Azərbaycanın 

müstəqil  dövlət  olmasına  mane  olmaq  istəyirdilər. 

Azərbaycanın  görkəmli  ictimai-siyasi  xadimi,  diplo­

matı  Əlimərdan  bəy  Topçubaşov  o  zaman  yazırdı:

"...  Biz  qonşularımızla  birgə  işə  can  atırıq.  Lakin 

qorxuruq  ki,  sonsuz iştaha  malik,  öz muradına baş­

qaları, yəni  bizim  hesabımıza çatmaq istəyən ermə­

nilərlə  dil  tapa  bilməyək.  Onlar bütün  ölkələrin  pay­

taxtlarında  bizim  əleyhimizə  iş  aparır,  bizi  yaşama­

ğa  qadir olmayan  millət  kimi  qələmə verirlər”.

Tökülən  qanların,  milli  qırğınların  qarşısını  almaq 

üçün  Azərbaycanın  demokratik  qüvvələri,  ziyalılar 

ayağa  qalxdılar.  Bu  işdə  Azərbaycanın  maarifpər­

vər qadınları  da fəallıq göstərir,  bu faciələrə son  qo­

yulmasına  çağırırdılar.  Zadəgan  nəslindən  olan  Zi­

ba  xanım  Qayıbova  və  Sara  xanım  Vəkilovanın 

Azərbaycan  qadınları  adından  1919-cu  il  14 yanvar 

tarixli  “Azərbaycan”  qəzetində  dərc  etdirdikləri  “Er­

məni xanımlarına” müraciətdə deyilirdi: “ İrəvan,  Qa­

rabağ və  Lənkəranda olan təqsirsiz qurbanlar barə­

sində hər gün  nalə və fəqanlar eşidirik.  Minlərlə  qa­

dın,  uşaq  öldürülür,  aclıqdan,  soyuqdan  müsəlman 

əhalisi əzab-əziyyət çəkir,  həlak olur.  Kəndlər yanır, 

camaatın  müqəddəratı,  təhqir  edilir,  varı-dövləti  ta­

lan  olunur.  Fəqət  dəhşət  bununla  qurtarmır.  Belə 

getsə,  bu  halların  ucu-bucağı  olmayacaqdır.  Axıdı­

lan  qanlarla ədavət toxumu səpilir.  Bunun  də  bəhə­

ri çox yaman olacaqdır.  Bir dəstə  qulduru saxlamaq 

olmur.  Halbuki,  çoxdan  bu  qanların  qabağı  alınmalı 

idi...

Neçə vaxt bundan  əvvəl  müqəddəs  iş  üçün  sülh 



əldə  etmək  niyyəti  ilə  bizi  dəvət  edən  erməni  xa­

nımları,  indi  harada  qalmısınız!  Hərgah  sizin  o  za- 

mankı  dəvətiniz  rəqiq xanımlar qəlbindən  çıxan  sə­

mimi  bir  dəvət  idisə,  onu  isbat  etdiniz!..  Yetər  bu 

qədər qanlar!

Belə  müdhiş  zamanda  bizim  səsimizin  eşidilmə- 

məsi cinayətdir.  Elə isə səsinizi  qaldırdınız,  çəkilmiş 

qılıncları  saxlayınız!..”

Bu  günün  qanlı  hadisələrində  olduğu  kimi,  o  za­

man  da  erməni  qadınları  əlləri  qana  bulaşmış  ərlə­

rini,  oğullarını  saxlamamış,  hətta  törədilən  cinayət­

lərdə  özləri  də  iştirak  etmişdilər.

Azərbaycan  qadınları  o  ağır  illərdə  yeni  demok­

ratik  cümhuriyyətin  bəxş  etdiyi  azadlıqdan  bəhrə­

lənmək,  ictimai-mədəni  həyatda  fəal  iştirak  etmək, 

xalqı  maarifləndirmək arzusu  ilə yaşayır, öz gələcək 

işıqlı  taleyini  düşünürdülər.  Erməni  qadınları  isə  şo­

vinist hisslərlə  nəfəs alırdılar.

Azərbaycan  Demokratik  Cümhuriyyəti  istiqlal 

Bəyannaməsinin 4-cü maddəsində elan edərək mil­

lət,  din,  sinif  və  cins  ayrılığı  gözləmədən  öz  ərazi­

sində  yaşayan  bütün  vətəndaşlara  hüquq  bərabər­

liyi,  azadlıq,  dinc  həyat  bəxş  etdiyi  halda,  erməni 

bolşevik-daşnakları  və  Sovet  Rusiyasından  siyasi 

dəstək  olaraq  azərbaycanlıları  öz  dədə-baba 

yurdlarından  vəhşicəsinə  qovur,  Qafqaz  xalqlarına 

fəlakət,  səfalət  gətirirdilər.  Qarabağda,  Zəngəzur­

da,  Naxçıvanda,  Şamaxıda,  Qubada,  Lənkəranda 

əhali  müsibətlərə  düçar  olur,  öz  evindən,  yurdun­

dan  didərgin  düşürdü. Aclıq, yoxsulluq, xəstəlik xal­

qı  taqətdən  salırdı.  Hərc-mərclik,  qaçaq-quldur  ta­

lanları,  kəndli  qiyamları, fəhlə  ixtişaşları  da  bir tərəf­

dən  vəziyyəti  ağırlaşdırırdı.  Belə  bir dəhşətli  dövrdə 

yeni  arzu  və  amalla  qurulan  gənc  dövləti  idarə  et­

mək  heç  də  asan  iş  deyildir.  Lakin  ürəyi  xalq  mə­

həbbətilə döyünən ziyalılardan təşkil olunmuş Azər­

baycan  Demokratik  Cümhuriyyəti  az vaxtda  böyük 

işlər  gördü.  Məmməd  Əmin  Rəsulzadə  demiş,  ilk 

növbədə, xalq  azadlığın,  milli  müstəqilliyin  şirinliyini 

dada  bildi.

Xain,  bədxah  erməni  əsilli  Delyanovun çar Rusi­

yasının  maarif naziri təyin edilməsi,  müsəlman  əya­

lətlərində  milli  dünyəvi  məktəblərin  yaradılmasının 

qarşısının  alınması,  uzun  illər müstəmləkəçi  siyasə­

tin  ən  çox  Qafqazda  Azərbaycan  əhalisi  üzərində 

aparılması  təhsil  və  maarif  işinə  böyük  ziyan  vur­

muşdu.

Azərbaycanın  milli  məktəblərini  birdən-birə  ya­



ratmaq  qeyri-mümkün  idi.  Çünki  nə  mükəmməl 

dərslik,  nə əyani vəsait,  nə də istənilən  qədər peda­

qoji  kadr vardı.  Ona  görə  də Azərbaycan  Demokra­

tik  Cümhuriyyətinin  Maarif  Nazirliyi  respublikada 

yaşayan  hər bir millətin  öz ana  dilində təhsil  alması 

üçün  şərait yaradılmasına ilk  növbədə  səy  göstərir­

di.  Təcili olaraq  Bakıda,  Gəncədə qısa  müddətli  pe­

daqoji  kurslar  təşkil  edildi.  Onların  arasında  qadın 

pedaqoji  kursları  da vardı.  1919-cu  ildə  Bakıda açıl­

mış  pedaqoji  kursda Azərbaycanda olan tək-tük qız 

məktəblərində  işləyən  bütün  müəllimlərin  iştirak  et­

məsi  üçün  Maarif  Nazirliyi  xüsusi  sərəncam  verdi. 

Həmin  il  Bakıda  Müfti  Əfəndinin  qızı  Gövhər xanım 

Qayıbova  öz  mənzilində  pedaqoji  kurs  təşkil  etdi. 

Burada  80  nəfərdən  çox  dinləyici  toplandı.  O  döv­

rün  tanınmış  maarifpərvər  ziyalıları  Hüseyn  Cavid, 

Abdulla  Şaiq,  Camo  Cəbrayilbəyli,  Xudaverdi  Kə- 

ləntərli,  Səriyyə  xanım  Əhmədova,  Nəimə  xanım 

Qazıyeva  burada  məşğələlər aparırdılar.

Azərbaycanın  ilk maarifpərvər qadınlardan  Mədi­

nə xanım  Qiyasbəyli  Bakıda,  Xədicə  xanım  Ağaye­

va  isə  Gəncədə  qısamüddətli  pedaqoji  kurslar təş­

kil  etdilər.

Qadın  müəllimlərlə  olan  ehtiyacları  qismən  ödə­

mək üçün əvvəllər rus qız gimnaziyalarını,  Tiflis  Nu- 

cabə  Qızlar  institutunu  və  hətta  H.Z.Tağıyevin  rus- 

müsəlman  qız  məktəbini  və  ikiillik  pedaqoji  kursları 

bitirən  bir  çox  bacarıqlı  müəllimlər  gimnaziyalarda 

dərs  deməyə  cəlb  olundular.

Bu  dövrdə  Azərbaycanın  maarifpərvər  qadınları 

Məryəm  xanım,  Bayraməlibəyova  Lənkəranda, 

Gövhər xanım  Şamaxıda,  Bülbül  Kazımova  Gədə­

bəydə,  Firuzə  Ağayeva,  Yaqut  Ağayeva,  Fəramuş 

Paşayeva Gəncədə,  Səidə Şeyxzadə,  Rəhilə  Hacı- 

bababəyova,  Sara  xanım  Vəzirova,  Hənifə  xanım 

Məlikova,  Qərib  Soltan,  Zərri  xanım  Şahtaxtinska- 

ya,  Şəfiqə  xanım  Əfəndizadə  və  başqaları  Bakıda 

Azərbaycan  xalq  maarifinin  inkişafına çalışırdılar.

Çar  Rusiyası  zamanı  Bakıda  bir  neçə  dövlət  və 

şəxsi  qız  gimnaziyası  fəaliyyət  göstərirdi.  Həmin 

nümunəvi  təhsil  ocaqlarından  birini  Azərbaycan 

Demokratik  Cümhuriyyəti  milli  qız  gimnaziyasına 

çevirdi  ki,  azərbaycanlı  qızları  öz  ana  dilində  təhsil 

ala  bilsinlər.  Hazırlıq  sinifləri  də  olan  bu  təhsil  ocağı 

səkkiz  illik  idi.  Sonuncu  sinif pedaqoji  təhsil  hüquqi 

verirdi.


1919-cu  ildə  bu  milli  gimnaziyanın  müdiri  Peter­

burqda  Bestuyev  adına  Ali  Pedoqoji  kurs  bitirmiş

Səlimə  xanım  Yaqubova  təyin  edilmişdi.  Azərbay­

canın  təcrübəli  pedaqoqları  -Xədicə  xanım  Ağaye­

va,  Reyhan  xanım  Axundova,  Cənnət xanım  Muğ- 

ranskaya,  Mina xanım  Minasazova,  Eynülhəyat xa­

nım  Usubbəyova  burada  gələcək  müəllimlərin  tə­

lim-tərbiyəsi  ilə  məşğul  olurdular...

Beləliklə,  maarif  və  mədəniyyətin  inkişafı  üçün 

özül  qoyuldu.  Ümumi  təhsilin  tətbiqi  əsas tutularaq 

yeni  məktəblər,  pedaqoji  kurslar  və  təhsil  ocaqları 

açıldı.


Azərbaycan  gəncliyinin  ali  təhsil  alması  üçün 

1919-cu  ildə  Bakıda  Üniversitet  yaradıldı.  Bundan 

başqa, yüzə yaxın  gənc texnikanın  müxtəlif sahələ­

rində  təhsil  almaq  üçün  dövlət  hesabına  Avropa 

universitetlərinə  və  digər ali  məktəblərə  göndərildi. 

Azərbaycan  tarixində  ilk  ali  təhsil  ocağı  olan  Bakı 

Universitetində  oxuyan  tələbələrin  25,3  faizi  azər­

baycanlılar təşkil  edirki  ki,  bunun  da  8,3  faizi  qızlar 

idi.  Bu  ali  təhsil  ocağının  ilk  rektoru  professor 

B.İ.Razumovski  Bakı  Dövlət  Univeristetini  “Avropa 

və  Asiyanın  sərhədində yeni  məşəl” adlandırırdı.

Azərbaycan  Demokratik  Cümhuriyyəti  qadın 

azadlığı  məsələsinə  də xüsusi fikir verirdi. Azərbay­

can  Cümhuriyyəti  Parlamentinin  qəbul  etdiyi  Əsas­

naməyə  görə,  qadınlara  kişilərlə  bərabər  hüquqlar 

verilirdi.  Bu,  hələ  ABŞ  kimi  sivil  bir  ölkədən  əvvəl 

edilmiş  demokratik  bir  addım  idi.  4  fəsildən,  116 

bənddən  ibarət olan  bu  Əsasnaməyə görə,  müəssi­

sələr  məclisinə  cinsindən,  dilindən,  milliyətindən 

asılı  olmayaraq,  20 yaşına çatmış  respublikanın  bü­

tün  vətəndaşları  seçkilərdə  iştirak edə  bilərdilər.

Azərbaycanın  ziyalı  qadınları  dövlətin verdiyi  hü­

quqlardan,  maarif  və  mədəniyyətin  inkişaf  etdiril­

məsi  üçün  yaratdığı  şəraitindən,  imkanlardan  istifa­

də edərək mədəni tədbirlərdə fəal  iştirak edir,  qadın 

azadlığı  hərəkatını  genişləndirir,  milli  azadlıq  hərə­

katına  və  respublikanın  müstəqilliyinə  maneçilik tö­

rədən  qüvvələrə  qarşı  mübarizə  aparırdılar.  Maarif­

pərvər qadınlar ziyalı  həyat yoldaşlarının  köməyi  ilə 

milli  məktəblərin  yaradılmasında  xüsusilə  fəal  çalı­

şırdılar.  Bu vətənpərvər ailələr,  bir sözlə,  öz evlərini 

mədəniyyət ocağına çevirmişdilər.

ADR-nin  qurucularından  biri  Nəsibbəy  Usubəyo- 

vun  həyat  yoldaşı  Eynülhəyat  xanım  ilk  milli  qız 

gimnaziyasında  dərs  deyir,  cümhuriyyətin  Maarif 

Nazirliyinin  inspektoru  işləyirdi.  Mədinə  xanım  Qi­

yasbəyli  1918-ci  ildə  Qazax  qəzası  Xalq  Məktəblə­

rinin  inspektoru  təyin  olunmuşdur.

Gəncədə  ziyalı  qadınlar Xeyriyyə  Cəmiyyəti  ya­

ratmışdılar.  Bu  işdə  Xədicə  xanım  Ağayeva,  Cava­

hir  xanım  Rəfibəyli,  Həcər  xanım  Şeyxzamanova, 

Bilqeyis xanım Qazıyeva böyük səy göstərir,  qadın­

lar üçün  teatr tamaşaları  təşkil  edir,  daşnakların  tö­

rətdikləri  qırğınlar  nəticəsində  kimsəsiz,  yetim  qal­

mış,  qaçqın  düşmüş  uşaqları  öz  himayələrinə  al­

mışdılar.

Azərbaycan  Demokratik  Cümhuriyyəti  beləcə 

Azərbaycan  qadınlarının  taleyinə  nur çiləyirdi.

1920-ci  ilin  baharında  hadisələr dəyişsə  də,  çev­

riliş oldusa  da,  milli  hökumət fəaliyyətini  dayandırdı­

sa  da,  Azərbaycan  Demokratik  Cümhuriyyətinin 

ürəklərdə  yaratdığı  ideyalar,  azadlıq  duyğuları  ya­

şadı.  Doğrudur, onun  ideya  istiqamətində  müəyyən 

dəyişikliklər  oldu.  Amma  məqsəd  amal  bir  idi.  Bu, 

Azərbaycan  qadınlarını  cəhalət  məngənəsindən 

qurtarıb,  onların  ictimai-siyasi,  sosial  azadlığına, 

maarif-mədəniyyət  tərəqqisinə  nail  olub,  azad, 

müstəqil  dövlətdə yaşamaq  arzusu  idi.

Bir sıra  ziddiyyətləri,  qadağaları  olan  70  illik tari­

xi  məkanda  qadın  təhsili  ocaqlarının  geniş  şəbəkə­

sinin  yaradılması,  qadın  azadlığı,  qadın  hüquqları­

nın  qorunması,  elm və  mədəniyyət sahəsində  görü­

lən  işlər  bunu  bir  daha  göstərdi.  Elm,  mədəniyyət, 

incəsənət,  səhiyyə,  maarif və  başqa  sahələrdə  ça­

lışan  qadınların  sayı  getdikcə  artmağa  başladı.  Qa­

dınların  mədəni  səviyyəsi  xeyli  yüksəldi.

1918-1920-ci  illərdə  olduğu  kimi,  XX  əsrin  90-cı 

illərində  tarix  təkrar  olundu.  Xalqımız  şər,  dağıdıcı 

qüvvələrlə, xain xislətli  düşmənlə-erməni  daşnakla­

rın  bəd  əmələri  ilə  üz-üzə  dayandı.  Azadlıq  sevən 

xalqımız öz  müstəqilliyini  yenidən  əldə  etmək  üçün 

mübarizə  meydanlarına axışdı.  Sovet imperiyası  20 

Yanvar  qırğınlarını  törədib,  Qarabağ  məsələsini  or­

taya atıb,  müharibə alovlarını  qızışdırdılar.  Bizi haqq 

yolumuzdan  uzaqlaşdırmaq,  azadlıq  duyğularımızı 

sındırmaq  istədilər.  Xalqımızın  başına  müsibətlər 

gətirdilər.  Lakin  mübariz  xalqımız  ayağa  qalxıb, 

başda  ulu  öndər  Heydər  Əliyevin  və  onun  yolunu 

uğurla  davam  etdirən  sevimli  Prezident  ilham  Əli­

yevin  ətrafında  birləşib  mürəkkəb  hadisələrin  burul­

ğanından  inamla  çıxdı.

1991-ci  ildə  xalqımız  ikinci  dəfə  öz  müstəqilliyini 

əldə  etdi.  Böyük  inkişaf yoluna  çıxdı.  Ötən  25  il  ər­

zində odlar yurdumuz dünyanı  heyran  edən,  parlaq 

gələcəyi  olan  dövlətini  və  güclü  ordusunu  yaratdı. 

Xalqımız indi  işğal altında olan torpaqlarını və  gözəl 

Qarabağını  azad edib  ölkəmizi  daha  işıqlı  gələcəyə 

aparacaqdır.



Sabir GƏNCƏLİ, 

Tarix elmləri doktoru, yazıçı-jurnalist.

Yüklə 54,68 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə