8 sentyabr 2016-cı il, cümə axşamı 5



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
tarix11.07.2018
ölçüsü0,51 Mb.
#55111


8 sentyabr 2016-cı il, cümə axşamı

5

 

ˆ

Bu il ölkəmizin ali təhsil sistemində xüsusi yeri və 



mövqeyi olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin 

(ADPU) yaranmasının 95 illiyi tamam olur. Ümummilli 

lider Heydər Əliyevin həmişə yüksək qiymət verdiyi 

Azərbaycan müəllimləri bu müddətdə respublikamızın 

intellektual potensialının formalaşmasına böyük xidmət 

göstərmişlər. Ölkəmizdə yüksək ixtisaslı pedaqoji və 

elmi-pedaqoji kadrların hazırlanmasında isə ADPU-nun 

professor-müəllim heyətinin və onun məzunlarının xüsusi 

payı var. 

Pedaqoji Universitet ötən 

onilliklərdə böyük inkişaf yolu 

keçməklə öz ənənələri olan elm və 

təhsil müəssisəsi kimi tanınmışdır. 

Pedaqogika, psixologiya və ayrı-ayrı 

fənlərin tədrisi metodikası məhz bu 

ali məktəbdə təşəkkül tapmış, inkişaf 

edərək indiki yüksək səviyyəyə çat-

mışdır. Çoxillik fəaliyyəti dövründə 

ADPU yalnız respublikamız üçün 

deyil, qonşu Gürcüstan, Mərkəzi 

Asiya respublikaları, Bolqarıstan və 

digər ölkələr üçün də yüksəkixtisaslı 

müəllim və elmi kadr hazırlığı prosesi-

ni uğurla həyata keçirmişdir. 

ADPU-nun tarixinə nəzər salanda 

görürük ki, Azərbaycan Xalq Komis-

sarları Sovetinin (XKS) sədri Nəriman 

Nərimanovun imzaladığı 1921-ci il 

26 avqust tarixli dekret əsasında 6 

nəfər tələbə ilə milli dildə fəaliyyətə 

başlayan bu ilk ali pedaqoji təhsil 

ocağı yeni təşkil olunan I və II dərəcəli 

məktəbləri ixtisaslı pedaqoji kadrlarla 

təmin etmək məqsədilə yaradılmış-

dı. Bu ali məktəbdə indiyədək 150 

mindən çox müəllim hazırlanmış, illər 

keçdikcə ADPU respublikamızda bir 

sıra ixtisaslar üzrə elmi-pedaqoji kadr 

hazırlığının mərkəzinə çevrilmişdir. 

Universitet tədris və elmi-pe-

daqoji fəaliyyəti dövründə müxtəlif 

çətinliklərə də məruz qalmış, zamanın 

bütün sınaqlarından şərəflə çıxaraq 

Azərbaycanda milli mədəniyyətin, 

elmin və təhsilin inkişafında xüsusi 

xidmətləri olan kadrlar yetişdirməklə, 

millətin mənəvi potensialının forma-

laşmasında önəmli rolunu qoruyub 

saxlamışdır. 

Pedaqoji Universitetin ali təhsil 

ocağı kimi formalaşmasında və inkişa-

fında Azərbaycan hökumətinin başçısı 

N.Nərimanov, xalq maarif komissarı 

D.Bünyadzadə, dövrün görkəmli 

ziyalılarından Ü.Hacıbəyli, M.Quliyev, 

V.Xuluflu, Ə.Übeydulin, B.Çobanzadə 

və sair ziyalıların xidməti əvəzsizdir. 

95 il əvvəl yaranmış ali təhsil 

müəssisəsinin ilk direktoru Odessa 

Universitetinin məzunu Fətulla bəy 

Rzabəyli, direktor müavini isə Tiflis 

Müəllimlər İnstitutunun məzunu 

Həbib bəy Mahmudbəyov olmuşdur. 

Sonralar direktor vəzifəsində ça-

lışan M.Əfəndiyev, H.Mahmudbəyov, 

Ş.Manafov və C.Məmmədzadə o 

zamanlar Pedaqoji İnstitut adlanan 

təhsil ocağının təşkilati baxım-

dan möhkəmlənməsi, o cümlədən 

tədrisin təşkili və elmi fəaliyyətin 

tənzimlənməsi istiqamətində səmərəli 

fəaliyyət göstərmişlər. Onların 

həyata keçirdikləri konkret əməli 

tədbirlər yeni təhsil müəssisəsinin 

maddi-texniki bazasının qurulub-

möhkəmləndirilməsinə, fakültə və 

şöbələrin elmi-pedaqoji kadrlarla 

təmin edilməsinə, fəhlə və kəndli 

gənclərin ali təhsil almalarına təkan 

vermişdir. Zaman keçdikcə Rusiya, 

Qərbi Avropa, Türkiyə və Şərqin bir 

sıra tədris və elm mərkəzlərində təhsil 

alan ixtisaslı milli kadrlar burada 

pedaqoji fəaliyyətə cəlb edilmişlər. 

Onların öz bilik və bacarıqlarını tədris 

prosesinə tətbiq etmələri üçün münasib 

şərait yaradılmışdır. 

Gənc respublikada pedaqoji 

kadrların hazırlanması prosesini 

yaxşılaşdırmaq və ali məktəblərə vahid 

rəhbərliyi təmin etmək məqsədilə 

Azərbaycan XKS 1926-cı il iyun 

ayının 16-da "Ali pedaqoji institutların 

yenidən təşkili haqqında" qərar qəbul 

etmişdir. Həmin sənədə uyğun olaraq 

Ali Pedaqoji Kişi və Ali Pedaqoji 

Qadın İnstitutları Azərbaycan Dövlət 

Universitetinin (indiki BDU) peda-

qoji fakültəsinə birləşdirilmişdir. Bu 

fakültə səmərəli fəaliyyət göstərsə 

də ali təhsilli pedaqoji kadrla-

ra olan ehtiyacı lazımınca ödəyə 

bilməmişdir. Buna görə də pedaqoji 

fakültənin bazasında müstəqil ali təhsil 

müəssisəsinin-- Azərbaycan Dövlət 

Pedaqoji İnstitutunun(ADPİ) yenidən 

yaradılması qərara alınmışdır.

Bu mərhələdə respublikada ali 

pedaqoji təhsilin yenidən qurulmasın-

da uğurlu addımlar atılmışdır. ADU 

müvəqqəti olaraq öz fəaliyyətini 

dayandıranda isə onun pedaqoji 

fakültəsində çalışan tanınmış alimlərin 

əksəriyyəti ADPİ-də müəllimliyə 

cəlb olunmuşlar. 1930-cu illərdə və 

40-cı illərin əvvəllərində ADPİ-də 

təşkilati məsələlərin həllində, tədris 

və elmi-tədqiqat işlərinin düzgün 

qurulmasında direktor vəzifəsində 

çalışan P.Qasımovun, M.Bayramovun, 

B.Bünyadovun, M.Məmmədovun, 

D.Rəsulzadənin böyük xidmətləri 

olmuşdur. 

Həmin illər tariximizə çox 

mürəkkəb, ziddiyyətli və faciələrlə 

dolu bir dövr kimi daxil olmuşdur. 

Cəmiyyətdə sərt qanunların, amansız 

qaydaların tətbiqi, Pedaqoji İnstitutda 

da təhsilin siyasiləşdirilməsi, sinfi 

mübarizənin gücləndirilməsi demok-

ratik ənənələrin inkişafını ləngitməklə 

yeni, arzuolunmaz istiqamətin 

formalaşmasına zəmin yaratmışdır. 

Getdikcə güclənən repressiya dalğası 

Azərbaycanın bir çox ziyalıları kimi, 

Pedaqoji İnstitutun da ən yaxşı milli 

kadrlarının məhv edilməsinə və ya 

sürgünə göndərilməsinə səbəb olmuş, 

onların yerinə daşnakxislət ermənilər 

yerləşdirilmişdir. 

Böyük Vətən müharibəsinin ilk 

illərində yaranmış təbii  çətinliklərlə 

əlaqədar Azərbaycan XKS və 

Azərbaycan K(b)PMK-nın qərarı 

ilə Pedaqoji İnstitut yenidən ADU 

ilə birləşdirilmişdir. Müharibənin 

gedişində əsaslı dönüş yarandıqdan 

sonra ADPİ ADU-nun tərkibindən 

ayrılmış və müstəqil ali təhsil 

müəssisəsi kimi fəaliyyətə başlamışdır. 

Bu dövrdə instituta A.Abdullayev, 

M.Ələkbərli və Ə.Seyidov rəhbərlik 

etmişlər. ADPİ-nin yenidən qurulması 

onun maddi-texniki bazasının xeyli 

möhkəmlənməsinə, tələbə kontingen-

tinin genişlənməsinə imkan vermişdir. 

Cəbhədə həlak olan müəllimləri əvəz 

edə biləcək elmi-pedaqoji kadrlar 

hazırlamaq üçün məqsədyönlü iş 

aparılmışdır.

Ötən əsrin 50-- 70-ci illərində 

tanınmış elm və maarif xadimləri – 

C.Hacıyev, M.Mehdizadə, H.Qədirov, 

C.Ələsgərov, M.Vəkilov, M.Əliyev, 

Ş.Ağayev ADPİ-nin direktoru (rekto-

ru) vəzifəsində çalışmışlar. 50-60-cı 

illərdə M.Muradxanov, Ə.Zəkuyevə 

və Ə.Əbdülrəhmanova professor 

elmi adının verilməsi, professor 

A.Abbaszadənin RSFSR PEA-nın 

müxbir üzvü, M.Mehdizadənin 

SSRİ PEA-nın həqiqi üzvü seçilməsi 

böyük elmi hadisə kimi gənc elmi 

kadrların inkişafına təkan verən 

əsas amilə çevrilmişdir. Fəxrlə deyə 

bilərik ki, Azərbaycan Milli Elmlər 

Akademiyasının 10 prezidentinin 

3-ü- Yusif Məmmədəliyev, Zahid 

Xəlilov, Həsən Abdullayev ADPU-

nun məzunları, SSRİ PEA-nın həqiqi 

və müxbir üzvü seçilən azərbaycanlı 

alimlər- M.Mehdizadə, A.Abbaszadə, 

H.Əhmədov, S.İmanov ADPU-nun 

əməkdaşları olmuşlar. 

Pedaqoji Universitet 

Azərbaycanda elmin və təhsilin 

inkişafına dəyərli töhfələr verən 

tanınmış alimlər yetişdirmiş, 

fəaliyyəti ərzində elmi mərkəz kimi 

formalaşıb inkişaf etmişdir. Bu 

ali təhsil müəssisəsində pedaqogi-

ka və psixologiya (Ə.Y.Seyidov, 

M.M.Mehdizadə, Ə.K.Zəkuzadə, 

M.Ə.Muradxanov, Ş.S.Ağayev, 

H.M.Əhmədov, Ə.Ə.Əlizadə), riyaziy-

yat (M.R.Əfəndiyev, M.Ə.Cavadov, 

İ.İ.İbrahimov, M.H.Cavadov), 

fızika (A.Q.Abbaszadə, 

S.Ş.İmanov, M.İ.Murquzov), kimya 

(H.Şahtaxtinski, Ş.Ə.Məmmədov, 

A.Ə.Verdizadə), biologiya 

(Z.M.Şahtaxtinskaya, A.İ.Qarayev), 

tarix (Z.İ.İbrahimov, Y.B.Yusifov), 

filologiya (B.V.Çobanzadə, 

M.Ş.Şirəliyev, Ə.M.Dəmirçizadə, 

M.H.Rəfili, Ə.R.Sultanlı, H.M.Araslı, 

F.S.Qasımzadə, A.M.Qurbanov, 

H.İ.Mirzəyev), fəlsəfə (H.İ.Hüseynov) 

və başqa sahələr üzrə elmi məktəblər 

və istiqamətlər yaradılmış və inkişaf 

etdirilmişdir. 

Xalqımızın fəxr etdiyi yüzlərlə 

tanınmış alim, yaradıcı ziyalı, 

ictimai və dövlət xadimi ADPU-

da təhsil almışdır. Universitetin 

məzunlarından Y.Məmmədəliyev, 

H.Hüseynov, Z.Xəlilov, H.Abdullayev, 

M.Rəsulov, Ə.Hüseynov, İ.Hüseynov, 

S.Rəhimov, Ş.Qurbanov, A.Qarayev, 

Ə.Sumbatzadə, M.Dadaşzadə, 

M.Cəfərov, İ.İbrahimov, M.Şirəliyev, 

İ.Şıxlı, H.Əmirxanov kimi tanınmış 

elm və mədəniyyət xadimləri xalqımı-

zın elm və şöhrət çələngini bəzəmişlər. 

Sovet İttifaqı Qəhrəmanları – 

Mehdi Hüseynzadə, Xıdır Mustafayev, 

Fariz Səfərov, Səlahəddin Kazımov, 

Sosialist Əməyi Qəhrəmanları-- Səfa 

İmanov, Zərbəli Səmədov, Rüstəm 

Səfərəliyev, Azərbaycanın Milli 

qəhrəmanları Mirələkbər İbrahi-

mov, Mətləb Quliyev, "Azərbaycan 

Bayrağı" ordenli Malik Bayramov, 

Mürşid Məmmədov igidlik, hünər, 

vətənpərvərlik rəmzi kimi xatırlanırlar. 

ADPU-nun məzunları müxtəlif ali 

məktəblərdə, elmi-tədqiqat institut-

larında, dövlət təşkilatlarında uğurla 

fəaliyyət göstərirlər. 

ADPU-nun 95 illik tarixinin 

bütöv bir mərhələsində (1969--1987 

və 1993--2003-cü illər) qazanılan 

uğurlar bilavasitə ümummilli lideri-

miz Heydər Əliyevin adı və çoxşaxəli 

fəaliyyəti ilə qırılmaz tellərlə bağlıdır. 

"Təhsil millətin gələcəyidir!", deyən 

ümummilli lider Heydər Əliyev daim 

ADPU-nu yüksək qiymətləndirmiş, 

5 dəfə ADPU-da olmuş, professor-

müəllim və tələbə kollektivinə çox 

dəyərli tövsiyə və məsləhətlər vermiş, 

hər bir əməkdaşın arzu və istəkləri 

ilə maraqlanmışdır. Müdrik siya-

si xadim, görkəmlli dövlət rəhbəri 

Heydər Əliyevin dəyərli tövsiyələri 

ADPU-da təhsil-tərbiyənin səmərə və 

keyfiyyətinin yüksəldilməsində, qəbul 

imtahanları prosesində obyektivlik və 

ədalətin təmin olunmasında, nöqsan-

ların aradan qaldırılmasında, gənclərin 

ictimai fəallığının artırılmasında, 

yüksək səviyyəli elmi-pedaqoji kadr 

hazırlığında həlledici rol oynamışdır. 

Ulu öndər Heydər Əliyevin 

ADPİ-nin 60 illik yubileyi ilə 

bağlı təntənəli mərasimdə söylədiyi 

"Azərbaycan Dövlət Pedaqoji İnstitutu 

böyük və çətin yol keçmişdir. Onun 

kollektivi Azərbaycan ümumtəhsil 

məktəbinin inkişafında böyük xidmət 

göstərmiş, institut xalq maarifi üçün 

yüksəkixtisaslı kadrlar ocağına çevril-

mişdir" fikirləri institut əməkdaşlarının 

sonrakı fəaliyyətinə yeni, sağlam nəfəs 

vermişdir. 

XX əsrin 70-- 80-ci illərində 

Pedaqoji İnstitutda tədris və elmi 

fəaliyyətin səviyyəsinin yüksəldilməsi, 

yüksəkixtisaslı müəllim kadrlarının 

hazırlanması, maddi-texniki bazanın 

genişləndirilməsi, yeni tədris korpusla-

rı və tələbə yataqxanalarının tikilməsi 

istiqamətində konkret tədbirlər həyata 

keçirilmiş, ali məktəbin rəhbərliyi 

dəyişdirilmişdir. Əvvəlcə professor 

Haşım Ağayev, sonra professor Afad 

Qurbanov instituta rektor təyin olun-

muşlar. 


80-ci illərin sonları 90-cı illərin 

əvvəllərində ölkədə mövcud olan 

ictimai-siyasi şərait, hakimiyyət 

uğrunda gedən mübarizə, ermənilərin 

işğalçılıq siyasəti tədris prosesində 

və elmi-tədqiqat işlərində geriləməyə 

səbəb oldu.  Belə çətin bir şəraitdə 

xalqımızın böyük oğlu, ulu öndər 

Heydər Əliyev xalqın təkidli tələbi ilə 

yenidən respublika rəhbərliyinə gəldi 

və "Mən öz ömrümün qalan hissəsini 

də xalqıma bağışlayıram",--deyərək 

müasir Azərbaycan dövlətini qurmaq 

missiyasını həyata keçirməyə başladı. 

Cəmiyyətin bütün potensialı mənəvi-

psixoloji, sosial-iqtisadi mühitin 

sağlamlaşmasına, millətin tərəqqisinə 

və inkişafına yönəldi. Bütün tədris 

və elm müəssisələri kimi, ADPU-nun 

da səmərəli fəaliyyəti üçün əlverişli 

zəmin yarandı. 

ADPU ölkəmizdə ali pedaqoji 

məktəblər arasında universitet statusu 

alan ilk tədris və elm ocağıdır. 1991-ci 

ildə Nazirlər Kabinetinin müvafiq 

qərarı ilə bu ali məktəbə universitet 

statusu verilmişdir. Zəngin elm və 

təhsil ənənələrinə malik olan ADPU 

respublikamızda ali pedaqoji təhsilin 

öncülü hesab edilir. ADPU-ya 1989-- 

1994-cü illərdə professor Səlvər 

Aslanov, 1994-- 1996-cı illərdə pro-

fessor Nizami Xudiyev, 1996-- 2006-

cı illərdə professor Bəhlul Ağayev, 

2006-- 2016-cı illərdə professor 

Yusif Məmmədov rəhbərlik etmişlər. 

Azərbaycan Respublikasının Preziden-

ti İlham Əliyevin 23 iyun 2016-cı il 

tarixli sərəncamı ilə ADPU-nun rekto-

ru vəzifəsinə professor Cəfər Cəfərov 

təyin olunmuşdur.

Ölkəmizdə təhsilin ayrı-ay-

rı sahələrinin inkişafı üzrə real 

vəziyyətin təhlili əsasında hazırlanıb 

təsdiq edilən və həyata keçirilən proq-

ramlar nəticəsində təhsilin infrastruk-

turu müasir tələblərə uyğun qurulmuş-

dur. Dövlət başçımız İlham Əliyevin 

sərəncamları ilə təhsil, səhiyyə, elm 

və mədəniyyət sahəsində inkişafyö-

nümlü proqram və layihələrin uğurla 

həyata keçirilməsində Azərbaycanın 

birinci xanımı, Heydər Əliyev 

Fondunun prezidenti, Milli Məclisin 

deputatı, UNESCO-nun və İSESCO-

nun xoşməramlı səfiri Mehriban  

Əliyevanın böyük xidmətləri vardır. 

Hazırda ADPU-da 8 fakültə- filo-

logiya, tarix və coğrafiya və infor-

matika, kimya və biologiya, fizika və 

texnologiya, məktəbəqədər təhsil, psi-

xoloji xidmət və korreksiyaedici təlim, 

musiqi, təsviri incəsənət, fiziki tərbiyə 

və çağırışaqədər hazırlıq, ibtidai təhsil 

fakültələri, magistratura və doktoran-

tura şöbəsi, həmçinin SABAH qrupları 

fəaliyyət göstərir. 

Azərbaycan Respublikası 

Prezidentinin 24 oktyabr 2013-cü il 

tarixli sərəncamı ilə təsdiq olunmuş 

"Azərbaycan Respublikasında təhsilin 

inkişafı üzrə Dövlət Strategiyası"nda 

nəzərdə tutulan ən mühüm 

vəzifələrdən biri də müasir tələblərə 

cavab verən təhsil infrastrukturunun 

yaradılması və təhsil müəssisələri 

şəbəkəsinin rasionallaşdırılmasıdır. 

Dövlət strategiyasının bu tələblərinə 

uyğun olaraq, ölkə Prezidentinin 26 

noyabr 2015-ci il tarixli sərəncamı ilə 

Azərbaycan Müəllimlər İnstitutunun 

(AMİ) ADPU-ya birləşməsi və onun 

filiallarının ADPU-nun strukturuna 

çevrilməsi nəticəsində ADPU ölkədə 

pedaqoji kadr hazırlığı ilə məşğul 

olan unikal ixtisaslaşmış ali təhsil 

müəssisəsinə çevrilmişdir.

Bununla yanaşı, Nazirlər Kabine-

tinin 3 fevral 2016-cı il tarixli qərarı 

ilə Bakı Sənaye-Pedaqoji Kolleci 

Azərbaycan Dövlət Pedaqoji Kollecinə 

(ADPK) birləşdirilməklə ADPU-nun 

nəzdində Azərbaycan Dövlət Pedaqoji 

Kolleci kimi fəaliyyət göstərməyə 

başlamışdır. Qeyd edək ki, dövlət 

başçımızın 2016-cı il 29 aprel tarixli 

sərəncamı ilə ADPU-nun Qazax filialı 

Bakı Dövlət Universitetinə, Zaqatala 

filialı isə Azərbaycan Dövlət İqtisad 

Universitetinə verilmişdir. Hazırda 

ADPU-nun 5--Ağcabədi, Cəlilabad, 

Quba, Şəki və Şamaxı filialları 

fəaliyyət göstərir. 

Qeyd etdiklərimizlə bərabər, təhsil 

naziri cənab Mikayıl Cabbarovun 20 

iyul 2016-cı il tarixli əmri ilə Bakı 

şəhərindəki Məmməd Rahim adına 

7 nömrəli tam orta məktəb 2016-- 

2017-ci tədris ilindən ADPU-nun baza 

məktəbi kimi müəyyənləşmişdir ki, 

bu da ölkəmizdə ardıcıl şəkildə həyata 

keçirilən təhsil islahatlarının, eləcə 

də yüksəkixtisaslı pedaqoji kadrla-

rın hazırlanması prosesinin tərkib 

hissəsidir və nəticə etibarilə təhsilin 

keyfiyyətinin yaxşılaşmasına xidmət 

edir. 

Baş verən struktur dəyişiklikləri 



nəticəsində ADPU-nun fəaliyyət 

dairəsi genişlənmiş, professor-müəllim 

heyətinin və tələbə kollektivinin sayı 

xeyli artmışdır. ADPU-da hazırda 

filiallar və Pedaqoji Kolleclə birlikdə 

təxminən 20 minə yaxın tələbə təhsil 

alır. Universitetdə 67 elmlər doktoru, 

61 professor, 273 dosent, 354 fəlsəfə 

doktoru çalışır. ADPU-da ali təhsilin 

bakalavriat səviyyəsində 22 ixtisas, 

magistratura səviyyəsində isə 18 

ixtisas üzrə pedaqoji kadr hazırlanır. 

Universitetin 1 professoru AMEA-

nın müxbir üzvü, 4 professoru isə 

Əməkdar elm xadimidir. 

Azərbaycan Respublikasının 

Prezidenti cənab İlham Əliyevin 

xüsusi diqqət və qayğısı ilə əhatə 

olunmuş ADPU bu gün öz inkişafının 

keyfiyyətcə yeni mərhələsinə qədəm 

qoymuşdur. Qarşımızda böyük strateji 

hədəflərimiz, ali məqsədlərimiz var. 

Hazırda ADPU-da şəffaf və obyektiv 

təhsil mühitinin yaradılması, yeniliyin 

və müasirliyin təmin edilməsi, qabaq-

cıl beynəlxalq təcrübənin öyrənilərək 

tətbiq olunması, bazar iqtisadiyyatının 

tələblərinə uyğun rəqabətqabiliyyətli 

mütəxəssislərin hazırlanması əsas 

vəzifələrdir. 

ADPU-da maddi-texniki bazanın 

möhkəmləndirilməsi, ali pedaqo-

ji təhsilin məzmun və formasının 

təkmilləşdirilməsi, professor-müəllim 

heyəti və tələbə kollektivi arasında 

mənəvi-psixoloji mühitin sağlamlaş-

dırılması istiqamətində əməli tədbirlər 

həyata keçirilir. Struktur islahatları-

nın həyata keçirilməsi, idarəetmənin 

optimallaşdırılması, fəaliyyətinin 

nəticələrinə görə cavabdeh, şəffaf və 

səmərəli tənzimləmə mexanizmlərinə 

malik idarəetmə sisteminin forma-

laşdırılması və universitetin idarə 

edilməsinin qabaqcıl beynəlxalq 

təcrübə əsasında yenidən qurulması 

istiqamətində ciddi addımlar atılır. 

Tədrisin məzmununun 

müasirləşdirilməsi, ADPU-nun inki-

şafı, fəaliyyətinin yenidən qurulması 

ilə bağlı fəaliyyət planının hazır-

lanması, tədris işi ilə bağlı dünya 

təcrübəsinin, habelə ölkədə toplanmış 

qabaqcıl təcrübənin öyrənilməsi və 

tətbiq edilməsi, peşə hazırlığı fənləri 

ilə yanaşı, xarici dillərin tədrisinin 

gücləndirilməsi, tədris planlarının 

təkmilləşdirilməsi, tələbələrin dərslik 

və dərs vəsaitləri ilə təminatının yax-

şılaşdırılması, kitabxana fəaliyyətinin 

modernləşdirilməsi, elektron kitab-

xana şəbəkəsinin, rəqəmsal təhsil 

resurslarından istifadə imkanlarının 

genişləndirilməsi və beynəlxalq infor-

masiya resurslarına çıxış imkanlarının 

təmin edilməsi qarşımızda dayanan 

əsas vəzifələrdir. ADPU-da, onun fili-

allarında və ADPK-də tələbələrin bilik 

və bacarıqlarının qiymətləndirilməsi 

qabaqcıl beynəlxalq təcrübəyə uyğun-

laşdırılmalıdır. 

2016-- 2017-ci tədris ilində 

ADPU-nun Azərbaycan bölməsinə 

2090, rus bölməsinə 230 tələbənin 

qəbul edilməsi nəzərdə tutulmuşdu. 

1258 tələbə dövlət sifarişi, 896 tələbə 

isə ödənişli əsaslarla qəbul olub. 

ADPU-nun 5 filialına isə müxtəlif 

ixtisaslar üzrə ümumilikdə 675 nəfər 

tələbə qəbul olunub. Digər ali təhsil 

müəssisələri ilə müqayisədə ADPU-

ya dövlət sifarişli yerlərin çoxluğu 

müəllim peşəsinə qəbul olunanlara 

dövlət tərəfindən rəğbətləndirmənin 

tətbiqinin nəticəsidir. 

Bu il "Fizika müəllimliyi", "İn-

formatika müəllimliyi", "Coğrafiya 

müəllimliyi", "Korreksiyaedici təlim", 

"Məktəbəqədər təlim və tərbiyə", 

"Təhsildə sosial-psixoloji xidmət", 

"Kimya və biologiya müəllimliyi", 

"Təsviri incəsənət müəllimliyi", 

"Fiziki tərbiyə və çağırışaqədərki ha-

zırlıq müəllimliyi" (qızlar üçün fiziki 

tərbiyə) ixtisasları üzrə ilk dəfə rus 

bölməsinə tələbə qəbulu aparılmışdır. 

Qeyd olunmalıdır ki, əvvəlki 

illərdə rus bölməsinə yalnız 

"Tarix müəllimliyi", "Riyaziy-

yat müəllimliyi", "İbtidai si-

nif müəllimliyi" və "Biologiya 

müəllimliyi" ixtisasları üzrə tələbə 

qəbulu aparılırdı. Bu il isə rus 

bölməsinə 14 ixtisas üzrə tələbə 

qəbulu aparılıb və 140 tələbə 

qəbul olunub. Bu da əvvəlki illərlə 

müqayisədə müsbət göstəricidir. Cari 

ildə 500 və 500-dən yuxarı bal top-

layıb müəllimlik ixtisasını seçənlərin 

sayı 117 nəfərdir. 

ADPU-da əsaslı və cari təmir 

işləri həyata keçirilir. Bu da öz 

növbəsində təhsil-tədris və əmək 

şəraitinin yaxşılaşması, eləcə də uni-

versitetin yeni imicinin formalaşması 

üçün mühüm əhəmiyyət kəsb edir. 

Bütövlükdə, fəaliyyətimizdə Təhsil 

Nazirliyinin xüsusi qayğı və diqqətini 

hiss edirik. 

Sonda qeyd etmək istərdim 

ki, həyatımızın sürətlə dəyişməsi, 

inkişaf etməsi qarşımıza yeni tələblər 

və çağırışlar qoyur. Biz qarşımızda 

dayanan bütün vəzifələrin uğurlu 

həllinə məsuliyyət hissimizi dərindən 

dərk etməklə bərabər, möhkəm 

nizam-intizam, o cümlədən yüksək 

peşəkarlığımız sayəsində nail ola 

bilərik. Yüksək səviyyəli pedaqoji 

kadrların hazırlanması, cəmiyyətdə 

müəllim peşəsinin nüfuzunun 

yüksəldilməsi, onların bilik və baca-

rıqlarının, peşəkarlıq səviyyələrinin 

yaxşılaşdırılması və bütövlükdə 

ölkəmizdə insan kapitalının formalaş-

ması üçün əzmlə çalışmalıyıq. Yalnız 

bu halda strateji hədəflərimizə, ali 

məqsədlərimizə çata bilərik. 

Bir filosofun dediyi kimi, 

müəllimlik insanları mənəviyyatlı 

etmək sənətidir. Bu məsuliyyətli, 

şərəfli və müqəddəs fəaliyyətimizdə 

kollektivimizə uğurlar arzulayıram.

Cəfər CƏFƏROV,  

ADPU-nun rektoru,  

 professor

Azərbaycan Dövlət Pedaqoji Universiteti - 95

Müəllim hazırlığı:  

məqsədlərimiz, strateji hədəflərimiz 

 

ˆ

Uzun illər Özbəkistana rəhbərlik edən İslam Kərimovun 



vəfatı ilə Mərkəzi Asiyada ümumi siyasi mənzərənin ciddi 

dəyişə biləcəyi barədə proqnozlar verilir. Ekspertlər məsələyə 

ölkədaxili, regional və qlobal kontekstdə yanaşırlar. Müxtəlif 

ssenarilər irəli sürülür. Onların hər birində İ.Kərimovun həmin 

bölgənin sabitliyində əhəmiyyətli rol oynamış siyasi xadim 

olduğu vurğulanır. Məhz rəsmi Daşkəndin atdığı təsirli addımlar 

sayəsində 1992-ci ildən başlayaraq Mərkəzi Asiyada bir sıra 

təhlükəli proseslərin qarşısı alınıb. Ekspertlərin bundan sonra 

həm Özbəkistanda, həm də bütövlükdə Mərkəzi Asiyada geosiyasi 

proseslərin hansı məzmun kəsb edə biləcəyi barədə proqnozları 

maraqlıdır. Məsələyə münasibət fərqli olsa da, mümkün 

ssenarilərin təhlili göstərir ki, region üçün sabitliyin təmini yenə 

də prioritet məqsəd olmalıdır. Lakin hər şeyi zaman həll edir. 

Buna görə də fikirlərdə və proqnozlarda ehtiyatlı olmaq lazımdır.

Sabitliyin təminatı: 

İslam Kərimovun əsas 

xidmətlərindən biri

İslam Kərimov öz təcrübəsi, siyasi 

qətiyyəti və mövqeyi ilə Mərkəzi Asiya 

regionunda xüsusi yeri olan dövlət 

xadimi idi. Onun rəhbərliyi dövründə 

Özbəkistan müstəqil siyasi xətt yeridib. 

O cümlədən Özbəkistan Ermənistanın 

Azərbaycana təcavüzünü qətiyyətlə 

pisləyib və Bakının haqlı mövqeyini 

dəstəkləyib. Bundan başqa, İ.Kərimov 

ölkənin sabitliyi və terrordan müdafiəsi 

üçün çox işlər görüb. Ekspertlərin fikrinə 

görə, onun həyatdan getməsi ilə ümumən 

Mərkəzi Asiyada terror təhlükəsi arta 

bilər.

Şübhəsiz ki, təcrübəli bir 



siyasətçinin səhnədən çəkilməsi ilə 

regionun siyasi səhnəsində hansı 

proseslərin gedəcəyi üzərində düşünmək 

lazım gəlir. Artıq analitiklər bu məsələyə 

dair fikirlərini bildirirlər. Maraqlıdır ki, 

bir-birindən fərqli ssenarilər haqqında 

danışılır, lakin onların hər biri üçün ortaq 

olan məqamlar da mövcuddur.

Hər şeydən əvvəl, Özbəkistanın 

daxilində siyasi qüvvələrin mübarizəsi 

kontekstində fikir bildirirlər. Karnegi 

fondunun eksperti A.Malaşenkoya görə, 

İ.Kərimovun ən böyük uğurlarından biri 

ölkədə sabitlik yaratması olub. Ekspert 

Y.Mavaşev də hesab edir ki, Özbəkistan 

kimi dini cəhətdən mürəkkəb olan bir 

məkanda İ.Kərimovun sabitlik faktoru 

rolunu oynaması adi hadisə deyil. Qonşu 

Tacikistan və Qırğızıstandan fərqli ola-

raq, Özbəkistanda etnik münaqişələrdən 

yaxa qurtarmaq mümkün olub.

Bütövlükdə, Özbəkistan Mərkəzi 

Asiya regionunda əhəmiyyətli rol oyna-

yıb. 1992-ci ildə Tacikistanda vətəndaş 

müharibəsi zamanı Daşkənd bu ölkəyə 

50 minlik hərbi kontingent göndərib, 

1999-cu ildə Batken hadisələri zamanı 

Qırğızıstanı Tacikistandan olan radikal 

dinçilərdən müdafiə etmək üçün hərbi 

dəstək verib. 2005-ci ildə isə Əndican 

üsyanını İ.Kərimov bir günə yatırda 

bilib.


Bu kimi ciddi addımların fonunda 

Özbəkistanda daxili siyasi qüvvələr 

arasında hər hansı qarşıdurma olmayıb. 

Həmin vəziyyətin İ.Kərimovdan sonra 

saxlanması gözlənilir. Qərb ekspertləri 

məsələnin bu aspektini ayrıca vurğu-

layırlar. Ekspertlər E.Makqlinçi və 

Ş.Roberts bu barədə fikir bildirərək 

yazırlar ki, "özbək elitası siyasi sistemin 

saxlanmasında çox maraqlıdır...".

Bununla yanaşı, hakimiyyətə kimin 

gəlməsindən asılı olmayaraq, ekspertlər 

rəsmi Daşkəndin bir sıra çağırışlarla da 

üz-üzə qalacağına diqqət çəkirlər. Onla-

rın sırasında terror və böyük dövlətlərin 

regional nüfuz uğrunda mübarizəsi xüsu-

si qeyd edilir. Özbəkistan əsilli gənclərin 

Suriyada İŞİD sıralarında döyüşdüyü 

haqqında informasiyalar yayılır. Bu ya-

xınlarda Tacikistan xüsusi təyinatlılarının 

keçmiş komandirinin İŞİD-in hərbi qana-

dına rəhbər təyin edilməsi əlavə təhlükə 

doğurur. Bu terror təşkilatının Mərkəzi 

Asiyaya istiqamətləndirilməsinin 

mümkünlüyü vurğulanır. Digər yandan 

isə "əl-Qaidə"nin İŞİD-dən sonra daha 

da fəallaşacağı barədə proqnozlar verilir. 

Məlumdur ki, bu terror təşkilatı Mərkəzi 

Asiyada xeyli güclüdür. Əfqanıstanda 

son zamanlar onun bir vilayəti də ələ 

keçirməsi ciddi siqnaldır.

Gələcəyə baxış: region 

uğrunda mübarizənin 

gərginliyi və ziddiyyətləri

Bu məqamların Özbəkistanda 

daxili siyasi mühitə təsir edə biləcəyi 

proqnozlaşdırılır. İ.Kərimovun davam-

çısı kimi Baş nazir Ş.Mirziyoyevin adı 

çəkilir. Onun hüquq-mühafizə orqan-

larında ciddi dayaqlarının olduğu qeyd 

edilir. Bu baxımdan Daşkəndin terrora 

qarşı sərt mövqeyinin dəyişməyəcəyini 

gözləmək olar. Lakin onu da unutmaq 

doğru olmazdı ki, yaranmış vəziyyətdən 

istifadə edərək, kənardan Özbəkistanda 

siyasi mühiti qarışdırmağa da cəhd edilə 

bilər. Gizli təxribatlara qarşı Özbəkistan 

hüquq-mühafizə orqanlarının nə 

dərəcədə qətiyyətli olacağından çox şey 

asılıdır.

Analitiklər başqa vacib bir özəlliyə 

də diqqət yönəldirlər. Söhbət böyük 

geosiyasi güclərin İ.Kərimovdan sonra 

Mərkəzi Asiya istiqamətində yeridəcəyi 

siyasətdən gedir. Bununla bağlı artıq 

bir sıra fikirlər ifadə edilir. Burada 

ekspertlər əsas olaraq Rusiya, ABŞ və 

Çin arasında gedən nüfuz savaşını təhlil 

etməyə çalışırlar.

Bu üç böyük dövlətin regionda 

fəallaşacağı təxmin edilir. Lakin onların 

şanslarının fərqli olduğu da qeyd edilir. 

Pekinin imkanlarının daha geniş olduğu 

vurğulanır. Belə ki, 2000-ci ildən bu 

yana Çin regiona sərmayə qoyuluşu-

nu 50 dəfə (!) artıraraq 1,8 milyard 

ABŞ dollarından 50 milyarda çatdırıb. 

Rəsmi Pekin yalnız enerji sahəsi ilə 

məhdudlaşmayıb kənd təsərrüfatı və 

sənayeyə də böyük sərmayələr qoyur. 

Qazaxıstanda bu proses o qədər dərinə 

işləyib ki, başqa dövlətlər onun qarşısını 

almaq üçün müəyyən təxribatlara belə 

əl atırlar.

Çin əlavə olaraq hərbi sahədə 

də region ölkələri ilə əməkdaşlığa 

diqqət yetirir, maliyyə və mədəniyyət 

aspektlərində əlaqələri genişləndirir. Bu-

nunla da, Çin regionda Rusiyaya qarşı 

ciddi rəqiblərdən biri hesab edilir. Hətta 

bir sıra rusiyalı ekspertlər söhbətin Ru-

siyanın maraqlarına olan təhlükələrdən 

getdiyini vurğulayırlar.

ABŞ-a gəldikdə isə, Vaşinqtonla 

İ.Kərimov sıx əməkdaşlıq etmirdi. O, 

bütövlükdə Rusiya, Çin və ABŞ-la 

müəyyən məsafə saxlayırdı. Koreya, 

Türkiyə və İranla da əlaqələrə məhdud 

imkanlar verirdi. Faktiki olaraq 

İ.Kərimov Moskva ilə Vaşinqton arasın-

da olan ziddiyyətlər üzərində oynayırdı. 

Ekspert E.Makqlinçi hesab edir ki, indi 

rəsmi Daşkəndin Moskva, Vaşinqton 

və Pekinlə daha yaxın əlaqələr qurması 

yaxşı olardı.

Ancaq Özbəkistan dövlətçiliyinin 

maraqları baxımından burada bir 

məqamı mütləq vurğulamaq lazımdır. 

Bu ölkə strateji-coğrafi və geosiyasi 

mövqeyə malikdir. Onun Qazaxıstan, 

Qırğızıstan, Tacikistan, Türkmənistan və 

Əfqanıstanla ortaq sərhədləri var. Eyni 

zamanda, ölkə Çindən başlayan Yeni 

İpək Yolu marşrutunun üstündəndir. 

Bu amillər Özbəkistanı müxtəlif 

kənar təsirlərə çox həssas edir. Onun 

ərazisinə fərqli istiqamətlərdən pozucu 

elementlər daxil olmağa çalışar. Böyük 

dövlətlərin də geosiyasi mübarizədə 

həmin məqamdan istifadə etməyəcəyinə 

təminat yoxdur. Çünki onlardan hər 

hansı birinin maraqlarına ciddi ziyan 

vurulsa, dərhal reaksiya verməyə çalı-

şacaqlar.

Mərkəzi Asiyada da münaqişə 

yaratmaq üçün müxtəlif əsaslar vardır. 

Özbəkistanla Qırğızıstan arasında 

etnik zəmində, Qazaxıstan-Özbəkistan 

münasibətlərində də etnik aspektdə, 

Özbəkistanla Tacikistan arasında içməli 

su məsələsinə görə ziddiyyətlər möv-

cuddur. Sovetlər dövründən qalan süni 

inzibati bölgülər, əsassız olaraq etnik 

anklavların yaradılması kimi faktorları 

da unutmaq olmaz.

Deməli, Özbəkistan 

hakimiyyətindən güclü siyasi nüfuzu 

olan insanın getməsi, bütövlükdə regio-

nu müəyyən həssas məqamlarla üz-üzə 

qoya bilər. Bu mənada yeni özbək 

iqtidarının üzərinə böyük məsuliyyət dü-

şür. Ölkənin və regionun sabit gələcəyi 

naminə bu qardaş dövlətdə proseslərin 



müsbət istiqamətdə gedəcəyinə inanırıq.

Newtimes.az

Mərkəzi Asiyada yeni dönəm:

 

İslam Kərimovdan sonrakı mərhələ

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə