8 tn(end) tnazirler qxd



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə14/49
tarix15.03.2018
ölçüsü5,05 Kb.
#32078
növüYazı
1   ...   10   11   12   13   14   15   16   17   ...   49

Doğrudur, Cümhuriyyətin 4‑cü Hökumət Kabinetinin
proqramında Tiflisdəki Zaqafqaziya Universitetinin Bakıya
köçürülməsi nəzərdə tutulub, nazir müavini Həmid bəy Şah‑
taxtinskinin rəhbərliyi ilə Tiflis hökuməti ilə intensiv danışıqlar
aparılıb. Bu barədə Vasili İvanoviç Razumovski yazırdı: «1919‑
cu ilin əvvəlində Azərbaycan Cümhuriyyəti xalq maarifi
nazirinin müavini Həmid bəy Şahtaxtinski Tiflis şəhərinə
gəldi. O, rus universitetini Bakıya köçürmək təklifi ilə
gəlmişdi, ...yaxşı binalar, maddi təminat və s. vəd etdi...»
Universitet rəhbərliyi bu təklifi qəbul etsə də, ermənilərin
qeyri‑konstruktiv mövqeyi bu məsələnin həllinə imkan ver‑
mədi. Belə olan halda, Cümhuriyyət hökuməti Bakıda müs ‑
təqil universitet yaratmaq qərarına gəlir. Hökumətin tapşırığı
ilə Zaqafqaziya Universitetinin rektoru Vasili İvanoviç Razu‑
movski Bakıya dəvət edildi. Həmin il aprelin sonunda  Bakıya
gələn Vasili İvanoviç Razumovski xalq maarifi naziri Rəşid xan
Qaplanov və onun müavini Həmid bəy Şahtaxtinski ilə geniş
müzakirələr apararaq Bakıda universitet təsis edil məsi işinə
rəhbərliyi öz üzərinə götürdü. Hökumət 1919‑cu il mayın 19‑da
Xalq Maarifi Nazirliyi yanında Universitet Komissiyası haq ‑
qın da Əsasnaməni və komissiyanın tərkibini təsdiq etdi. Ko ‑
missiyanın ilk iclasında maarif naziri Rəşid xan Qaplanov Uni‑
versitet Komissiyası üzvləri qarşısında çıxış edə rək, univer‑
sitetin açılışı barədə Azərbaycan hökumətinin qəti qə rarını on‑
ların nəzərinə çatdırdı. Xatırladaq ki, həmin komissiyaya geniş
hüquqlar verilmişdi. Belə ki, komissiya üzvləri hökumət
başçısınadək hər bir yüksək vəzifə sahibinə müraciət edə
bilirdilər. Hökumət 1919‑cu il iyunun 16‑da Universitet Komis‑
42
Bakıya gələn Vasili
İvanoviç Razumovski
xalq maarifi naziri
Rəşid xan Qaplanov və
onun müavini Həmid
bəy Şahtaxtinski ilə
geniş müzakirələr
apararaq Bakıda uni‑
versitet təsis edilməsi
işinə rəhbərliyi öz
üzərinə götürüb
Azərbaycan Xalq Cümhuriyyəti
hökumətinin ali təhsil almaq
üçün xaricə göndərdiyi
tələbələrdən bir qrupu (1919)


siyasının ştatlarını təsdiq edib, işçilərin maaşlarını müəy yən‑
ləşdirdi. Komissiyaya qısa müddətdə universitetin təsis
edilməsi, nizamnaməsi və universitetin 1919–1920‑ci dərs ili
üçün ştat və xərclər smetası haqqında Qanun layihələrinin
hazır lanması tapşırıldı. Komissiya tezliklə həmin Qanun layi‑
hələrini hazırlayıb hökumətə təqdim etdi. Azərbaycan höku ‑
mətinin 1919‑cu il 7 iyul tarixli qərarı ilə həmin Qanun layihə ‑
lə rini bəyənərək Parlamentin müzakirəsinə təqdim etdi. Təx ‑
minən iki aya yaxın müddətdə həmin Qanun layihələri Parla‑
mentin müxtəlif komissiyalarında ətraflı müzakirə olundu.
Çox gərgin mübahisə və qızğın müzakirələrdən sonra
Bakıda universitetin təsis edilməsi ilə bağlı Qanun layihələri
Parlamentin 1919‑cu il 21 avqust tarixli 67‑ci iclasının gün dəli ‑
yinə salındı. Bu tarixi iclasa sədrlik edən böyük maarifçi Sultan
Məcid Qənizadə Qanun layihələrinin müzakirəsinə baş la mağı
təklif etdi. Katib Mehdi bəy Hacınski həmin sənədlərin məz‑
munu ilə Parlament üzvlərini tanış edir. Parlamentdə ilk söz
alan «İttihad» fraksiyasının rəhbəri Qara bəy Qarabəyov  uni‑
versitetdə tədrisin rus dilində aparılacağını əsas gətirərək,
Qanun layihələrinin müzakirəsinin dayandırılmasını, layi‑
hələrin yenidən komissiyalara qaytarılmasını təklif edir və
məsələnin səsə qoyulmasını tələb kimi irəli sürür. Parlamentdə
səsə qoyulan təklif səs çoxluğu ilə qəbul edilir və universitetin
təsis olunması ilə bağlı məsələ gündəlikdən çıxarılır. Univer‑
sitetin 1919–1920‑ci dərs ilinin əvvəlində açılması haqqında
hökumətin planları və Universitet Komissiyasının gördüyü
işlər təhlükə altına düşür. Əvvəla, Bakıda universitet təsis
etmək istəyənlər yaxşı dərk edirdilər ki, bu məsələ yeni dərs
ilinin əvvəlinə kimi həll edilməsə, mütləq uzanacaq, bu
müqəddəs işin sonrakı taleyi isə bilinməyəcəkdir. Bu nara‑
hatlığı və təhlükəni Parlamentdəki çıxışında maarif naziri
Rəşid xan Qaplanov belə ifadə edirdi: «Layihəyi bərayi‑tədqiq
(araşdırmaq məqsədilə) fraksiyalara göndərərsək, vaxt qeyb
olacaq. Əmin olun ki, darülfünun bu sənə (il) açılmayacağı
kimi, gələcək sənə də açılmayacaq...»
Digər tərəfdən, ölkə daxilində siyasi vəziyyət mürəkkəb ‑
ləşmiş, ingilis qoşunları avqustun əvvəlində Azərbaycanı tərk
etmiş, Şimal təhlükəsi isə Vətənin başı üzərində «Damokl
qılıncı» kimi asılmışdı. Məsələ çox ciddi idi: universitetin
yaradılması mütləq indi həll edilməli idi. Əks halda, bu məsələ
də bir ideya olaraq tarixin arxivinə düşə bilərdi. Bütün bu ta ri ‑
xi reallığı və  universitet açılmasının milli dövlətçiliyimiz, elm,
təhsil və mədəniyyətimizin tərəqqisi üçün böyük əhəmiyyətini
dərindən dərk edən Parlamentin bir çox üzvləri – siyasi, dövlət
və maarif xadimləri Bakıda universitetin təsis edilməsinə dair
Qanun layihələrinin iclasın gündəliyindən çıxarılması haqqın ‑
da qərara qəti etiraz səslərini ucaltdılar. Parlamentdə böyük nü‑
43
Bakıda universitetin təsis
edilməsi ilə bağlı Qanun
layihələri Parlamentin
1919‑cu il 21 avqust tarixli
67‑ci  iclasının  gün dəli yi nə
salınıb


fuzu və çoxlu tərəfdarları olan Məmməd Əmin Rəsulzadə ilk
olaraq söz aldı və milli təhsil tariximiz üçün çox önəmli bir ta ‑
ri xi çıxış etdi. Onun ardınca maarif naziri Rəşid xan Qaplanov,
Səmədağa Ağamalıoğlu, Mustafa Məmmədov və başqaları çıxış
edərək, Bakıda universitet açılmasının ümum  milli, ümumdövlət
və ümumbəşəri əhəmiyyətini əsas landırdıqdan, dörd saatdan
artıq sürən gərgin müzakirələrdən sonra Parlament öz qərarına
yenidən baxmaq və universitetin təsisinə dair Qanun layi‑
hələrinin müzakirəsinə başlamaq haq qında qərar qəbul etmək
məcburiyyətində qaldı.
Sonralar Vasili İvanoviç Razumovski bu tarixi hadisələri
xatırlayaraq həmin məsələnin müsbət həllində fədakarlıq, əsl
vətənpərvərlik nümunəsi göstərən insanları «universitetin və
maarifin həqiqi dostları» adlandırır, onlar içərisində Məmməd
Əmin Rəsulzadəni, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski ,
Rəşid xan Qaplanov, Həsən bəy Ağayev, Səmədağa Ağamalı ‑
oğ lu və başqalarının əməyini xüsusi olaraq nəzərə çatdırırdı.
Hə qi qət naminə deməliyik ki, Bakıda «universitetin və maar‑
ifin həqiqi dostları» həmin elm‑təhsil ocağını milli müstəqil‑
liyin, demokratik, dünyəvi dövlətin əsas atributlarından biri
sayır, bunun xalqın intellektual potensialının, elm, təhsil və
mədəniyyətinin, milli özünüdərkinin inkişaf etdiril mə sinə,
millətimizin müstəqil və azad yaşamağa layiq olduğunu bütün
dünyaya sübut etməyə xidmət edəcəyinə inanırdılar.
Maarif naziri Rəşid xan Qaplanov parlamentdəki çıxı şın ‑
da bu haqda demişdi: «Biz məsələni dövlətin mənafeyi nöq teyi‑
nəzərindən tədqiq və mülahizə etməliyik. Biz cahana elan edirik
ki, hürr yaşamağa haqlı müstəqil millətik, bunu yalnız elanımız
kafi deyildir. Təzahürati‑milliyyəmizi (milli varlığı mızı) daha
ziyadə təhdid etmək və onu atiyə (gələcəyə) ha zır lamaq lazım ‑
dır. Biz millətin ruhunu bu surətlə yüksəldər sək, əmin olalım
ki, istiqbalda (gələcəkdə) fənalıqların (çətinliklərin) önünü almış
və millətimizi fəlakətdən qurtarmış oluruq. İştə, o ruhu yük‑
səldəcək bir elm ocağı lazımdır ki, o da da rül fünundan başqa
bir şey deyildir. Darülfünunun mövcu diyyəti ilə biz Vətənimizi
daha başqa surətdə Avropaya qarşı göstə rəcək və yaşamağa
layiq bir millət olduğumuzu da bu surətlə isbat edəcəyik...»
Rəşid xan Qaplanov Parlamentdəki çıxışının sonunda bö ‑
yük uzaqgörənliklə demişdir: «Elm məbədinə dərə cəyi‑hör ‑
mət lə, camelərə, məscidlərə girərkən ayaqqabıla rımızı çıxaran
kimi, bu elm məbədinə də girərkən mülahizəti‑şəxsiy yə (şəxsi
mülahizələri), siyasiyyə və firqə nizayilərini (siyasi maraqları)
unudaraq girməliyik. Əminəm ki, bu darülfünuna istiqbali‑
milliyəmizi (millətin xoşbəxt gələcəyini) təminedici bir məbəd,
elm nəzəri ilə baxacağıq...»
Azərbaycan Xalq Cümhuriyyətinin 5‑ci Hökumət Kabi ‑
ne tində Rəşid xan Qaplanov maliyyə naziri təyin olunub,
44
Bakı Dövlət Universite‑
tini yaradanlar bu 
təd ris ocağını milli 
müstəqilliyin,
demokratik, dünyəvi
dövlətin əsas 
atributlarından 
biri sayır, bunun 
xalqın intellektual 
potensialının, 
elm, təhsil və
mədəniyyəti nin, 
millətimizin müstəqil
və azad yaşamağa layiq
olduğunu bütün
dünyaya sübut etməyə
xidmət edəcəyinə
inanırdılar


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə