8 tn(end) tnazirler qxd



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə5/49
tarix15.03.2018
ölçüsü5,05 Kb.
#32078
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   49

Ötən əsrin 70‑ci illərinin sonunda gündüz ümumtəhsil məktəblərində təhsil alanların sayı bir
milyon dörd yüz otuz altı min doxsan altı nəfərə çatdı. Bu illərdə təhsil sahəsində baş verən bütün
dəyişikliklər, qəbul edilən qanun, qərar və qətnamələr Azərbaycan müəllimlərinin qurultaylarında
müzakirə olunurdu. 
Həmin dövrdə Azərbaycan rəhbərliyinin təhsilə qayğısı təkcə respublikamızın hüdudları ilə
məhdudlaşmayıb, Ermənistan və Gürcüstanda yaşayan azərbaycanlıların ümumi təhsil sahəsində
qazandığı uğurlar və nailiyyətlər də az olmayıb. Bu qədim Azərbaycan torpaqlarında mövcud olan
geniş məktəb şəbəkəsi inkişaf etdirilib, dilimizin unudulmaması, ziyalılar nəslinin bir‑birini əvəz
etməsi üçün əhəmiyyətli tədbirlər həyata keçirilib.
1988‑ci ildə sovet ordusunun köməyi ilə Ermənistandakı azərbaycanlılar son nəfərinə kimi
ata‑baba torpaqlarından qovuldu. 200 mindən artıq soydaşımız mənəvi repressiyanın, etnik
təmizləmə siyasətinin qurbanı oldu. 48681 şagird, onların təlim‑tərbiyəsi ilə məşğul olan 3992
müəllim elini, obasını tərk etdi. 192 Azərbaycan məktəbi bağlandı. Həmin məktəblərin, eləcə də 300‑
dən çox kəndin kitabxanası dağıdıldı, 100 minlərlə kitab yandırıldı, xalqın min illərlə qoruyub
saxladığı maddi və mənəvi abidələr yerlə‑yeksan edildi.
Ötən əsrin 80‑ci illərinin axırlarında Gürcüstanın azərbaycanlılar yaşayan rayonlarında baş
verən hadisələr əhalinin mənəvi‑psixoloji durumunda ciddi narahatlıqlar yaratdı. Dmanisi, Bolnisi
şəhərlərindən azərbaycanlıların əksər hissəsi çıxarıldı. Həmin rayon mərkəzlərindəki Azərbaycan
məktəbləri bağlandı. Qeyri‑sabit ictimai‑siyasi vəziyyət nəticəsində Gürcüstandakı Azərbaycan
məktəblərinin şagird kontingenti və həmin təhsil ocaqlarında çalışan müəllimlərin sayı kəskin
şəkildə azaldı. Ötən əsrin 90‑cı illərinin əvvəlində Gürcüstanda 72 orta, 55 natamam orta, 37 ibtidai
məktəbdə 36771 azərbaycanlı şagird təhsil alırdı. Dağıstandakı Azərbaycan məktəbləri isə hələ keçən
əsrin 30‑cu illərində bağlanmışdı.
Azərbaycan SSRİ‑nin tərkibində olduğu 70 il ərzində ümumi orta təhsil sahəsində nailiy yət lərin
qazanılmasında müxtəlif dövrlərdə təhsil sahəsinə rəhbərlik etmiş Dadaş Bünyadzadə, Mustafa Quliyev,
Ruhulla Axundov, Maqsud Məmmədov, Ağa Sultanov, Məmməd Cuvarlinski, Müseyib Şahbazov,
Məmmədsadıq Əfəndiyev, Mirzə Məmmədov, Mirzə İbrahimov, Məmməd Ələkbərov, Rəhim Rəhimov,
Mehdi Mehdizadə, Elmira Qafarova və Kamran Rəhimovun adlarını xüsusi qeyd etmək istəyirəm.
Ötən əsrdə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda texniki peşə təhsili müəs ‑
sisələrinin və orada təhsil alan şagirdlərin sayı əhəmiyyətli dərəcədə yüksəlib. İxtisaslı kadrların ha ‑
zırlanması sənayenin bütün sahələrinin inkişafına müsbət təsir göstərib, iqtisadiyyatın inkişafı, yeni
iş yerlərinin açılması ixtisaslı kadrlara tələbatı daha da artırıb.
1920‑ci il avqustun 5‑də Xalq Maarifi Komissarlığı nəzdində yaradılmış Texniki Peşə Təhsili Baş
Komitəsində 1940‑cı ilə qədər ciddi struktur dəyişiklikləri aparıldığından, bu təsisat müstəqil qurum
kimi formalaşmayıb. 1940‑cı ildə isə SSRİ Dövlət Ehtiyat Əmək Qüvvələri Sistemi yaradılıb.
Faktların təhlili göstərir ki, sovet hakimiyyətinin ilk illərindən texniki peşə təhsilinə xüsusi
diqqət yetirilib, texniki peşə təhsilinin təşkili, xalq təsərrüfatının müxtəlif sahələrinin ixtisaslı fəhlə
kadrları ilə təmin edilməsi, işçilər arasında texniki savadsızlığın aradan qaldırılması məqsədilə
fabrik‑zavod şagirdliyi məktəbi təşkil edilib. Həmin illərdə sənaye sahələrini ixtisaslı fəhlə kadrlarla
təmin etmək üçün texniki peşə təhsilinin idarəetmə sistemində müəyyən islahatlar aparılıb.
Dövlət Ehtiyat Əmək Qüvvələri Sistemi 1955‑ci ildə Dövlət Peşə Təhsili Sisteminə, 1959‑cu ildə
isə Dövlət Texniki Peşə Təhsili Komitəsinə çevrilib. Məhz bundan sonra ölkənin iqtisadiyyatı üçün
vacib olan bu sahənin inkişafı sürətlənib, texniki peşə təhsilinin müasir tələblər səviyyəsində
qurulmasına əlverişli zəmin yaranıb. Çoxlu şəhər və kənd texniki peşə məktəbləri, axşam kursları
açılıb, müxtəlif peşələr üzrə ixtisaslı fəhlələr hazırlanıb. Azərbaycanın çoxsahəli xalq təsərrüfatının
ağırlıqları uzun illər məhz bu məktəbləri bitirən fəhlələrin çiyinlərində olub.
Respublika Texniki Peşə Təhsili Komitəsi Azərbaycan KP MK‑nın 1969‑cu il avqust plenumu ‑
nun qərarlarını əldə rəhbər tutaraq ixtisaslı fəhlə kadrların hazırlanması sahəsində əsaslı dəyişik lik ‑
18
18


lər edib. Göstərilən qayğı sayəsində peşə məktəblərində oxuyanların sayı 2,5 dəfə artıb. Həmin il
peşə məktəbləri məzunlarının sayı 26 min nəfərə çatıb. XX yüzilliyin 70‑ci illərində yaradılan orta
texniki peşə məktəblərində şagirdlərə fəhlə ixtisası ilə yanaşı, ümumi orta təhsil də verilməyə
başlanıb.
Respublikamızda texniki peşə təhsilinin daha sürətli inkişaf mərhələsi ötən əsrin 70–80‑ci
illərinə təsadüf edir. Həmin dövrdə Heydər Əliyevin göstərişi ilə 1971–1975‑ci illər üçün Azər bay ‑
can da texniki peşə təhsilinin təkmilləşdirilməsi və inkişafına dair strategiya hazırlanıb. Bu stra ‑
tegiyaya uyğun olaraq texniki peşə təhsili qısa bir zamanda sürətli inkişaf yolu keçib. Əgər 1970‑ci
ildə respublikada 84 texniki peşə məktəbində 44 min şagird təhsil alırdısa, 1980‑ci ildə məktəblərin
sayı 173‑ə, şagirdlərin sayı isə 98000‑ə çatmışdı. 1982‑ci ildə 184 texniki peşə məktəbində 109000
şagird təhsil alırdı. 1987‑ci ildə 186 texniki peşə məktəbində 200‑dən artıq peşə üzrə 115 min şagird
oxuyurdu. Bu inkişafa nail olunmasında, təbii ki, həm də ayrı‑ayrı vaxtlarda Texniki Peşə Təhsili
Komitəsinə rəhbərlik etmiş Əkbər Ənnağıyev, Musa Ağayev, Tofiq Allahverdiyev və Heydər İsayevin
təşkilatçılıq bacarığı, səmərəli fəaliyyəti xüsusi rol oynayıb. 
Azərbaycanda orta ixtisas təhsilinin inkişaf mərhələləri Qori Müəllimlər Seminariyasının
ənənələrinin Azərbaycanda uğurlu tətbiqi ilə başlanır. Qazax, Nuxa (indiki Şəki), Bakı və Gəncədə
fəaliyyət göstərən, tədrisin milli dildə aparıldığı ilk pedaqoji seminariyalar müəllim kadrların
hazırlığı sahəsində müstəsna rol oynayıb.  
Ali təhsilin və ali məktəb elminin inkişafı bir‑biri ilə sıx bağlıdır və biri digərinin inkişafını
stimullaşdırır. Məlumdur ki, təhsil müəssisələrində elmi tədqiqat işi aparılmadan müasir tələblərə
cavab verən kadr hazırlığının həyata keçirilməsi mümkün deyil. Odur ki, ölkə təhsilinə rəhbərlik
etmiş şəxslərin həyat və fəaliyyətinə nəzər salarkən – yeri gəldikcə bu məsələlərə də toxunulub –
müxtəlif zamanlarda müvafiq istiqamətlərdə aparılan məqsədyönlü işlərə aydınlıq gətirilib. 
Azərbaycanda yüksəkixtisaslı kadrlar hazırlayan ilk ali məktəb – Bakı Dövlət Universiteti 1919‑
cu ildə açılana qədər (XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində) azərbaycanlılar Rusiya, Fransa,
Almaniya, Türkiyə və digər ölkələrin universitetlərində, institutlarında hüquqşünas, mühəndis,
riyaziyyatçı, həkim, bioloq, müəllim və digər ixtisaslara yiyələniblər.
1920‑ci il noyabrın 13‑də Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov «Bakı
Politexnik İnstitutunun təsis edilməsi barədə» dekret imzalayıb. Bir‑birinin ardınca Azərbaycan
Dövlət Konservatoriyası, Azərbaycan Kişi Pedaqoji İnstitutu və Azərbaycan Məktəbəqədər Tərbiyə
İnstitutu, Azərbaycan Kənd Təsərrüfatı İnstitutu fəaliyyətə başlayıb.
Ötən əsrin 20‑ci illərinin axırlarında ali məktəblərin milliləşdirilməsi probleminə böyük diqqət
yetirilib. Bu məsələnin həlli milli və sosial siyasətin ən vacib problemlərindən biri hesab olunurdu.
Həmin illərdə elmi tədqiqat işinin inkişafı tədris prosesinin təkmilləşdirilməsinə istiqamətləndiri ‑
lirdi. Moskvadan, Leninqraddan (indiki Sankt‑Peterburq) və digər elm mərkəzlərindən Azər bay ‑
cana gələn görkəmli elm xadimləri elmi tədqiqat işlərinin qaydaya salınmasına kömək edirdilər.
Məhz onların səyi nəticəsində Azərbaycanda elmi tədqiqatların təşkilati əsasları qoyuldu. Azər ‑
baycan xalqının tarixi, ədəbiyyatı, mədəniyyəti ilə bağlı elmi araşdırmalar aparıldı. 1926‑cı ildə ali
məktəblərin nəzdində aspirantura, 1934‑cü ildə elmi‑pedaqoji kadrların attestasiya sistemi ya ra dıldı.
Azərbaycan Xalq Komissarları Sovetinin qərarı ilə əlaqədar 1930‑cu ildə Azərbaycan Dövlət
Universitetinin bağlanması təhsil tariximizin bu gün müxtəlif mövqelərdən şərh olunan mürəkkəb
səhifələrindən biridir. Lakin danılmaz faktdır ki, universitetin bazasında yaranan sahə institutları ali
təhsilimizin inkişafında yeni mərhələ oldu.
1930–1941‑ci illərdə sahə ali məktəblərinin yaradılması istiqamətində görülən tədbirlər
nəticəsində ali məktəbləri bitirənlərin sayı artıb. 1945–1946‑cı dərs ilində Azərbaycanda ali mək ‑
təblərin sayı 20‑yə çatıb. Ali məktəb tələbələrinin sayı isə 31,2 min nəfərə yüksəlib.
Daha sonra Zaqafqaziya Dövlət Bədən Tərbiyəsi İnstitutu, Azərbaycan Ticarət‑Kooperativ
İnstitutu və Azərbaycan Dövlət Tibb İnstitutu, müstəqil Qiyabi Pedaqoji İnstitutu, Xəzər Ali Hərbi
19
19


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə