8 tn(end) tnazirler qxd



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə7/49
tarix15.03.2018
ölçüsü5,05 Kb.
#32078
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   49

Azərbaycan təhsilinin inkişaf istiqamətlərinin dəqiq müəyyənləşdirilməsi, dünya təhsil sis te ‑
minə uyğunlaşdırılması üçün müstəqilliyimizin ilk illəri gələcək islahatlara hazırlıq mərhələsi he sab
olunur. Bu baxımdan zəngin inkişaf yolu keçən təhsilimizin 1993‑cü ildən 1998‑ci ilə qədərki dövrü,
axtarışlar, yeniliklərin öyrənilməsi mərhələsi kimi səciyyələndirilir. 1998‑ci ildən sonrakı mərhələ
isə dünya təhsilinə inteqrasiya, dövlət proqramları və beynəlxalq layihələrin reallaşdı rıl ması, əsaslı
quruculuq, tədrisin keyfiyyətinin yüksəlişi və islahatlar dövrü kimi xarakterizə olunur.
Müstəqillik illərində Azərbaycan yalnız regionun deyil, həm də Avropanın siyasi cəhətdən ən
stabil ölkəsinə çevrildi, beynəlxalq aləmdə yüksək nüfuz qazandı, iqtisadi inkişaf tempinə görə
dünyada lider ölkələr sırasına daxil oldu. Dünyanın nüfuzlu ekspertləri və iqtisadçıları Azərbaycanın
dinamik inkişafının səbəblərini elmi tədqiqatlara və strateji təhlillərə əsaslanan proqramlarla
idarəetmə modelinin nəticəsi kimi qiymətləndiririrlər.
Yeni idarəetmə modeli təhsil sistemində də müasir menecment modellərinin tətbiqini
şərtləndirdi. Təhsil Nazirliyinin strukturunda dəyişikliklərin edilməsi, Monitorinq və qiymətlən dir ‑
mə (təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi, təhsil müəssisələrinin fəaliyyətinin
monitorinqinin aparılması), Təhsilin idarəolunmasının məlumat sistemləri (təhsil sistemi haqqında
onlayn yeniləşdirilən elektron məlumat bazasının yaradılması, məlumatların təhlili və hesabatların
hazırlanması), Strateji təhsil, planlaşdırma və kadrların idarəolunması (təhsil sektorunun ayrı‑ayrı
sahələri üzrə strateji təhlillərin aparılması, fəaliyyətin planlaşdırılması, təhsilin perspektiv inkişaf
istiqamətlərinin və prioritetlərinin müəyyənləşdirilməsi, kadr siyasətinin formalaşdırılması və kadr
təminatının həyata keçirilməsi), Akkreditasiya (təhsil müəssisələrinin akkreditasiyası, təhsil proq ‑
ram larının akkreditasiyası, təhsil müəssisələrinin fəaliyyətinə lisenziyanın verilməsi, keyfiyyətə
nəzarətin təmin edilməsi) şöbələrinin yaradılması nazirliyin idarəetmə potensialını xeyli gücləndirib,
çevik idarəetməyə zəmin yaradıb.
Ölkə Prezidentinin 2005‑ci il 1 mart tarixli fərmanı ilə təsdiq olunmuş "Azərbaycan
Respublikasının Təhsil Nazirliyi haqqında" Əsasnamədə nazirliyin əsas vəzifə və funksiyaları
aşağıdakı kimi təsbit edilib:
Nazirliyin əsas vəzifələri:

Təhsil sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasəti həyata
keçirmək; 

Azərbaycan Respublikasında təhsil sisteminin müəyyən edilmiş istiqamətlər üzrə inkişafını
təmin etmək

təhsil sahəsində dövlət tənzimlənməsini həyata keçirmək, təhsilin keyfiyyətinə dövlət
nəzarətini təmin etmək; 

vətəndaşların təhsil almaları ilə bağlı konstitusiya hüquqlarını qorumaq məqsədilə təhsildə
bərabər imkanların yaradılmasına nail olmaq; 

mülkiyyət və təşkilati‑hüquqi formasından asılı olmayaraq bütün təhsil müəssisələrinə elmi,
tədris‑metodiki rəhbərliyi həyata keçirmək; 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə Nazirliyə həvalə olunmuş digər vəzifələri
yerinə yetirmək. 
Nazirliyin funksiyaları:

Təhsil sisteminin fəaliyyətini və onun inkişafını təmin edən normativ hüquqi bazanın
yaradılmasında iştirak edir və müvafiq sahə standartları hazırlayır; 

təhsilin inkişafı ilə bağlı proqramların hazırlanıb həyata keçirilməsini təmin edir, bu sahədə
digər orqanların fəaliyyətini əlaqələndirir

təhsil müəssisələrinin şəbəkəsini və onların inkişaf perspektivlərini müəyyənləşdirir; 

təlim və tədris prosesinin keyfiyyətinə, təhsil qanunvericiliyinin icrasına, təhsilin dövlət
standartlarına riayət olunmasına nəzarət edir; 
22



təhsil sisteminin inkişafı sahəsində analitik təhlillər aparır və monitorinqlər keçirir; 

təhsil sistemində biliyin qiymətləndirilməsi meyarlarını, qiymətləndirmənin bal sistemini
müəyyənləşdirir; 

qanunvericiliyə uyğun olaraq təhsil sistemində demokratik idarəetmənin tətbiqini təmin edir; 

mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq müəyyən olunmuş qaydalar əsasında
təhsil müəssisələrinin attestasiyasını və akkreditasiyasını aparır; 

təhsilin keyfiyyətini yüksəltmək və tədrisin təşkilində mütərəqqi forma və metodların tətbiqi
məqsədilə eksperimentlər aparır; 

dövlət təhsil standartlarının tələblərinə uyğun olaraq baza təhsil proqramlarını təsdiq edir,
dərslik, dərs vəsaiti, tədris və tədris‑metodik ədəbiyyatın siyahısını tərtib edir, onlara qrif (nəşr
hüququ) verir; 

icbari ümumi orta təhsilin həyata keçirilməsinə nəzarət edir; 

xüsusi istedada malik uşaq, şagird və tələbələrin təhsillərini davam etdirmək üçün lazımi
tədbirlər görür; 

ümumtəhsil məktəblərində sinifdən‑sinfə keçirmə və buraxılış imtahanlarının sayını, formasını
və qiymətləndirmə mexanizmini, təhsil alanların bir tədris müəssisəsindən digərinə
köçürülməsi qaydalarını müəyyən edir

müxtəlif səviyyəli və miqyaslı fənn olimpiadaları təşkil edir; 

tədris müəssisələrinin kompyuterləşdirilməsi, şagirdlər üçün təhsil portalının və saytlarının
yaradılması istiqamətində müvafiq proqramlar hazırlayıb həyata keçirir; 

aidiyyəti icra hakimiyyəti orqanlarının iştirakı ilə ciddi tərbiyə şəraitinə ehtiyacı olan, sağlamlıq
imkanları məhdud (xüsusi qayğıya ehtiyacı olan) uşaq və yeniyetmələrin təhsilini təşkil edir; 

qəyyumluq və himayə orqanlarına metodiki kömək göstərir, valideyn himayəsindən məhrum
uşaqların müəyyənləşdirilməsini və onların təhsilə cəlb edilməsini təşkil edir; 

müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə təhsil müəssisələrində idman‑sağlamlıq və
profilaktik işlərin təşkili ilə bağlı lazımi tədbirlər görür, uşaq, şagird və tələbələrin idman
yarışlarını, turist yürüşlərini, özfəaliyyətlərinə, texniki və bədii yaradıcılıqlarına baxışları və bu
kimi digər tədbirləri həyata keçirir; 

müvafiq icra hakimiyyəti orqanları ilə birgə tədris müəssisələrində təhsil alanların, pedaqoji
və texniki‑yardımçı heyət işçilərinin tibbi müayinədən keçirilməsini təmin edir; 

tabeliyində olan təhsil müəssisələrinin və təşkilatların digər elmi müəssisə və təşkilatlarla elm
və təhsil sahəsində fəaliyyətini əlaqələndirir; 

elmi‑texniki konfransların, simpoziumların və müsabiqələrin keçirilməsini, şagirdlərinin, tələbə,
aspirant və müəllimlərin xarici ölkələrdə keçirilən bu kimi tədbirlərdə iştirakını təşkil edir;

ali, orta ixtisas və peşə‑ixtisas təhsili üzrə ixtisasların təsnifatı barədə təklif verir; 

mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələrinin nümunəvi
əsasnamələrinin layihələrini hazırlayır, təhsil müəssisələrinin yaradılması, yenidən təşkili və
ləğvi barədə rəy və təkliflər verir; 

təhsil müəssisələri məzunlarının yekun dövlət attestasiyası qaydalarını və imtahan prosesilə
əlaqədar müvafiq reqlamentləşdirici sənədləri təsdiq edir

müxtəlif səbəblərə görə pedaqoji fəaliyyət göstərməsi qadağan olunan şəxslərin kateqoriyası,
sağlamlıq imkanlarına görə məhdudiyyət qoyulan, eləcə də eksternat yolu ilə mütəxəssis
hazırlığı qadağan edilən ixtisasların siyahısı barədə təkliflər verir; 

mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələrində məzunlara
verilən dövlət təhsil sənədinin nümunəsini hazırlayır, onun verilmə qaydalarını müəy ‑
yənləşdirir, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi
blankları ilə təmin edir; 
23


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə