8 tn(end) tnazirler qxd



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə8/49
tarix15.03.2018
ölçüsü5,05 Kb.
#32078
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   49


təhsil sənədlərinin tanınması və ekvivalentliyi ilə bağlı məsələləri həll edir

xarici dövlətlərdə alınmış təhsil sənədlərinin nostrifikasiyası qaydalarına uyğun müvafiq
komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir; 

təhsil alanlar üçün adlı təqaüdlərin təsis edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qarşısında vəsatət qaldırır; 

əmək bazarı tələbatının öyrənilməsi və mütəxəssis hazırlığının proqnozlaşdırılmasında iştirak
edir; 

ali, orta ixtisas və texniki peşə məktəblərinə illik tələbə və şagird qəbulu barədə təklif
hazırlayır; 

müvafiq təhsil müəssisələrində magistratura və doktoranturaların açılması məsələsini həll
edir; 

pedaqoji kadrların və təhsil işçilərinin hazırlanması, ixtisasının artırılması və yenidən
hazırlanması işini təşkil edir; 

distant təhsili üçün müvafiq şərait yaradır; 

aidiyyəti icra hakimiyyəti orqanları, müəssisə və təşkilatlarla birlikdə əhalinin işləməyən
təbəqəsinin peşə hazırlığını, ixtisasartırmasını və yenidən hazırlanmasını təmin edir; 

pedaqoji kadrların təsdiq olunmuş qaydalara uyğun attestasiyasının keçirilməsini təşkil edir; 

təhsil müəssisələrində pedaqoji və elmi‑pedaqoji kadr vəzifələrinin tutulması qaydalarını
müəyyən edir; 

nazirlik sistemində olan təhsil müəssisələrində rəhbər kadrların nomenklaturasını müəy ‑
yənləşdirir; 

pedaqoji kadrlara olan tələbatın ödənilməsi üçün tədbirlər görür, gənc mütəxəssislərin iş
yerlərilə təminatı prosesinə əməli köməklik göstərir, onların sosial vəziyyətinin yaxşılaş ‑
dırılması istiqamətində müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə lazımi işlər aparır; 

təhsil müəssisələrinin tədris‑maddi bazasını inkişaf etdirir, onların tikintisinə, maddi‑texniki
təchizatına dair vahid normaları, şagird yerləri ilə təminat normativlərini müəyyənləşdirir; 

təhsil sistemində maliyyələşdirmə normativlərinin hazırlanmasında iştirak edir; 

təhsil sistemində attestasiya‑maddi stimullaşdırma mexanizminin tətbiqilə əlaqədar təkliflər
hazırlayır; 

təhsil işçilərinin həvəsləndirilməsi və mükafatlandırılması tədbirlərini həyata keçirir, onlara
mövcud qanunvericilik çərçivəsində "Əmək veteranı" adının verilməsini təmin edir

təhsil sahəsində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələr üzrə
öhdəliklərin yerinə yetirilməsi üçün tədbirlər görür; 

təhsil sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığı həyata keçirir; 

xarici ölkələrdə yaşayan azərbaycanlıların öz ana dilində ümumi təhsil almalarına, habelə
Azərbaycan dili və ədəbiyyatının, Azərbaycan tarixi və coğrafiyasının öyrənilməsinə yardım
göstərir; 

Azərbaycan Respublikası vətəndaşlarının mövcud qaydalara uyğun dövlət xətti ilə xaricdə
təhsil almaları və elmi‑tədqiqat işləri aparmaları üçün tədbirlər görür; 

təsdiq olunmuş formada statistik məlumatların və hesabatların toplanılmasını, onların təhlilini
və nəticələrin müvafiq orqanlara təqdim olunmasını icra edir

qanunvericiliklə nəzərdə tutulmuş digər funksiyaları həyata keçirir.
24


Təhsil Nazirliyinin strukturu (2010)
Müstəqillik illərində təhsil xərclərinin ilbəil artması təhsilin dövlət siyasətinin əsas
prioritetlərindən biri olması ilə birbaşa bağlıdır. Təhsil sisteminin qarşısında duran əsas vəzifələri
müəyyənləşdirərkən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkənin inkişaf
strategiyası ilə bağlı bu fikirləri əsas götürülür: «Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı
insan kapitalına çevirməliyik», «Neft, qaz Tanrıdan verilən böyük nemətdir, biz bundan uğurla və
məharətlə istifadə edirik. Amma gec‑tez bu təbii sərvətlər tükənəcək və bilik, zəka, səviyyə isə
ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra təmin edəcəkdir. Ən inkişaf etmiş ölkələrin
təcrübəsinə baxsaq görərik ki, o ölkənin inkişafında ən aparıcı rol oynayan neft, qaz deyil, bilikdir,
elmi‑texniki tərəqqidir, yeni texnologiyalardır». Bu mənada yüksək intellektə malik insan kapitalının
formalaşması və güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu heç vaxt «təhsil əsri» elan edilən XXI
əsrdə olduğu qədər aktual olmayıb. Ümumi təhsil xərclərinin artmasının əsasında da həmin
konseptual müddəalar dayanır. Təhsilə ayrılan büdcə 2003‑cü illə müqayisədə 6 dəfədən çox artaraq
2010‑cu ildə 1,2 milyard manata çatıb. 
Son illər təhsil tariximizdə ilk dəfə olaraq 16 inkişafyönümlü Dövlət Proqramı təsdiq olunub
və uğurla həyata keçirilməkdədir. Təhsilin ayrı‑ayrı sahələrinin inkişafı üzrə real vəziyyətin təhlili
əsasında hazırlanıb təsdiq edilmiş bu proqramların reallaşdırılması nəticəsində tədris müəs ‑
NAZİR
Kənd rayonları
üzrə ümumi 
təhsil şöbəsi
Beynəlxalq 
əlaqələr şöbəsi
Xüsusi şöbə
Elm şöbəsi
Təhsil sisteminin
informasiyalaşdırılması
idarəsi
Texniki‑peşə
təhsili şöbəsi
Xaricdə təhsil və
əcnəbi tələbələrlə 
sektoru
İctimaiyyətlə 
əlaqə şöbəsi
Təhsilin idarə
olunmasının məlumat
sistemləri şöbəsi
Dərslik və
nəşriyyat şöbəsi
Tərbiyə və
məktəbdənkənar
müəssisələr şöbəsi
Ali və orta ixtisas
təhsili şöbəsi
Təhsil sənədlərinin
tanınması işi üzrə
sektor
Mətəbəqədər 
təhsil sektoru
Hüquq sektoru
Ümumi şöbə
Strateji təhlil,
planlaşdırma və
kadrlarin
idərəolunması şöbəsi
Əlavə təhsil 
sektoru
İnzibati işlər üzrə
sektor
Akkreditasiya 
şöbəsi
İqtisadiyyat
şöbəsi
Plan‑maliyyə
sektoru
Mühasibat uçotu
və hesabat sektoru
Monitorinq və
qiymətləndirmə
şöbəsi
De‑institutlaşma və
uşaqların
müdafiəsi idarəsi
Əsaslı tikinti
idarəsi
Bakı şəhəri üzrə
təhsil idarəsi
Nazir müavini
Nazir müavini
Nazir müavini
Aparat
25


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə