8628 Azərbaycan Respublikası Tohsil Nazirliyi Azərbaycan Ə m ək və Sosial Münasibətlər Akademiyası G.İ.İsmayılov İnformasiya iQTİsadiyyati (Dərslik)


I  FƏSİL.  İNFORMASİYA İQTİSADİYYATININ



Yüklə 154,31 Kb.
Pdf görüntüsü
səhifə3/100
tarix04.11.2017
ölçüsü154,31 Kb.
#8628
1   2   3   4   5   6   7   8   9   ...   100

I  FƏSİL.  İNFORMASİYA İQTİSADİYYATININ 
PREDMETİ VƏ METODU
1.1.  Iqtisadi informasiya anlayışı
1.2.  Informasiya  iqtisadiyyatı  və sənaye iqtisadiyyatı
1.3
“Yaradıcı  insan ” modeli
1.4.  Iqtisadi informasiyanın  metodu
İNFORMASİYA İQTİSADİYYATINA GİRİŞ
l.l.İqtisadi informasiya anlayışı
İqtisadiyyat termiai  iki  müxtəlif anlayışı  ifadə  etmok üçün isti- 
fadə olunur.
Birinci,  iqtisadiyyat -  rifah, yəni, insanın həyatı və inkişafı  üçün 
vacib  olan  obyektlərin  yarandığı,  bölüşdürüldüyü  və  istifadə  olun- 
duğu  ictimai  həyat  sferasıdır.  Bu  halda  iqtisadiyyat  özündə  hər 
hansı  subyektiv qiymətləndirmədən asılı olmayan obyektiv rcallığı 
əks  etdirir.  O,  təcrübi  iqtisadiyyatdır.  Təcrübi  iqtisadiyyatın  osas 
tərkib  elementi  empirik  (yunanca  empeiria  -  təcrübə  deməkdir) 
metodlarla  aşkara  çıxanla  və  tədqiq  oluna  bilən  iqtisadi  hadisə  - 
dayanıqh proses  olur.  İqtisadi  hadisələr arasxnda qarşılıqlı  əlaqə  fı- 
ziki, məntiqi, riyazi və s. obyektiv qanunlara tabedir.  Bıına gorə də, 
bir  cəmiyyətə və  bir zaman  kəsiyinə aid olan iqtisadi  hadisələr öz 
aralannda razılaşdırıhnışdır və bir - birınə zidd ola bilməzlər.
İkinci,  iqtisadiyyat  -  rifahın  yaranması,  bölgüsü  və  istifadəsıni 
öyrənən  elmdir.  Bu  halda iqtisadiyyat  özündə  insanın  nadir  şəxsi 
keyfıyyətlərindən  asılı  olan  şüur  məhsulunu  əks  etdirir  və  buna 
görə  də,  subyektiv  xarakter  daşıyır.  Bu  nəzəri  iqtisadiyyat- 
dır,onun tədqiqat obyekti  ısə, təcrübi  iqtisadiyyatdır.
Nəzəri iqtisadiyyatda eyni  zamanda bir - birinə zidd  olan  nəzə-


riyyələr  mövcud  ola  bılər.  İqtisadçılar  arasında əhəmiyyotli  sayda 
tərəfdar tapan  və  bununla  yanaşı,  Öz  aralannda  razıiaşdmhnış  nə- 
zəriyyələr sisteminin yaradılması üçün əsas oian nəzəriyyə iqtisadi 
məktəbi yaradır. Bir - bırinə zidd olan iqtisadi  məktəblərə  klassik- 
lər və sosialistlər, neoklassiklər və institusionalistlər, keynsçilər ve 
monetaristiər  və  s.  nümunə  ola  bilər.  ymumi  baza  müddəalarına 
malik  olan  iqtisadi  məktəblər  iqtisad  elmində  istiqaməti  formalaş- 
dırır.  İki  əsas  istiqamətə  ayınrlar:  liberal  və  sosial  -  institusional. 
Liberal  istiqamətə  fıziokratlar,  klassik  siyasi  iqtisad,  maltuzıançı- 
Iıq,  marjinalizm,  neoklassik  məktəb,  monetarizm,  iqtisadi  imperi- 
alizm  və  s.  aid  edilir.  Sosial -  institusional  istiqamətə  utopik  sosi- 
alizm,  marksizm, tarixi məktəb,  institusionalizm və  s.  aid ediiir.
Hər  bir  iqtisadi  məktəbin empirik əsası  bu  məktəbin ardıcılla- 
rının fıkrincə, vacib, yəni,  bütün iqtisadi sistemin fəaliyyətini  mü- 
əyyən edən hər hansı  hadisədir.  Bu hadisəni  iqtisadi hökmüranlıq 
adlandınrlar.  Əgər  bu  iqtisadi  hadisə  təcrübi  iqtisadiyyatda  ob- 
yektiv olaraq dominant rolu oynayırsa, onda,  iqtisadı  məktəb adə- 
tən,  nəzəri  iqtisadiyyatda  hökmüranlıq  mövqe  tutur,  yoni, 
hökmran  olur.  Əgər  uzunmüddətli  tarixi  dövrdə  bir  -  birini  əvəz 
edən  ideyaiar  bir  istiqamətə  aiddirsə,  onda  o,  hökmran  istiqamot 
olur.  Iqtisad  elmində  artıq  üç  yüz  ıl  ərzində  iiberal  istiqamət 
hökmraniıq  edir,  buna  görə  də,  onu  həm  də  meynstrim  kimi  mü- 
əyyənləşdirirlər  (ingiliscə  mainstream  -  əsas  istiqamət,  əsas  xətt 
deməkdir).  Bütün  liberai  məktəblər üçün  ümumi  oian  iqtisadi  do- 
minant  maddi  əmtəələr  istehsalı  və  ya sənaye  istehsaltnın  müəy- 
yənedici  həcmi  ilə  ifadə olunur.  Buna görə də,  libcral  iqtisadi  nə- 
zəriyyəiər  sistemini  sənaye  iqtisadiyyatı  nəzəriyyosi  və  ya  sadə- 
cə,  sənaye  iqtisadiyyatı  kimi  xarakterizə  etmək  oiar.  Başqa  söz- 
lərlə,  sənaye  iqtisadiyyatı  sənaye  cəmiyyətinin  iqtisadi  nəzəriy- 
yəsidir.  Sənaye  iqtisadiyyatı  ənənəvi iqtisadiyyat hcsab olunur.
Hər  bir  iqtisadi  məktəbin  nümayəndələri  arastnda  altemativ 
iqtisadi  nəzəriyyələrin  mövcudluğunu qəbul etməyən və öz mək- 
təbini  bütövlükdə  iqtisad  elmilə  eyniləşdirən  alimlərə  rast  gəli- 
nir.  Bu  tendensiya Özünü daha qabanq  şəkiidə  hökmran oian  iibe- 
ral  istiqamətin  tərəfdarian  arasında  göstərir.  Beləliklə,  A.Marşail


tərəfındən  neoklassık  nəzəriyyənin  ıfadə  olunması  üçün  ekono- 
miks (ingiliscə economics - iqtisadi  nəzəriyyə deməkdir) hal  - ha- 
zırda  iqtısad elminin sinonimi  kimi  istifadə  olunur.  Bununla yana- 
şı  iqtisadiyyat onunla eyniyyət təşkil  etməyən sənaye  iqtisadiy>ra- 
tı  ilə eyniləşdirilir.
Hər hansı bir hökmüranlıqla xarakterizə olunan tarixi  dövrü iq- 
tisadiyyatm  inkişaf mərhələsi adlandınrlar.  Hər m ərhələyə öz nə- 
zəriyyələrinin  empirik bazisi  qismində  hökmüranlıq  edən  iqtisadi 
hadisəni  seçən  hökmran  məktəb  uyğun  gəlir.  İqtisadi  məktəbin 
adı  əksər  hallarda  müvafıq  iqtisadi  hökmürana  göstorişi  özündə 
əks  etdirir:
 Merkantitlizm.  Bu termin  ingiliscə  merchant  sözündon  ya- 
ranmışdır  və  ”tacir'’  deməkdir.  İqtisadi  hökmüran  -  bazarla- 
rın  formalaşması,  ticarət  sferasının  genişlənməsidir.  Bu 
məktəbin çiçəklənmo  dövrü  - XVII əsrdir.
 Fiziokratiya yunancadan ”təbiətin hakimiyyəti"  kimi tərcü- 
mə  olunur.  İqtisadi  hökmüran  -  kənd  təsərrüfatı  əməyinin 
üstünlük  təşkil  etməsidir.  Çiçəklənmə  dövrü  -  XVIII  əsrin 
ikinci yarısı,  Fransa.
♦>  Klassik  məktəb  fıziki  əməyın  dəyərin  yeganə  mənbəyi  ol- 
duğunu  göstərən  əmok dəyəri  haqqmdakı  postulat  üzərində 
qurulmuşdur.  İqtisadi  hökmüran  -  fıziki  əməyin  və  manu- 
faktura  istehsalının  üstünlüyüdür.  Çiçəklənmə  dövrü  - 
XVIII əsrin ikinci  yarısı - XIX əsrin birinci yarısı,  İngiltəro.
❖ İnstitusionalizm.  Məktəbin  adının  əsasında  institut  -  tari- 
xən  formalaşmış  ictimai  ənənə  anlayışı  durur.  İqtisadi 
hökmüran  -  təsərrüfat  həyatma  mədəni  faktorların  təsirinin 
güclənməsidir.  Çiçəklənmə  dövrü  -  XIX  əsrin  sonu  -  XX 
əsrin əw əlləri,  ABŞ.
XX  əsrin  sonlannda  inkişaf  etmış  ölkələrin  ictimai  həyatında 
müəyyənedici  rol oynamağa başlayan iqtisadi  hadisə  aydın şəkildə 
təyin olundu.  Bu hadisə rifah istehsalında yaradıcı əməyin üstüıılük 
təşkil  edən  miqdanndan  ibarətdir.  Yaradıcı  adı  altında  heyvan  və 
ya maşın tərəfindən həyata keçirilə bilməyən istənilən ali iıısan fo-


Yüklə 154,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə