8628 Azərbaycan Respublikası Tohsil Nazirliyi Azərbaycan Ə m ək və Sosial Münasibətlər Akademiyası G.İ.İsmayılov İnformasiya iQTİsadiyyati (Dərslik)



Yüklə 154,31 Kb.
Pdf görüntüsü
səhifə5/100
tarix04.11.2017
ölçüsü154,31 Kb.
#8628
1   2   3   4   5   6   7   8   9   ...   100

3. 
Ə m ək meyarı.  Burada əhalinin məşğulluğunun strukturu və 
bu strııkturun dəyişmə tendensiyaları  nəzərdən keçirilir.  Fərz olu- 
nur  ki,  cəmiyyət  öz  inkişaftnın  infonnasiya  mərhələsinə  məşğul 
əhalinin əksəriyyətinin  informasiya sferasında  işlədiyı  zaman da- 
xil  olur.  Bu cür  yanaşma  informasiyanın qeyri  -  fıziki  ənıək üçün 
“xammal”  olması  ilə  əsaslandırıhr.  Məşğulluq  sferasındakı  dəyi- 
şikliklərdə  informasiya  texnologiyalannm  təsiri  deyil,  informası- 
yamn transformasiya  imkanlarının  rolu  daha  çox  nəzərə çarpdın- 
Iır.  Müasir  iqtisadiyyatm  hərəkətverici  qüvvəsi  əsas  qabiliyyətı 
informasiyanın yaradılması və istifadəsi  olan insanlardır.
Əmək meyan özünün nəzən əsasmı  Daniel Bellın ışlərinde tap- 
mışdır.  O, cəmiyyətin qurulmasının  istənilən  mərhələsində  bütün- 
Iüklə və tamamilə əməyin dominantlıq edən tipi ilə müəyyonləşən 
tipologiyasını təklif edirdi.  Bellə görə,  əmək fəaliyyətinin ən geniş 
yayılmış  növü  bu  və  ya  digər  cəmiyyət  üçün müəyyənedici  cizgi- 
dir.  O,  hesab edirdi  ki,  əgər sənayeyəqədərki  cəmiyyətdə kənd tə- 
sərrüfatı  əməyi,  sənaye  cəmiyyətində  isə,  manufakturalardakı 
əmək  ən  geniş  yayılmış  əmək  idisə,  postindustrial  cəmiyyətdə 
başlıca rolu xidmətlər sferasmda məşğulluq oynayır.  Bell oxşar də- 
yişiklikləri əmək məhsuldarhğınm yüksəlməsi  ilə izah edirdi.  Belə 
ki,  məhsuldarlığın  artımı  ilə  cəmiyyət  müəllimlərin  sayım,  xəstə- 
xanaların  miqdarını  və  s.  artıra  bilər.  Sənaye  nə  qədər  çox  sərvəl 
yaradırsa,  bir o qədər daha çox xidmətlər göstərilə bilər və  sənaye 
bir o  qədər çox  işçiləri  xidmətlər  sferasına buraxır.  Xidmətlər sfe- 
rasında  əməyin  avtomatlaşdırılması  xüsusilə  çətin  olduğundan, 
onun  işçilərinin  sayı  sənaye  əməyinin məhsuldarlığının  artımı  qə- 
dər  çoxalacaq.  Buna  görə  də,  məşğulluğun  əhəmiyyətli  dərəcədə 
azalmasından qorxmaq  lazım deyil.
Əmək meyarma qarşı  aşağıdakı fıkirlər  irəli sürülür:
❖ əməyin  informasiya  və  ya  qeyri  -  informasiya  tiplərinə  aid 
edilməsinin  obyektiv  üsulu  mövcud  deyil.  Məsəlon,  dəmir 
yolunda  yol  ayıranlar  yoüar,  qatarların  hərəkət  cədvəli, 
marşrutlar  və  s.  haqqında  böyük informasiya  ehtiyatına  ma- 
lik  olmalıdtrlar.  Buna  baxmayaraq,  onlar  çox  güman  ki,  sə- 
naye  əsnnin tşçil&rinə aid ediləcəklər;


❖ əm ək  meyan  məşğulluq  sferasmda  strateji  mərkəzı  yer  tu- 
tan  işçiləri  ayırmağa imkan vermir.  O,  informasiya  işlorinin 
differensiasiyası  üçün alət vermir və informasiya fəaliyyəti- 
nin  müəyyən  növlərinin  cəmiyyət  üçün  vacıb  nəticolərə 
malik ola bilməsi  faktını  nəzərə  almır.  İnformasiya  işçiləri- 
nin sadə hesablaması cəmiyyətdəki  ierarxiyalann və bunlar- 
la  bağlı  hakimiyyəti  və  bu  işçilərin statusunu anlamaq  üçün 
heçnə  vermir.  Beləliklə,  müasir  cəmiyyətlərdə  yaşlı  insan- 
lar,  ailə  konfliktləri  və  çətin tərbiyə  olunan yeniyetmalərin 
cəmiyyət  səviyyəsində  əhəmiyyətli  problemləri  ilo  məşğul 
olan sosial işçilərin sayının sürətli  artımı qeydə almır.  Bu iş- 
çilərin birbaşa  informasiya  texnologiyalan  ilə  əlaqəli  olma- 
masına baxmayaraq, onları informasiya işçiləri kateqoriyası- 
na aid etmək lazımdır;
❖ informasiya cəmiyyətinin  hərəkətverici  qüw əsi  intellektual- 
lardan  və  texnild  intelligensiyadan  ibarət  olan  yeni  sinifdir. 
Bu sinfın say tərkibinin necə  artmasından  asılı olmayaraq,  o, 
məşğullann ümumi  sayı  ilə  müqaisədə  əhəmiyyətsizdir.  Bu- 
na görə də,  rəsmi  stasistikanın sərt məlumatlan  şəklində  ifa- 
də olunan miqdar amilinə  müəyyənedici amil deyildir.
4. 
M əkan m eyan coğrafı prinsipə əsaslamr. Burada əsas nəzərə 
çarpdınlan  məqam  müxtəlif yerləri  birləşdirilən  və  buna  gorə  də, 
cəmiyyət həyatmm məkan -  zaman  aspektlərinə  dərin  təsir göstərə 
bilən informasiya şəbəkələridir.  Bu cür yanaşma zamanı  müasir cə- 
miyyət informasiya - şəbəkə cəmiyyəti kimi nəzərdən keçirilir.
Manuel  Kastelsin  informasional  kapitalizm  adlandırdığı  yeni 
kapitalizm forması  informasiya şəbəkələrindən həm işlərin görül- 
məsi üçün bilavasitə  istehsalda,  həm  də bütün dünya üzrə  marke- 
tinqin apanlması üçün istifadə  edir.  Şəbəkə cəmiyyətində  işgüzar 
aktivlik  real  zamanda  məkan  məhdudiyyətləri  olmadan  baş  verir 
ki, bunu da inkişaf etmiş  informasiya - kommunikasiya texnologi- 
yalan  olmadan təsəw ü r etmək mümkün deyil.  Nəhəng transmilli 
korporasiyalarda  bürokratıya  öz  yerini  şəbəkələrdə  bütün  dünya 
üzrə saziş bağiamaqla  işləyən  və özünəbənzərlərb  müvəqqəti  iş-


lədiyi  şırkətə  nisbətən  daha çox  bağiı  olan  informasiya  işçılərınə 
verir.  Korporasıya  səlahiyyətiərinın  əsasında  desentralizasiya,  iş- 
tirak və  koordınasıya prinsıpləri  duran təşkilati  öziinüproqramlaş- 
dırma  və  özünüidarəetmə  vahidiərinə  verir.  Rəqabətin  qloballaş- 
ması böyük  korporasiyanı  müxtəlifcinsiı  şəbəkəiər toruna çevirir. 
Kastels  hesab  etmirdi  ki7 qiobal  informasiya şəbəkəiəri  milii döv- 
lətlərin  zəifləməsi  deməkdir.  Ona  görə  ki,  qloballaşma  tendensi- 
yalarına  baxmayaraq,  bu  prosesin  bütün iştirakçılannııı  maksimai 
uyğuniaşmasına tələbat mövcuddur.
Məkan meyanna qarşı  aşağıdakı  fıkiriər irəli  sürülür:
❖ şəbəkənin  ciddi  tərifmi  vermək  mümkün  deyil.  Moselən, 
poçt  rabitəsini  və  ya  naqilii  telefonu  şəbakə  hesab  etmək 
oiarmı?  Son  yüzillikdə  iqtisadi,  ictimai  və  siyasi  fəaliyyəti 
bu  informasiya  şəbəkəiəri  olmadan  tə sə w ü r  etmok  rnüm- 
kün olmadığından, sənaye cəmiyyətini  də həmçinin,  şəbəkə 
kimi  nəzərdən keçirmək olar;
❖ şəbəkə  anlayışımn  iki  müxtəiif  izahı  vardır.  Texnoloji  sis- 
teın  kimi  şəbəkə elementlərinin tərkibi  və  strukturu,  həmçi- 
nin,  özünün  istismar ımkanlan  iiə  xarakterizə  olunur.  Mütə- 
şəkkii  informasiya  axıniarı  sistemi  kimi  şəbəkə  informasi- 
yanın həcmi  və  ötürülmə  sürəti  iiə xarakterizə oiunur.  Əgər 
birinci  şərhi  qəbul  etsək,  onda,  informasiya  cəmiyyətinin 
inkişafınm  qiymətləndiriiməsi  üçün  şəbəkə  sistemlərinin 
vahid texniki -  iqtisadi xarakteristikasını vermək lazımdır ki, 
bu da reallaşması çətin olan tapşmqdır.  Əgər ikiııci şərlıi  qə- 
bui  etsək,  onda,  belə  bir  suai  ortaya  çıxır:  informasiyanm 
hansı  həcmiəri  və  ötürüimə  sürətləri  mformasiya  cəmiyyə- 
tinin gəlməsini  müəyyəniəşdirir?
5. 
İstehlak meyarı müasir dünyada rifah  istehlakı  getdikcə  daha 
boyük  dərəcədə  informasiya  fəaliyyəti  vasitəsilə  ifadə  olunur.  Bu 
hadisə  istehlakın  informasiyalaşması  adını  almışdır.  Məsolon,  geyi- 
ıııin  informasiya  əhəmiyyətinin  daim  artması  insana  öz  imicini  ya- 
ratmağa  və  bununla  da,  digər  insanlara  informasiya  Ötürməyə  kö- 
mək  edir.  Əgər  əsrlər boyu  əksəriyyətin  geyiminə  çcvrilmiş  kəndli 
köynəyi  az  əhəmiyyət  kəsb  edirdisə,  müasir  cəmiyyotdə  ucuz  və


Yüklə 154,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə