19 noyabr 2017-ci il, bazar
6
Elmira Əmrahqızının “Mən
jurnalistəm!” deməyə haqqı var idi...
“Mən jurnalistəm…”. Bu sözlər görkəmli
jurnalist, “Qızıl qələm”, H.Zərdabi yaradıcılıq
mükafatları laureatı Elmira Əmrahqızının o qədər də
uzun olmayan ömür yolunun leytmotivi kimi səslənir.
1974-cü ildə Bakı Dövlət
Universitetinin jurnalistika
fakültəsini bitirəndən sonra
Azərbaycan Teleradio Verilişləri
Komitəsində çalışan, “Bakı” və
“Baku” qəzetlərində, “Ulduz”,
“Azərbaycan qadını” jurnalla-
rında və digər mətbu orqanlarda
bir-birindən maraqlı yazılarla
çıxış edən mərhum jurnalistin
həyatının son illəri “Azadlıq”
radiosu ilə bağlı olub. Ötən
əsrin 80-ci illərinin sonları və
90-cı illərində xalqımızın azad-
lıq uğrunda apardığı mübarizə,
bu yolda üzləşdiyi faciələr,
müstəqillik yolunda atdığı
addımlar - ölkəmizin ictimai-
siyasi həyatının rəngarəng pa-
litrası bütün çalarları ilə Elmira
Əmrahqızının radio reportajları
vasitəsilə dünyaya yayılırdı.
Bu fikirlər noyabrın 18-də
Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın)
akt zalında istedadlı qələm
sahibi Elmira Əmrahqızının
“Mən jurnalistəm…” kitabının
təqdimat mərasimində səslənib.
Mərasimin əvvəlində
iştirakçılar mərhum jurnalistin
həyatının ayrı-ayrı məqamlarını
əks etdirən videoçarxı izlədilər.
Tədbirdə çıxış edən Milli
Məclisin deputatı, yazıçı-
publisist Elmira Axundova
həmkarı Elmira Əmrahqızı
ilə 30 ildən artıq davam edən
dostluq münasibətlərindən,
onun jurnalist kimi yara-
dıcılıq keyfiyyətlərindən,
vətəndaş mövqeyindən və
səmimiyyətindən danışaraq
dedi: “Elmira xanım gənc
nəslə, yeni jurnalist kadrlara
örnək ola biləcək ömür yaşa-
yıb, jurnalistika naminə çox
böyük fədakarlıqlar edib. O,
həm peşəkar jurnalist, həm də
səmimi dost idi. Mən adaşımın
xarakterinin bir cəhətini də
xüsusi qeyd etmək istəyirəm.
Elmira çox cəsarətli xanım
idi. Biz onun xarakterinin
bu cəhətinə qanlı 20 Yanvar
günlərində bir daha şahid olduq.
Elmira həmin hadisələr haq-
qında dünyaya car çəkən qələm
sahiblərinin birincilərindən idi.
Onun xatirəsinə həsr olunmuş
“Mən jurnalistəm” kitabı unu-
dulmaz həmkarımızı sevənlərə
dəyərli töhfədir”.
Elmira Əmrahqızının tələbə
yoldaşları Sədaqət Kərimova,
İsaq Əmənullayev, həmkarları
Vasif Səmədov, Yaşar Quluzadə,
iş yoldaşı Aynur Bəşirli çıxış
edərək onun müxbir, reportyor
və rəhbər kimi məziyyətlərindən
danışıb, yazdığı məqalələrin,
hazırladığı reportajların bədii-
publisistik keyfiyyətlərindən,
sosial əhəmiyyətindən və ən
nəhayət, narahat vətəndaş
mövqeyindən danışdılar,
xatirələrini bölüşdülər.
“Mən jurnalistəm…” kitabı
barədə danışanlar xüsusi qeyd
etdilər ki, xalqımızın ümummilli
lideri Heydər Əliyev Moskvada
SSRİ rəhbərliyindən uzaqlaş-
dırılandan sonra güclü təqib və
təzyiqə məruz qaldığı dövrdə ilk
dəfə Ulu Öndərdən müsahibə
alan Elmira Əmrahqızı olub.
Həmin müsahibənin tam mətni
“Mən jurnalistəm…” kitabında
dərc olunub. Bununla yanaşı,
kitabda Elmira Əmrahqızının
həmkarlarının, qələm dostları-
nın, yaxınlarının onun barəsində
xatirələri, mərhum jurnalistin
ayrı-ayrı vaxtlarda qəzet və jur-
nallarda dərc olunmuş müsahibə
və məqalələri, efirdə səslənən
seçilmiş reportajları, eləcə də
onunla bağlı xatirələr və ömrü-
nün müxtəlif məqamlarını əks
etdirən fotoşəkillər yer alıb.
AZƏRTAC-ın Baş direk-
toru Aslan Aslanov Elmira
Əmrahqızının etibarlı dost, qay-
ğıkeş yol yoldaşı və öz işinin
peşəkarı olduğunu vurğuladı,
mərhum həmkarı barədə maraq-
lı xatirələrini bölüşdü.
Mərhum jurnalist Elmi-
ra Əmrahqızının oğlu Ab-
dulla Abdullayev anasının
xatirəsinə həsr olunmuş “Mən
jurnalistəm…” kitabının ərsəyə
gəlməsinə və tədbirin təşkilinə
görə AZƏRTAC-ın rəhbərliyinə
və iştirakçılara ailə üzvləri adın-
dan dərin təşəkkürünü bildirdi.
“Mən jurnalistəm…” kitabı-
nın nüsxələri tədbir iştirakçıları-
na paylanıldı.
AZƏRTAC
Şəhidlik zirvəsi şərəf, qürur və hünər simvoludur
Qəhrəmanlıq bir anın bəhrəsi deyil.
Xarakterin, tərbiyənin, mənəvi yaddaşın gücü ilə diktə
olunan keyfiyyətdir. O, elə bir xüsusiyyətdir ki, onun
mahiyyətində təsadüfi heç nə yoxdur. Vətənpərvərliyin
ən ali məqamı isə şəhidlikdir. Şəhidlik zirvəsi isə hünər,
qeyrət simvoludur.
Bu ucalığa yüksələnlərin
ömür yolu qısa olsa da, şərəfli
və örnək sayılır. Belə şərəfli
ömür sahiblərindən biri də
43-cü ad günü onsuz keçirilən,
şəhidliyinin 23 ili tamam olan
Elgün Dağbəyi oğlu İsmayılov-
dur.
Murov dağın zirvəsində
şəhidlik məqamına yüksələn
Elgün İsmayılovun əziz və unu-
dulmaz xatirəsi yalnız dünyaya
göz açdığı ailədə, oxuduğu
məktəbdə deyil, həm də çalışdığı
“Azərbaycan” qəzeti redaksiya-
sında daim anılır, ehtiramla yad
edilir.
AZƏRTAC “Azərbaycan”
qəzetinə istinadla xəbər verir ki,
noyabrın 18-də bu mətbu orqa-
nın redaksiyasında şəhid Elgün
İsmayılovun xatirəsinə həsr
edilən yaradıcılıq müsabiqəsinə
yekun vurulub.
Qarabağda, eləcə də
Vətənimizin digər guşələrində
işğal olunmuş torpaqlarımızın
azad edilməsi uğrunda aparılan
müharibədə igid oğullarımız
hünər və qeyrətlərini silaha
çevirib döyüşlərə yollandılar.
Onların arasında əməlinin və
hünərinin ucalığında daya-
nan Elgün adlı bir gənc də
var idi. 1974-cü ildə Bakı
şəhərində anadan olan, çalışdığı
“Azərbaycan” qəzetində qısa
müddət ərzində hörmət qaza-
nan, torpaqlarımızın mənfur
ermənilər tərəfindən işğalına
dözməyən Elgün 1993-cü ildə
həqiqi hərbi xidmətə çağırıldı.
O, həmin ilin oktyabrında “N”
saylı hərbi briqadanın tərkibində
cəbhə bölgəsinə - Füzuli ra-
yonuna göndərildi. Horadizin
düşməndən azad edilməsi uğrun-
da döyüşlərdə göstərdiyi şücaətə
görə komandanlıq tərəfindən
mükafatlandırıldı. 1994-cü ilin
yanvarında hərbi briqadanın
yeri Kəlbəcər ərazisinə, Murov
dağına dəyişdirildi. Döyüşçü
dostları Elgünü igid və qorxmaz
əsgər kimi tanıyırdılar. Koman-
danlığın onun barəsində verdiyi
arayışda göstərilir ki, Elgün
İsmayılov mürəkkəb relyefə
malik Murov dağında bölüyün
keçirdiyi 20 əməliyyatdan 16-
da iştirak etmişdir. 1994-cü il
aprelin axırlarında keçirilmiş
hərbi əməliyyata görə Elgün
İsmayılov komandanlığın fəxri
fərmanına layiq görülmüşdür.
Həmin il mayın 25-dən 26-na
keçən gecə Murovun Ömər
yüksəkliyində düşmən arxası-
na keçərək vacib məlumatları
gətirməyə gedən 4 nəfərlik
kəşfiyyat dəstəsinin tərkibində
Elgün də var idi. Cəsur əsgər
burada düşmən hücumuna
məruz qalaraq qızğın döyüşlərdə
şəhidlik zirvəsinə yüksəldi.
İş yoldaşları Elgünün
xatirəsini həmişə əziz tuturlar.
Hər il doğum günündə redaksiya
kollektivinin onun xatirəsinə
həsr etdiyi tədbir İkinci Şəhidlər
xiyabanındakı müqəddəs
məzarını ziyarətlə başlayır. Bu il
də Elgünün xatirəsi ona doğma
olan kollektivi tərəfindən ehti-
ramla yad edildi. Şəhidin məzarı
üzərinə tər çiçək dəstələri düzül-
dü və ruhuna dualar oxundu.
Sonra anım mərasimi
redaksiyada davam etdirildi.
Anım tədbirini “Azərbaycan”
qəzetinin baş redaktoru, Milli
Məclisin deputatı Bəxtiyar Sa-
dıqov açaraq bildirdi ki, Vətən
uğrunda canından keçən hər bir
insan şəhiddir və əlçatmaz zirvə
sahibidir. Tarixi ərazilərimiz,
dədə-baba yurdumuz olan
Qarabağ uğrunda müharibə
başlayanda torpağa Ana deyib
onun uğrunda ölüm-dirim sava-
şına atılaraq şəhidlik zirvəsinə
yüksələnlər heç zaman unudul-
murlar. Qarabağ döyüşlərində
qəhrəmancasına şəhid olmuş El-
gün İsmayılovun anadan olduğu
gün isə onu tanıyanların hər biri
üçün qürur doğuran tarixdir.
Şəhid Elgünün çox qısa,
lakin mənalı həyat və döyüş yo-
lundan, Azərbaycan dövlətinin
müstəqillik tarixinin şərəfli
və kəşməkəşli olduğundan
söz açan baş redaktor onu da
xüsusi vurğuladı ki, 2003-cü
ildən başlayaraq hər il redaksi-
yada şəhid Elgün İsmayılovun
xatirəsinə həsr edilmiş ənənəvi
yaradıcılıq müsabiqəsi keçiri-
lir. Müsabiqəyə təqdim olunan
yazılar bir neçə aspektdən
dəyərləndirilir. Eyni zaman-
da, müsabiqə həm də qəzet
əməkdaşlarını vətənpərvərliyə,
torpağa məhəbbət mövzu-
sunda yazmağa ruhlandırır.
“Azərbaycan” qəzetinin
səhifələrində belə yazıların
mütəmadi işıq üzü görməsini
kollektiv vacib sayır. Bu cür
müsabiqələrin keçirilməsinin
əhəmiyyəti həm də ondadır
ki, yaradıcılığa geniş meydan
verilir. “Azərbaycan” qəzetində
çalışan peşəkarların bu mövzuda
publisist baxışları maraqlı oldu-
ğu qədər də əhəmiyyətlidir.
Sonra Bəxtiyar Sadıqov bil-
dirdi ki, müsabiqədə qəzetin 15
əməkdaşı iştirak edib. Münsiflər
heyəti 2 mərhələdə yazıları
qiymətləndirib.
Baş redaktor müsabiqənin
qaliblərini elan etdi. Builki
müsabiqənin yekunlarına görə
redaksiyanın 3 əməkdaşı - Rəşad
Baxşəliyev, Rəşad Cəfərli və El-
çin Cəfərov fəxri diplom və pul
mükafatları ilə təltif olundular.
Komanda-qərargah hərb oyunlarının növbəti
mərhələsi Hərbi Dəniz Qüvvələrində keçirilib
Silahlı Qüvvələr miqyasında davam edən
komanda-qərargah hərb oyunlarının növbəti mərhələsi
Hərbi Dəniz Qüvvələrində keçirilib.
Müdafiə Nazirliyi-
nin mətbuat xidmətindən
bildiriblər ki, nazirliyin rəhbər
heyəti komanda idarəetmə
məntəqəsindən dəniz poli-
qonunda təlim tapşırıqlarını
yerinə yetirən qüvvə və
vasitələrin manevrlərini, eləcə
də döyüş atışlarını izləyib.
Ssenariyə əsasən
Azərbaycanın Xəzər
dənizindəki ərazi sularında
olan enerji infrastrukturlarının
mühafizəsi üzrə Hərbi Dəniz
Qüvvələrinin gəmi qrupunun
əməliyyatlarının planlaşdırıl-
ması, aviasiyanın dəstəyi ilə
şərti düşmənin terror-diversiya
qrupunun zərərsizləşdirilməsi
və onların müvəqqəti bazası-
nın məhv edilməsi üzrə döyüş
atışlı təlim tapşırıqları yerinə
yetirilib.
Xüsusi təyinatlıların şəxsi
heyəti, döyüş gəmiləri, katerlər
və helikopterlərin cəlb olun-
ması ilə keçirilən təlimlərdə
şərti düşmənin hədəfləri məhv
edilərək qarşıya qoyulan tapşı-
rıqlar uğurla icra olunub.
Müdafiə naziri, general-
polkovnik Zakir Həsənov
bölmələrin döyüş qabiliyyətini,
praktiki fəaliyyətini və
mənəvi-psixoloji hazırlı-
ğının səviyyəsini yüksək
qiymətləndirib.
AZƏRTAC
Qazax:
“ordumuz qürurumuz,
xalqımız dayağımızdır”
Düşmənlə 168 kilometr sərhəddə
yerləşən Qazax Vətənin müdafiəsi
yolunda 283 şəhid verib. Onlardan 7
nəfəri Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görülüb. Qazaxın 7
kəndi bu gün də erməni işğalçıları
-
nın tapdağı altındadır. Qazax rayo
-
nu görkəmli sənətkarların beşiyi,
qəhrəmanlar diyarıdır. “Rus artille
-
riyasının Allahı” adlandırılan Əliağa
Şıxlinski, ilk azərbaycanlı general-
topoqraf İbrahim ağa Vəkilov, ilk
hərbi təyyarəçi Fərrux ağa Qayıbov,
Sovet İttifaqı Qəhrəmanı Müseyib
Allahverdiyev, Azərbaycanın Milli
qəhrəmanları Rafiq Alıcanov, Əjdər
Babayev, Şamoy Çobanov, Aqil
Musayev, Alı Mustafayev, Mərifət
Nəsibov, Firuddin Şamoyev və neçə-
neçə qəhrəman Qazax rayonundan
pərvazlanıb. Qazax oğulları nəinki
bu bölgədə, eləcə də Ağdərə, Tərtər,
Ağdam, Goranboy, Füzuli, Cəbrayıl,
Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər,
Şuşa və digər rayonlar uğrunda da
əsl fədakarlıq göstəriblər.
Məhz buna görə rayonda hərbi
vətənpərvərlik tərbiyəsinin yeni forma
və metodlarından istifadə etmək və bu işi
daim nəzarətdə saxlamaq zərurəti yaranır.
Bu günlərdə rayonda Azərbaycan Respub-
likasının Müdafiə Nazirliyi və rayon icra
hakimiyyətinin birgə təşkilatçılığı ilə “Or-
dumuz qürurumuz, xalqımız dayağımızdır”
devizi altında ölkəmizdə ilk dəfə keçirilən
kütləvi hərbi vətənpərvərlik tədbiri də bu
məqsədi daşıyırdı.
Həmin gün tədbirin keçirildiyi Heydər
Əliyev parkına minlərlə rayon sakini top-
laşmışdı. Tədbir iştirakçıları əvvəlcə “Fəxri
qazaxlılar” parkına gəlmiş, daha sonra
Şəhidlər xiyabanına gedərək, Xatirə lövhəsi
önünə gül dəstələri qoymuşlar. Heydər
Əliyev parkında ulu öndərin abidəsi önünə
də gül- çiçək dəstələri düzülmüşdür
Müdafiə nazirinin müşaviri Ab-
dulla Qurbani tədbirin məqsəd və
əhəmiyyətindən danışaraq tədbiri açıq elan
etmişdir.
Ümummilli lider Heydər Əliyevin və
şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad
olunmuş və Dövlət himni səsləndirilmişdir.
Azərbaycan Respublikasının Prezi-
denti İlham Əliyevin Qazax və qazax-
lılar haqqında çıxışı monitor vasitəsilə
nümayiş etdirilmişdir. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov
tədbirdə çıxış edərək demişdir ki, gələn il
100 illiyini dövlət səviyyəsində, ümumxalq
bayramı kimi qeyd edəcəyimiz Azərbaycan
Ordusu yarandığı gündən erməni-daşnak-
bolşevik qüvvələrinə qarşı mübarizə apar-
mış, fədakarlıq göstərmişdir. Bu ordu ağır
sınaqlardan daim üzüağ çıxmış, neçə-neçə
şəhid vermişdir. Bugünkü ordumuz Şərqdə
ilk demokratik dövlət olan Azərbaycan
Xalq Cümhuriyyəti Ordusunun varisidir və
bu varislik ənənələrinə həmişə sadiqdir. An-
caq hər kəs etiraf edər ki, bugünkü müasir
Azərbaycan Ordusunun əsl qurucusu, me-
marı Azərbaycan dövlətinin müstəqilliyini
bərpa etməsinə və onun inkişafına misilsiz
töhfələr vermiş, xalqımızın ümummilli
lideri Heydər Əliyevdir.
Siyasi fəaliyyəti və təkrarolunmaz
həyat yolu ilə yaddaşlarda əbədiyyət qazan-
mış ulu öndərimiz bütün sahələrdə olduğu
kimi Azərbaycanın ordu quruculuğunda
da yeni mərhələlərin əsasını qoymuşdur.
Uzaqgörən dahi rəhbərimizin hələ ötən
əsrin 70-ci illərində sovet sisteminin o za-
mankı tələbləri ilə uyğunlaşmayan təşəbbüs
irəli sürərək indiki Cəmşid Naxçıvanski adı-
na Hərbi Liseyi yaratması tarixi hadisədir.
Azərbaycan öz müstəqilliyini bərpa
etdikdən sonra, ölkəmiz yenidən erməni
təcavüzü ilə üzləşəndə analoqsuz bu xüsusi
təyinatlı təhsil ocağının nə qədər böyük
əhəmiyyət kəsb etdiyini, düşünülmüş bir
siyasət olduğunu hamı dərk etdi. Həqiqətən,
ulu öndərimizin yaratdığı bu məktəb olma-
saydı, mütəşəkkil Milli Ordumuz haqqında
danışmaq mümkün deyildi.
Azərbaycan Respublikasının Preziden-
ti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
cənab İlham Əliyev haqlı olaraq demişdir
ki, müasir mütəşəkkil ordunu yaratmaq
Heydər Əliyevin Azərbaycan xalqı qarşısın-
da ən böyük xidmətlərindən biri olmuşdur.
Bu gün Azərbaycanın güclü ordusu vardır.
Azərbaycan Silahlı Qüvvələri qarşısında
duran bütün vəzifələri həll etməyə qadir
ordudur.
Ulu öndərimiz dönə-dönə deyərdi
ki, Azərbaycan Respublikasının
təhlükəsizliyini və müdafiəsini təmin etmək
kimi müqəddəs vəzifəni yerinə yetirən
Milli Ordu bütün xalqın övladıdır və onun
formalaşmasına, inkişafına müntəzəm qayğı
və diqqət göstərmək dövlət təşkilatlarının,
yerli orqanların, özəl qurumların hər bir
Azərbaycan vətəndaşının borcudur.
Rayon icra hakimiyyətinin başçı-
sı demişdir ki, Qazaxın müdafiəsində
dayanan igid oğullarımız, bütün xalqımız
kimi hər bir qazaxlı da sizinlə fəxr edir:
“Siz gecəli- gündüzlü torpaqlarımızın
keşiyində ayıq-sayıq dayanırsınız. Düşmən
təxribatlarının qarşısını mərdliklə alır,
qətiyyətli hərəkətlərinizlə düşmənin layiqli
dərsini verirsiniz. Sizin sayənizdə bölgədə
sakitlikdir, əmin-amanlıqdır. İnsanlar
qurub-yaradır, əkin sahələri əkilib -becərilir,
başqa sözlə, həyat öz axarı ilə davam edir.
Hətta düşmənin beş metrliyində, daim atəş
altında yaşadıqlarına baxmayaraq, heç kim
öz yurd-yuvasını tərk etmir. Qazaxlılar
öz ordusuna inandıqları, ona güvəndikləri
kimi, əziz əsgərlər, siz də arxanızda
möhkəm dayanan xalqı görüb, daha da
ruhlanır, fərəhlənirsiniz. Bunu biz bilirik və
yüksək dəyərləndiririk.”
Daha sonra qeyd olunmuşdur ki,
qazaxlılar son illər ordu quruculuğunda
uğurla aparılan islahatları diqqətlə izləyir
və hər bir yenilik, hər bir uğurlu addım
onları ruhlandırır. Bəlkə də heç vaxt ordu
ilə xalq indiki kimi həmrəy, sarsılmaz
olmamışdır. Xalqla ordunun birliyi isə həm
xalqın qüdrətini artırır, həm də ordunu daha
da qüvvətli edir. Əminik ki, bu həmrəylik
bundan sonra da davam etdiriləcəkdir.
2016-cı ilin aprel döyüşləri qazaxlılara
da əsl qələbə sevincini yaşadıb. Həqiqətən
də aprel döyüşləri dövlətimizin, ordumuzun
gücünü, xalqımızın birliyini, həmrəyliyini,
vətənpərvərliyini göstərdi. Bu döyüşlər
zamanı təkcə Qazax rayonu 3 şəhid verdi.
Xalq şəhidlərini böyük izdihamla son
mənzilə yola saldı.
Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji
Hazırlıq və İctimaiyyətlə Əlaqələr
İdarəsinin rəisi, general-mayor Rasim
Əliyev çıxış edərək Azərbaycan Ordusu-
nun qüdrətindən, Silahlı Qüvvələrimizin
dünyanın müasir texnika ilə təmin olunmuş
ordularından biri olduğunu qeyd etdi. Bil-
dirdi ki, bu gün ordumuz işğal altında olan
torpaqlarımızı azad etməyə hər an hazırdır
və buna qadirdir.
R.Əliyev müdafiə nazirinin əmri ilə
təltif olunmuş bir qrup Qazax sakininə
xatirə mükafatlarını təqdim etdi. Müka-
fatlar Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşova, sərbəst güləş
üzrə Azərbaycan yığma komandasının baş
məşqçisi Firdovsi Umudova, Azərbaycan
Yazıçılar Birliyi Qazax zona filialının sədri,
Əməkdar incəsənət xadimi, şair Barat Vüsa-
la, Əməkdar müəllim Xatın Hüseynxanova-
ya, hərbi hissə komandiri Fuad Ələkbərova
təqdim olundu.
Sonra meydana çıxan xüsusi
təyinatlılar nəyə qadir olduqlarını nümayiş
etdirdilər. Silahlı Qüvvələrin mahnı və rəqs
ansamblının ifasında nümayiş olunan ədəbi-
bədii xoreoqrafik kompozisiya tədbirə
toplaşanlar tərəfindən alqışlarla qarşılandı.
Hərbiçilərin oxuduğu “Ordumuz qüru-
rumuz, xalqımız dayağımızdır” mahnısı
tamaşaçılarda böyük qürur hissi oyatdı.
“Ali Baş Komandanın hər bir əmrinə hər
an hazırıq” kompozisiyası öz mübarizliyi
və vətənpərvərlik hisslərinin aşılanması
nöqteyi-nəzərindən fərqləndi.
Qazaxlı milli qəhrəmanların meydana
gəlişi tamaşaçılarda kədər qarışıq bir qürur
hissi oyatdı. Aktyorların ifasında canlandı-
rılan milli qəhrəmanlardan Rafiq Alıcanov,
Əjdər Babayev, Şamoy Çobanov, Alı Mus-
tafayev, Firuddin Şamoyev, Aqil Musayev,
Mərifət Nəsibov səhnəyə gəldilər. Qaratel
Hacımahmudova səhnəyə çıxaraq igidləri
düşmən tapdağı altında olan Vətən torpaqla-
rını azad etməyə səslədi. Şair Barat Vüsal
“Yarama torpaq tökün” şeirini ifa etdi.
Hərbiçilərin ifasında səslənən “İlhamla
gedirik gələcəyə biz” mahnısı tədbir iştirak-
çıları tərəfindən alqışlarla qarşılandı.
Şəhid atasının dediyi “Lazım gələrsə,
döyüşə birinci mən gedərəm” sözləri izdi-
hamda böyük bir coşqu yaratdı. “Dalğalanır
ulu bayraq” mahnısının sədaları altında
Qazaxdakı N saylı hərbi hissənin yaranma-
sının 25 illiyi qeyd olundu. Bu münasibətlə
xidmətdə fərqlənən bir qrup əsgər və zabitə
Qazax Rayon İcra Hakimiyyətinin təsis
etdiyi “Qazaxın müdafiəsində xidmətlərinə
görə” medalları təqdim olundu.
Sonra Rəcəb Babaşov “Qazax – xidmət
etdiyim diyar” kitabının ilk nüsxəsini gene-
ral-mayor Rasim Əliyevə təqdim etdi. Qeyd
olundu ki, bu kitab Qazaxda hərbi xidmətdə
olan əsgərlərə veriləcəkdir.
Sonra Ali Baş Komandan, Prezident
İlham Əliyevin Aprel döyüşləri ilə əlaqədar
çıxışı monitor vasitəsilə təqdim olundu.
Tədbir Silahlı Qüvvələrin mahnı
ansamblının ifasında səslənən “Biz gedirik
Qarabağa” mahnısı ilə başa çatdı.
Tədbirdə Milli Məclisin deputatları
Ülviyyə Ağayeva, Xanhüseyn Kazımov, is-
tefada olan hərbçi, general-mayor Mahmud
Həmzəyev və başqaları iştirak etmişlər.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
ZAQATALA:
ölkəmizdə ilk Fındıq festivalı
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesablamalarına görə,
Azərbaycan fındıq istehsalı üzrə dünyada dördüncü ölkədir. Respublikamızda ildə
təqribən 35 min ton fındıq istehsal olunur. Azərbaycanda fındıq istehsalının böyük bir
hissəsi Zaqatala rayonunun payına düşür. Fındıqçılıq rayonun kənd əhalisinin əsas
qazanc mənbələrindən biri hesab olunur.
Rayonun kənd təsərrüfatı üçün ənənəvi
sahələrdən olan fındıqçılığın daha geniş təbliğ
edilməsi məqsədilə noyabrın 18-də Zaqatala rayo-
nunda ilk dəfə Fındıq festivalı keçirilmişdir.
Rayon icra hakimiyyətinin təşkilatçılığı,
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə
reallaşan festivalda respublikamızda fəaliyyət
göstərən xarici ölkə səfirliklərinin təmsilçiləri, o
cümlədən Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki
Katori, təşkilatçı qurumların rəsmiləri, Milli
Məclisin deputatları, həmçinin fındıq istehsalçıları
və ixracatçıları, rayon sakinləri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider
Heydər Əliyevin mədəniyyət və istirahət parkın-
da ucaldılan abidəsi önünə gül dəstələri düzüb,
xatirəsini ehtiramla anmışlar.
Dədə Qorqud meydanında keçirilən festival-
da qonaqlar bal şərbətindən və fındıqlı çörəkdən
dadmışlar.
Festivalın rəsmi açılış mərasimində Zaqa-
tala Rayon İcra Hakimiyyətinin başçısı Müba-
riz Əhmədzadə çıxış edərək, rayon sakinlərini
əlamətdar bayram münasibətilə təbrik etmişdir.
Bildirmişdir ki, Zaqatala bu gün respublikamız-
da ən sürətlə inkişaf edən rayonlardan biridir.
Rayonda fındıqçılığın çox böyük potensialı var.
Fındıqçılıq ötən əsrin ortalarından başlayaraq
rayonun kənd təsərrüfatında ənənəvi sahələrdən
birinə çevrilmişdir. Hələ 1929-cu ildə rayonda
keçmiş SSRİ məkanında yeganə olan fındıq emalı
zavodu fəaliyyətə başlamışdır. Zavodda istehsal
olunan fındıq və konserv məhsulları SSRİ-nin
bütün respublikalarına, həmçinin bir sıra Avropa
ölkələrinə ixrac edilirdi. 1932-ci ildə isə Zaqatala-
da ilk fındıqçılıq sovxozu yaradılmışdır.
Qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin
kənd təsərrüfatının ixrac potensialı yüksək
sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi
ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək
məqsədi ilə son illər Zaqatala rayonunda da yeni
fındıq bağlarının salınması istiqamətində davamlı
iş aparılır. Son iki ildə fındıq bağlarının ümumi
sahəsi 9 min 575 hektardan 17 min hektara çatdı-
rılmışdır. Ötən il Zaqatalanın emal müəssisələri
tərəfindən 91 milyon manat dəyərində fındıq
məhsulu ixrac olunub. Cari ildə isə fındıq ixracının
120 milyon manata çatacağı gözlənilir. 2017-ci ilin
10 ayı ərzində isə xarici ölkələrə 95 milyon manat
dəyərində fındıq məhsulu göndərilmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin turizm
şöbəsinin müdiri Aydın İsmiyev çıxış edərək,
respublikamızın müxtəlif bölgələrində ənənəvi
keçirilən belə festivalların rayonların turizm poten-
sialının təbliği baxımından mühüm rol oynadığını
diqqətə çatdırmışdır.
Sonra festival iştirakçıları bayramsayağı
bəzədilmiş meydanda fındıqdan hazırlanmış geniş
çeşiddə məhsulların sərgisi ilə tanış olmuşlar. Ən
gözəl fındıq xonçası, fındıqdan hazırlanmış əl işi,
ən gözəl fındıq geyimi, fındıqla bağlı ən zəngin
məlumat lövhəsi, fındıq ləpəsinin qısa müddətdə
ipə düzülməsi, ən qısa müddətdə fındığın qırıl-
ması, ləpənin təmizlənməsi və digər müsabiqələr
festival iştirakçıları tərəfindən böyük maraqla
qarşılanmışdır.
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri