90 Tarix və onun problemləri, №2 2013



Yüklə 74,59 Kb.

tarix14.12.2017
ölçüsü74,59 Kb.


250                                                          Ümummilli lider Heydər Əliyev – 

90 

Tarix və onun problemləri, № 2 2013 

 

 

FAZIL BAXŞƏLIYEV 

Bakı Dövlət Universitetinin dosenti 

E-mail: 


 baxsaliebfazil@yahoo.com

 

 



XIX ƏSRIN 70-90-CI ILLƏRINDƏ AZƏRBAYCAN SAHIBKAR KƏNDINDƏ 

KƏNDLI TƏSƏRRÜFATLARININ TƏBƏQƏLƏŞMƏSI 

 

Açar sözlər: kapitalist, inkişaf, kənd, Şimal 

Ключевые слова: капиталист, развитие, деревня, Северный 

Key words: capitalist, development, villaj, Nothern 

 

Azərbaycan sahibkar kəndində əmtəə-kapitalist münasibətlərinin yaranması və inki-

şafı əmlak təbəqələşməsi prosesinini gücləndirmiş və bunun nəticəsi olaraq kəndlilər yoxsul, 

ortabab və varlı kəndlilər kimi üç kateqoriyaya bölünmüşdür. Sahibkar kəndlilərin torpaqla 

təminatı  baxımından  təbəqələşmə  prosesinin  islahatdan  sonra  keçən  2-3  onillik  ərzindəki 

dəyişikliklər nəticəsində diqqət çəkən əsas yekunlarından biri təbəqələşmə prosesində ciddi 

və  ya  sıçrayışlı  dəyişikliklərin  baş  verməməsi  idi.  Varlı  sahibkar  kəndlilər  kateqoriyasına 

daxil  olanların  sayının  ən  çox  ortabab  kəndlilər  kateqoriyası  hesabına  çox  az  artması  fo-

nunda, onların istifadə etdikləri torpaq sahələrinin genişlənməsi diqqəti daha çox cəlb edən 

xüsusiyyətlərdən biri olmuşdur. 

  

Kəndli islahatının həyata keçirilməsi və bundan sonrakı illərdə Azərbaycanın kənd 

təsərrüfatında,  bütövlükdə  iqtisadiyyatda  yeni  kapitalist  münasibətlərinin  yaranması  və 

genişlənməsi  nəticəsində  sahibkar  kəndi  daxilində,  kəndli  təsərrüfatlarının  vəziyyətində 

baş vermiş  mühüm dəyişikliklərdən biri də sahibkar kəndliləri sırasında əmlak və sosial 

təbəqələşmənin  get-gedə  dərinləşməsi  idi.  XIX  əsrin 70-90-cı  illərində  daha  da  güclənən 

bu proses Azərbaycan sahibkar kəndi üçün xarakterik olan bir sıra cəhətlərin nəinki ara-

dan qaldırılması ilə nəticələnmədi, əksinə əmlak təbəqələşməsinin dərinləşməsilə bir sıra 

yeni problemlər yaratmış oldu. 

Həmin dövrdə dövlət kəndliləri üçün adi hal olan pay torpaqlarının vaxtaşırı yeni-

dən bölünməsinin sahibkar kəndi üçün xarakterik olmaması sonuncuda təbəqələşmə pro-

sesinin güclənməsi üçün daha əlverişli şərait yaradırdı. İslahata qədər müxtəlif baxımdan 

bir-birindən  o  qədər  də  fərqli  olmayan  sahibkar  kəndlilər  indi  bir-birilərindən  istifadə 

etdikləri  pay  torpaqlarının  sahəsi,  mal-qara  və  qoyunların  sayı,  kənd  təsərrüfatının  in-

ventarları  ilə  təminatı,  muzdlu  əməkdən  istifadə  etmək,  torpaq  icarəyə  götürmək,  hətta 

bir sıra yardımçı fəaliyyət sahələri ilə məşğul olaraq, əlavə gəlir əldə etmələri baxımından 

fərqlənməyə, əksər hallarda geri qalmağa və yalnız cüzi vəziyyətdə irəli getməyə başladı-

lar(1-s.94). 

Ola bilsin ki, islahatdan sonrakı Azərbaycan kəndində təbəqələşmə prosesinin güc-

ləndiyini sübut edən başqa proseslər, yaxud vəziyyətlər də mövcud olmuşdur (2-s.14). Di-

gər  tərəfdən,  təbəqələşmə  prosei,  xüsusilə  də  əmlak  təbəqələşməsi  Azərbaycan  sahibkar 

kəndinin digər rütbü olan mülkədar və digər xüsusi mülkiyyət kateqoriyalı torpaq sahib-

ləri arasında da baş vermişdir. 

Azərbaycan sahibkar kəndində baş verən təbəqələşmə prosesinin gedişini yuxarıda 

bəhs edilən bir sıra əlamətlərinin hamısı əsasında izləmək və təhlil etmək əksər hallarda 



Ümummilli lider Heydər Əliyev – 

90

                                                   251 

Tarix və onun problemləri, № 2 2013 

 

 

mümkün olmadığı, əldə olunmuş rəqəmlərlə sahibkar kəndinə aid olan hissəsinin bəzən 

hətta  quberniyalardan  biri  üzrə,  ümumiləşdirilmiş  nəticələrə  gətirib  çıxarmağa  imkan 

vermədiyi üçün tədqiqatımızda ən çox, kənd təsərrüfatında əsas istehsal vasitələri sayılan 

torpaq,  mal-qaranın  sayı,  muzdlu  əməkdən  istifadə  və  torpaq  icarə  etmək  imkanları 

baxımından təhlil etmək daha asandır. 

İmperiyanın  digər  əraziləri  ilə,  xüsusilə  də  mərkəzi  quberniyalarla  müqayisədə 

Azərbaycan  sahibkar  kəndində  kəndlilərin  torpaqla  təminatı  məsələsinin  dəfələrlə  geri 

qaldığını  bilərək  məqalədə  bubarədə bəzi  konkret  rəqəmlər  verilmişdir.  Deməliyik  ki, 

məhz bu vəziyyət bir tərəfdən sahibkar kəndində təbəqələşmə prosesini sürətləndirir, di-

gər tərəfdən bu prosesdə əvvəllər ayrı-ayrıərazilərdə rast gəlinməyən yeni və fərqli xüsu-

siyyətləri müşahidə etməyi asanlaşdırırdı (9-s.165). 

Sahibkar kəndində əmlak təbəqələşməsi prosesinin nəticəsi olaraq kəndlilərin yox-

sul, ortabab və varlı kəndlilər kimi üç kateqoriyaya bölünməsinin əsasında, ilk olaraq on-

ların torpaqla təminatı məsələsinin dayandığını əsas götürərək, XIX əsrin sonu – XX əs-

rin əvvəllərində həyata keçirilmiş aqrar islahatlarda, həmçinin, statistik material və ilkin 

mənbə xarakterli digər məcmuələrdə bu kateqoriyaların müəyyən edilməsi zamanı hansı 

torpaq sahəsinin miqyasının əsas götürüldüyünü aydınlaşdırmaq tələb olunur (4-27). 

S.Avaliani,  N.Boqdanova,  O.Syomin,  V.Moçalov,  İ.Həsənov,  Ə.Umayev  və  bir 

çox  başqa  müəlliflərin,  demək  olar  ki,  hamısı  tərəfindən  qəbul  edilmiş  ümumi  olan  qə-

naətə əsasən 2 desyatinə qədər əkin torpağı olan kəndlilər yoxsul, 2-5 desyatin arası or-

tabab və 5 desyatindən yuxarı isə varlı kəndlilər hesab olunurdular. Bu fikir, əslində, ilk 

olaraq XIX  əsrə  aid  aqrar islahatların məzmununda ola  bilsin  ki, bir qədər konkret və 

dolayısı ilə də öz əksini tapmışdı. Belə ki, 1847-ci il və 1870-ci ilə aid aqrar qanunlarda 15 

yaşına çatmış hər bir kəndli kişinin 5 desyatin, suvarılan torpaqlarda isə 3 desyatin tor-

paqla təmin olunmasının nəzərdə tutulması da 5 desyatinə qədər torpaq sahəsinin zəruri 

yaşayış minumumu hesab edilməsinə, deməli, 5 desyatin əkin sahəsinin orta hədd sayıl-

masına işarə demək 

idi (5; 6). 

Ona  görə  də  Azərbaycan  sahibkar kəndində  gedən  əmlak və  sosial təbəqələşməsi 

prosesinin  əsas  sahələrindən  biri  sayılan  torpaqla  təminat  məsələsinin  araşdırılması  za-

manı yuxarıdakı bölgünü əsas götürməklə, bütün müşahidə, müqayisə və ümumiləşdirmə-

ləri müəyyən etməyə üstünlük vermişik. 

1886-cı il siyahıyalmanın nəticələrinə görə Azərbaycanda 64130 təsərrüfatda birlə-

şən  425831  sahibkar  kəndlisinin  istifadəsində  480639  desyatin  torpaq  sahəsi  olmuşdur. 

Bunlardan,  təxminən,  390  min  nəfəri  və  ya  92  %-i  57780  təsərrüfatda  (92  %)  birləşərək 

hər birinə, orta hesabla, 2 desyatinə qədər pay torpağı, 4479 təsərrüfatda (7,155%) birlə-

şən 30309 nəfərin (7,12 %) 2-5 desyatin arası, 861 təsərrüfatda birləşən (1,5 %) 5811 nəfə-

rin (1,5 %) 5 desyatindən yuxarı həddində torpaq sahəsi qeydiyyata alınmışdı. 

Halbuki eyni vaxtda 115237 təsərrüfatda birləşən dövlət kəndlilərin (786137 nəfər) 

istifadəsindəki  torpaq  sahəsi  olduğunu  bilərək  bunlardan  54990  təsərrüfatda  birləşən 

(47,3  %) 394100  kəndlinin  (50  %)  orta  hesabla  2  desyatinə  qədər  pay  torpağına  malik 

olduğunun şahidi oluruq (7-s.34). 

Göründüyü kimi, sahibkar kəndində kəndlilərin çox böyük əksəriyyəti, yəni 92 faizi 

aztorpaqlı olduğu halda, dövlət kəndində bu göstərici təqribən 50 %-ə yaxın olmuşdur. 

Yenə  də  dövlət  kəndlilərinin  2-5  desyatin  arası  torpaq  sahəsindən  istifadə  edən 

hissəsinin 49284 (42,4 %) təsərrüfatda birləşərək cəmi 324572 nəfər (41,1 %) təşkil etdiyini 



252                                                          Ümummilli lider Heydər Əliyev – 

90 

Tarix və onun problemləri, № 2 2013 

 

müəyyənləşdirdikdən sonra bu göstəricinin də sahibkar kəndindəki eyni kateqoriyaya aid 

olan nəticələrdən (müvafiq olaraq 7,2 % kəndli və 7,15 % təsərrüfat) xeyli yüksək olması 

məlum olur. 

Dövlət və sahibkar kəndlilərinin təbəqələşmə dərəcəsi baxımından, təxminən, eyni 

vəziyyətdə olan, 5 desyatindən yuxarı torpaq sahəsindən istifadə edilməsi göstəriciləri bir-

birinə  bir  qədər  yaxşı  olmuşdur.  Yəni  ümumi  olaraq  67465  dövlət  kəndlisinin  (8,55  %) 

10963 təsərrüfatda birləşməsi (9,4 %) faktı söyləməyə əsas verir ki, təbəqələşmə baxımın-

dan sahibkar kəndlinin göstəriciləri dövlət kəndini ilk iki kateqoriyaya aid nəticələr üzrə 

xeyli qabaqlamışdır. 

Başqa sözlə desək, sahibkar kəndində 1,5 % varlı ya qolçomaq kəndli təsərrüfatla-

rının ixtiyarında olan torpaq sahəsi ilk kateqoriya daxil olan yoxsul kəndlilərin istifadə-

sindəki torpaqlardan bir qədər az, ortabab kəndli təsərrüfatlarının torpaqlarından təqri-

bən 2 dəfədən bir qədər az torpaq sahəsinin olduğu qeydə alınmışdır. 

Aşağıdakı  verilmiş  cədvəldə  Azərbaycan  kəndinin  hər  iki  hissəsində  təbəqələşmə 

üzrə  göstəricilərinin  1886-cı  il  siyahıya  almanın  nəticələri  əsasında  müqayisəsini  veririk 

(9-s.127-193). 

Sahibkar kəndi (cədvəl 1) 

s/s 

  

Kəndli 

kateqoriyaları 

Torpaqla təminatı 

Kəndlilərin 

sayı

 



Təsərrü-

fatların sayı

 

%

 



Yoxsullar 



2 desyatinə qədər 

390 min  

92 

57780 


92 

Ortabablar 



2-5 desyatin arası 

30309 


7,12 

4479 


7,15 

Varlılar 



5 desyatindən çox 

5811 


1,5 

861 


1,5 

Birlikdə 



425831 


64130 




  

Dövlət kəndi (cədvəl 2) 

s/s 


Kəndli 

kateqoriyaları 

Torpaqla təminatı 

Kəndlilərin 

sayı 



Təsərrüfatla-



rın sayı 



Yoxsullar 

2 desyatinə qədər 

394100 

50 


54990 

47,3 


Ortabablar 

2-5 desyatin arası 

234572 


41,1 

49284 


42,4 

Varlılar 



5 desyatindən çox 

67465 


8,55 

10963 


9,4 

Birlikdə 



786127 


115237 


 

Azərbaycan kəndi bütövlükdə (cədvəl 3) 

s/s. 

Kəndli 


kateqoriyaları 

Kəndlilərin 

sayı 



Təsərrüfat-



ların sayı 

Pay 



torpaq-

larının 


sahəsi 



Yoxsullar 

783811 


64,5 

112780 


63,6 

797774 


32,24 

Ortabablar 



354885 

29,22 


53763 

30,06 


1105620 

44,59 


Varlılar 

73276 

6,03 


11824 

6,31 


568408 

23,16 


Birlikdə 

1232182 

178367 



2471802 


 

Azərbaycan  sahibkar  kəndində  təbəqələşmə  baxımından  azlıq  təşkil  edən  varlı  – 



qolçomaq  kəndli  təsərrüfatları  olmuşdur  və  bu  göstərici  –  861  təsərrüfatda  (1,5  %) 

birləşən 5811 varlı qolçomaq kəndli (1,5 %) orta ümumi Azərbaycan və dövlət kəndi ilə 

müqayisədə son dərəcə aşağı olmuşdur (müvafiq olaraq 6,6 % və 9,4 %). 



Ümummilli lider Heydər Əliyev – 

90

                                                   253 

Tarix və onun problemləri, № 2 2013 

 

 

Kəndli islahatından sonrakı onilliklərin hamısında sahibkar kəndində təbəqələşmə 

prosesini ardıcıl izləmək heç də həmişə mümkün olmamışdır. Belə ki, 1886-cı il və 1897-ci 

illərdə keçirilmiş siyahıalmaların gedişində kəndlilərin müxtəlif təbəqələrinin və Azərbay-

can kəndinin hər iki hissəsinin müxtəlif kateqoriyalar üzrə torpaqla təminatını müəyyən 

etməyə və geniş təhlillər aparmağa imkan verən çoxlu statistik rəqəmlər əldə etmək müm-

kün  olmuşdursa,  lakin  sonrakı  onilliklərdə  kəndlilər  arasında  təbəqələşmənin  gedişini 

yalnız varlı-qolçomaq kəndli təsərrüfatları daxilində gedən dəyişikliklər əsasında izləmək 

mümkün olmuşdur. Bu prosesin izlənilməsi və təhlillərimiz ən çox varlı sahibkar kəndli-

lərin  indii  öz  torpaqlarından  başqa  mülkədar  və  bəylərə  məxsus,  habelə  dövlət  kəndinə 

daxil  olan  torpaq  sahiblərini  icarə  etməsi  və  bir  də  öz  təsərrüfatları  daxilində  muzdlu 

əməkdən  istifadə  etmələri  zamanı  qeydə  alınmış  rəsmi  statistik  göstəricilərə  əsasən  apa-

rılmışdır. 

Sahibkar kəndlilərin torpaqla təminatı baxımından təbəqələşmə prosesinin islahat-

dan sonra keçən 2-3 onillik ərzindəki dəyişikliklər nəticəsində diqqət çəkən əsas yekunla-

rından biri təbəqələşmə prosesində ciddi və ya sıçrayışlı dəyişikliklərin baş verməməsi idi. 

Varlı sahibkar kəndlilər kateqoriyasına daxil olanların sayının ən çox ortabab kəndlilər 

kateqoriyası  hesabına  çox  az  artması  fonunda,  onların  istifadə  etdikləri  torpaq  sahələ-

rinin genişlənməsi diqqəti daha çox cəlb edən xüsusiyyətlərdən biri olmuşdur. 

Varlı  sahibkar  kəndlilər  Azərbaycanın  müxtəlif  qəzalarında  əkinə  yararlı  torpaq-

ların ən yaxşı hissəsini saxlamaqla bərabər Kəndli Əsasnaməsinin pay torpaqlarının yal-

nız ödəncəməliyyatlarından sonra xüsusi mülkiyyətə çevrilməsinə imkan verməsi qaydası, 

bununla  əlaqədar  yaranan  çətinliklərdən  istifadə  edərək  müxtəlif  yollarla,  ilk  növbədə 

satınalma, sonra icarəyə götürmə, bəzən də həmkəndlilərinin və dövlət kəndinə daxil olan 

torpaqların zorla, özbaşına tutulması yolu ilə ilbəil öz torpaq sahələrini genişləndirməyə 

nail olurdular. 

Ümumiyyətlə  isə  sahibkar  varlı  kəndli  kateqoriyasına  daxil  olan  kəndlilərin  öz 

torpaq sahələrinin genişləndirilməsi üçün istifadə etdikləri vasitə geniş miqyasda olmasa 

belə, qonşu həmkəndlilərinin pay torpaqlarının satın alınması idi. Statistik məlumatlara 

görə  1880-ci  illərdə  Naxçıvan  qəzası  da  daxil  olmaqla  2  Azərbaycan  quberniyasında 

1538,  o  cümlədən  Yelizavetpol  quberniyasında  1114, Bakı  quberniyasında  26  kəndli  tə-

sərrüfatının xüsusi mülkiyyət təşkil edən torpaq sahəsi olmuşdur. XIX əsrin sonuna kimi 

sahibkar kəndlilərin öz pay torpaqlarını ödənc yolu ilə satın almaq imkanlarının hədsiz 

dərəcədə məhdud olması ilə əlaqədar bu rəqəm çox az dəyişmiş və həmin vaxt sahibkar 

kəndlilərinə,  ortabab  və  varlı  kəndli  kateqoriyaları  üzrə,  18  min  desyatindən  bir  qədər 

çox torpaq sahəsi olmuşdur (6-s.67; 8-s.46). 

Sahibkar kəndlilərin təbəqələşmə baxımından ikinci kateqoriyasının qismən, üçün-

cü kateqoriyaya aid  olanların müəyyən hissəsinin bəhs etdiyimiz yollarla torpaq sahələ-

rini  genişləndirmək  imkanlarına  nail  olmadıqlarındansahibkar  kəndində  yaşayanların, 

təqribən,  92  %-dən  çoxu  bu  cür  imkanlardan  məhrum  olması  bir  yana  qalsın,  Kəndli 

əsasnaməsinin müəyyən etmiş olduğu «kəsiklərin» lərin geri qaytarılması, ən çox isə sa-

hibkar kəndli ailələri daxilində təbii artımın baş verilməsi səbəbəindən 2 desyatinə qədər 

pay  torpağına  sahib  olma  və  ya  ondan  istifadə  etmə  səviyyəsi  ilbəil  aşağı  düşməkdə  idi. 

Hətta əksər qəzalarda və kəndlərdə bu rəqəm – göstərici 0,5 desyatindən də aşağı düşürdü. 

Azərbaycan sahibkar kəndi daxilində təbəqələşmə prosesində 1912-1913-cü illərin 

yeni  aqrar  qanunlarının  qəbul  edilməsinə  qədər  məhz  torpaq  sahələrinin  satın  alınması 




254                                                          Ümummilli lider Heydər Əliyev – 

90 

Tarix və onun problemləri, № 2 2013 

 

prosesinin təkanverici amil olması heç bir halda şübhə doğurmamış və bu cəhət o dövrün 

quberniya  müstəmləkə  idarəçilik  orqanlarının  əməkdaşlarının  iştirakı  ilə  hazırlanmış 

müxtəlif hesabat və statistik materiallarında da öz əksini tapmışdır. İ.Seqal, O.Syomin və 

bir  çox  başqaları  hətta  Şimali  Azərbaycan  sahibkar  kəndindəki  təbəqələşmə  prosesinin 

sürətinin,ən çox da kəndlilərin torpaqla təminatı və pay torpaqlarının xüsusi mülkiyyətə 

çevrilməsi  baxımından,  imperiyanın  mərkəzi  qaraporpaq  və  digər  quberniyaları  ilə 

müqayisə edərək Şimali Azərbaycan kəndində bu prosesin xüsusilə yüksək rəsmlərə malik 

olduğunu qeyd etmişdilər (10-s.57; 11-s.24). 

Azərbaycan sahibkar kəndində kəndlilərin, təqribən 9/10 hissəsindən çoxunun cüzi 

torpaq  təminatı vəziyyətində  olması  haqqında  ətraflı  şəkildə  bəhs  etdiyimiz  üçün  belə 

kəndlilərintorpaq sahələrini ağır şərtlərlə icarəyə götürmələri hallarına tez-tez rast gəlmək 

olurdu.  İslahatdan  sonrakı  onilliklərdə  sahibkar  kəndlilərin  hər  üç  kateqoriyaya  daxil 

olanların müxtəlif dərəcədə torpaq sahələrini, xüsusilə də yaylaq və qışlaq torpaqlarını, az 

saydaolsa da, əkinə yararlı torpaq sahələrini icarəyə götürmələri haqqında faktlar çoxdur. 

 

ƏDƏBİYYAT 

 

1.С.Л.Авалиани. Крестьянский вопрось в Закавказье. Т. IV ., Издательство Тбилисского 



Государственного Университета. Tифлис, 1920 г. 235с.  

2.Аргутинский-Долгоруков А.М. История сооружения и эксплуатации Закавказской 

железной дороги за двадцать пять лет ее существования (1871-1896 гг.) Тифлис, 1896, 

682 с. 


3.Богданова Н.Г. Аграрные отношения в Азербайджане в 1870-1917 гг. Ист.зап., 

Москва. 1941, № 2. 

4.Т.Т.Вялийев.XX яср Азярбайъан тарихи. I ъилд.Бакы.Тящсил няшриййаты.2009.560 с.  

5.Г.Н.Гасанов. Из истории Североазербайджанской деревни в конце XIX – начале XX 

вв. Изд-во Тахсил. Баку 2007. 224с. 

6.Сборник сведений о Елизаветпольской губернии. Типография т-ва «Вереичев и Ка-

менмахер»., Тифлис, 1902.164 s. 

7.Сборник статических данных о землевладении и способах хозяйства в пяти губерниях 

Закавказского края. Тип. М.Шарадзе. Тифлис, 1899 г., 841 с. 

8.Сборник сведений по Бакинской губернии. Баку. Типография Губернского Правления. 

Тифлис, 1911, 265 с. 

9.Сведения о числе крестьян, живущих на владельческей земле в губерниях: Бакинской, 

Елизаветпольской и Ереванской с показанием количества десятин земли находящейся в 

наделе или пользования у названных крестьян, а также размеров и виды повинностей, 

уплачиваемых крестьянами за эти земли. Тифлис, Типография Губернского Правления, 

1893, 538 s. 

10.И.Л.Сегаль.Крестьянское землевладение в Закавказье.Tифлис.1912 г.,155 с. 

11.О.Семинь. Великая годовщина:Аграрный вопрос и крестьянская (крепостная) 

реформа на Кавказе. Издательство «Вся Россия». Киев, 1911 г., 166 с. 

 

 



 

 

 


Ümummilli lider Heydər Əliyev – 

90

                                                   255 

Tarix və onun problemləri, № 2 2013 

 

 

ФАЗИЛЬ БАХШАЛИЕВ 

доцент Бакинского Государственного Университета 

 

РАССЛОЕНИЕ КРЕСТЬЯНСТВА ВО ВЛАДЕЛЬЧЕСКОМ ДЕРЕВНЕ 



СЕВЕРНОГО АЗЕРБАЙДЖАНА В 70-90-X ГОДАХ ХIХ ВЕКА 

В статье излагается основные вопросы связанные с расслоением крестьянства де-

ревне  и  крестьянским  землепользованием  во  владельческом  деревне  Азербайджана 

после крестьянской реформы. Указывается, что малозмелья и безземелья крестьянь по-

служили причиной образования и углубления расслоения в среди крестьян помещиков. 

Приводиться многие цифры и факты о положении трех категорий крестьнь по отдель-

ным  уездам  двух  губерний.  Сведения  о  числе  владельческих  крестьян,  живущих  на 

земле с показанием количества десятин земли находящейся в наделе или пользования у 

названных крестьян, а также размеров и виды повинностей, уплачиваемых крестьянами 

за эти земли, подробно описывает условия жизни крестьян. 



 

FAZİL BAKHSALİYEV 

Associate Professor of Baku State University 

  

70-90-th OF THEXIXCENTURU THE STRATIFIKASION 



OF THE PEASANTSIN THE AZERIBAIJAN RURAL ENTREPRENEURS 

 

The article describes all the changes in the formation of capitalist relations in the 



possessory village of Northern Azerbaijan. It in indicated that not only the landlords and 

backs, but also their peasants began producing different products on their farms, more 

and more. Landowners of Northern Azerbaijan, gradually lost their former hands, gave 

their land to rent to different people began to conduct their farms themselves in the new 

capitalist  rules.  The  process  of  selling  and  planting  of  the  landed  estates  in  the  banks. 

Underwent  landlords  and  backs  resorted  to  the  use  of  hired  labor  on  their  farms  very 



often. 

 

 



Rəyçilər:t.e.n. A.Cəlilov, t.e.d.R.C.Süleymanov 

BDU-nun Slavyan ölkələri tarixi kafedrasının 22 noyabr 2012-cü il tarixli iclasının qərarı ilə 

çapa məsləhət görülüb (protokol №3).

 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə