90 Tarix və onun problemləri, №2 2013



Yüklə 77,74 Kb.
Pdf görüntüsü
tarix23.01.2018
ölçüsü77,74 Kb.
#22129


362                                                         Ümummilli lider Heydər Əliyev – 

90 

Tarix və onun problemləri, № 2 2013 

 

 



ŞƏBNƏM HACIYEVA 

Bakı Dövlət Universiteti, Tarix 

fakültəsinin əməkdaşı 

Dissertant 

E-mail: shabnam-haciyeva@rambler.ru 

 

TÜRKİYƏ-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİNDƏ AZƏRBAYCAN AMİLİ 

 

Məqalə «Universitetdaxili 50+50 qrant proqramı» 

layihəsi çərçivəsində hazırlanmışdır 

 

Açar sözlər: Azərbaycan, Türkiyə, münaqişə 



Ключевые слова: Азербайджан, Турция, конфликт 

Key words: Azerbaijan, Turkey, conflict 

 

Ermənistan-Azərbaycan  Dağlıq  Qarabağ  münaqişəsi  başlayandan  Türkiyə  hər  zaman 



Azərbaycanın müttəfiqi kimi çıxış etmişdir. Azərbaycanın Ermənistan tərəfindən təcavüzə mə-

ruz  qaldığı  bir  dövrdə  Türkiyə  kimi  təbii  müttəfiqə  böyük  ehtiyacı  vardır.  Azərbaycanın  da 

Türkiyənin  xarici  siyasətində  əlahiddə  yeri  vardır.  Bu  yerin  özünəməxsusluğu  Azərbaycan 

əhalisinin etnik–mədəni qohumluğu, ölkəmizin coğrafi və geostrateji mövqeyi, habelə geosi-

yasi üstünlükləri ilə bağlıdır.

 

Türkiyə-Ermənistan  münasibətlərinin  pisləşməsinə  səbəb  Ermənistanın  Azərbaycana 



təcavüzünə  etiraz  olaraq  və  ermənilərin  “soyqırım”  iddiaları  səbəbi  ilə  Türkiyənin  Ermənis-

tanla sərhədlərini bağlaması olmuşdur. 

Azərbaycan  və  Türkiyənin  ortaq  problemi  olan  ermənilərdən  danışarkən  ilk  növbədə 

ermənilərin əsl tarixi məsələsinə diqqət yetirmək zərurəti meydana çıxır. Son iki əsrdə erməni-

lər havadarlarının köməyi ilə böyük köç halında indiki Qafqaza, Şimali və Qərbi Azərbaycan 

ərazisinə  köçürülmüş,  özlərinə  yer  elədikdən  sonra  yerli  əhalini  “yuxarıların”  köməyi  ilə  sı-

xışdırmış,  Azərbaycan  torpaqları  hesabına  “Ermənistan  dövləti”  yarada  bilmiş  və  beləliklə 

“türksüz ermənistan” yaratmağa nail olmuşlar. Qara dəniz, Aralıq və Xəzər dənizi arasındakı 

əfsanəvi  “Böyük  Ermənistan”  xülyasını  ermənisayağı  üsulla  zaman-zaman  gerçekləşdirmək 

məqsədilə vahid proqram əsasında fəaliyyət göstərirlər. 

Ermənistanın  Azərbaycan  və  Türkiyəyə  qarşı  məkrli  siyasətinin  tarixi  kökləri  erməni 

tarixinin bəzi məsələlərini nəzərə almağı zəruri edir. Bu təcavüzkarlıq siyasəti erməni tarixinin 

mahiyyətindədir. Məhz buna görə də beynəlxalq və daxili vəziyyətin imkan verdiyi tarixi şə-

rait yaranan kimi ermənilər xəyanətkar niyyətlərini reallaşdırmaq üçün bütün vasitələrdən isti-

fadə etmişlər. "Erməni məsələsi" adlandırılan məsələnin meydana gəlməsini də təsadüfi hesab 

etmək olmaz. Çünki "Qarabağ məsələsinə" “erməni məsələsi”nin bir hissəsi kimi baxılmalıdır. 

"Erməni məsələsi" isə “Şərq məsələsi”nin bir hissəsidir. Rusiyanın Şərq siyasətinin çox dərin 

və tarixi kökləri vardır. 

Rusiyanın xarici siyasətinin ana xəttinə çevrilən “Şərq məsələsi” XVIII əsrin II yarısın-

da  rəsmən  daxil  edildi  və  beynəlxalq  münasibətlər  sisteminə  bir  problem  kimi  əlavə  olundu. 

Beləliklə,  XVIII  əsrin  sonlarından  etibarən  “Şərq  məsələsi”  rəsmi  ideoloji  və  diplomatik  bir 

problemə çevrilir. “Şərq məsələsi”ni Rusiya, İngiltərə, Fransa və Avstriya dövlətləri yaratmış-

dılar. Ancaq başlıca maraqlı tərəflər Rusiya və İngiltərə idi. 



Ümummilli lider Heydər Əliyev – 

90                                                

363

 

Tarix və onun problemləri, № 2 2013 

 

Rusiya  imperatoru  I  Pyotr  xarici  siyasət  məsələlərini  işləyib  hazırlayarkən  Boğazlar 



məsələsinə, isti dənizlər  məsələsinə, İstanbulun ələ keçirilməsinə və  bütövlükdə “Şərq  məsə-

ləsi”nə xüsusi diqqət verirdi ki, bu  məsələnin öz xeyrinə  həllində erməniləri  öz tərəfinə çək-

mək üçün yollar axtarırdı. Bilirdi ki, erməniləri vədlər hesabına ələ almaq çox asandır.  

“Şərq məsələsi”nin əsas hədəfi orta əsrlərin ən qüdrətli dövləti olan Osmanlı imperator-

luğuna qarşı çevrilmişdir. Xüsusilə XIX yüzilliyin ortalarında baş verən Krım müharibəsində 

Osmanlı dövlətinin tarixi qələbəsi həm Şərqdə, həm də Avropada qüvvələr nisbətini Türkiyə-

nin  xeyrinə  xeyli  dəyişdi  və  Vyana  konqresindən  sonra  dövlətlər  arasında  yaranmış  balansa 

ciddi  təsir  göstərdi.  Bu  nisbət  Rusiyanın  xarici  siyasət  nüfuzuna  zərbə  vurdu,  beləliklə  Bal-

kanlarda üstün hüquqlarından məhrum edildi.  

“Şərq məsələsi”ni ərsəyə gətirənlər onun həlli üçün müxtəlif yollar axtarırdılar. Bu ba-

xımdan  Rusiya  və  Qərb  dövlətləri  öz  mənafelərinə  uyğun  olan  “Kipr  problemi”ni,  “erməni 

məsələsi”ni  gündəmə  gətirmişlər.  Onların sırasında “erməni  məsələ”si daha çox qabardılaraq 

beynəlxalq  problemə  çevrilmişdir.  “Şərq  məsələsi”nin  tərkib  hissəsi  olan  “erməni  məsələ-

si”nin meydana gəlməsi guya ki, onların Türkiyədə və Azərbaycanda acınacaqlı durumları ilə 

əlaqədar idi.  

V.Qurko Kryajin Böyük sovet Ensiklopediyası üçün yazdığı “erməni məsələsi” məqa-

ləsində “erməni məsələsi”ni “Şərq məsələsi”nin bir hissəsi adlandırmaqla, “erməni məsələsi”-

nin mahiyyətinə iki nöqteyi-nəzərdən baxılmasını zəruri hesab edir: “Zahiri mahiyyət: böyük 

dövlətlər Türkiyəni daha asanlıqla istismar etməkdən ötrü onun mərkəzdənqaçma qüvvələrini 

gücləndirməyə, beləliklə, ölkəni zəiflətməyə çalışırdılar. Daxili mahiyyət: öz burjuaziyasının 

rəhbərliyi  altında  ermənilər  milli  müqəddəratın  müstəqil  təyin  edilməsi  uğrunda,  elə  siyasi-

iqtisadi amillər əldə olunması uğrunda mübarizə aparırdılar ki, bu amillərin təsiri altında bur-

juaziya sərbəst inkişaf edə bilsin” (1.s.51). 

“Erməni məsələsi”nin zəmini hələ XVIII əsrdə, Konstantinopolun maliyyə aristokrati-

yası erməni millətinə rəhbərlik etməyə başlayanda yaranmışdır. Beləliklə, sırf iqtisadi zəmində 

kəskinləşən Erməni məsələsi "böyük dövlətlərin" – Rusiyanın və İngiltərənin faciəli müdaxi-

ləsi nəticəsində daha da mürəkkəbləşdi. Rusiya ticarət-sənaye kapitalının Qara dənizi, Bosforu 

və Dardaneli zəbt etmək səyi "xristianları müsəlman Türkiyəsinin zülmündən xilas etmək uğ-

runda mübarizə" şüraları ilə pərdələnirdi; milli-siyasi müqəddəratı müstəqil təyin etmək məq-

sədi  ilə  bu  şüarlardan  istifadə  edəcəyinə  ümid  bəsləyən  erməni  burjuaziyasının  əksəriyyəti 

nəinki  özü  Rusiya  istiqamətini  götürdü,  üstəlik,  Türkiyə  Ermənistanı  erməniləri  arasında  hə-

min istiqamətdə təşviqat aparmağa başladı. Bu mövqe Türkiyə hökumətinin erməni burjuazi-

yasına  münasibətini kəskin şəkildə  dəyişdi, halbuki 1877-ci il  müharibəsinədək hökumət er-

məni burjuaziyasını nəinki təqib eləmirdi, əksinə, hətta adlı-sanlı ermənilərin böyük dövlət və-

zifələri tutmalarına şərait yaradırdı. Türkiyə ilə sülh şərtlərinin müzakirəsi zamanı Rusiya er-

mənilərinin Qafqaz canişini böyük knyaz Mixail Nikolayeviçə məktub göndərməsi və patriarx 

Nerses  başda  olmaqla  Türkiyə  ermənilərinin  rəsmi  müraciət  etməsi  -  onların  Rusiyadan  kö-

mək  istəməsi  bu  münasibətləri  daha  da  kəskinləşdirdi.  Rusiya  həmin  müraciətdən  istifadə 

edərək San-Stefano sülh müqaviləsinə 16-cı paraqrafı saldı. Bu paraqrafa görə Türkiyə erməni 

vilayətlərində dərhal lazımi islahatlar keçirməli idi, həmin iş görülənədək rus qoşunları Asiya 

Türkiyəsində işğal etdikləri torpaqları öz əllərində saxlamaqda davam edirdilər. 

Çar Rusiyasının "özlərini onun himayədarlığına vermiş ermənilərin yaşadığı dağlıq əra-

zilərə möhkəm qədəm basmaq" cəhdi Yaxın Şərqdəki əsas rəqibi – İngiltərə tərəfindən qətiy-

yətlə  dəf  edildi.  Berlin  Konqresində  İngiltərə  göstərilən  16-cı  paraqrafın  yeni  maddə  (Berlin 

Traktatının 61-ci maddəsi) ilə əvəz edilməsinə nail oldu. Bu maddə Türkiyə hökumətinin er-



364                                                         Ümummilli lider Heydər Əliyev – 

90 

Tarix və onun problemləri, № 2 2013 

 

məni əyalətlərində lazımi islahatlar keçirməyə borclu olduğunu təsdiq edirdi, lakin həmin  is-



lahatların keçirilməsi üzərində nəzarəti təklikdə Rusiyaya yox, Berlin Konqresinin iştirakçısı 

olan altı böyük dövlətdən ibarət "birliyə" verirdi.  

Böyük dövlətlərin maraqları əsasında ortaya çıxan “erməni məsələsi”nin başlıca mahiy-

yəti  belədir  ki,  ermənilər  sübut  etməyə  çalışırlar  ki,  guya  Şərqi  Anadolu  ermənilərin  ana  və-

tənləridir, onlar burada əhalinin çoxluğunu təşkil edirlər və 1915-ci ildə Osmanlıda ermənilə-

rin köçürülməsi deyil, qətliamı baş vermişdir. Məsələnin əsl mahiyyəti isə bundan ibarətdir ki, 

Qərbi  Avropa  ölkələri  və  Rusiya  xarici  siyasət  strategiyasında  üstünlüyü  ələ  keçirmək  üçün 

XIX əsrin sonu, XX əsrin əvvəllərində “erməni məsələsi”dən istifadə edirdilər. Öz növbəsində 

Rusiya  hakim  dairələri  Balkanlarda  və  Şərqdə  üstünlüyü  ələ  almaq  üçün  “erməni  məsələsi” 

deyilən kartdan istifadə edir və hətta Türkiyə torpaqlarında “Türkiyə Ermənistanı”  yaratmağı 

vəd edirdilər. Bu vəddən həvəsə düşən ermənilər Türkiyə vilayətlərində qanlı aksiyalar törət-

məyə, Birinci Dünya müharibəsi başlanan kimi öz planlarını həyata keçirməyə başladılar. Er-

mənilər sürətlə silahlanır və türk kəndlərini amansızcasına  yandırır, əhalini faciəli şəkildə qı-

rırdılar.  1915-ci  ilin  martında  Vanda  erməni  üsyanı  başlandı,  ermənilər  3  min  nəfərdən  çox 

türkün üzərinə benzin tökərək yandırdılar, Van vilayəti ermənilərin əlinə keçdi. 

Ancaq erməni silahlı dəstələrinin türklərə vurduğu ağır zərbələr və günahsız türk əhali-

sinin kütləvi məhv edilməsi, habelə ermənilərin yaşadıqları bu dövlətə xəyanəti Türkiyə döv-

lətini ciddi qərarlar qəbul erməyə məcbur etdi. Buna görə də 1915-ci il 24 apreldə Türkiyənin 

daxili işlər naziri Tələt paşa  İstanbul və  digər şəhərlərdə  erməni komitələrinin təcili  bağlan-

ması və millətçi erməni rəhbərlərinin həbsi və sənədlərinin müsadirəsi haqqında əmr verdi və 

600 nəfər həbs edildi. Bundan sonra 1915-ci il mayın 30-da döyüş bölgəsində yerləşən ermə-

nilərin  daha  təhlükəsiz  yerlərə  köçürülməsi  barədə  çox  ədalətli  və  humanist  bir  fərman  da 

verildi (2.s.104-105). 

1916-cı ilin aprelinə qədər rusların və ermənilərin birləşmiş ordusu Şərqi Anadolunun 

böyük bir hissəsini – Trabzonu, Ərzurumu, Maşı, Bitlisi, Vanı ələ keçirdilər. İngilislər Qarsı 

işğal  etmiş,  fransızlar  isə  Adananı  və  Kilikiyanı  tutmuşdular.  Osmanlı  dövləti  1918-ci  ildə 

Türkiyə üçün ağır nəticələnən Mudros müqaviləsi ilə cahan müharibəsindən çıxdı. Və nəhayət 

1923-cü  ildə  Osmanlı  dövlətinin  tarixində  Atatürkün  rəhbərliyi  ilə  siyasi  zəfər  olan  Lozanna 

müqaviləsi imzalandı, nəticədə əcnəbi hökmranlığının bütün əsasları məhv edildi. Ən mühü-

mü isə bu müqavilədə ermənilərə aid heç bir maddə nəzərdə tutulmamışdır. Erməni daşnakları 

və  təbliğatçıları  dəfn  edilmiş  “erməni  məsələsi”ni  XX  yüzilliyin  80-ci  illərinin  ortalarında 

başqa bir adla – “Qarabağ problemi” adı ilə yenidən meydana atdılar. “Qarabağ problemi”nin 

ortaya  atılmasında  Mərkəzin də  xüsusi  maraq dairəsi olmuşdur. SSRİ tərəfindən  qızışdırılan 

“Qarabağ  problemi”  on  minlərlə  günahsız  insanların  kütləvi  məhvinə,  yüzminlərlə  insanın 

qaçqına çevrilməsinə, minlərlə şəhər və kəndin məhvinə, milyardlarla maddi ziyanlara, analo-

qu olmayan mənəvi sarsıntılara səbəb olmuşdur. 

Qədim və zəngin tarixə, strateji mövqeyə və münbit əraziyə malik olan Azərbaycan ta-

rix boyu böyük dövlətlərin diqqət mərkəzində olmuşdur. Özünün coğrafi mövqeyinə görə Qaf-

qazın  geostrateji  bölgəsində  yerləşən  və  tarixən  Şərq  ilə  Qərbin,  Şimal  ilə  Cənubun  mərkə-

zində dayanan Azərbaycan Avroasiya məkanında mühüm ticarət mərkəzlərindən biri idi. Belə 

qiymətli  xəzinəni  ələ  keçirməkdə  maraqlı  olan  dövlətlər  erməni  kartından  istifadə  etmişlər. 

Nəticədə tarixi ədalətsizliyə yol verən və Azərbaycan xalqının iki yerə parçalanmasını reallaş-

dıran Gülüstan və Türmənçay müqavilələri böyük faciələrə səbəb oldu. Türkmənçay müqavi-

ləsinin 15-ci bəndinə uyğun olaraq xaricdə yaşayan ermənilərin Qafqaza, xüsusilə Azərbaycan 

torpaqlarına köçürülməsi işinə başlanıldı. 1818-1830-cu illərdə İrandan 40 min, Türkiyədən 84 



Ümummilli lider Heydər Əliyev – 

90                                                

365

 

Tarix və onun problemləri, № 2 2013 

 

mindən çox erməni Zaqafqaziyaya köçürüldü. Köçürülən ermənilər isə yerli azərbaycan əhali-



sini  getdikcə  sıxışdırmağa  başladı.  Rusiya  imperatoru  I  Nikolay  ermənilərin  köçürülməsinə 

nəinki şərait yaratdı, həm də 1828-ci ildə tarix boyu erməni siyasətçilərinin arzusunda olduğu 

“erməni vilayəti”nin yaradılması haqqında fərman verdi. Həmin fərmana görə İrəvan və Nax-

çıvan xanlıqları ləğv edildi, tarixi Azərbaycan torpaqları olan İrəvan və Naxçıvan xanlıqları və 

Ordubad dairəsi hesabına “Erməni vilayəti” yaradıldı. Beləliklə də ermənilər azərbaycanlılara 

qarşı təcavüzkarlıq və terror siyasətlərini davam etdirmək üçün daha böyük fürsət əldə etdilər. 

Ermənilər terror əmliyyatlarına 1896-cı il avqustun 26-da başlamış və bu günə qədər on 

minlərlə türk-müsəlman soydaşlarımızı məhv etmişlər (3.s.49). Ermənilər XX yüzillikdə türk-

müsəlman  xalqına  qarşı  1905-1906-cı  illərdə,  1917-1920-ci  illərdə,  1948-1953-cü  illərdə, 

1988-1993-cü  ilərdə  soyqırımlar  törətmişlər.  Və  nəhayətində  “Qarabağ  problemi”  məsələsini 

gündəmə gətirərək qədim Azərbaycan torpaqlarının 20%-ni işğal ediblər.  

Dağlıq Qarabağ probleminin kökləri qədimə, daha doğrusu XVIII əsrə qədər uzanır və 

daha qədimə getmir. Çünki ermənilər Qarabağda farsların məqsədyönlü fəaliyyəti nəticəsində 

İran  yaylası  və  Anadoludan  köçürülərək  məskunlaşdırılmışlar.  Tədricən  çoxalan  ermənilər 

ərazi iddiası ilə də çıxış etdilər. Hələ Qarabağ xanlığı dövründə onlar separatçı fəaliyyət göstə-

rərək xanlığa xarici qüvvələrin yürüşlərini təşkil edirdilər. Qarabağ xanlığı Rusiya tərəfindən 

işğal olunduqdan sonra buraya, həmçinin İrəvan, Naxçıvan ərazilərinə ermənilərin köçürülmə-

si  intensivləşdi.  Hətta  Türkmənçay  müqaviləsinə  bu  prosesi  rəsmiləşdirən  bəndlər  də  daxil 

edildi.  XX  əsrin  əvvəllərindən  isə  ermənilər  Qarabağ,  İrəvan  və  Naxçıvan  torpaqlarına  real 

iddialarla  çıxış  etdilər,  İran  və  Rusiyadan  güclü  dəstək  gördülər.  1918-ci  ildə  bu  məqsədlə 

Azərbaycanın hər  yerində soyqırım törədildi. Məqsəd "Dənizdən Dənizə Böyük Ermənistan" 

yaratmaq idi. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra qədim türk-Azərbaycan tor-

pağı  İrəvanın  təzyiqlər  nəticəsində  ermənilərə  güzəştə  gedilməsi  ilə  zahirən  hər  şey  düzəldi. 

Sovetlər dövründə Zəngəzur və Göyçə də ermənilərə verildi. Beləliklə Rusiya və İran nəinki 

öz məqsədinə çataraq Türkiyə və Azərbaycanı ayırdı, həmçinin Naxçıvanı da Azərbaycandan 

qopardı.  

Ermənilərin türklərə qarşı siyasətinin obyektiv araşdırıcısı Amerikalı Samuel A.Wems 

“Ermenistan terörist ”Hiristiyan” ülkenin sırları” kitabında bu məsələyə daha da aydınlıq gə-

tirərək yazmışdır: Qarabağda erməni ordusunun başçısı Nakachatikianın İrəvana hesabatından: 

“Qarabağ üzərindəki idarəetmənin ələ keçirilməsi vacib şərtdir və bu yolla Azərbaycanın Tür-

kiyə ilə birləşməsini əngəlləmək mümkün olacaqdır, strateji baxımdan Qarabağın ələ keçiril-

məsi böyük bir uğurdur, bu Zəngəzurun əldə saxlanması üçün bir təminatdır. Ordubad torpaq-

larını  da  ələ  keçirməklə  Zəngəzurun  Naxçıvan  yönündəki  mühafizəsi  de  təmin  ediləcəkdir. 

Beləliklə,  Naxçıvan  Azərbaycandan  ayrılacaq  və  o  torpaqların  yenidən  ələ  keçirilməsi  üçün 

uyğun şərtlər yaradılacaqdır” (4.s.307). 

Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü ilə bağlı 1993-cü il aprelin 1-də Türki-

yə  Ermənistandan  tələb  etmişdir  ki,  Azərbaycana  qarşı  təcavüzkar  əməllərini  dayandırsın  və 

öz qoşunlarını onun ərazisindən çıxarsın. Qeyd edək ki, Kəlbəcərin işğalından sonra Türkiyə-

nin  təhriki  ilə  6  aprel  1993-cü  ildə  BMT-nin  Təhlükəsizlik  Şurasının  iclasında  Ermənistan–

Azərbaycan ilə bağlı TŞ-nın bəyanatı qəbul olunub. Bu Azərbaycanın işğal olunmuş torpaqları 

ilə bağlı qəbul edilmiş ilk sənəd idi. Formalaşmış şəraitdə Türkiyə höküməti Azərbaycan tor-

paqlarını işğal etdiyi üçün Ermənistan ilə sərhədlərini bağlamışdır və bunun açılmasının yalnız 

işğal olunmuş torpaqlar azad  olunduqdan sonra  mümkün olduğunu  bəyan etmişdir. Eyni za-

manda Türkiyə Ermənistanın Azərbaycana qarşı hərbi əməliyyatları gücləndirməsilə əlaqədar 

Ermənistana yardımı dayandırdığını bildirmişdir. 



366                                                         Ümummilli lider Heydər Əliyev – 

90 

Tarix və onun problemləri, № 2 2013 

 

1993–cü  ilin  iyulun  25–də  Türkiyə  höküməti  işğal  edilmiş  Azərbaycan  torpaqlarının 



boşaldılması  üçün  BMT  və  ATƏT  kimi  beynəlxalq  təşkilatlara  müraciət  edilməsi  haqqında 

qərar qəbul etmişdir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Türkiyə hər za-

man Azərbaycanın müttəfiqi kimi çıxış etmişdir.  

Məlumdur ki, həm Azərbaycanda, həm də Türkiyədə sırf dövlət maraqlarını önə çəkən-

lər belə, çox vaxt qarşılıqlı olaraq digər ölkəni əsas strateji müttəfiq kimi təqdim edirlər. İki 

ölkənin ictimaiyyətləri bir birinin problemlərinə və bayramlarına ən yüksək həssaslığı göstə-

rirlər. İctimai rəydə ən yüksək sevgi Azərbaycanda Türkiyəyə, Türkiyədə isə Azərbaycanadır.  

Ankara İrəvanla münasibətlərin bərpa olunmasına Dağlıq Qarabağ probleminin beynəl-

xalq  normaları  çərçivəsində  tənzimlənməsi  və  eyni  zamanda  Azərbaycanın  ərazi  bütövlüyü 

çərçivəsində  həll  olunması  rakursunda  yanaşır.  Türkiyə  rəsmiləri  bir  neçə  dəfə  bu  məsələyə 

toxunublar ki, Ermənistanla münasibətlərin normallaşması bu və ya digər mənada Ermənistan 

və Azərbaycan arasında münasibətlərin sadə bir müstəvi üzərində yüklənməsinə, həm də Qa-

rabağ probleminin həllinə yönəlib. 

Türkiyə və digər ölkələrin mediasında Türkiyə-Ermənistan sərhəd məsələsinin həlli ilə 

bağlı müxtəlif yazılar dərc olunur, ekspertlər müxtəlif fikirlər səsləndirirlər

.

 Türkiyə rəsmiləri 



Ermənistanla danışıqların Qarabağsız baş tutmayacağını desələr də, ermənilər bu danışıqlarda 

Qarabağın ilkin şərt kimi irəli sürülməsinə qarşı çıxırlar. Bunu prezident Serj Sarkisyanın və 

digər erməni rəsmilərinin bəyanatlarından da görmək olar. Lakin artıq Sarkisyan hakimiyyəti 

başa  düşür  ki,  Dağlıq  Qarabağla  bağlı  danışıqlar  prosesini  uzatmaq  onun  xeyrinə  deyil.  Bir 

çox ölkələr faktiki olaraq Ermənistanın Azərbaycana qarşı təcavüz etdiyini etiraf etməyə baş-

layıblar.  Ermənistan  mətbuatının  yazdığına  görə,  Sarkisyan  hökuməti  münaqişəni  uzatmaqla 

ölkəni beynəlxalq proseslərdən təcrid edir. Rusiyanın bir əyaləti kimi öz obrazını yaradan Er-

mənistan Cənubi Qafqazın əsas iqtisadi layihələrindən də məhrum olub. Bununla yanaşı, onlar 

Türkiyə ilə münasibətlərin düzgün qurulmamasında da mövcud rejimi günahlandırırlar. Bey-

nəlxalq aləmin təzyiqi və siyasi-iqtisadi dövlət maraqları sərhəd məsələsinin gündəmə gəlmə-

sinə səbəb olmuşdur. Xüsusən Türkiyənin Avropa Birliyinə üzvlüyünə Ermənistanla sərhədlər 

məsələsinin maneə olduğunu düşünənlər, birliyə inteqrasiya istiqamətində onlara qarşı dövlət-

lərin güzəştə getməməsinin başlıca səbəbini bunda görürlər. Xatırladaq ki, Türkiyənin Avropa 

ailəsinə qəbul edilməsinə qarşı çıxış edən ermənipərəst Fransa bəhanə kimi Türkiyənin başqa 

mədəniyyətə, başqa yaşam tərzinə və başqa inanca malik olmasını göstərir. 

Nüfuzlu  "Washington  Times"  qəzetinə  müsahibə  verən  Fransanın  keçmiş  prezidenti 

Valeri Jiskar Destyenə görə, Türkiyənin Ermənistanla sərhədləri açması onun Avropa Birliyi-

nə üzvlüyü məsələsində Fransanın mövqeyinin yumşaldılması üçün əlverişli addım ola bilər.  

Problemə Türkiyənin öz maraqları var kontekstindən yanaşanlar Azərbaycan amilindən 

daha mühüm olaraq Türkiyənin iqtisadi maraqlarını önə çəkirlər. Bəzi iş adamları və ictimai-

siyasi xadimlər XXI əsrin İpək Yolu layihəsinin Türkiyə  üçün  vacibliyini qeyd edirlər. XXI 

əsrdə  Türkiyənin  Avropa  və  Asiyada  reallaşdırılan  enerji  kəmərlərinə  ev  sahibliyi  etməsini 

əsas götürənlər Şərqlə Qərb arasında koridoru olmaq üçün Ermənistanla sərhədləri açılmasının 

"vacibliyini"  vurğulayırlar.  Bu  iddialarla  paralel  olaraq  siyasi  xadimlərin  bəziləri  sərhədlər 

açılacağı təqdirdə bölgədə Rusiyanın nüfuzunun azalması məsələsinə toxunmaqla Türkiyə ilə 

yaxın bölgədə inşa edilən atom zavodunun neytrallaşdırılacağını bildirirlər.  2001-ci ilin  ma-

yında Rusiya-Ermənistanla birgə hava təlimlərinin Türkiyə sərhədləri yaxınlığında aparılması 

və  bölgədə  S-300 V tipli uzaqvuran  ballistik raketlərin  yerləşdirilməsini əsas  kimi göstərən-

lərin  fikrincə,  Ermənistanla  sərhədləri  açmaqla  Türkiyə  gələcək  "təhlükədən"  yaxa  qurtara 

bilər.


 


Ümummilli lider Heydər Əliyev – 

90                                                

367

 

Tarix və onun problemləri, № 2 2013 

 

Lakin Azərbaycan ilə münasibətlərin pozulması iki ölkəyə qardaş xalq olaraq zərər vu-



racağı danılmaz faktdır. Eyni zamanda Azərbaycanda bir çox istiqamətdə, xüsusən iqtisadi sa-

hədə  maraqları  olan  Türkiyənin  Azərbaycan  əlaqələrinin  itirilməsi  Türkiyəyə  hansı  itkilərlə 

başa  gələcəyi  isə  göz  qabağındadır.  Türkiyə  qaza  olan  tələbatını  ödəmək  üçün  Bakı-Tbilisi-

Ərzurum  xətti  ilə  qaz  ixracını  artırmaqla  bağlı  Naxçıvan  razılaşmasına,  NABUCCO  layihə-

sinə, BTC anlaşmasına, Türkiyə-Azərbaycan iqtisadi münasibətlərinə yenidən baxılması Tür-

kiyəyə yaxşı nəticələr vəd vermir. Türkiyənin Azərbaycanın Xəzərin karbohidrogen ehtiyatla-

rının  istismarı  və  nəqlindəki  mühüm  rolunun  minimuma  endirilməsi  onun  çox  itkiyə  məruz 

qalmasına səbəb ola bilər. 

Türkiyə-Ermənistan  münasibətlərinin  pozulmasına  səbəb  Azərbaycan  amilindən  öncə 

erməni faktorunun özüdür. Məhz “erməni məsələsi”nin Azərbaycan və Türkiyənin ortaq prob-

lemi olması qardaş xalqların eyni zamanda hər iki ölkənin öz siyasi maraqları baxımından da 

müttəfiqliyini zəruri edir.  



ƏDƏBİYYAT 

1.V.Qurko Kryajin "Böyük Sovet Ensiklopediyası". Moskva, 1926. 

2.Xəqani Məmmədov, Nuru Məmmədov.Türkiyədə və Azərbaycanda erməni millətçilərinin 

cinayətləri. Bakı. Elm. 2006. səh.215. 

3. Seyidağa Onullahi. Erməni millətçiləri və İran.Bakı.2002. 

4.Samuel A.Wems. Ermenistan terörist ”Hiristiyan” ülkenin sırları. İstanbul. 2006. səh.390. 

5.Sani Hacıyev. Türkiyə- Rusiya münasibətləri və erməni terroru. Bakı. 1998. 

6. Anar İsgəndərli. “Azərbaycan həqiqətləri”.Bakı. “Elm və Təhsil”. 2012.səh.228. 

7. Boran Əziz. Xocalı soyqırımı. Bakı. 2008. səh.223. 

8.Sebahattin Şimşir. Azerbaycanda Kızıl soykırım. İstanbul. 2011. səh.204. 

9.В.Л.Величко. Кавказ. Русские дело и международные вопросы. С.-Перетбург, 1904. 

10.”Xalq” qəzeti. 

11.”Zaman” qəzeti. 

12.www.mfa.gov.az 

 

ШАБНАМ ГАДЖИЕВА 

Сотрудница Исторического факультета 

Бакинского Государственного Университета 

Диссертант 

АЗЕРБАЙДЖАНСКИЙ ФАКТОР В ТУРЕЦКО-АРМЕНСКОЙ ОТНОШЕНИЯХ 

 

Армянский вопрос вышел на международную арену как составная часть “Восточ-



ной политики” и большие государства, использовали его для реализации своих захват-

нических действий. Одним из основных идей “Восточного вопроса” было образование 

за счет турецких земель буферной армянской республики. 

Продолжением  “Армянского  вопроса”  в  дальнейшем  стала  выдуманная  “Кара-

бахская проблема”, которая  закончилось захватом 20% Азербайджанских земель.  

В 1993 году, по причине настаивания Еревана признания «армянского геноцида» 

в  мире  и  оккупации  армянских  вооруженных  сил  Азербайджанских  территорий  ту-

рецко-арменская граница была закрыта. 

 

 

 




368                                                         Ümummilli lider Heydər Əliyev – 

90 

Tarix və onun problemləri, № 2 2013 

 

 



SHABNAM HAJIYEVA 

Baku State University, the employee of the  

faculty of History 

Сandidate for a degree  

 

AZERBAİJAN FACTOR İN TURKİSH-ARMENİAN RELATİONS 



 

Armenian problem generated as the part of “Eastern problem” and great states had used 

it for realising their aggressive aims.  

One  of  the  main  cores  of  Eastern  problem  was  creating  Armenian  buffer  state  with 

Turkey



s lands.  



Later “armenian issue” was accepted as inventing ”Kharabag problem” and concluded 

with occupying 20% of Azerbaijan lands.  

As  a  result  of  Yerevan’s  claims  knowing  “Armenian  genocide”  in  the  world  and 

occupying Azerbaijani territories by Armenia Armed Forces Turkey-Armenia boundaries have 

been closed. 

 

 



Rəyçilər: t.e.n. S.F.Ruintən, t.e.d.İ.M.Məmmədov 

BDU-nun Türk xalqları tarixi kafedrasının 19 fevral 2013-cü il tarixli iclasının qərarı ilə çapa 

məsləhət görülüb (protokol №7).

 

Yüklə 77,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə