90 Tarix və onun problemləri, №2 2013



Yüklə 392,93 Kb.
Pdf görüntüsü
tarix19.07.2018
ölçüsü392,93 Kb.
#57158


346                                                         Ümummilli lider Heydər Əliyev – 

90 

Tarix və onun problemləri, № 2 2013 

 

 



AYDIN MƏMMƏDOV 

Bakı Dövlət Universitetinin müəllimi 

E-mail ünvanı: aydin.mammedov@rambler.ru 

 

XIX ƏSRIN SONU - XX ƏSRIN ƏVVƏLLƏRINDƏ ALMANIYANIN TÜRKIYƏYƏ 

DAIR BANK-KREDIT SIYASƏTI ALMAN VƏ RUS TARIXŞÜNASLIĞINDA 

 

Açar sözlər: Türkiyə, bank-kredit ,alman və rus tarixşünaslığı 

Ключевые слова: Турция, банк-кредит, немецко-русская историография 

Keywords: Turkey, bank-credit, Germany and russian historiography  

 

Alman tarixçəsi Reiser Almaniyada XIX əsrin sonu XX əsrin əvvəllərində iri bankların 

konsentrasiya  olunmasının  iqtisadi-siyasi  səbəblərini  tədqiq  etmiş  və  belə  qənaətə  gəlmişdir 

ki, Almaniyanın maliyyə ekspedisiyasında ən böyük rolu Yaxın Şərq və Türkiyə oynamışdır. 

Bu işdə əsas faktor Osmanlı imperiyasında 1899-cu ildə təsis edilmiş ilk alman bankı Alman-

Fələstin  bankı  olmuşdur.  (1.s.370)  Türkiyədə  bu  bankı  Berlində  fəaliyyət  göstərən  fon  der 

Haydtın bankir evi təsis etmişdir. Məhz həmin il Osmanlı sultanı Bağdad dəmiryolu konsessi-

yasını alman kompaniyalarına verəcəyi haqqında fərman imzalamışdır. Müəllif alman bankla-

rının, xüsusən də kapital ixrac edən bankların sayının kəmiyyət və keyfiyyət baxımından art-

masının  da  öz  ölkəsinin  adı  çəkilən  regionda  və  ölkədə  rəqibləri  ilə  xüsusən  də  İngiltərə  ilə 

kəskin mübarizənin güclənməsi amili ilə izah edir.Belə ki, əgə XIX əsrin 90-cı illərinin sonun-

da ölkədə kapital ixrac edən gəmi 4 böyük bank var idisə, 1903-cü ildə 32 şöbəsi olan 6, 1906-cı 

ildə  isə  70  şöbəsi  olan  13  bank  təsisedilmişdi.  Bu  bankların  əksəriyyəti  Türkiyəyə  iri  maliyyə 

yardımları  edir,  bununla  da  ölkə  iqtisadiyyatının  aparıcı  sahələrində,  xüsusən  dəmir  yolu 

sektorunda  təsir  dairələrini  gücləndirməyə  çalışırdılar.  J.Reisserin  fikirincə,  Almaniyanın  Tür-

kiyəyə  maliyyə  yatırımı  hər  şeydən  öncə  dövlətin  ekspanasiyası  siyasətinin  təcəssümündən 

başqa bir şey deyildir: “İndi siyasi avanqard döyüşlər maliyyə zəminində aparılırdı” (1.s.387)-1. 

Başqa bir alman tarixçisi H.Grothe də Reisserin fikirlərinə şərik çıxaraq, alman kapita-

lının Türkiyəyə ixracında əsas məqsəd kimi ölkəsinin siyasi-iqtisadi maraqlarını güdür. Müəl-

lifin  fikrincə,  dəmir  yollarının  çəkilişi  uğrunda  mübarizə  sanki  dünyanın  bölüşdürülməsi  uğ-

runda mübarizəni xatırladırdı. Ona görə də I Dünya müharibəsi ərəfəsində Türkiyə dəmir yol-

larının çəkilişinə qoyulan pul kütləsinə görə Almaniya 67,5%-li birinci yerdə dururdu. Bütöv-

lükdə, Türkiyə I Dünya müharibəsinə qoşulanadək alman kapitalına məxsus yollarının uzunlu-

ğu 1857km təşkil edirdi ki, onun da 825 km-i Bağdad dəmir yolunun payına düşürdü. (2.s.14) 

 

Bu məsələ ilə bağlı W.Hoffmanın “Türkiyədə Alman bankları” əsəri də böyük maraq do-



ğurur. 1915-ci  ildə  işıq  üzü  görən  bu  əsərin  əhəmiyyəti  hər  şeydən  öncə  ondadır  ki,  müəllif 

Riesser kimi iqtisadi statistikadan isti-isti, yerindəcə istifadə etmişdir. Çünki, əsərin yazılması 

təsvir olunan hadisələrə eyni zaman kəsiyində baş verib müəllif Türkiyəyə maliyyə yatıran ka-

pital qoyan Alman Şərq Bankının fəaliyyətinin konkret iqtisadi rəqəmlərdə dolğun işıqlandır-

mışdır. (3.s 141; 315-316) 

 

 



 

 

 



 

 

 



Alman  kapitalının  Türkiyəyə  ixracatı  zəminində  baş  verən  ictimai-siyasi  proseslər  Rat-

manın  “Kayzer  Almaniyasının  Yaxın  Şərq  siyasəti-Berlin-Bağdad”  (4.s  16-18)  və  Kumpf-

Korfesin Bismarkın “Rusiyaya doğru” 1878-1891-ci illərdə alman-rus ziddiyyətləri rastlaşdı-

ğımız məqamlarla üzləşirik. (5.s.181-182, 184-185, 186-190)   

 

 

 



Alman  tarixçisi  G.Schöllqenözünün  1984-cü  ildə  nəşr  etdirdiyi  “İmperializm  və  nüfuz 


Ümummilli lider Heydər Əliyev – 

90                                                

347

 

Tarix və onun problemləri, № 2 2013 

 

dairələri  Almaniya  və  İngiltərə  1871-1914-cü  illərdə  Yaxın  Şərq  məsələləri”  adlı  kitabında 



Almaniyanın  Türkiyəyə  maliyyə  yatırmaları  məsələlərinə  geniş  yer  ayırmışdır.  Schöllqenya-

zırki, Kayzerin Türkiyə paytaxtına rəsmi səfəri fon der Goltsun mövqeyini möhkəmləndirmək 

ləyanaşı, Almaniyanın Yaxın Şərqdə ticarət-maliyyə sferasını da genişləndirdi. (6.s 45) Müəl-

lif  1890-cı  ildə  Simensin  təklifi  ilə  Sürixdə  yaradılan,  50  mln.  Frank  nominal  kapitalavə  13 

mln. Frank aksiyalara malik olan Şərq dəmir yolları Bankının Türkiyəyə böyük maliyyə yatI-

rımlarına malik olduğunu, həmçinin Bağdad dəmir yollarının maliyyələşdirilməsində müstəs-

na rol oynadığından xüsusi qeyd etmişdir. (6.s 48) Schöllqen kimi tarixçi Gutsche də XIX əs-

rin sonu – XX əsrin əvvəllərində Almaniyanın Türkiyəyə  maliyyə  yatırımlarını alman-ingilis 

rəqabətinin  təbii  təcəssümü  kimi  qiymətləndirir  və  bunu  Almaniyanın  Yaxın  Şərqdə  iqtisadi 

hegemonluğunun  təminatı  kimi  xarakterizə  edir.  (7.s  145-149).  Müəllif  Almaniyanın  Xarici 

İşlər Nazirliyinin 1913-cü ilin oktyabrında verdiyi məlumatlara əsasən Almaniyanın Türkiyə 

iqtisadiyyatının  bütün  sferalarına  qoyduğu  maliyyə  yatrımının  məbləğini,  çəkisini  və  bölüş-

dürülməsini  sxemlə  göstərmişdir  (min  markailə).  Sxemdən  aydın  olur  ki,  Ticarət  evlərinə  - 

23 756;  Torpaq  sektoruna  –  39 249,5;  Sənayə,  kommersiyavəkəndtəsərrüfatımüəssisələrinə  - 

6500; Banklara – 13 700; Dəmiryollarına – 36800; Mədənlərə - 3975; Sənaye müəssisələrinə - 

4416; Sığorta cəmiyyətlərinə - 33.380; Məktəb  və  elm  müəssisələrinə  -  26969  marka  vəsait 

qoymuşdur. Bütovlükdə isə bu məbləğ 519946 min marka təşkil etmişdir. (7.s. 275) 

Gutsche  tədqiqatlarından  bəlli  olur  ki,  bu  vəsaitin  70,8%-ni  (368  mln.  marka)  dəmir 

yollarına  yatırılan pullar təşkil edir. Gutsche  bütövlükdə  Almaniyanın Türkiyəyəmaliyyə  ya-

tırımlarının  əsas  qayəsini  burada  Almaniyanın  iqtisadi-siyasi  cəhətdən  möhkəmlənməsində 

görür. (7.s.35-50) Almaniyanın Türkiyəyə maliyyə yatrımları problemini XX əsr rus tarixçiləri 

də öz tədqiqatlarında geniş işıqlandırmışdılar. 

Rus  tarixçisi  Lukin-Antonov  (sonralarsadəcə  Lukin.  A.M  )  özünün  1925-ci  ildə  işıq 

üzü  görmüş  „Almaniyanın  Ən  yeni  tarixinə  dair  oçerklər“  adlı  kitabında  Alman  kapitalının 

fəaliyyətinədə  böyük  diqqət  ayırmış,  lakin  yenə  də  belə  birfikrin  uzərində  tapa  bilməzdilər. 

(8.s. 150-153) Müəllif alman kapitalınınTürkiyə sənayesinin digər sferalarına müdaxiləsinidə 

sonrakı  tədqiqatların  dadiqqətlə  öyrənmişdir.  Beləki,  Bağdad  dəmir  yolunun  çəkilişinə  dair 

razılıq  əldə  edildikdən  sonra  alman  kapitalı  1904-cu  ildə  Bağdad  və  Mosulda  neft-kəşfiyyat 

işlərinə dair Konsessiyalara sahibo lmuşdu.(9.s.172). Rusiyada Böyük Vətən müharibəsi illə-

rindən sonra bəhs etdiyimiz məsələyə dair bir sıra tədqiqat işləri özə çıxdı. Bunların içərisində 

A.Yerusəlimskinin  1951-ci  ildə  nəşr  olunan  məşhur  monoqrafiyası  xüsusi  olaraq  nəzərə  çar-

pır. (9)  Müəllif Türkiyədə  dəmir  yollarının tikilməsində  maraqlı  olan “Alman bankı”nın,  al-

maniyalı  iş  adamlarının:  “Maliyyə  kapitalı  siyasətini  fəal  həyata  keçirmək  üçün  hətta  digər 

dövlətlərin maraqlarını da ayaqlar altına qoymasını” xüsusi olaraq qeyd etmiş, konkret misal-

larla  fikrini  əsaslandırmışdır.  (9.s  255-256)  Almaniyanın  digər  dövlətlərlə  İngiltərəyə  və  Ru-

siyaya  qarşı  Almaniyanın  diplomatik  gedişlərinin  də  çox  maraqlı  izahı  nəzəri  cəlb  edir.  (9. 

S.258-264).  Kitabın  Bağdad  dəmir  yolunun  çəkilişinə  həsr  edilən  bölməsində  Almaniyanın 

maliyyə  siyasəti  daha  aydın  və  dolğun  şəkildə  əks  etdirilimişdir.  (9.s  489-494,  500-505). 

A.Yerusəlimski  digər  monoqrafiyasında  da  Almaniyanın  Türkiyədə  yeritdiyi  maliyyə  siyasə-

tinə geniş yer ayırmış və bu zaman meydana gələn ziddiyyətlərin, beynəlxalq aləmdə yaşanan 

gərgin  durumun  şərhini  analiz  etməyə  cəhd  göstərmişdir.  Bu  əsərlər  müəllifin  yaşadığı  icti-

mai-siyasi durumun, ideoloji təpkinin tələblərinə məruz qalsa da, tarixçinin istifadə etdiyi son 

dərəcə geniş və rəngarəng mənbələr, Almaniyada toplanan arxiv sənədlərindən istifadə onların 

elmi dəyərini fikrimcə azaltmır. (10.s 25-27, 31-33, 49-57, 77-79, 132-137, 150-152). Təxmi-

nən eyni fikirləri E.Tarle haqqında da demək olar. Məhşur tarixçinin 12 cildlik “Əsərləri”nin 



348                                                         Ümummilli lider Heydər Əliyev – 

90 

Tarix və onun problemləri, № 2 2013 

 

V  cildi  XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərində  avropa  dövlətlərinin  müstəmləkələr  uğrunda 



amansız  mübarizəsini  və  mübarizənin  məntiqi  sonluğu  kimi  dünya  müharibəsinə  gətirib 

çıxarması  prosesini  kifayət  qədər  aydın  və  geniş  əks  etdirir.  Məhz  bu  cilddə  alman-ingilis 

rəqabəti kifayət qədər açıq sezilir: “Az qala hər gün əlindən alan Almaniya bu dövlətin kapital 

ixracını  da  məhdudlaşdırmağa,  bu  sahədə  də  təşəbbüsü  ələ  almağa  başladı.  (20.s  95).  Artıq 

Almaniyanı  belə  bir  hal  ciddi  narahat  edirdi:  Müstəmləkələrində  32  milyon  alman  yaşayan 

Fransa hər il 74 milyon frank, müstəmləkələrində 375 milyon insan yaşayan İngiltərə hər il 62 

milyon frank maliyyə sərf edirsə, nə üçün Almaniya bu prosesdən geri qalmalı idi”. (20.s 15-

151).  Müəllif  Almaniyanın  Türkiyəyə  iqtisadi-siyasi  ekspansiyasının  səbəblərini  də  izah 

etməyə cəhd göstərmiş və bu zaman kapital ixracını da ön plana çəkmişdir. (20.s 134-135). 

Tarixçi K.Petryayev də XIX əsrin sonu XX əsrin əvvəllərində Almaniyanın Türkiyəyə 

maliyyə  yatırımlarını  bu  ölkədə  möhkəmlənmək  rəqiblərini  ucuz  və  keyfiyyətli  “Made  in 

Germany”  malları və  böyük pul kütləsi ilə  sıxışdırmaq cəhdi kimi  qiymətləndirmişdir. (13.s 

107,  117-119)  Digər  tədqiqat  işlərində  isə  müəllif  alman  və  sovet  dövrü  rus  tarixçilərinin 

əsərlərini tarixşünaslıq baxımından  tədqiq edərək Almaniyanın Türkiyə  siyasətini araşdırmış 

və maliyyə yatrımı məsələlərini ön plana çəkmişdir. (14.s 18-27; 15.s 6-7, 16-19) 

Almaniyanın Türkiyədə yeritdiyi maliyyə ekspansiyası F.Rotşteyinin də tarixi araşdır-

malarında özünəməxsus bir tərzdə işıqlaandırılmışdır. (16.s 179-200) Müəllif Alman imperia-

lizminin son dərəcə aqressiv xarakter daşıdığını, imperiyanın aparıcı şəxslərinin dili ilə aydın 

verə bilmişdir. Alman rəhbərliyi düşünürdü ki, yalnız Emsadan dünyaya qədər uzanan Alma-

niya Avropada sülhü qoruya bilər. (16.s 221) Almanlar bütün dünya xalqları üzərində hakim-

dirlər.  (16.s  222)  Ruslara  gəlincə  isə  onlar  barbardırlar,  fransızları  Avropalıların  çinliləri  ad-

landıran Bismark, italyanları cəmdəyə qonan qarğa və ya çaqqal, ingilisləri isə dükançı adlan-

dırırdı. (16.s 223) Deməli belə, “aşağı növ xalqlar” Almaniyanın Türkiyədə maliyyə yatırım-

larına və ümumən heç bir siyasətinə mane ola bilməzdilər. Həqiqətən də Almanlar Türkiyədən 

dəmir  yollarının konsessiyasını alarkən və bu sahəyə  maliyyə ayırarkən ingilislər buna etiraz 

etmədilər. Çünki, ingilislər Türkiyə ilə ticarətdə birinciliyi öz əllərində saxladıqlarına görə Al-

maniyanın Türkiyədə artan iqtisadi nüfuzuna təhlükə kimi baxmırdılar. (17.s 228-230). Rotş-

teynlə eyni fikri artıq əsəri haqqında Bağdad dəmir yollarından danışarkən xeyli söhbət açdığı-

mız Q.Bondarevski də bölüşür. (8.s 64-65) Ümumiyyətlə, Q.Bondarevski öz əsərində təbii ki, 

alman  bankirlərinin  dəmir  yolu  sektoruna  maliyyə  yatırımlarına  böyük  əhəmiyyət  vermişdir. 

(8.  S.63-63,  142-143,  93,  226-227).  A.S.Silin  də  öz  yaradıcılığında  Almaniyanın  Türkiyədə 

XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərində  yeritdiyi  maliyyə  siyasətini  geniş  işıqlandırmışdır: 

“XIX əsrin 70-ci illərinin ortalarından alman kansleri Osmanlı imperiyasına böyük əhəmiyyət 

verməyə  başladı”.  (18.  S.41)  II  Vilhelm  Türkiyəyə  məşhur  səfərindən  sonra  bu  maraq  dai-

rəsinin  getdikcə genişlənməsi  bir çox  müstəvilərdə, o cümlədən  maliyyə-ticarət sahəsində  də 

tapdı. (18. S.117-118, 121-125, 137-139) Müəllif “Alman bankı”nın dəmir yolunun tikintisinə 

sərmayə  qoymasını,  bütövlükdə  “Doyçe  bankın”  fəaliyyətini  geniş  işıqlandırıb.  (18.  S.133-

134) Müəllif yazır ki, öz dəmir yolları müəssisələrinin tikintisini Türkiyədə maliyyələşdirmək-

çün Simens xüsusi olaraq “Şərq dəmir yolları bankı”nı təsis etmişdi. (18.s 189-190)A.S.Silin 

1976-cı ildə nəşr olunan “Birinci Dünya Müharibəsi ərəfəsində alman imperializminin Yaxın 

Şərqə ekspedisiyası (1908-1914)” adlı əsərində də müəllif bizi maraqlandıran məsələ ilə bağlı 

xeyli  araşdırmalaraparmışdır.  (19.  S.15-70).  Müəllif  yazır  ki,  Almaniyanın  Türkiyədəki  ma-

liyyə siyasəti, iri hərbi sifarişlər qəbul etməsi təkcə Antanta dövlətlərini deyil, hətta Üçlər üz-

vü olan Avstriyanı da narahat edirdi. Məsələn, 1899-cu ildə Türk hökümətinin Lövenin hərbi 

sursat zavodları ilə bağlı müqaviləyə 100mln. Patron gətirilməli idi. Patronlar çıxdaş olduğuna 



Ümummilli lider Heydər Əliyev – 

90                                                

349

 

Tarix və onun problemləri, № 2 2013 

 

görə  hökümət  müqaviləni  pozmaq  istədikdə  yaranmış  vəziyyətdən  Avstriya  faydalanmağa 



çalışmış və öz maliyyə imkanlarını Türkiyəyə təqdim etmişdi. (19. S.140) Daha modern hərbi 

avadanlığa yiyələnmək cəhdləri Türkiyənin ciblərini tamam boşaltmışdı. (19. S.142). “Artille-

riya kralı” sayılan Krupp ölkənin ağır maliyyə vəziyyətindən istifadə etməklə Türkiyəyə 6%-

lik borcla maliyyə yatırımları qoymuşdur. Təkcə zirehli texnikanın təkmilləşməsi üçün Krupp 

7 mlnş frş pul vəsaiti ayırmışdı. (19. S.143) Beləliklə, XIX əsrin sonu XX əsrin əvvəllərində 

Almaniyanın Türkiyəyə maliyyə yatırımları mövzusu istər alman, istərsə də rus tarixçiləri tə-

rəfindən  kifayət  qədər  geniş  işlənməsinin  şahidi  olduq.  Bu  da  təsadüfi  deyildir.  Çünki,  döv-

lətarası iqtisadi-siyasi və ya siyasi-iqtisadi münasibətlər sistemi belə demək mümkünsə, elə bu 

münasibətlərin özünün və özülünün də ən ümumiləşmiş ekvivalenti olan maliyyə siyasətindən 

asılıdır. TürkiyəlitarixçilərdənKaral Enver Ziya (21. s.424) Rıfat Ucarol (22.s. 396-398) Nihad 

Sayar  (23.  s.243-251)  Velay  (24.  s.276-299)  Hakkı  Yeniay  (25.  s.22-51,  61-68,  76-77)  və  b. 

mövzu  ilə  bağlı  tədqiqat  işləri  aparmışlar.  Türkiyəli  müəlliflərin  əsərləri  verilən  məlumatın 

lakonikliyi dəqiqliyi ilə yanaşı eyni zamanda Almaniya kapitalının, həm də siyasi maraqlardan 

irəli gəlməsi fikrini müdafiə edir. Məsələn, Rıfat Ucarolun məsələyə münasibəti bu baxımdan 

maraq  doğurur.  Müəllifyazır  ki,  XIX  əsrin  80-cı  illərində  İngiltərənin  Kipr  və  Misirə, 

Fransanın isə Tunisə soxulması, Türkiyənin adı çəkilən dövlətlərdən uzaqlaşaraq Almaniya ilə 

yaxınlaşmasına  şərait  yaratdı.  Bu  durumdan  yararlanan  Alman  ekonomisti  Türkiyəyə  soxul-

mağa başladı. Alman bankları Türkiyəyə böyük yatırımlar qoydular. (22. s.389) 

 

ƏDƏBİYYAT 

1.Reisser J. Die deutschen Grossbanken und ihre Konzentration im Zusammenhanq mit der 

Entwicklunq der Gesamtwirtschaft in Deutschland. Jena 1912 

2.Grothe H. Deutschland, die Türkei und der islam. Leipziq 191 

3.Hoffman W. Deutsche Banken in der Türkei Weltwirtschaftliches Archiv Jena 1915. 

4.Ratzel F. Politische Geographie. München – Leipziq 1897 

5.Kumpf-Korfes S. Bismarcks „Drach nach Russland“ Zum Problem der sozial-ökonomischen 

Hintergründe der russisch-deutschen Entfremdunq im Zeitraum von 1878 bis 1891. Berlin 

1968 

6.Schöllqen G. Imperialismus und Gleichgewicht. Deutschland, Enqland die orientalische 



Frage 1871-1914. München 1984 

7.Gutsche W. Monopole, Staat und Expansion vor 1914, Zum Funktionsmechanismus 

zwischen Industriemonopolen, Grossbanken und Staatsorganen in der Aussenpolitik des 

Deutschen Reiches 1897 bis Sommer 1914. Berlin 1986 

8.Бондаревский Г. Багдадская железная дорога и проникновение германского 

империализма на Ближний Восток (1888-1903) Ташкент 1955 

9.Ерусалимский А. Внешняя политика и дипломатия германского империализма в 

конце XIX века М 1951 

10.Ерусалимский А. Германский империализм: История и современность. М 1964 

11.Лукин-Антонов Н. Очерки по новейшей истории Германии 1890-1914 М-Л 1925 

12.Лукин Н. Избранные труды М 1963 III c 

13.Петряев К. Курс лекций по истории Франции, Германии, Англии, Ирландии и США 

1871-1914 г. Киевский Гос. Унив. 1958 

14.Петряев К. Краткое введение к историографии и библиографии истории Германии

Франции, Англии и США 1871-1914 гг. Одесса 1964 



350                                                         Ümummilli lider Heydər Əliyev – 

90 

Tarix və onun problemləri, № 2 2013 

 

15.Петряев К. Фальсификация историками ФРГ истории Германии 1871-1914 гг. Одесса 



1965 

16.Ротштейн Ф. Из истории прусско-германской империи М-Л 1948 

17.Ротштейн Ф. Международные отношения в конце XIX в. М-Л 1960 

18.Силин А. Экспансия Германии на Ближнем Востоке в конце XIX века М 1971 

19.Силин А. Экспансия Германского империализма на Ближнем Востоке накануне 

первой мировой войны (1908-1914) М 1976 

20.Тарле Е. Сочинения в двенадцати томах. V c. M 1958 

21.KaralEnverZiya«Osmanlı tarixi» Vj. Аnkarа 1962 

22.Ucarol Rıfat «Siyasi Tarix (1789-1994)» İstanbul 1995 

23.Sayar Nihad «Türkiye İmperatorluq dönemi Maliyye olayları » İstanbul 1977 

24.Velay А.du «Türkiye Maliyye tarixi» Аnkarа 1978 

25.Yeniay Hakkı «Yeni Osmanlı Borclar Tarixi» İstanbul 1964 



 

АЙДЫН МАММАДОВ 

Бакинский Государственный Университет 

ИСТОРИОГРАФИЯ БАНКОВСКО-КРЕДИТНОЙ ПОЛИТИКИ ГЕРМАНИИ 

В ТУРЦИИ В КОНЦЕ XIX НАЧАЛЕ XX ВЕКА 

Германский капитал пользовался известным влиянием в находившемся под фран-

цузским  контролем  Османском  банке,  по  существу  выполнявшем  функции  турецкого 

государственного банка, хотя французский капитал являлся основным кредитором Ос-

манской империи, германские банки принимали весьма деятельное и все возраставшее 

участие в финансировании Турции в конце ХIX, в начале ХХ века. 

Немецкий банк играл в Турции столь значительную роль, что в финансовых кру-

гах, его называли не иначе как «банкиром султанов». В конце ХIX, в начале ХХ века ни 

одно важное решение того времени не имело право направлять свои предположения не-

посредственно  в  султанский  дворец.  Все  эти  проблемы  были  освещены  в  работах  не-

мецких, русских и турецких историков. 

AYDIN MEMMEDOV 

Baki State University 

 

HISTORIOGRAPHY OF BANK-CREDIT POLITICS OF GERMANY CONCERNING 

TURKEY AT THE END OF XIX AND BEGINNING OF XX CENTURY 

In  the  economically  lagged  condition  Ottoman  Empire  was  under  international  finan-

cial control. The hegemony of foreign control in the countries credit system infmenced badly 

an it economy. 

German bank assumed such great importance in Turkey that in the financial spheres it 

was  called  as  “Soltans  bank”.  At  the  end  XIX  century  and  at  the  beginning  of  XX  century 

neither  important  decision  was  made  without  German  financers  recommendation.  German 

financers had rights to send their conception straight to the Soltans palace. 



 

 

Rəyçilər: t.e.n. S.Əliqızı, t.e.d.A.İsgəndərli 



Bakı Dövlət Universitetinin “Mənbəşünaslıq, tarixşünaslıq və metodika” kafedrasının 06 

fevral 2013-cü il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol №5).

 

Yüklə 392,93 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə