90 Tarix və onun problemləri, №2 2013



Yüklə 116,35 Kb.
Pdf görüntüsü
tarix26.09.2017
ölçüsü116,35 Kb.
#1705


202                                                          Ümummilli lider Heydər Əliyev – 

90 

Tarix və onun problemləri, № 2 2013 

 

 

MƏMMƏD FƏTƏLIYEV 

Bakı Dövlət Universitetinin professoru, 

tarix elmləri doktoru 

Email:modernhistory901@gmail.com 

 

İKINCI DÜNYA MÜHARIBƏSINDƏN SONRA KIPR MƏSƏLƏSI 

VƏ YUNANISTAN (1945-1964) 

 

Açar sözlər: Kipr məsələsi,Yunanıstan hökuməti, Enozis,plebissit, münaqişə 

Ключевые слова: Кипрский вопрос, Греческое правительство, Энозис, плебисцит, 

конфликт 

Key words: Cyprian question, Greek government, Enozis, plebiscite, conflict 

 

Kipr adası 1570-1571-ci illərdə Venesiyaya qarşı aparılan 13 aylıq uzun bir müharibə-



dən  sonra  Osmanlı  imperatorluğunun  tabeliyinə  keçmişdir  (1,  16).  1877-1878-ci  illərdə  Os-

manlı  imperatorluğu  Rusiya  ilə  apardığı  müharibədə  məğlubiyyətə  uğradı  və  1878-ci  ilin 

martında San-Stefano  sülh  müqaviləsinin şərtlərinə  görə  Serbiya,  Rumıniya  və  Qaradağ  tam 

müstəqil olur, Bolqarıstan ərazisində isə bütün güc və dəstəyini Osmanlının ən amansız düş-

mənlərindən alan Bolqarıstan knyazlığı  yaradılırdı. Osmanlı dövləti həm də ağır hərbi təzmi-

nat ödəməyə məcbur edilirdi. Batumi,Qars və Ərdahan bu təzminat ödənilənə qədər Rusiyanın 

tabeliyində qalacaqdı. Bundan başqa Osmanlı torpaqlarında yaşayan bütün xristianlar üzərində 

hamilik Rusiyaya verilməli idi. Rusların getdikcə Cənuba doğru irəliləməsi İngiltərəni narahat 

edirdi.  Buna  görə  İngiltərə  1878-ci  ilin  iyununda  Osmanlı  dövləti  ilə  Rusiyaya  qarşı  ittifaq 

müqaviləsi bağladı (2, 535). Bu müqaviləyə  görə İngiltərə Rusiyaya qarşı Osmanlı dövlətini 

dəstəkləyəcəkdi.  Buna  qarşılıq  olaraq  Osmanlı  dövləti  Kipri  illik  icarə  əvəzində  İngiltərəyə 

verəcək və şərqdəki xristian təbəələrin himayəsini İngiltərənin ixtiyarına buraxacaqdı (3,  18-

19). Beləliklə, 1878-ci ilin iyulunda imzalanan Berlin müqaviləsinə görə Kipr İngiltərənin nə-

zarətinə keçdi, 1914- cü il noyabrın 5-də isə İngiltərə Kipr adasını ilhaq etdi (1,34). 1923- cü il 

iyulun  23-də  Türkiyə  Kiprtin  İngilis  torpağı  olduğunu  rəsmən  qəbul  etdi.  1925-  ci  il  martın 

10-da İngiltərə hökuməti Kipri rəsmən krallığın müstəmləkəsi elan etdi. Bundan sonra Enozis 

Kiprin Yunanıstanla birləşdirilməsi fanatiklərini qəzəbi ingilislərə qarşı çevrildi (1, 35). 1931-

ci  ildə  Enozis  tərəfdarları  arasında  bir  çaxnaşma  meydana  gəldi.1931-ci  il  oktyabrın  17-də 

yepiskop  Nikodimos  tərəfindən  hazırlanmış  manifestdə  deyilirdi:  “...Hər  nə  bahasına  olursa 

olsun qurtuluşumuzun və istiqlalımıza qovuşmağımızın yeganə çarəsi aramızda olan yabançı-

ların  mənafelərini  və  bizləri  hər  zaman  sömürməkdə  olduqlarını  yaddaşımızdan  çıxarmama-

lıyıq... Bütün bunları göz önünə alaraq, yürüyəcəyimiz tək bir dar yol vardır, o da Enozis bay-

rağını gün işığında çəkərək, milli qurtuluşumuzu ana vətən Yunanıstanla birləşdirərək əldə et-

miş olacağıq (4, 102). Oktyabrın 20-də Nikodimos Limasolda etdiyi alovlu və təhtik edici çı-

xışı ilə Enozisi elan etmiş oldu (4, 103). Sonrakı gün üsyan bütün adaya  yayıldı. 10 gündən 

sonra üsyan zorla yatırıldı. Yunanıstan hökuməti də Kipri öz ölkəsinə birləşdirmək cəhdlərini 

davam etdirilirdi. İkinci dünya müharibəsi zamanı Yunanıstan hökuməti xalqın əhval-ruhiyyə-

sini qaldırmaq məqsədilə Kipr adasının Yunanıstana verilməsini irəli sürsə də, bunun heç bir 

təsiri olmamış, İngiltərənin bu məsələni sonrakı illərdə iki hökumət arasında aparılacaq danı-

şıqlar  vasitəsilə  həll  ediləcəyi  vədi  ilə  kifayətlənmişdi.  Digər  tərəfdən  ölkə  daxilində  gedən 

müharibəyə görə İngiltərə ilə olan bağlılığın güclü olması yunan rəsmi dairələrinin Kipr mə-



Ümummilli lider Heydər Əliyev – 

90

                                                   203 

Tarix və onun problemləri, № 2 2013 

 

sələsində  daha  ciddi  tələblər  irəli  sürməsini  çətinləşdirirdi  (5,5).  1942-ci  ildə  yunan  kralı  II 

Georq ABŞ prezidenti Ruzveltə, 1944-cü ildə isə İngiltərənin baş naziri Çörçilə müraciət edə-

rək  Kiprin  Yunanıstana  verilməsinə  razılıq  vermələrini  xahiş  etsə  də  bundan  bir  nəticə  hasil 

olmadı (1, 35). 

Bu zaman Yunanıstanda Yunan kommunist partiyası da Enozis tələbini müdafiə edirdi. 

Buna  paralel  olaraq  Kipr  yunanları  içərisində  də  Enozis  tələbləri  adada  sol  mövqedən  çıxış 

edən AKEL (Zəhmətkeş xalqın mütərəqqi partiyası) tərəfindən müdafiə olunurdu. Hələ 1942-

ci il fevralın 25-də ingilis valisinə bir məktub göndərən AKEL-in baş katibi Servas: “Adadakı 

yunan çoxluğunun istəyinə qarşı Enozisin gerçəkləşdirilməməsini pisləyirdi (6, 297). 

AKEL-in 1943- cü il oktyabrın 31-də Londonda keçirdiyi konfransda qəbul edilən qə-

rarların  4-cü  maddəsində  də  Enozisdən  bəhs  edilirdi.  Qərarda  deyilirdi:  “Biz  Kipr  xalqının 

Yunanıstanla birləşdirmə  yolundakı haqlı istəyini dəstəklər, bunun  Yunanıstanın xilas olma-

sından dərhal sonra gerçəkləşdirilməsinin zəruri olduğunu bildirir və İngiltərə hökumətini At-

lantika bəyannaməsi məqsədlərini Kiprə tətbiq etməyə çağırırıq... (6, 297-298). 

1946-cı ildən etibarən Kipr kilsəsi də məsələ ilə bağlı öz mövqeyini bildirməyə başladı 

(7, 58). Belə ki 1946-cı il mayın 12-də İngiltərə Kiprə muxtariyyət vermək məqsədilə konsti-

tusiya hazırlamaq üçün öz təkliflərini irəli sürdü. Lakin bu təkliflər Enozisi nəzərdə tutmadığı 

üçün kilsə tərəfindən rədd edilmişdi (6, 319). 

1947-ci  ildə  Yunanıstan  yunanlar  Kipr  məsələsini  yenidən  irəli  sürməyə  başladı.  Kipr 

adasının Yunanıstana birləşdirilməsi mövzusunda arzu və ümidləri açıqlayan parlamentin qə-

bul  etdiyi  qərarların  (6,  312)  ardınca  1948-ci  ilin  ortalarında  yunan  kralı  II  Paul  amerikan 

müxbiri  C.Sulsbergerə  verdiyi  bir  açıqlamada  bildirmişdi  ki,  adanın  Yunanıstana  veriləcəyi 

halda  buradakı  ingilis  rəhbərliyində  heç  bir  dəyişiklik  olmayacaq  və  hətta  belə  vəziyyətdə 

Yunanıstan İngiltərə və ABŞ-a ana vətən torpaqlarında başqa güzəştlər də edəcəkdir (5, 5). 

Kiprdə  isə  Enozis  uğrunda  mübarizə  davam  edirdi.  İngiltərənin  1948-ci  ildə  Kiprdə 

müstəqillik vermək istəməməsi yunanlar tərəfindən qəbul edilmədi. Çünki adada yaşayan yu-

nanlar müstəqilliyin ardınca Enozis elan etmək istəyirdilər. 1948-ci ildə ABŞ-da dini təhsilini 

başa vuran Makarios adlı gənc bir keşiş məmələkəti olan Kiprə döndü və Kition yepiskopluğu 

vəzifəsini  icra  etməyə  başladı.  Makarios  gənc  yaşlarından  coşğun  bir  enozisçi  olduğu  üçün 

dərhal rəhəbrliyi ələ aldı (1, 37). İki il sonra Makarios 1950- ci il yanvarın 15-də keçirilən ple-

bisitdə  bütün  Kiprdə  yaşayan  yunanların  rəy  birliyinə  nail  oldu.  Buna  görə  yunanların  96,1 

faizi Enozisi istəyirdi (4, 112). 

Adadakı ingilis rəhbərliyi rəsmi olmayan belə bir plebisitin tanımadı və hətta səs ver-

mənin  nisbətindən  narahat  olmağa  başladı.  Lakin  Makariosun  çox  mühüm  bir  təşəbbüsü  ilə 

bütün  yunan xalqı Enozis  məqsədi  ətrafında yenidən birləşdi və  bu  yeni bir həyəcana  səbəb 

oldu. 

Kiprli türklər hadisələrdən kənarda durmağa çalışırdılar. Kilsələrdə hamının gözü qarşı-



sında imzalanmaq üçün keçirilən səsvermədə bitərəf qalmaq olmazdı. Türklər səsverməyə qa-

tılmadılar. Amma ada yunanları və Yunanıstan İngiltərə və Türkiyənin plebissiti tanımadıqla-

rına rağmən təbliğat vasitəsilə hadisəni böyüdərək bütün dünyaya yaymaqdan çəkinmədilər (1, 

37). Plebisitdən doqquz ay sonra Makarios,1950-ci il oktyabrın 20-də Kipr yunanların baş ye-

piskopluğuna seçildi və yunan cəmiyyətinin lederliyinə gətirildi (4, 117). 

Yunan ictimaiyyəti də Enozis məsələsinin həll edilməsi üçün hökumətə təsir göstərmə-

yə çalışırdı. Baş yepiskop olan Makarios da Yunanıstanda baş qaldıran bu prosesi sürətləndir-

məyə  çalışırdı.  Həm  də  Yunanıstan  bu  məsələdə  ABŞ  dəstək  almağa  başlamışdı.  İngiltərəyə 




204                                                          Ümummilli lider Heydər Əliyev – 

90 

Tarix və onun problemləri, № 2 2013 

 

bağlılıq get-gedə  zəifləməkdə  davam  edirdi.  ABŞ-ın Enozisə  tərəfdar  olması haqqındakı  xə-

bərlər daha geniş yayılırdı (4, 6).  

Bu zaman İngiltərənin İcmalar palatası Yunanıstandan Enozis barəsində rəsmi bir təklif 

alınmadığını  açıqladı.  Buna  cavab  olaraq  1950-ci  il  fevralın  15-də  yunan  parlamenti  Enozis 

məsələsini rəsmi olaraq elan etdi (5, 6-7). Yunan dövlət adamları Enozis məsələsini irəli sürər-

kən  İngiltərəyə  qarşı  çıxmaq  istəmirdilər.  Belə  ki,  1951-ci  martın  20-də  Yunanıstanın  bütün 

partiya  liderləri  bildirdilər  ki,  Enozis  məsələsini  İngilis-Yunan  dostluğu  əsasında  həll  etmək 

torpaqları üzərində bazalar vermək niyyətindədirlər (5, 7). 

Digər tərəfdən 1951-ci ilin iyulunda palkovnik Qrivas yuxarı dairələrlə məsləhətləşdik-

dən sonra Kiprə gedərək (6, 342) Makarios ilə görüşdü və adada İngiltərəyə qarşı silahlı mü-

barizəyə başlamaq üçün təşkilati işlərə başladı. 1951-ci ilin dekabrında İngiltərənin xarici işlər 

naziri Antoni İdenin Yunanıstan xarici işlər naziri E.Averova Kipr məsələsi ilə bağlı ölkəsinin 

nöqteyi-nəzərinə görə heç bir maneə olmadığını təkrar bildirməsi Afinada məsələnin İngiltərə 

ilə Yunanıstanın ikitərəfli müzakirələr keçirməsi yolu ilə həll edilməsini istəyənlərin mövqeyi-

ni  zəiflədirdi.  Makarios  get-gedə  Qrivasla  yaxınlaşmağa  başladı.O,  Qrivasla  tərəfdarlarının 

qurduğu  komitənin  rəhbərliyini  həyata  keçirir  və  məsələni  dünya  ictimaiyyətinə  çatdırmaq 

üçün müxtəlif tədbirlər keçirirdi. Baş yepiskop 1952- ci il mayın 18-də Afina radiosu ilə etdiyi 

çıxışında  Kipr  məsələsinin  həlli  üçün  yeganə  yolun  məsələni  BMT-yə  çıxarmaq  olduğunu 

açıqladı  və  bu  məqsədə  nail  olmaq  üçün  Qərbdən  və  Şərqdən  uzadılacaq  əli  sıxmağa  hazır 

olduğunu bildirdi (5, 103). 

1952- ci il noyabrın 19-da keçirilən seçkilərdə Marşal Papaqosun partiyası qələbə çaldı. 

O  zamankı  Yunanıstanın  liderləri  arasında  Papaqos  Enozisi  ən  çox  dəstəkləyən  bir  şəxs  idi. 

Hökuməti qəbul etdiyi proqramda Kipr məsələsi kimi problemlərin BMT vasitəsi ilə həll edil-

məsi nəzərdə tutulurdu. Beləliklə, Kipr məsələsi ilk dəfə yunan hökumətinin proqramına daxil 

edildi (5, 8). Papaqosun 1953-1955-ci illərdəki diktatorluğu dövründə vətəndaş müharibəsinin 

yaraları sağalmış və amerikan yardımı sayəsində ölkə iqtisadiyyatında tarazlıq yaranmışdı (8, 

103). Makarios isə yenidən Afina-London –ABŞ üçbucağında yeni görüşlər keçirir və 1953-cü 

il fevralın 17-də ABŞ-ın dövlət katibi ilə görüşərək BMT tərəfindən Kipr məsələsi ilə əlaqədar 

bir plebisit keçirilməsini xahiş edir. Lakin bu təmaslardan heç bir nəticə çıxmadı (6, 338).  

Makarios 1953-cü il aprelin 27-də adadakı ingilis valisinə məktub göndərərək yenidən 

plebissitin nəticələrinin tanınmasını və ya Kiprin öz müqəddəratını təyin etmə hüququnu tanı-

yaraq  yeni bir plebisit keçirilməsini tələb edir (6, 338). 1953-cü il avqustun 10-da Makarios 

BMT Baş katibinə məktub göndərərək Kiprin öz müqəddəratını təyin etmə hüququnun tanın-

masını və bununla bağlı Baş məclisin qərar etməsi üçün yardım etməsini xahiş edir (6, 338). 

1953-cü ildə Makarios Yunanıstan da Kipr məsələsində dəstək istədi. Papaqos hökumə-

ti 1953-cü il boyunca məsələni ingilis-yunan əməkdaşlığı çərçivəsində həll etməyə çalışsa da 

bir  nəticə  əldə  edilmədi.  Bundan  sonra  Papaqos  Makariosun  irəli  sürdüyü  daha  çox  meyl  et-

məyə başladı və 1954-cü ilin fevral ayında onunla bir neçə görüş keçirdi və nəticədə məsələni 

BMT-nin Baş Məclisinə çıxarmaq qərarına gəldi (5, 8). Bundan sonra Makarios Enozis yolun-

da böyük coşğunluqla çalışmağa başladı. Lakin İngiltərə Kiprlə bağlı siyasətində heç bir dəyi-

şiklik etmədi. İngiltərə hökuməti adaya müstəqillik vermək və ya adadan tamamilə çəkilmək 

niyyətində deyildi.  

Kiprdəki  yunan  icması  daxilində  adada  ingilislərə  qarşı  başlanacaq  silahlı  mübarizə 

üçün hazırladılar.Afinanın nəzarəti altında davam etməkdə idi. Qrivas hərəkətə keçmək üçün 

1954-cü ilin əvvəllərini nəzərdə tutmuşdu. Lakin Kipr məsələsinin İngiltərə ilə dialoq şəklində 

həll edilməsinə az da olsa ümidi olan Yunanıstan hökuməti bunu münasib görməmişdi. Nəha-



Ümummilli lider Heydər Əliyev – 

90

                                                   205 

Tarix və onun problemləri, № 2 2013 

 

yət, 1954-cü ilin sonlarında BMT-nin Baş Məclisinin məsələnin müzakirə edilməsini bir müd-

dət geçikdirən qərarından sonra Yunanıstan bu məsələdə yaşıl işıq yandırdı. 

Digər tərəfdən 1952-1954-cü illərdə Yunanıstanın Kiprin ilhaqı üçün İngiltərə qarşısın-

da irəli sürdüyü bütün təşəbbüslər rədd edilmiş və İngiltərə adanın status-kvosunun dəyişmə-

yəcəyini daim təkrar etmişdi. 1954-cü il avqustun 16-da Yunanıstan BMT-yə rəsmən müraciət 

edərək, İngiltərədən şikayət etdi və Kipr xalqına öz müqəddaratını təyin etmə hüququnun ve-

rilməsini xahiş etdi (2, 537). Lakin bu müraciətin heç bir nəticəsi olmadı. Səkkiz aylıq hazır-

lıqdan sonra polkovnik Qrivas 1954-cü il noyabrın 10-da gizli olaraq adaya çıxdı. Bu zaman 

Yunanıstan  hökuməti  pərdə  arxasından  bütün  imkanı  ilə  hərəkəti  dəstəkləyirdi,  EOKA-nı 

(Kipr Mübarizlərinin Milli Təşkilatı) sialh və şəxsi heyətlə möhkəmləndirdi (1, 39). Makarios 

Yunanıstanın  xarici  işlər  naziri  Stefanopulosun  razılığını  aldıqdan  sonra  Qrivasa  əməliyyata 

başlamaq əmrini verdi (1, 39).  

Beləliklə, EOKA (Kiprli Mübarizlərin Milli Təşkilatı) 1955- ci il aprel ayının 1-də ada-

da ingilislərə qarşı silahlı mübarizəyə başladı (5, 9). 

Həmin  gün  Kefkoşada ingilis valisinin evi,  müşavirlik dairəsi və ingilis  komandanlığı 

qərargahında bombalar partladı,radio yerləşən bina yandırıldı. Üsyançıların küçələrə yapışdır-

dığı məlumatda deyilirdi: “Qarşımızda iki düşmən vardır: birincisi ingilislər, ikincisi türklər-

dir.  Əvvəlcə  ingilislərlə  mübarizə  aparacağıq  və  onları  adadan  çıxaracağıq.Sonra  türkləri 

məhv  edəcəyik.  Məqsədimiz  Enozisdir”  (1,  40).  Bu  sözlərdən  belə  çıxırdı  ki,  düşmən  yalnız 

ingilislər deyildi. Ondan sonra növbədə Kiprli türklər vardı. Doğrudan da 1955-ci ildən başla-

yaraq Kiprli yunanların türk azlığına qarşı sürəkli hücumları başlandı və bu vəziyyət Yunanıs-

tanla Türkiyə arasında münasibətləri gərginləşdirdi (10, 506). 

1955-ci  ilin  avqustun  29-da  İngiltərə,  Türkiyə  və  Yunanıstanın  iştirakı  ilə  Londonda 

toplantı  keçirildi  (2,  531).  Lakin  bu  toplantı  müvəffəqiyyətsizliklə  başa  çatdı  (1,43).  Əgər 

Kiprli yunanlar Yunanıstanla birləşmək istəyirdilərsə, türklər də Türkiyə ilə birləşmək istəyir-

dilər.  London  toplantısı  bir  nəticə  vermədən  başa  çatsa  da,  türk  tərəfi  üçün  çox  mühüm  bir 

fayda  təmin  etdi.  Bu  da  Kipr  məsələsində  Türkiyənin  bitərəf  olması  faktı  idi.  İngiltərə  başa 

düşdü  ki,  ada  türklərinin  və  Türkiyənin  mövqeyi  nəzərə  alınmadan  Kipr  məsələsinin  həlli 

mümkün deyildir (1, 43). İngiltərə  Yunanıstanın arzularına güzəşt edərək adaya  muxtariyyət 

verilməsini təklif etdi. Türkiyə isə status-kvonun qorunub saxlanılmasında israr etdi (2, 531). 

Həmin ilin oktyabr ayında Kipr valisi ser Con Hardinq isə Makarios arasında keçirilən görüş-

lərdən də bir nəticə çıxmadı. Bir tərəfdən 1955- ci ildı BMT-nin Baş Məclisindəki müzakirələr 

zamanı  NATO üzvü olan ölkələrin  əksəriyyətinin Yunanıstanın  mövqeyinə  qarşı çıxması  da 

Yunanıstan ictimaiyyətində Qərb və NATO- ya qarşı mənfi fikri gücləndirdi. Digər tərəfdən 

Kiprdə EOKA-nın təhlükəsi getdikcə artırdı. EOKA gizli terror təşkilatının başında ingilislə-

rin ələ keçirə bilmədiyi polkovnik Qrivas dururdu. Lakin pərdənin önündə Makariosun bütün 

bu işlərin planlaşdırıcısı olamsına şübhə yoxdu. Buna görə Hardinq Makariosu və üç nəfər ke-

şişi 1956-cı ilin martında Hind okeanındakı Seyşel adasına sürgün etdi (4, 158-159). Ələ keçi-

rilən bəzi EOKA üzvləri isə edam edildi (1, 43-44). 

1956-cı  ilin  fevralında  keçirilən  seçkilərdə  Konstantin  Karamanlisin  Radikal  Birlik 

(ERE)  partiyası  hakimiyyətə  gəldi.  Yunanıstanın  daxili  siyasətində  baş  verən  bu  dəyişiklik 

NATO-ya daha yaxın bir xarici siyasət yeridilməsinə də şərait yaratdı. Yeni hökumətin proq-

ramı  parlamentdə  elan  edilərkən  Karamanlis  bildirdi:  “Əsas  milli  mənafeyimiz  baxımından 

diplomatik mübarizəmizi digər dövlətlərlə qurduğumuz ittifaqlar çərçivəsi daxilində aparma-

ğımızı  tələb  edir.  BMT-yə  müraciət  etməyimiz  daxil  olduğumuz  ittifaqlarla  son  dərəcə  tərs 

mütənasib  gəlir”  (5,  11).  Karamanlisin  Kipr  siyasəti  Türkiyənin  məsələyə  tərəfdar  olmasını 



206                                                          Ümummilli lider Heydər Əliyev – 

90 

Tarix və onun problemləri, № 2 2013 

 

qabaqlamaq üçün Yunanıstanı məsələni beynəlxalq görünümündən xilas etmək üçün ilk vaxt-

lar məsələnin “İngiltərənin daxili işi” olduğunu qəbul edərək Makariosu Kipr məsələsi ilə ma-

raqlandlrmaqdı. Lakin iqtidara gəlməsindən bir müddət sonra Karamanlis hökuməti İngiltərəni 

qarşılıqlı anlaşmaya razı salmaq üçün BMT vasitəsilə təzyiq göstərilməsinin zəruriliyinə inan-

dırmağa başlamışdı. Lakin Yunanıstan hökuməti 1957-ci ildə BMT-nin Baş Məclisində məsə-

lə ilə əlaqədar qəbul edilən qərara əsaslanaraq məsələni BMT-dən kənar vasitələrlə həll etməyi 

irəli sürən iki ayrı-ayrı təklifi rədd etmişdi (5, 10). 

Bu zaman hökumətin Kipr məsələsində izlədiyi siyasət Yunan Parlamentində həm sağ-

dan, həm də soldan tənqid olunurdu. 

Hələ Xarici İşlər naziri Averovun BMT-də söylədiyi bir nitqində “Əgər Türkiyə Kipri 

bölməkdən  yan keçdiyini açıqlamağa  və  İngiltərə  Kiprə  müstəqillik verməyə  hazırsa,  Yuna-

nıstan hər hansı bir razılaşmada Enozisdən uzaq durmağa hazır ola bilər,” - deməsi Yunanıstan 

Parlamentində böyük müzakirələrə səbəb olmuşdu (5, 10). 

İnkişaf  etməkdə  olan  hadisələr  məsələni  bu  vəziyyətə  gətirib  çıxarmışdı.  Makariosun 

və Yunanıstan hökumətinin ikinci Makmillan planını rədd etməsi və buna qarşılıq olaraq Tür-

kiyənin “planın həyata keçirilməsinə yardımçı olacağından söz etməsi, xüsusilə Makariosu na-

rahat etmişdi. Baş yepiskop nəhayət adanın bölünməsinə yol açacağını nəzərdə tutan bu planın 

türk-ingilis razılaşması çərçivəsində həyata keçməsindən çəkinirdi. 

1956-cı ilin dekabr ayında İngiltərə Kiprdə sabitliyə nail olmaq üçün “Radcliffe planı” 

adlı  yeni  bir  plan  irəli  sürdü.  Əslində  bu  plan  Kipr  adasına  muxtariyyət  verilməsi  haqqında 

Konstitusiya idi. İngiltərə bu Konstitusiyaya görə adada həm yunan, həm də türk icmalarının 

ayrı-ayrılıqda  muxtariyyətlərini tanıyırdı. Bu isə adanın iki hissəyə  bölünməsini nəzərdə tut-

maq demək idi. Türkiyə adanın bölünməsinə, yəni Kipr məsələsinin qısa yolla həll edilməsinə 

razı idi və adanın bölünməsini İngiltərə və Yunanıstana da qəbul etdirməyə çalışırdı. Yunanıs-

tan isə hər il Kipr məsələsi ilə bağlı BMT-də məsələ qaldırırdı. BMT isə bu məsələnin İngiltə-

rə,  Türkiyə  və  Yunanıstan  arasında  müzakirə  yolu  ilə  həll  edilməsini  məsləhət  görürdü  (2, 

532-533). 

Beləliklə bu plan da Kiprdə razılaşmaya gətirib çıxarmadı. 1956-cı ilin oktyabrında İn-

giltərə  Hardinqi  Kiprdən  geri  çağırdı.  Bundan  sonar  İngiltərə  1957-ci  il  martın  28-də  Kiprə 

dönmək şərti ilə Makariosu sərbəst buraxdı. İngiltərə get-gedə yumşalırdı. Lakin Kiprin türk 

icmasının və Türkiyənin Kipr məsələsinə müdaxilə etməsi vəziyyəti ağırlaşdırırdı. Kiprin türk 

icması da silahlı təşkilat quraraq, özünü müdafiə etməyə başlamışdı. 1958-ci il avqustun 1-də 

“Türk müqavimət təşkilatı” yaradıldı. Bu təşkilat EOKA ilə müqayisədə zəif olsa da, hər halda 

yavaş-yavaş formalaşırdı. 1958-ci il Kipr üçün böhranlı və qanlı bir il oldu. Bunda İngiltərənin 

də  təqsiri  vardı.  İngiltərə  Kiprli  türkləri  və  Türkiyəni  öz  tərəfinə  çəkməyə  çalışır və  bununla 

EOKA-ya və Yunanıstana qarşı tarazlıq yaradırdı. Belə vəziyyət adada sabitliyi ciddi surətdə 

pozurdu. 

Digər tərəfdən adada davam etməkdə olan icmalararası qarşıdurmaya paralel olraq türk 

və yunan icmalarının getdikcə maddi və mənəvi anlamda bir-birindən uzaqlaşmaqda olması da 

bu  ehtimala  zəmin  hazırlamaq  kimi  görünməkdə  idi.  Bu  şərtlərə  əsasən  Makarios  1958-ci  il 

sentyabrın 22-də İngiltərə Leyborist partiyası sədrinin köməkçisi Barbara Kastle ilə görüşündə 

kiprlilərin müstəqilliyə gedecək keçici bir özünüidarəetməyə “hə” demələrini və bu müstəqilli-

yin  BMT-nin  nəzarəti  xaricində  dəyişdirilməməsinin  zəruri  olduğunu  qəbul  etdiklərini  açıq-

ladı. Makarnosun bu təklifi İngiltərə tərəfindən Makmillan planının həyata keçirilməsinə mane 

olmaq  məqsədi  ilə  həyata  keçirilən  bir  manevr  kimi  qiymətləndirilərkən,  Leyborist  partiyası 

tərəfindən dəstəklənirdi (5, 11). 



Ümummilli lider Heydər Əliyev – 

90

                                                   207 

Tarix və onun problemləri, № 2 2013 

 

Birinci Makmillan planı 1955-ci ildə, ikinci Makmillan planı isə 1958-ci ildə İngiltərə 

tərəfindən irəli sürülmüşdü. Bu planların ortaq xüsüsiyyəti ondan ibarət idi ki, bu planlar Kipr-

də İngiltərənin hökmranlığını davam etdirirdi. Kiprli  yunanlar bu planları Enozisə imkan  ya-

ratmadığı üçün qəbul etmirdilər (11, 9-15).  

Yunanıstan  hökuməti  isə  bir  tərəfdən  Makmillan  planının  həyata  keçiriləcəyi  halda 

NATO-dan  çəkiləcəyini  bəyan  edir.,  digər  tərəfdən  BMT-nin  Baş  Məclisinin  iclasında  Kipr 

məsələsi ilə bağlı müsbət bir qərarın qəbul edilməsinə çalışırdı. Yunanıstan hökuməti adından 

Baş nazir Karamanlis 1958-ci il sentyabrın 29-da Makariosun təkliflərini tamamilə dəstəklə-

diklərini açıqladı (5, 11). 

1958-ci  ildə  terrorçuluğun  şiddətlənməsinə  görə  Kiprdə  vəziyyət  pisləşmiş,  Türkiyə-

Yunanıstan və Yunanıstan-İngiltərə münasibətləri gərginləşmişdi.Bu vəziyyət Türkiyə - İngil-

tərə münasibətlərinə öz təsirini göstərirdi. Bu isə NATO-nun Aralıq dənizinin Şərqində möv-

qeyini zəiflədirdi. Buna görə bir tərəfdən ABŞ-ın göstərdiyi təzyiqlər, digər tərəfdən NATO-

nun vasitəçilik və təsiri ilə Türkiyə ilə Yunanıstan ikitərəfli müzakirələrə başladılar. 1959-cu il 

fevralın  5-11-də  Zürihdə  keçirilən  müzakirələrdə  Türkiyə  və  Yunanıstan  müstəqil  Kipr  res-

publikası  yaradılması  haqqında  qərar  qəbul  etdilər.  Bu  müstəqil  dövlət  daxilində  kiprli  türk 

icmasının azadlıq və  yaşama haqqını təminat altına alan konstitusiya əsasları ilə birgə, digər 

əlaqədar sazişlər 1959-cu il fevralın 19-da Londonda Türkiyə, Yunanıstan və İngiltərə ilə Kip-

rin türk və yunan icmalarının təmsilçiləri tərəfindən imza edildi (2, 533).  

Zürih və London sazişləri müstəqil Kipr ilə Türkiyə, Yunanıstan və İngiltərə arasında 

orqanik münasibətlər və əlaqələr qururdu. Bu sazişlərdən biri təminat sazişi idi. Kipr respubli-

kası konstitusiyasının ayrılmaz bir parçasını təşkil edən bu sazişə görə Kipr respublikası Kons-

titusiya  qaydalarını  bütün  detalları  ilə  qorumağı  öhdəsinə  götürürdü.  Əgər  bu  Konstitusiya 

qaydaları pozulacaq olardısa Türkiyə, İngiltərə və Yunanıstan zəruri tədbirlər görmək üçün öz 

aralarında məsləhətləşərək tədbir görəcəkdilər. Konstitusiya qaydaları pozulmuş olmaqda da-

vam  edərdisə,  üç  dövlətdən  hər  biri  Konstitusiya  qaydalarını  düzəltmək  üçün  təkbaşına  mü-

daxilə etmək hüququna malik olacaqdı (2, 533-534). 

Konstitusiyaya görə dövlətə və hökumətə yunan rəhbərlik etməli, köməkçisi isə türk ol-

malı idi. Hökumət 7 nəfəri yunan, 3 nəfəri türk olmaq üzrə 10 nəfərdən ibarət olmalı idi. Res-

publikanın məclisi 50 nəfərdən ibarət olmalı idi. Bunun 35-i yunan, 15-i türk olmalı idi. Res-

publikanın rəsmi dili yunan və türk dilləri idi. Dövlət məmurlarının 70%-i yunan, 30%-i türk 

olmalı idi (1, 46). 

Konstitusiyanın  ayrılmaz  hissəsi  olan  İttifaq  Sazişinə  görə  Yunanıstan  Kiprdə  950 

nəfərlik bir hərbi qüvvə, Türkiyə isə 650 nəfərlik hərbi qüvvə saxlaya bilərdi. Nəhayət bu sa-

zişlərə görə Kipr Respublikası üçün enozis və bölünmə qadağan edilirdi (2, 534). Konstitusiya 

1960-cı il avqustun 16-da qüvvəyə mindi. 

1960-cı il avqustun 16-da Kipr respublikasının elan olunmasından 9 ay qabaq 1959-cu 

ilin dekabr ayında Baş Yepiskop Makarios respublikanın prezidenti, Fazil Küçük isə preziden-

tin müavini seçilmiş və vəzifələrinə başlamışdılar (1, 49). 

Makarios Zürih və London sazişlərindən razı qalmamışdı. 1960-cı il aprelin 1-də Lef-

koşada söylədiyi nitqində Makarios demişdi: “Zürih və London sazişləri ümid və arzularımızı 

tam olaraq gerçəkləşdirməmişdir..... Qəti qələbəni əldə etmək üçün mübarizəni davam etdirə-

cəyik” (1, 52). 

Əslində Makarios London sazişinin ilk günlərindən ətrafındakılara deyirdi: “Bu sazişi 

təzyiq altında və istəmədən imzalamışam”. Doğrudan da London sazişi imzalananda Yunanıs-




208                                                          Ümummilli lider Heydər Əliyev – 

90 

Tarix və onun problemləri, № 2 2013 

 

tanın  Baş  naziri  Karamanlis  Makariosa  təzyiq  göstərmiş  və  demişdi  ki,  sazişi  imzalamasan 

Yunanıstanın dəstəyini itirə bilərsən (1, 52). 

Zürih  -  London  sazişləri  Yunanıstanda  iqtidar  və  müxalifət  dairələrində  bir-birindən 

fərqli etirazlara səbəb oldu. Bəzi liberallar hökumətin bu sazişləri NATO-nun təzyiqi ilə qəbul 

etdiyini bildirirdi. Parlamentdə Kipr məsələsi ilə bağlı keçirilən müzakirələrdə Birləşmiş De-

mokratik sol (EDA) partiya ilə bağlı olan millət vəkilləri ən sərt müxalifət mövqeyi tuturdular. 

1960-cı  ildə  Lefkoşa  sazişləri  ilə  əldə  edilən  “Müstəqil  Kipr  respublikası”nın  yaradıl-

ması həm Türkiyənin, həm də Yunanıstanın orijinal olaraq aktiv fədakarlıqları nəticəsində tə-

min edilmişdi (5, 12-13). 

Bu razılaşma sırasında Kipr türkləri ilə Türkiyə hökuməti arasında heç bir anlaşmazlıq 

yox idi. Lakin bu sözləri Kiprli yunanlar və Yunanıstan hökuməti üçün söyləmək olmaz. Ger-

çək olaraq Zürih-London müzakirələri zamanı Yunanıstan hökuməti ilə Makarios arasında bə-

zi anlaşılmazlıqlar var idi. Kipr respublikasının qurulmasından 1963-cü il noyabrın 8-də Kara-

manlisin  hakimiyyətdən  getməsinə  qədərki  vaxtda  Kipr  ilə  bağlı  Yunanıstanın  siyasəti  Zürih 

və  London  sazişləri  ruhuna  uyğun  bir  zahiri  görüntü  yaradırdı.  Digər  bir  deyilimlə,  bu  vaxt 

Kiprli yunanların status kvonu dəyişmə mövzusunda Afinadan açıq bir dəstək almaları ciddi 

danışıq  mövzusu deyildi. Belə  ki, bu  vaxt  ərzində  Kiprli  yunanların Afinadan  silah  tələbləri 

cavabsız buraxılırdı (5, 14).  

Lakin 1964-cü il fevralın 16-da keçirilən seçkilərdə Georq Papandreonun Mərkəz Birli-

yi (EK) partiyası iqtidara gəlincə vəziyyət bir qədər dəyişdi. Yeni iqtidarın Kipr məsələsinə və 

NATO-ya  münasibətdə  mövqeyi  dəyişdi,  hətta  əks  mövqedən  yanaşma  müzakirə  mövzusu 

oldu. Belə ki, Papandreu fevralın sonunda söylədiyi bir açıqlamada, adada demokratiyanın və 

sülhün təmin edilməsi və Türkiyə ilə olan ittifaqın davam etdirilməsi üçün 1959-cu il sazişlə-

rinin  Beynəlxalq  ədalət  məqsədlərinə  görə  dəyişdirilməsinin  lazım  olduğunu  bildirmişdi  (5, 

14). 


Papandreu Türkiyənin təminat sazişi çərçivəsində adaya müdaxilə hüququnun olmadı-

ğını, belə bir hüququn olması qəbul edilsə belə Kipr respublikasının Türkiyənin də razılığı ilə 

BMT-yə qəbul edilməsinin vəziyyəti dəyişdirdiyini bildirirdi. Ayrıca Kipr məsələsinin BMT-

də  müzakirə  edilməsinə  işarə  edir,  Yunanıstanın  Zürih  və  London  sazişlərini  ortadan  qaldır-

maq  istəmədiyini,  ancaq  dəyişdirilməsinin  zəruri  olduğunu  müdafiə  etdiyini,  bu  vəziyyətin 

BMT  Təhlükəsizlik Şurasının  adadakı vəziyyəti gözdən keçirərək,  yenidən tənzimləmə  məq-

sədi ilə bir arbitr təyin olunmasının qəbul edilməsini irəli sürürdü (5, 15). 

Kipr  hökuməti,  qurulmasından  dərhal  sonra  “Müstəqil  və  suveren”  bir  dövlət  olaraq 

BMT-yə  daxil  olmaq  üçün  müraciət  etmiş  və  bir  qədər  sonrakı  vaxtda  üç  təminatçı  dövlətin 

razılığı ilə təşkilata qəbul edilmişdi. 

Hadisələrin  inkişafı  1963-cü  ildə  Kiprdə  icmalararası  qarşıdurmanın  yenidən  ortaya 

çıxmasına gətirib çıxardı. Türk tərəfi 1960-cı il statusu ilə əldə etdiyi vəziyyəti qorumaqa ça-

lışdığı halda, yunan tərəfi isə adadakı vəziyyətdən narazı idi. Vəziyyətin belə olması türk bələ-

diyyələrinin  sərhədlərinin  təsbiti,  türklərin  ictimai  xidmətlərə  qatılma  nisbəti,  vergi  toplama 

məsələləri, silahlı qüvvələrin  yaradılması kimi məsələlərdə dərin anlaşılmazlıqlara imkan ya-

ratmışdı. Bu məsələlərdə Makarios xüsusi rol oynayırdı. Konstitusiyaya görə EOKA təşkilatı 

ləğv edilmişdi. Lakin Makarios tanınmış EOKA-çı Yorqacisi daxili işlər naziri təyin etdi və o 

da  1961-ci  ilin  ilk  aylarında  gizli  olaraq  “Gizli  Yunan  Ordusu”  adlı  təşkilatın  yaradılmasına 

başladı (1, 53). 1963-cü ilin dekabrında bu təşkilat 10 min nəfərə çatdırıldı. 



Ümummilli lider Heydər Əliyev – 

90

                                                   209 

Tarix və onun problemləri, № 2 2013 

 

Makarios  türk  və  yunan  bələdiyyələrinin  ayrı-ayrılıqda  fəaliyyət  göstərməsini  adanın 

bölünməsinə  doğru  bir  addım  hesab  edir  və  buna  mane  olmağa  çalışırdı.  Makarios  deyirdi: 

”Konstitusiya nə deyir desin, ayrı bələdiyyələrin yaradılmasına yol vermək olmaz” (1, 53). 

Makariosun direktivi ilə daxili işlər nazirinin  başçılığı ilə bir qrup  tərəfindən “Akritas 

planı” deyilən bir plan hazırlandı.  Bu planda deyilirdi ki, Zürih və  London sazişlərinin Kipr 

məsələsini həll edə bilmədiyini yaymaq və dünya ictimaiyyətini buna inandırmaq; bu sazişlə-

rin yunanlara haqsızlıq etdiyini yaymaq; konstitusiyanın dəyişdirilməsinin şərt olduğunu yay-

maq; təminat sazişinin və hərbi ittifaq sazişinin ləğv edilməsinə nail olmaq...... və s. lazımdır 

(1, 55). 

1963-cü  ilin  dekabr  ayında  Makarios  1960-cı  il  Konstitusiyasında  bəzi  dəyişiklikləri 

nəzərdə tutan 13 maddəlik bir memorandumu Türk icmasına və təminatçı dövlətlərə göndərdi 

(5, 15-16). 

Memorandumda irəli sürülən mühüm maddələr aşağıdakılar idi: “Məclisin Kiprli yunan 

sədri ilə kiprli türk sədr müavini öz deputatları tərəfindən deyil, bütün məclis üzvləri tərəfin-

dən  seçilməli  idi;  bələdiyyələr  ayrı  deyil,  müştərək  olmalı  idi;  Kipr  yunan  icması  məclisi  və 

türk icması məclisi ləğv edilməli idi... ” (1, 57). 

Bu  dəyişikliklər  Kipr  yunanlarının  xeyrinə  idi  və  Enozisə  gedən  yolda  heç  bir  maneə 

qalmırdı. Bu dəyişikliklər adada vəziyyəti get-gedə gərginləşdirdi və 1963-cü il dekabrın 23-

də Kipr yunanlarının təşəbbüsü ilə qanlı bir qarşıdurmaya gətirib çıxardı. Baş verən hadisələr 

qarşısında  Türkiyə  üç  təminatçı  dövlətin  yaranmış  vəziyyətlə  bağlı  müdaxilə  etməsini  tələb 

etmiş, ilk mərhələdə cavab tapa bilməyən bu tələb 25 dekabrda türk reaktiv qüvvələrinin ada 

üzərində xəbərdarlıq uçuşları etməsindən sonra digər iki təminatçı dövlət və Kipr respublikası 

hökuməti  tərəfindən  qəbul  edildi.  Nəticədə  ingilis  generalının  tabeliyində  olan  sülhyaratma 

qüvvəsi fəaliyyətə başladı. Bu zaman üç təminatçı dövlət və Kipr respublikası birlikdə BMT 

Baş katibinə müraciət edərək adaya vəziyyəti izləmək üçün bir nümayəndə göndərməyi xahiş 

etdilər. Bu zaman İngiltərə adada sülhün qorunması məsələsi ilə bağlı NATO üzvü olan ölkə-

lərə  üstünlük  verilməsini,  xüsusilə  ABŞ-a  aid  qüvvələrin  bu  məsələdə  önə  çəkilməsini  mü-

dafiə edirdi (5,16). 

ABŞ bəzi şərtlərlə bu müraciəti qəbul etdi (5, 16). Təklif Türkiyə və Yunanıstanın tərə-

findən  qəbul  edildisə  də  Makarios  tərəfindən  rədd  edildi.  Makarios  ABŞ  və  NATO-nu  xilas 

olmağa çalışdığı Zürih və London sazişlərinin havadarları hesab edirdi.  

Nəticədə məsələni BMT Təhlükəsizlik Şurası nəzarətə götürdü, 1964-cü il martın 4-də 

qəbul  edilən  qərarla  adada  təhlükəsizlik  və  asyişin  təmin  edilməsi  vəzifəsi  BMT  qarçısında 

məsuliyyət  daşıyacaq  bir  sülhyaratma  qüvvəsinə  verildi.  Uzun  sürən  tənzimləmə  yollarını 

araşdırmaq məqsədilə bir münsifliyin işə başlaması da qərara alındı. 

Təhlükəsizlik  Şurasının  Kipr  adası  ilə  bağlı  qəbul  etdiyi  ən  mühüm  qərarlardan  biri 

olan  bu  qərar  tərəflərin  kəskin  mövqeyinə  görə  müxtəlif  şəkildə  şərh  edilirdi  ki,  bu  şərh  də 

daha çox Makariosun mövqeyinə uyğun gəlirdi. 

Nəticədə Kipr  məsələsi üç təminatçı dövlətin istədiyi kimi NATO daxilində tənzimlə-

mə vəziyyətindən  çıxaraq tərkibində Sovet İttifaqının da olduğu bir qurumun cavabdehliyinə 

verildi (5, 17). 



 

ƏDƏBIYYAT 

 

1.Artuç İbrahim. Kıbrısta Savaş ve Barış. İstanbul, 1989. 

2.Armaoğlu Fahir. 19 Yüzyıl siyasi Tarihi (1789-1914), Ankara 1999. 



210                                                          Ümummilli lider Heydər Əliyev – 

90 

Tarix və onun problemləri, № 2 2013 

 

3.Terzioğlu Said Arif. Kan Gözyaşı ve Barış, İstanbul, 1999. 

4.Kürşad Fikret, Altan Mustafa H, Egeli Sabahattin. Belgelerle Kıbrısta Yunan Emperyalizmi, 

Kutsun Yayınevi, 1978. 

5.Sönməzoğlu  Faruk.  Türkiye-YUNANISTAN  İlişkileri  ve  Büyük  Gücler.  Kıbrıs,  Ege  ve 

Diger Sorunlar, İstanbul, 2000. 

6.Sabahattin İsmail. Kıbrıs Sorununun Kökleri. İngiliz Yönetiminde Türk-Rum İlişkileri ve İlk 

Türk-Rum Kavqaları, 2000. 

7.Gürel Şükrü S. Kıbrıs tarihi (1878-1960), Kolonyalizm,Ulusçuluq, Kaynan yayınları, 1985. 

8.Türsan Nurettin Yunan Sorunu. Ankara, 1987. 

9.Armaoğlu Fahir 20 Yüzyıl Siyasi Tarihi. Cilt 1-2;1914-1995.Alkım Yayınevi 1999. 

10.Stanford Shaw, Ezel Kural Shaw. Osmanlı İmparatorluğu ve Modern Türkeye. İkinci cilt, 

İstanbul 1983. 

11.Bozkurt  İsmail.  Kıbrısın  Tarihine  Kısa  Bir  Bakış  //  Avropa  Birliği  Kıskacında  Kıbrıs 

Meselesi (Bugünü ve Yarını), Ankara 2001. 

 

МАМЕД ФАТАЛИЕВ 



профессор Бакинского Государственного Университета

доктор исторических наук 

 

КИПРСКИЙ ВОПРОС И ГРЕЦИЯ 

ПОСЛЕ ВТОРОЙ МИРОВОЙ ВОЙНЫ (1945-1964 гг.) 

Во  время  Второй  мировой  войны  Греция  потребовала  передачи  ей  Кипра,  но 

Англия  выступила  против.  После  Второй  мировой  войны  Греция  снова  выдвинула 

Кипрский  вопрос.  В  1950  году  на  Кипре  в  связи  с  Энозисом  (объединение  Кипра  с 

Грецией)  был  проведен  плебисцит  и  сторонники  Энозиса  набрали  96%  голосов.  Но 

Англия не признала итоги плебисцита. В 1952 году во время выборов в Греции Папагос, 

который поддерживал Энозиса, одержал победу, включила Кипрский вопрос в програм-

му правительства. Он стремился разрешить Кипрский вопрос в рамках англо- греческо-

го сотрудничества, но не добился успеха. В 1952-1954 годах Греция в связи с Энозисом, 

неоднократно  поднимала  вопрос  перед  Англией.  Но  из  этих  инициатив  ничего  не 

вышло. В апреле 1955 года на Кипре началась вооруженная борьба против Англии. 

В декабре 1956 года Англия выдвинул новый план по Кипру, но этот план не был 

принят  сторонами.  В  конце  50-х  годов  на  Кипре  положение  осложнилось.  В  феврале 

1959 года в Зюрихе (Зурих) между Турцией и Грецией было принято решение о созда-

нии независимой Кипрской республики. Другие соглашения, связанные с Кипром, были 

подписаны в этом же году  в  Лондоне  между  Турцией,  Грецией, Англией  и общинами 

турок  и  греков.  Эти  соглашения  создали  основу  органических  отношений  между 

Кипром, с одной стороны, и Англией, Турцией и Грецией, с другой. В августе 1960 году 

была  объявлена Кипрская  республика.  Развитие  событий в 1963 году снова  привело к 

межобщинным  противоречиям.  В  итоге  Кипрский  вопрос  был  передан  под  контроль 

совета Безопасности ООН. 

 

 



 

 

 




Ümummilli lider Heydər Əliyev – 

90

                                                   211 

Tarix və onun problemləri, № 2 2013 

 

 

MAMED FATALIYEV 



professor of Baku State University 

 

THE CYPRIAN QUESTION AND GREECE AFTER WORLD WAR II 

(1945-1964) 

 

During  World  War  II  Greece  demanded  transfer  of  Cyprus  to  it,  but  England  acted 



against.  After  World  War  II  Greece  again  put  forward  the  Cyprian  question.  In  1950  in 

connection  with  Enozis  (association  of  Cyprus  with  Greece)  plebiscite  was  carried  out  and 

Enozis's supporters collected 96% of votes in Cyprus. But England didn't recognize plebiscite 

results. In 1952 during elections in Greece won Papagos who supported Enozis, included the 

Cyprian  question  in  the  government  program.  He  sought  to  resolve  the  Cyprian  question 

within  Anglo-Greek  cooperation,  but  didn't  achieve  success.  In  1952-1954  Greece  in 

connection  with  Enozis,  repeatedly  brought  up  a  question  in  front  of  England.  But  these 

initiatives left nothing. In April, 1955 in Cyprus began the armed fight against England. 

In  December,  1956  England  put  forward  the  new  plan  across  Cyprus,  but  this  plan 

wasn't  accepted  by  the  parties.  In  the  late  fifties  in  Cyprus  situation  became  complicated.  In 

February,  1959  between  Turkey  and  Greece  was  made  the  decision  on  creation  of  the 

independent  Cyprian  republic  in  Zurikh.  Other  agreements  connected  with  Cyprus,  were 

signed same year in London between Turkey, Greece, England and communities of Turks and 

Greeks. These agreements created a basis of the organic relations between Cyprus, on the one 

hand,  and  England,  Turkey  and  Greece,  with  another.  In  August,  1960  the  Cyprian  republic 

was  declared.  Succession  of  events  again  led  to  intercommunal  contradictions.  In  1963  as  a 

result the Cyprian matter was referred under UN Security Council control. 

 

 



Rəyçilər: t.e.n.M.Baxışov, t.e.d.R.C.Süleymanov 

BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının 12 fevral 2013-cü 

il tarixli iclasının qərarı ilə çapa məsləhət görülüb (protokol №6).

 

Yüklə 116,35 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə