A bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə14/29
tarix19.07.2018
ölçüsü0,68 Mb.
#56522
1   ...   10   11   12   13   14   15   16   17   ...   29

29 

 

1770-ci  ildə  burada  olmuĢ  rusiyalı  alman  təbiətĢünas  alimi  S.Gmelinin 



açıqlamasına  görə,  Bakı  nefti  o  zaman  ildə  ancaq  40.000  rus  rubli,  yəni  164.400 

firəng  altunu

57

  qədər  gəlir  gətirirdi



58

,  Sonra  bu  gəlir  get-gedə  artdı  və  bununla 

əlaqədar, Ģəhərin əhəmiyyəti də çoxaldı. 

ġəhərin qalası ilk dəfə ġah Ġsmayılın 1501-ci ildəki mühasirəsi ilə əlaqədar 

qısaca Ģərh olunmuĢdur. [Burada]  qala barədə “Üç tərəfi dəniz, heç bir hökmdarın 

əli çatmayacaq qədər möhkəm

59

 olub, yalnız bir tərəfdən qurudur; o tərəfi (-4-) də 



çox dərin xəndək ilə əhatə edilmiĢdir” məlumatı verilir. Qədim Bakını əhatə edən 

bu  qalanın  qalığı  indi  də  mövcuddur.  Bu  gün  rusların  Mixaylovski-sad 

adlandırdıqları  bağ  qədim  qalanın  xəndəyi  yerindədir,  qalanın  dəniz  sahilindəki 

hissəsi  [isə]  indiki  Qız  qalasından  keçmiĢ  gömrük  yeri  və  Mixaylov  bağçasına 

qədər  uzanmıĢdı;  indi  ondan  əsər-əlamət  qalmamıĢdır.  Ümumiyyətlə,  qalanın 

ancaq Ģimal və qərb hissələri mühafizə olunub, cənub və Ģərq hissələrindən çox az 

Ģey qalmıĢdır. Bu gün divardan 850 metrə qədəri mühafizə olunmuĢdur, 500 metrə 

qədəri  isə  xarabdır.  Özdəmir  Osman  PaĢanın  yanında  baĢ  təskirəçi  olmuĢ  Dal 

Mehmet  Asəfi,  əsli  dağıstanlı  olan  bu  dəyərli  komandanın  dövründə,  ġirvana  aid 

hadisələr sırasında Bakının təsvirinə xüsusi əhəmiyyət vermiĢdir. Onun [dediyinə] 

görə, səfəvilər Bakının keçmiĢ qalasını heç bir əlamət qoymadan dağıtmıĢlar. Buna 

əsasən  Bakının  indiki  qalası  tamamilə

60

  osmanlı  abidəsi  [hesab  olunmalıdır].  Bu 



gün qalanın 6 qapısı mövcuddur. Osmanlılar qalanı 1586-cı ildə tikmiĢlər. Sonralar 

qalanı  səfəvilər  də  təmir  etmiĢlər.  Divarın  Ģimal  hissəsində  ġamaxı,  yaxud  ġah 

Abbas  qapısı  adlanan  qapının  üzərində  ġah  Abbasın  1627-d  ildə  (hicri  1077) 

qalanı


61

  təzələdiyinə  dair  kitabə  vardır.  1647  və  1666-cı  illərdə  iki  dəfə  Bakıda 

                                                                                                                                      

Balıq bəndi var, adı “ġil” adıdır                                           

Gündə on min aqcadır bil xəracı                                          

Gəmilər ilə gəlir hər dəm qumaĢ                                          

Gilan gəmisinin kəsilməz ardı                                              

Satdığı malları tam alacadır (rəngarəngdir)*                       

Hər mətaından (malından) iyirmi beĢdə bir  

Nəqd on yük aqcadır vasilləri 

Su kimi çah içrə qaynar dəmbədəm. 

Doldurur hər il otuz yüz məxzəni. 

Qızıl simli balıqların damıdır (ucasıdır). 

Belə ayrılmıĢ ilk zamandan bacı. 

Neftlə əvəz edib alırlar maaĢ. 

Xocalar sevdadan olmazlar ayrı. 

Sankı Misir malıdır, əlacadır. 

Alınır, tamqa deyə, ey binəzir. 

57

1764-cü ildən sonra rus rubli 18 qram gümüĢ olub, 10 altun manata və ya 4110 franka bərabərdir. 



58

S.Gmelin, Reise durch Russland und Kaukasus, III, 36. 

59

Aləm-Ara, 20: Heç bir Ģövkət sahibinin əli onun torpaq bəndinin ətəyinə çatmaz (P. V.).  



60

ġücaətnamə, Yıldız nüsxəsi, № 2385, vər. 123

a



Qalasından yox idi əsla əsər 



Hər tərəfindən edirdi xər güzər. 

61

V.V.Bartold, E.Ġ., 1,635-ci [səhifədə yazıldığına] görə 1017-ci ildə.  




30 

 

olmuĢ  Evliya  Çələbi  Ģəhəri  yaxĢı  vəsf  edir



62

.  Onun  yazdığına  görə,  “ġəhər 

divarının  üç  qapısı  olmuĢdur:  Gilan,  Dərbənd  (Bab  əl-Əbvab  -  P.V.)  və  dəniz 

tərəfindən Liman qapıları. Burada minə qədər ev, camelər, bazarlar vardır. Bundan 

baĢqa  təpənin üstündə  dövrəsi 700 addıma  qədər olan iç  qala  mövcuddur. Bunun 

qərb qapısı dəmirdən düzəldilmiĢdir. Bu iç qala qaya üzərində olduğundan xəndəyi 

yoxdur.  Qalanın  içində  tavanları  torpaq  olan  yetmiĢə  qədər  köhnə  ev  vardır. 

[Burada] Heydər ġah camesi adında bir came varsa da, minarəsizdir. ġəhər əhalisi 

hənəfi  və  Ģafei  mənsəbli  sünnilərdir.  Gözəl  vücudlu,  amma  çox  qayğıkeĢdirlər”. 

Çələbidəki bu iç qalanın aĢağıda bəhs olunacaq Xan-sarayı və digər binaları əhatə 

edən  divardan  və  çöl  qala  olaraq  təsvir  etdiyi  isə  indi  haqqında  danıĢılan  Bakı 

qalasından ibarətdirmi? Bunu, əlbəttə, məsələni  yerindəcə  tədqiq etmək imkanına 

malik olanlar söyləyə bilərlər. Asəfi PaĢanın kitabının öz dövründə yazılan Yıldız 

nüsxəsində Bakı qalasının boyalı Ģəkli də vardır

63

 . 


ġəhərin ətrafında heç bir ağac olmadığından qədimi binalar çox (-5-) lazımlı 

olmuĢdur.  Bizim  zəmanəmizdə  də  bütün  türk  aləmində  ən  sağlam  yonma  daĢ 

binalara  malik  olan  və  bu  binalar  da  türk  ustaları  tərəfindən  tikilərək  türk 

sərmayədarlarının mülkü olan yeganə müasir Ģəhər Bakı idi. 

Qədim  qalanın  daxilində  olan  qədim  Ģəhərin  planı  çox  dəyiĢmiĢ,  qala 

Bakının  aĢağı  sahil  məntəqələrinə  hakim  olan  təpənin  ətrafını  əhatə  etmiĢdir. 

Həmin təpənin üstündə isə Xan sarayı mövcud olmuĢdur ki, indi də vardır. Saray 

sarıya çalan yonma daĢdan tikilmiĢ və bir neçə hissədən ibarətdir. Biri ikimərtəbəli 

saraydır ki, heç bir yerində kitabəsi yoxdur. Onun ġah Xəlilullah dövründə tikildiyi 

zənn  olunur.  Otaqlarının  bölgüsü  rusların  dövründə  hərbi  sursat  anbarı  kimi 

istifadə  vaxtı  dəyiĢdirilmiĢdir.  Bunun  Ģimali-qərbində  divanxana  mövcuddur. 

Qapılarında kufi xətti ilə yazı (11) mövcud olsa da, əksəriyyəti tarixsizdir. Yalnız 

bir  qismində  832  hicri  (1428/9)  tarixi  oxunur.  Yəni  ĢirvanĢah  Xəlilullah  dövrünə 

aid  edilir.  Xan  sarayının  cənub,  cənubi-Ģərq  və  qərb  tərəflərində  saray  qalasının 

divarı var; bunun cənub tərəfindəki qapının  küçəyə baxan xarici tərəfində 994-cü 

(1586)  ildə  Sultan  Muradın  əmri  ilə  tikildiyinə  dair  bir  kitabə  vardır.  [Bu]  iç 

divarın həyəti daxilində Xan sarayının cənubi-qərbində bir came də varmıĢ; amma 

1917-ci  ildə  dağıdılmıĢdır

64

.  Bunun  qərbində  DərviĢ  türbəsi  adlanan  bir  türbə  də 



mövcuddur. Sənət tarixi baxımından onun əhəmiyyətindən danıĢılır. Onun XV əsrə 

aid olduğu zənn edilir. Yəqin ki, came Evliya Çələbidə [haqqında] məlumat verilən 

Heydər ġah camesi, türbə isə ġeyx Səfi Ərdəbilinin davamçılarından sayılan ġeyx 

ġəriminin türbəsidir. Saray həyətinin cənubi-qərb tərəfində Xan  məscidi və  gözəl 

                                                           

62

E.Çələbi, II,300; VII, 802.  



63

ġücaətnamənin  Yıldız  nüsxəsinin  sonunda  (vər.  282

b

  -  283


a

)  kitabın  yazılmasının  və  üzünün 

köçürülməsinin  tarixi  eyni  gündür:  15  Ģəvval  994-cü  il  =  30  sentyabr  1586.  Zənnimcə  bu  padĢaha 

təqdim edilmək üçün yazılan nüsxədir. Rəsmlər osmanlı miniatürçülərinin ən mühüm abidələrini təĢkil 

edir.  

64

Сысоев, Краткий путоводитель по …, Баку: 1925, с. 7. 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə