A bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə2/29
tarix19.07.2018
ölçüsü0,68 Mb.
#56522
1   2   3   4   5   6   7   8   9   ...   29

 

ilə,  ya  da  ancaq  ərəb  əlifbası  ilə  nəzərə  çatdırır.  Bu  isə  oxucunun  toponimin  əsl 



adını müəyyənləĢdirməsinə əlveriĢli imkan yaradır. 

Ə.Z.V.Toğanın  “Azərbaycanın  tarixi  coğrafiyası”  əsərində  çoxsaylı 

toponimlərimizlə  yanaĢı,  Azərbaycanın  orta  əsrlərdəki  tarixi-siyasi  coğrafiyası 

barədə  də  maraqlı  məlumatlar  vardır.  Alim  öz  tədqiqatında  ilk  mənbələrə 

əsaslanaraq Azərbaycanın Ģimal sərhəddinin Dərbəndin Ģimalına qədər uzandığını 

təsdiq  edir,  ayrı-ayrı  Azərbaycan  ərazilərinin  inzibati-ərazi  bölgüsünü,  müxtəlif 

hadisələr, müharibələr nəticəsində baĢ vermiĢ dəyiĢiklikləri ətraflı Ģərh edir. 

Ə.Z.V.Toğan  öz  tədqiqatında  hər  bir  toponimin  tarixi  keçmiĢinə  lazımi 

diqqət yetirir, xüsusilə böyük Ģəhərlərə, yaĢayıĢ məskənlərinə aid tarixi hadisələri 

oxucunun diqqətinə çatdırır. Yeri gəlmiĢkən, o, belə hallarda adi Ģərhçi kimi çıxıĢ 

etmir, baĢ vermiĢ hadisələrə, bu barədə ayrı-ayrı tədqiqatçıların fıkirlərinə müraciət 

edir və  lazım  gəldikcə onlara özünün tənqidi  münasibətini bildirir. Bununla  belə, 

qeyd etmək lazımdır ki, bəzi hallarda müəllifin özü də qeyri-elmi, dəqiq olmayan 

fıkirlər  irəli  sürür.  Lakin  bu  xırda  çatıĢmazlıqlar  əsərin  elmi  dəyərinə  ciddi  təsir 

göstərmir. 

Fikrimizcə  Ə.Z.V.Toğanın  “Azərbaycanın  tarixi  coğrafiyası”  əsəri  yüksək 

elmi  səviyyədə  yazıldığı  və  Azərbaycan  tarixi  üçün  mühüm  əhəmiyyətə  malik 

olduğu üçün onun Azərbaycan dilinə tərcümə olunması və Azərbaycan oxucusuna 

çatdırılması  təqdirəlayiq  haldır.  Görkəmli  tarixçimiz  prof.  V.Z.Piriyevin  yaradıcı 

əməyinin nəticəsi olan bu tərcümə, kiçicik qüsurlarına baxmayaraq, əsərin orijinal 

mətninin məğzini, demək olar ki, bütünlüklə əhatə edir. Tərcüməçi alim əsərə “Ön 

söz”  yazmıĢ,  müəllifin  həyat  və  elmi  yaradıcılığını  qələmə  almıĢ,  əsərin  spesifik 

xüsusiyyətlərini  açıqlamıĢ,  nəzərə  çarpan  çətinlikləri  göstərmiĢdir.  O,  eyni 

zamanda,  əsərin  tərcüməsini  Ģərhlərlə,  qeydlərlə,  terminlərin  izahı  ilə  və  çoxsaylı 

coğrafi  adların,  qəbilə,  tayfa  və  sülalə  adlarının  göstəriciləri  ilə  daha  da 

zənginləĢdirmiĢdir.  Tərcümənin  məziyyətlərindən  biri  də  ondan  ibarətdir  ki, 

mütərcim  müəllifm  yalnız  əski  əlifba  ilə  verdiyi  toponimlərin,  sözlərin  müasir 

əlifba ilə oxunuĢunu da vermiĢ, ərəb və fars dillərində olan və tərcüməsi mövcud 

olmayan bir sıra mətnləri isə Azərbaycan dilinə çevirərək əsərə əlavə etmiĢdir. 

Beləliklə,  Azorbaycanın  görkəmli  ortaəsrĢünas  alimi  prof.  V.Z.Piriyev 

Ə.Z.V.Toğanın  “Azərbaycanın  tarixi  coğrafiyası”  əsərini  doğma  dilimizə 

yaradıcılıqla  tərcümə  etmiĢdir.  Əlbəttə,  bütün  bunlar,  əsərin  daha  elmi  və 

təkmilləĢmiĢ Ģəkildə oxucuya çatdırılmasında mühüm əhəmiyyətə malikdir. ġübhə 

etmirəm  ki,  prof.  V.Z.Piriyevin  bu  tərcüməsi  mütəxəssis  ziyalıların,  tələbələrin, 

ümumiyyətlə  geniĢ  oxucu  kütləsinin  türk  dünyasının  tanınmıĢ  alimi  Əhməd  Zəki 

Vəlidi Toğanın elmi irsi ilə daha yaxından tanıĢ olmalarına kömək edəcək və hamı 

tərəfindən rəğbətlə qarĢılanacaqdır! 

Yaqub MAHMUDOV Əməkdar elm xadimi, 

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 

tarix elmləri doktoru, professor 



 

ÖN  SÖZ 



 

Əhməd Zəki Vəlidi Toğan (1890-1970) ictimai-siyasi və elmi fəaliyyəti ilə 

dünyada  və  ilk  növbədə  türk  aləmində  tanınmıĢ  Ģəxsiyyətlərdən  olmuĢdur.  Hələ 

gənc  yaĢlarından  siyasətə  qoĢulan  Vəlidi  sonralar  keĢməkeĢli  həyat  sürmüĢ, 

BaĢqırdıstanda  bolĢeviklər  hakimiyyətə  gələndən  sonra  mühacirət  etmiĢ, 

Hindistandan  tutmuĢ  Fransa,  Almaniya  kimi  ölkələrdə  yaĢamalı  olmuĢ,  lakin 

ömrünün  əsas  hissəsini  Türkiyədə  keçirmiĢdir.  Müəllifin  həyatına  və  elmi 

yaradıcılığına həsr olunmuĢ bölmədə onun keçdiyi ömür yolu ətraflı Ģərh edilir və 

bəlli  olur  ki,  o,  40-cı  illərin  ikinci  yarısından  məhsuldar  elmi  fəaliyyətlə  məĢğul 

olmuĢdur.  Onun  türk  dünyasına,  o  cümlədən  Azərbaycana  həsr  olunmuĢ  əsərləri 

elmi  ictimaiyyətin  diqqət  mərkəzindədir.  Bunlardan  biri  oxucuların  istifadəsinə 

təqdim  olunan  məzkur  “Azərbaycanın  tarixi  coğrafiyası”  əsəridir.  Əsər  əslində 

müəllifin  1928-1931-ci  illərdə  Ġstanbul  universitetində  oxuduğu  4  məruzədən 

ibarətdir.  Həmin  məruzələr  sonralar  “Azərbaycan  Yurd  birliyi  məcmuəsi”nin 

müxtəlif  nömrələrində  nəĢr  olunmuĢdur.  Tərcümədə  məruzələrin  Rusiya  EA 

ġərqĢünaslıq  Ġnstitutunun  kitabxanasında  mühafizə  olunan  surətindən  (inv.  3578) 

istifadə edilmiĢdir. 

Ə.Z.Vəlidinin “Azərbaycanın tarixi coğrafiyası” əsəri (məruzələri), adından 

göründüyü  kimi,  sırf  tarixi-coğrafi  mövzuya  həsr  olunmuĢdur.  I  məruzədə 

Dərbənd,  Bərdə,  Samur  körpüsü,  Abxaz,  Quba,  ġabran,  ġamaxı,  Bərzənc  kimi 

toponimlərdən  bəhs  olunursa,  II,  III  və  IV  məruzələr  “Bakı  -  ƏrəĢ  -  ġəki  – 

Zaqatala” zonasının toponimlərinə həsr edilmiĢdir. Müəllif çoxsaylı toponimlərdən 

söhbət açır, onların tarixini Ģərh edir, bir qisminin lokalizasiyasını dəqiqləĢdirməyə 

səy  göstərir.  Beləliklə,  aydın  olur  ki,  əsər,  əsasən  Azərbaycanın  bir  hissəsinin  - 

ġirvanın tarixi-coğrafiyasını əks etdirir. 

Ərəb,  fars,  rus,  türk,  baĢqırd  dillərini  sərbəst  bilməsi,  alman  və  s.  avropa 

dillərindən  bəhrələnməsi  Ə.Z.Vəlidiyə  bir  çox  orta  əsr  tarixi  mənbələrindən 

faydalanmasına imkan yaratmıĢdır. Cəmi 51 səhifəlik məruzələrdə 50-yə qədər ilk 

mənbədən  istifadə  olunması,  30-dan  artıq  tanınmıĢ  ĢərqĢünas  alimlərə  istinad 

edilməsi  müəllifin  bacarıqlı  tədqiqatçı  olduğunu,  hər  bir  məsələyə  ciddi 

yanaĢdığını  göstərir. Onun  istifadə  etdiyi ilk  mənbələr  sırasında  Bəlazuri,  Təbəri, 

Ġbn  Xordadbeh,  Əl-Yəqubi,  Ġbn  əl-Fəqih,  Ġbn  Rusta,  Qudama  ibn  Cəfər,  Əl-

Məsudi,  Əbu  Düləf,  Əl-Ġstəxri,  Ġbn  Havqəl,  Əl-Müqəddəsi,  Əl-Biruni,  Əl-Ġdrisi, 

Əl-Qərnati,  Ġbn  əl-Əsəm  əl-Kufi,  Nəsəvi,  Yaqut  Həməvi,  Zəkəriyyə  Qəzvini, 

Fəzlullah  RəĢidəddin,  Həmdullah  Qəzvini,  ġərəfəddin  Əli  Yəzdi,  ƏbdürrəĢid 

Bakuvi,  Ġskəndər  MünĢi,  Övliya  Çələbi,  AĢiq  Çələbi,  A.A.Bakıxanov  və  s.  Ģərq 

müəlliflərinin  əsərləri  ilə  yanaĢı,  Strabon,  Ptolomey,  Rubruk,  Adam  Oleari, 

Kaempfer, Hanvey, VaxuĢti və baĢqalarının əsərlərinə də təsadüf olunur. 

Ə.Z.Vəlidi  ilk  mənbələrlə  yanaĢı,  öz  sələflərinin  -  bir  çox  görkəmli 

ĢərqĢünas alimlərin - Karaulov, Ġ.Berezin, B.Dorn, S.Gmelin, V.Minorski, Sısoyev, 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə