A bakixanov adina tarġX Ġnstġtutu


ZƏKĠ VƏLĠDĠ TOĞANIN HƏYATI VƏ ELMĠ YARADICILIĞI



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə4/29
tarix19.07.2018
ölçüsü0,68 Mb.
#56522
1   2   3   4   5   6   7   8   9   ...   29

 

ZƏKĠ VƏLĠDĠ TOĞANIN HƏYATI VƏ ELMĠ YARADICILIĞI

1

 

 

Zəki Vəlidi Toğan 1890-cı  ildə  dekabrın 10-da BaĢqırdıstanın Ġsterlitamak 



mahalının  Küzen  kəndində  anadan  olmuĢdur.  O,  ibtidai  və  orta  təhsilini  əvvəlcə 

Küzendə,  sonra  dayısının  (Həbib  Nəccarın)  Utəkdəki  mədrəsəsində  alır.  Ərəb  və 

fars  dillərini  kamil  öyrənir  və  mükəmməl  təhsil  almaq  üçün  daha  sonra  Kazana 

gəlir. Artıq rus dilini bilən Zəki Vəlidi 1912-ci ildə buradakı Müəllim Ġnstitutunda 

təcrübə  imtahanı  verir  və  eyni  zamanda  Kazan  Universitetinin  tarix  və  ədəbiyyat 

fakültəsində  ali  təhsil  almağa  baĢlayır,  ancaq  ali  təhsilini  axıra  çatdıra  bilmir.  O, 

universitet  təhsilini  uzun  müddətdən  sonra,  yəni  1931-1935-ci  illərdə  Vyanada 

tamamlayır.  Hələ  Kazanda  olan  vaxtlarda  məĢhur  ĢərqĢünaslar  N.AĢmarin  və 

N.Katanovla yaxından tanıĢ olan Zəki Vəlidi onların təĢəbbüsü ilə elmi axtarıĢlara 

baĢlayır və nəticədə “Türk və tatar tarixi”nin ilk cildini 1912-ci ildə Kazanda nəĢr 

etdirir. Bu əsərə görə o, Kazan Universiteti Tarix və Arxeologiya Cəmiyyətinə üzv 

qəbul  edilir.  1913-cü  ildə  Kazan  Universiteti,  1914-cü  ildə  isə  Rusiya  EA 

tərəfindən  Fərqanə  və  Buxara  bölgələrinə  göndərilir.  Burada  dəyərli  materiallar 

toplayan, elmi jurnallarda maraqlı məqalələr çap etdirən Zəki Vəlidi bir neçə elmi 

cəmiyyətə  də  üzv  seçilir.  O,  1912-1913-cü  illərdən  etibarən  “Manas”  dastanı  və 

“Ġbn  Xəldun”la  da  məĢğul  olur.  1914-cü  ildə  Birinci  Dünya  müharibəsi 

baĢlandıqdan  sonra  onu  orduya  səfərbərliyə  alırlar,  lakin  dostlarının  köməyi  ilə 

səfərbərlikdən  saxlanılır.  Bundan  sonra  o,  çoxdan  hazırlaĢdığı  “Qeyri-rus 

məktəblərində  rus  dili  müəllimi”  kursundan  imtahan  verir  və  dəvət  edildiyi  Ufa 

Ģəhərinə  gedərək  Osmaniyyə  mədrəsəsində  türk  dili  müəllimliyinə  baĢlayır.  Zəki 

Vəlidi artıq Ufada siyasi fəaliyyətə qoĢulur və nəticədə Dumaya deputat seçilir. O, 

1917-ci  il  noyabrın  29-da  qurulan  Milli  BaĢqırd  hökumətinin  daxili  iĢlər  naziri 

olur.  Ancaq  1918-ci  il  yanvarın  18-də  Orenburq  bolĢeviklər  tərəfindən  iĢğal 

edildikdən  sonra  Zəki  Vəlidi  həbs  olunur.  Aprelin  əvvəlində  qazax  və  baĢqırdlar 

Orenburqu bolĢeviklərin əlindən geri aldıqdan sonra həbsxanadan çıxır. O, 1918-ci 

il iyunun 7-də Milli BaĢqırd hökumətini yenidən bərpa edir. Onun hökuməti

 

1920-


ci  ilin  iyunun  29-na  kimi  həm  sovetlərlə,  həm  də  ağqvardiyaçılarla  müəyyən 

tarazlıq  saxlaya  bilir.  Lakin  Leninin  baĢqırd  ordusunu  dağıdıb  baĢqa  qüvvələrlə 

birləĢdirmək əmrindən sonra, o, 1920-ci il iyunun 29-da gizlincə Türküstana keçir. 

Zəki  Vəlidinin  Türküstandakı  mübarizəsi  1920-1922-ci  illər  arasında  3  ilə  kimi 

davam  edir.  Burada  olarkən  təhlükəsizlik  məqsədilə  tez-tez  yerini  dəyiĢir.  Bu 

dövrdə  Bakıda  keçirilən  ġərq  xalqlarının  qurultayında  iĢtirak  edir.  Zəki  Vəlidi 

Türküstanda  qaldığı  müddətdə  ruslara  qarĢı  silahlı  mübarizə  aparmaqla  yanaĢı, 

səyahəti zamanı gəzdiyi yerlərdə elmi axtarıĢlarından da kənarda qalmır. Onun bu 

dövrdə  topladığı  qiymətli  əlyazmalar  sonralar  Avropada  və  Türkiyədə  yazıb  nəĢr 

etdirdiyi kitab və məqalələrin əsasını təĢkil edir. 

                                                           

1

Məqalə  “ELTURAN”  [Milli  məsələlər,1996,№  1-2  (9)]  jurnalından  götürülmüĢ,  müəllifləri  Mirzə 



Ənsərli və Tofiq Nəcəflinin razılığı ilə kitaba daxil edilmiĢdir.  


 

Artıq  ruslarla  mübarizə  aparmağın  mümkün  olmadığını  görən  Zəki  Vəlidi 



silahdaĢları  ilə  1923-cü  ilin  fevralın  21-də  Ġrana  keçir  və  Əfqanıstan  yolu  ilə 

Hindistana gedir. Onlar bir müddət burada qaldıqdan sonra 1923-cü il noyabrın 1-

də  gəmi  ilə  Bombeydən  Türkiyəyə  yola  düĢür,  lakin  vizaları  olmadığı  üçün  bu 

ölkəyə  buraxılmır  və  yenidən  Ġzmir  yolu  ilə  Avropaya  gedirlər.  Zəki  Vəlidi  və 

dostu  Əbdülqədir  Ġnan  bir  müddət  Parisdə,  sonra  isə  Berlində  yaĢamalı  olurlar. 

Zəki  Vəlidi  Berlinə  gəlib  çatana  kimi  keçdiyi  yerlərdəki  kitabxana  və  arxivlərə 

gedir, yorulmadan araĢdırmalar aparır, türk tarixi, ədəbiyyatı və mədəniyyətinə aid 

qiymətli  kitabları  üzə  çıxararaq  toplayır.  1925-ci  ilin  martın  əvvəllərində 

Türkiyənin o zamankı maarif naziri Doktor Rza Nur Berlində olarkən Zəki Vəlidi 

ilə görüĢür və onu Türkiyəyə dəvət edir. Bu dəvəti qəbul edən Zəki Vəlidi və dostu 

Ə.Ġnan 1925-ci ilin mayın 20-də Türkiyənin paytaxtı Ankara Ģəhərinə gəlirlər. Zəki 

Vəlidinin Türkiyədə yaĢadığı dövrü iki hissəyə bölmək olar: birincisi - 1925-1933; 

ikincisi  -1939-1970-ci  illər  (vəfatına  kimi).  O,  1927-ci  ildə  Ġstanbula  gedir  və 

Ġstanbul Universitetində müəllimlik etməyə baĢlayır. Dərs keçdiyi zaman oxuduğu 

mühazirələrini  daĢbasma  və  litoqrafiya  üsulu  ilə  nəĢr  etdirməyə  baĢlayır.  Onun 

həyatında  dərin  iz  buraxmıĢ  hadisələrdən  biri  də  1932-ci  ilin  iyulunda  Ankarada 

keçirilən Türk Tarixi Tədqiq Cəmiyyətinin birinci konqresi olmuĢdur. BaxıĢlarına 

görə onu burada möhkəm tənqid etsələr də, Zəki Vəlidi yenə öz fikirlərinin üstündə 

dayanır. Onu burada ali təhsili  olmadığına və cahilliyinə görə də günahlandırırlar. 

Bütün  bu  haqsızlıqlara  dözməyən  Zəki  Vəlidi  1932-ci  il  iyulun  8-də  Ġstanbul 

Universitetində  tutduğu  vəzifədən  istefaya  çıxdığını  bildirir  və  ləngimədən  ali 

təhsilini  tamamlamaq  və  doktorluq  üzrə  mövzu  müdafiə  etmək  üçün  Vyanaya 

gedir. 

O,  Vyana  Universitetində  həm  universitet  təhsilini  tamamlayır,  həm  də 



1935-ci  il  iyunun  7-də  “Ġbn  Fadlanın  Səyahətnaməsi”  mövzusunda  doktorluq  iĢi 

müdafiə edir. Onun doktorluq iĢi o dövrdə öz dəst-xətləri ilə seçilən  ĢərqĢünaslar 

tərəfindən  yüksək  qiymətləndirilir.  Doktor  Zəki  Vəlidi  əvvəl  Bonn,  sonra  isə 

Gettingen universitetlərində “Orta Asiya tarixi və islamiyyət” sahəsində müəllimlik 

edir.  Artıq  bu  zaman  onun  “Ġbn  Fadlanın  Səyahətnaməsi”  əsəri  alman  dilində 

Leypsiqdə çapdan çıxır, “Ə1-Biruni” əsəri isə ingilislər tərəfindən nəĢrə hazırlanır. 

O, eyni zamanda türk və alman dillərində nəĢr olunan məĢhur elmi jurnallarda bir 

sıra məqalələr də çap etdirir. 1939-cu il sentyabrın 1-dən Türkiyəyə qayıdan Zəki 

Vəlidi  Ġstanbul  Universitetinin  ədəbiyyat  fakültəsində  türk  tarixi  üzrə  professor 

təyin edilir. Bu illərdə onun ƏliĢir Nəvai  haqqında əsəri,  “Tarix metodologiyası”, 

“Ümumtürk tarixinə giriĢ” kitabları da nəĢr olunur. Əvvəllər Misirdə ərəb əlifbası 

ilə türk dilində çap olunmuĢ “Bugünkü Türküstan və yaxın keçmiĢi” əsəri 1940-cı 

ildə  latın  əlifbası  ilə  türk  dilində  yenidən  çap  olunur.  Ġkinci  Dünya  müharibəsi 

zamanı  Türkiyə  ilə  SSRĠ  arasında  vəziyyət  gərginləĢərkən  Z.Vəlidi  1944-cü  il 

mayın  15-də  “turançılıq  təbliğatı  ilə  Türkiyədə  SSRĠ  əleyhinə  hərəkatda  olması” 

ittihamı  ilə  həbs  edilərək  10  il  müddətinə  azadlıqdan  məhrum  olunur.  Ancaq  bir 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə