A bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə5/29
tarix19.07.2018
ölçüsü0,68 Mb.
#56522
1   2   3   4   5   6   7   8   9   ...   29

10 

 

müddətdən  sonra,  yəni  1945-ci  ilin  oktyabrında  azad  edilir.  1934-cü  ildəki  tarix 



qurumu hadisəsi və 1944-cü ildəki irqçilik-turançılıq hadisələri böyük elm xadimi 

Zəki  Vəlidinin  elmi  fəaliyyətinə  çox  böyük  ziyan  vurur.  O,  1948-ci  ildə  yenidən 

Ġstanbul  Universitetinə  dönür  və  məhsuldar  elmi  fəaliyyətə  baĢlayır.  Zəki  Vəlidi 

Toğan  yeni  dövrdə  “Tarixdə  üsul”  əsərini  nəĢrə  hazırlayır  və  1950-ci  ildə  çap 

etdirir.  1953-cü  ildə  öz  təĢəbbüsü  ilə  yaradılan  Ġslam  Tədqiqi  Ġnstitutuna  müdir 

təyin edilir. Z.V.Toğanın adını dünyada məĢhurlaĢdıran hadisələrdən biri də 1951-

ci ildə keçirilən ġərqĢünasların 22-ci Konqresi olmuĢdur. Bu konqresdə o, sədrlik 

etmiĢdir. Sonrakı  illərdə Zəki Vəlidi dünyanın bir çox ölkələrində  elmi  məruzələr 

oxuyur,  araĢdırmalar  aparır,  “Xatirələr”  (Ġstanbul,  1969,  643  s.),  “Tarixdə  üsul” 

(Ġstanbul, 1969, 550 s.), “Ümumtürk tarixinə giriĢ” (2-ci nəĢr, Ġstanbul, 1970, 537 

s.)  və  “Türkün  müqəddəratı  üzərinə”  (Ġstanbul,  1970,  240  s.)  kimi  irihəcmli 

əsərlərini nəĢr etdirir. Z.V.Toğan 1970-ci il iyulun 26-da Ġstanbulda vəfat etmiĢdir. 

Onun cənazəsi Qaracaəhməd məzarlığında torpağa tapĢırılmıĢdır. 

Alimin  yaradıcılığında  türk  xalqlarının  tarixi,  ictimai-siyasi  və  mədəni 

həyatı haqqında yazılmıĢ sanballı kitab, kitabça və məqalələr üstünlük təĢkil edir. 

O,  türk  xalqları  içində  xüsusi  çəkisi  olan  azəri  türklərinin  də  tarixinə, 

etnoqrafiyasına, ictimai-siyasi və mədəni vəziyyətlərinə dair silsilə elmi məqalələr 

yazıb  müxtəlif  illərdə  və  müxtəlif  dillərdə  buraxılan  elmi-kütləvi  jurnallarda  və 

ensiklopediyalarda  çap  etdirmiĢdir.  Z.V.Toğanın  tədqiqatlarında  Azərbaycan 

tarixinin qədim və orta əsrlər dövrünün müxtəlif problemləri xüsusi yer tutur. Alim 

öz  araĢdırmalarında  tarixi  etnoqrafiyaya  xüsusi  yer  verdiyi  üçün  Azərbaycan 

tarixini,  xüsusən  də,  etnoqrafiyasını  daha  geniĢ,  ətraflı  tədqiqata  cəlb  etmiĢdir. 

Onun  bu  sahəyə  xüsusi  meyil  göstərməsi  heç  də  təsadüfi  deyildir.  Məlumdur  ki, 

20-ci  illərin  əvvəllərində  Azərbaycanın  tarixi  etnoqrafiyasının  obyektiv  Ģəkildə 

öyrənilməsi  sahəsində  M.H.Baharlı  tərəfindən  ilk  addımlar  atıldı.  Bu  problemi 

xarici ĢərqĢünaslıqda ilk dəfə tədqiq edənlərdən biri məhz Z.V.Toğan idi. O, 1927-

ci  ildə  “Azərbaycan  etnoqrafiyasına  dair”  məĢhur  tədqiqatını  iĢləyib  nəĢr 

etdirmiĢdir.  Həmin  məqalə  1933-cü  ildə  “Azərbaycan  Yurd  bilgisi”  dərgisində 

təkrar nəĢr olunmuĢdur. O, seçdiyi mövzunun aktuallığını dərk etmiĢ və problemin 

dərindən  tədqiqində  ilk  qaynaqlara  söykənmiĢdir.  Toğan  bu  tədqiqatından  sonra 

Azərbaycana  Ģimaldan daxil olan türk tayfalarının  mənĢəyi məsələsinə və onların 

Azərbaycan  toponimikasında  qalan  izlərinə  xüsusi  diqqət  yetirmiĢdir.  Müəllif 

həmin  dərgidə  nəĢr  etdirdiyi  “Azərbaycanın  tarixi  coğrafiyası”  məqaləsi  ilə  bu 

problemin  öyrənilməsi  sahəsində  mühüm  addım  atdı.  Onun  “Ümumtürk  tarixinə 

giriĢ”  əsərində  Azərbaycan  tarixinin  qədim  və  orta  əsrlər  dövrünə  geniĢ  yer 

verilmiĢdir.  Alim  Azərbaycanda  məskunlaĢmıĢ  qədim  türk  tayfalarının  mənĢəyi, 

Azərbaycan  xalqının  formalaĢmasında  onların  rolu  problemini  açıqlamağa 

çalıĢmıĢdır.  Toğan  bu  əsərində  Azərbaycan  tarixinin  müxtəlif  məsələlərini 

[Azərbaycanın miladdan öncə də türklərin vətəni olduğunu, miladdan sonra baĢqa 

türk  tayfalarının  Ģimaldan  Azərbaycana  axınını,  Oğuz  tayfalarının  yürüĢlərini, 




11 

 

Monqol  iĢğalı  zamanı  Azərbaycanın  ictimai-iqtisadi  vəziyyətini,  Qaraqoyunlu  və 



Ağqoyunlu dövlətlərinin yaranması və fəaliyyətini] iĢıqlandırmağa cəhd göstərmiĢ 

və  buna  müəyyən  mənada  nail  ola  bilmiĢdir.  Z.V.Toğanın  Azərbaycanla  bağlı 

əsərlərindən  biri  də  Türkiyədə  nəĢr  olunmuĢ  “Ġslam  ensiklopediyası”nda  (c.  2,  s. 

91-118) çap etdirdiyi  “Azərbaycan” məqaləsidir. Azərbaycan tarixinin mükəmməl 

icmalını  özündə  əks  etdirən  bu  məqalə  aĢağıdakı  baĢlıqlarla  yazılmıĢdır:  1) 

Azərbaycanın  bugünkü  coğrafi  və  etnoqrafik  vəziyyəti;  2)  Azərbaycanın  adı  və 

tarixi sərhədləri 3) Ərəb istilası dövrü; 4) Azərbaycana gələn ilk türklər; 5) Ərəblər 

dövründə türklər; 6) Səlcuqlar dövründə  türklər; 7) Azərbaycanda qıpçaq ünsürü; 

8)  Ġlxanilər  dövründə  Azərbaycanın  türkləĢməsi;  9)  Azəri  türk  etnik  qrupunun 

türkləĢməsi;  10)  Ġlxanilər  dövründə  ticarət  yolları;  11)  Ərəb  və  türk  hakimiyyəti 

dövründə  Azərbaycanın  iqtisadi  vəziyyəti;  12)  Səlcuqlar  və  Ġlxanilər  dövrünün 

Azərbaycanın  mədəni  həyatına  təsiri;  13)  XVI-XVIII  əsrlərdə  Azərbaycan;  14) 

Azərbaycana Osmanlı səfərləri; 15) Nadir Ģahdan sonrakı vəziyyət və  rus istilası; 

16) Azərbaycanda son dövr fikir və siyasi cərəyanlar. Müəllif məqalənin daxilində 

mövzuya  uyğun  olaraq  mötərizə  içinda  mənbənin  adını  göstərmiĢ  və  sonda 

verilmiĢ  biblioqrafiyada  isə  Azərbaycan  tarixinə  dair  müxtəlif  dillərdə  yazılmıĢ 

əsərlərin siyahısını vermiĢdir. Tədqiqatçı alim  “Ġslam ensiklopediyası”nda  “Araz” 

(c.l,  s.  355-357)  və  “Aran”  (c.  2,  s.  269-272)  məqalələrini  də  çap  etdirmiĢ  və  bu 

sözlərin  həqiqi  anlamlarını  açmağa  çalıĢmıĢdır.  Z.V.Toğanın  1969-cu  ildə 

Ġstanbulda  çapdan  çıxmıĢ  irihəcmli  “Xatirələr”  kitabında  Bakıda  keçirilmiĢ  ġərq 

xalqlarının  1  qurultayında,  20-ci  illərdə  Türküstanda  baĢ  vermiĢ  milli  mücadilə 

dövründə  Ġran  yolu ilə  Avropaya  gedərkən  MəĢhəd Ģəhərində, sonralar  Avropada 

və Türkiyədə yaĢadığı zaman ünsiyyət bağladığı azərbaycanlılar haqqında maraqlı 

məlumat  verilir.  Z.V.Toğanın  ayrı-ayrı  məsələlərlə  bağlı  gəldiyi  nəticələr 

diqqətəlayiqdir.  Onun  Azərbaycan  tarixinin  müxtəlif  problemlərinə  dair 

tədqiqatları öz araĢdırıcılarını gözləyir. 

 

 

 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə