A bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə7/29
tarix19.07.2018
ölçüsü0,68 Mb.
#56522
1   2   3   4   5   6   7   8   9   10   ...   29

14 

 

da belə olmuĢdur Əl-Biruni (əl-Qanun əl-Məsudi) Ermənistandakı Sisian, Dəbi və 



Naxçıvanı da Azərbaycana aid etmiĢdir (2). 

Azərbaycan  istilahı  daha  geniĢ  mənada  Dərbəndə  qədər  indiki  Qafqaz 

Azərbaycanını da əhatə edir. Dərbəndnaməyə  görə islamın əvvəlində  Azərbaycan 

Həmədan,  Əbhər  və  Zəncandan  Xəzər  Dərbəndinə  (Dərbənd-i  Xəzərana)  qədər 

uzanan  ölkədir.

2

  Həqiqətən,  ilk  islam  tarixçisi  Təbəri  ərəblərin  Xəzər  ölkəsinə 



qədər  uzanan  ilk  istilalarından  (-36-)  danıĢarkən,  ancaq  “Azərbaycan  və  Bab”ın, 

yəni Dərbəndin fəthindən bəhs etmiĢdir.

3

 Sasanilər dövründə  Atropatenanın  Ģimal 



hüdudu  Dərbənd  olmuĢdur.  Bu  Dərbənd  divarlarında  olan  və  yaxın  vaxtlarda 

professor  Paxomov  və  Neuberq  tərəfindən  oxunan  sasani-pəhləv  kitabəsindən 

məlum  olur.  Burada  qalanın  sasanilərin  Azərbaycan  valisi  (və  ya  təhsildarı) 

BərzniĢ  tərəfindən  553-cü  ildə  tikildiyi  dəfələrlə  qeyd  olunur.

4

  Ərəb 


səyyahlarından  Əbu  Düləf  (miladi  X  əsrin  əvvəllərində  yaĢamıĢdır)  nüsxəsi 

MəĢhəd kitabxanasında olan risaləsində (Ġbn əl-Fəqihə əlavə, vər. 184

b

), Gilandan 



Muğana  vs  ġirvanın  “Bakuyə”  Ģəhərinə  gəliĢindən  bəhs  edərkən  “Azərbaycana 

gəldim”  deyir.  Evliya  Çələbi  də  Qarabağ  haqqında  [danıĢarkən  onun]  “kiçik 

Azərbaycan Ģəhərlərindən” olduğunu

deyir. 



DƏRBƏND-BƏRDƏ:  Azərbaycandakı  keçmiĢ  yolları  öyrənərkən  əvvəlcə 

Arranın  paytaxtı  olan  Bərdəyə  gələn  yolları  sonra  Ərdəbilə  gələn  yolları,  sonra 

Təbrizə gələn yolları və nəhayət, Sultaniyyəyə gələn yolları tədqiq edəcəyik. 

Ərəb  mənbələrində  (Ġstəxri,  s.192)  Dərbənddən  Bərdəyə  qədər  altı  böyük 

dayanacağın olduğu göstərilmiĢdir. Dərbənddən 20 fərsəxdə* Samur körpüsü Cəsr-

e  Samur  (P.V.);  oradan  12  fərsəxdə  Abxaz;  Abxazdan  iki  günlük  [məsafədə] 

ġirvan;  ġirvandan  üç  günlük  [məsafədə]  ġamaxı;  ġamaxıdan  14  fərsəxdə  Kür 

çayının  keçidi  Bərzənc  Məbər  əl-Kor-e  Bərzənc  (P.V.);  oradan  18  fərsəxdə  isə 

Bərdə  [yerləĢir]  Burada  Samur  çayı  indi  də  vardır.  Xəzər  dənizinə  tökülür. 

Dərbəndin  cənubundadır.  Abxaz  indiki  Quba  Ģəhərinə  və  yaxud  bir  az  aĢağı 

tərəfinə  uyğun  gəlir.  ġirvan  indiki  Dəvəçi  stansiyasının  Ģimalındakı  xarabalardan 

ibarət olan keçmiĢ ġabrandır. 



 

ġamaxiyyə  (P.V.)  bugünkü  ġamaxıdır.  Bərzənçin  yerini  irəlidə  təyin 

edəcəyik.  Bərdə  isə  bu  gün  Gəncənin  cənub-Ģərqində  Kiçik  Tərtər  çayının  Kür 

çayına  töküldüyü  yerdən  15-16  km  məsafədə  Bərdə  kimi  adlanan  kənddən 

ibarətdir.  Dərbənddən  Bərdəyə  gedən  yol  göstərilən  Dəvəçi  stansiyasına  qədər 

                                                           

2

Mirza  Kazım-Beg.  The  Derbend  Namth.,  p.  25  (Azərbaycanın  ilk  həddi  Həmədan  və  Əbhərdən  və 



Zəncandan baaĢlayır və Xəzran Dərbəndinə yetiĢir. Bu aralıqda nə qədər Ģəhər varsa onların məcmuna 

Azərbaycan deyirlər. 

3

Təbəri, de Goeje nəĢri, I, 2660-2668. 



4

Е.Пахомов,  Г.Неуберг.   Пехлевинские  надписи  Дербенда.  -И.О.О.Из.Аз., № 8, вып. V, Баку, 

1929, с. 29. 

5

Evliya Çələbi, II, 240. 



 


15 

 

indiki  dəmiryol  xəttinin  yanı  ilə  getmiĢ,  qarĢı  tərəfdə  Bakıya  [düz]  getmədən 



dağlara tərəf yönələrək ġamaxıya çatmıĢdır. 

SAMUR  KÖRPÜSÜ,  əlbəttə,  indiki  Samur  çayı  üzərində  mövcud 

olmuĢdur.  Bu  yerlərin  coğrafiyasını  öyrənmək  üçün  mühüm  mənbələrdən  biri 

“Dərbəndnamə”dir.  Bu  əsərin  bizə  gəlib  çatan  və  Peterburqda  nəĢr  olunan  qismi 

əsərin axır zamanlarda dəyiĢilmiĢ və təhrif edilmiĢ Ģəklindən ibarət olub, Dərbənd 

ətrafının ilk ərəb istilası dövrünə aid məlumatını əks etdirir. Kitabın hər hansı bir 

əfsanədən  çox  uzaq  həqiqi  bir  hadisənin  Ģərhindən  (-37-)  ibarət  ərəbcə  əslinin 

müəyyən  hissəsi  bir  zamanlar  Ġstanbulda  mövcud  olmuĢ  və  Münəccim  BaĢı 

tərəfindən  istifadə  edilmiĢdir.  Münəccim  BaĢıdan  üzü  köçürülmüĢ  hissələr 

tərəfimizdən  (Vəlidi  tərəfindən  -  P.V.)  bir  yerə  toplanılaraq  çap  üçün 

hazırlanmıĢdır. Tarix-e Bab əl-əbvab (P.V.) adını daĢıyan bu əsər yalnız Dərbənd 

və  ətrafına  dair  hadisələrin  Ģərhindən  deyil,  Ġslam  zamanındakı  Dağıstan,  ġirvan, 

Arran  və  Azərbaycanın  mükəmməl  tarixindən  ibarət  olmuĢdur.  Onun  bizə  gəlib 

çatan hissələri ərəb əmirləri, Rəvvadilər, ġəddadilər, ĢirvanĢah Yəzid ibn Məzyəd 

övladlarının  əhvalından  bəhs  edir.  Samur  nəhri  hövzəsi  qədim  ərəblərdə  “Ləkz”, 

yəni  Ləzgilər  ölkəsi  Bilad  əl-Ləkz  (P.V.)  kimi  tanınır.  Dərbənd  tarixi  (mənim 

nüsxəm, s.50) bunu Ģərqi Ləkz və qərbi Ləkz kimi iki yerə ayırır. Buranın Samur 

sahillərindəki mühüm Ģəhəri Məsqət olmuĢdur. Hələ Ġslamiyyətdən əvvəl sasanilər 

dövründə  məlum bir Ģəhər idi. Hüdud əl-aləm [müəllifi] buradan islam ölkələrinə 

çoxlu  əsir  gətirildiyini  söyləyir  və  Sərir,  yəni  Avarlar  ölkəsinə  tabe  olduğunu 

göstərir (vərəq 38

b

). Ġbn Xordadbeh (s.124) və Ġbn Fəqih onun müstəqil bir Ģəhər 



olduğunu deyirlər. Bəlazuri də [bu Ģəhərdən] xəbər verir (s.204). Yaqut (Məsqət -

P.V.-məqaləsi)  bu  Ģəhər  haqqında  “Xəzər  dənizi  sahilində  bir  rustakdır.  Əhalisi 

müsəlmandır. Ləhz (Ləzgi)lər arasında qüvvət və Ģövkətə malikdir” yazır. Məsudi 

(Müruc,  II,  74)

6

  burada  sasanilərdən  qalan  maraqlı  binaların  olduğundan  söhbət 



açır.  Dərbənd  tarixinə  görə,  Məsqət  Samur  çayının  mənsəbində  olub,  buraya 

Dərbənddən dəniz yolu ilə gəlirdilər (s.55) və həmçinin həmin çayın sağ sahilində 

mövcud  idi  ki,  Dərbənddən  gələrkən  Samuru  keçməyə  ehtiyac  duyulurdu  (s.50). 

Səlcuqi  Alp  Arslanın  komandanlarından  Sav  (yaxud  ġad)  Teqin  1067-ci  ildə 

Dərbəndə  olan  səfərində  Məsqəti  ġirvanĢahların  əlindən  almıĢ  və  onun  türk 

əsgərləri  Ģəhəri  xarab  edib  iç  qalasını  yıxmıĢlar.  (s.63:Türklər  əvvəlcə  Məsqəti 

istila  edib  xaraba  qoydular,  Ģirvanlılardan  qalanı  aldılar,  onun  orta  divarlarını 

dağıtdılar, beləliklə də, Ģəhəri rəislərin əlindən aldılar - P.V.). 

Amma  bu  hadisədən  sonra  da  Məsqətin  adı  çəkilir.  Səlcuqi  əmirlərindən 

Qara  Tekin  1068-ci  ildə  bu  Məsqətdə  öldürülmüĢdür  (s.48).  Demək,  bu  Ģəhər  bu 

                                                           

6

Bəlazuri (Fütuh əl-büldan P. V.), (Məsudi Müruc əl-zəhəb P.V.), Yaqut əl-Həməvi (Mücəm əl-büldan) 



kimi  Avropada  və  ġərqdə  çap  olunmuĢ  əsərlərdən  danıĢarkən,  düzgün  səhifə,  yaxud  cild  və  səhifə 

göstərildiyi halda, Avropa nəĢrləri istifadəyə məqbuldur. Misir nəĢrindən istifadə edərkən “Ms” iĢarəsi 

qoyuram. 

 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə