A bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə9/29
tarix19.07.2018
ölçüsü0,68 Mb.
#56522
1   ...   5   6   7   8   9   10   11   12   ...   29

18 

 

ƏnuĢirəvanın bina  etmiĢ olduğunu göstərirlər (Ġbn Xordadbeh,  122; Ġbn əl-Fəqih, 



218).  Məqdisiyə  görə  (386),  “ġirvan  böyük  Ģəhərdir,  ovalıq  ərazidə  yerləĢir. 

Binaları  daĢdandır.  Came  [məscidi]  bazarlarda  yerləĢir  və  Ģəhərin  ortasından  çay 

axır.  ġabranın  qalası  yoxdur.  Əhalinin  əksəriyyəti  xristiandır”.  Ġstəxrinin  Yaqut 

tərəfindən  istifadə  olunan  nüsxəsinə  görə,  “ġabran  kiçik  Ģəhərdir,  amma  minbəri 

(came  məscidi)  vardır”.  Hüdud  əl-aləmə  görə  (  33

a

),  ġirvan  vilayət  adıdır.  Onun 



hökumət mərkəzi ġavrandır. Mixək daĢı dünyanın hər tərəfinə buradan yayılır. Bu 

məntəqədə mixək daĢı olmasından Əbu Hamid əl-Əndəlusi də xəbər verir

16



Yaqut və Gotadakı Ġstəxri nüsxələri ġabran haqqında bu məlumatı verirlər: 



“Bu  dənizin  (Bəhri-Xəzərin)  sahilində  Məsqətdən  aĢağıda  ġabran  Ģəhəri  vardır. 

Kiçik,  lakin  möhkəmləndirilmiĢ  [Ģəhərdir].  Kəndləri  çoxdur.  Bunun  yaxınlığında 

ÇeĢmədan kəndi vardır. Onun qarĢısında Bakı, Dərniq və Ləkzə (Ləzgistana-P.V.) 

qədər  Dağ  və  ġirvan  kəndləri  mövcuddur”

17

.  ÇeĢmədan  kəndi  Bəlazuridə  də  (s. 



215) bir  ləzgi  qəsəbəsi  kimi  zikr  olunur.  Dərniq  barədə  irəlidə  bəhs  olunacaqdır; 

[bu  yaĢayıĢ  yeri]  Araz  ilə  Kür  çaylarının  birləĢdiyi  yerdə  mövcud  olmuĢdur. 

Ərəbcə  Dərbənd  tarixinə  görə  də  ġabran,  son  vaxtlarda  ġamaxı  əhəmiyyət  kəsb 

edənə  qədər,  ġirvanın  paytaxtı  olmuĢdur.  Bu  əsərə  görə,  ilk  ĢirvanĢahların 

məzarları  burada  idi.  Bu  əsərdə  ġirvanın  944-cü  ildəki  əsl  gəlir  mənbəyi  kimi 

“ġabrandan  və  kəndlərindən,  neftdən  və  dəniz  qayıqçılığından  alınan  vergilər” 

göstərilmiĢdir (s. 38). Məqdisidəki ġabranın qalası olmadığı barədəki xəbər doğru 

olmalıdır.  Dərbənd  tarixi  bu  Ģəhərin  qalasının  983-984-cü  ildə  ĢirvanĢah 

Məhəmməd ibn Əhməd ibn Məhəmməd ibn Yəzid ibn Xalid ibn Yəzid ibn Məzyəd 

əĢ-ġeybani tərəfindən tikildiyini bildirir (s. 40) 

1254-cü  ildə  Monqolustandan  dönərkən  Cənubi  Qafqazdan  keçən  fransız 

rahibi  Rubruk  ġabranda  olmuĢdur.  Rubruk  adını  Samaron  kimi  göstərdiyi  bu 

Ģəhərdə  yəhudilərin  çox  olduğunu  xəbər  verir

18

.  Monqollar  dövründə  ġirvanın 



mərkəzi  ġamaxı olduğundan  ġabranın çox da  əhəmiyyəti  olmamıĢdır. Həmdullah 

Qəzvini ġabran haqqında “Havası isti və suyu da yaxĢı deyildir, məhsulları buğda 

və  baĢqa  yaxĢı  cins  dənli  bitkilərdir”

19

  xəbərini  verir.  Teymurun  səfərlərində  də 



ġabran  (-41-)  xatırlanır.  1395-ci  ildə  DəĢti-Qıpçaq  səfərindən  dönərkən  həmin 

səfərdə Teymurla olan ĢirvanĢah ġeyx Ġbrahim ġabranda Teymura təntənəli ziyafət 

vermiĢdir

20

.ġabranın adı səfəvilərin, Nadirin və osmanlıların dövründə [də] çəkilir. 



1603-cü  ildə  ġabran  əhalisi  ġah  Abbas  Səfəviyə  qarĢı  üsyan  qaldırmıĢ  və  ciddi 

cəzalanmıĢlar

21

.  Bir  az  sonra  ġabranı  alman  elçisi  Oleari  və  yoldaĢları  ziyarət 



etmiĢlər.Oleari bu Ģəhər haqqında “ġabran (Schabran) kiçik, amma təmiz Ģəhərdir. 

                                                           

16

Journal Asiatique. t. CCVII (1925), s.114-115. 



17

Bu məlumat da Gojenin Ġstəxri haĢiyələrində (s. 187) verilmiĢdir.  

18

Malein nəĢri, s. 170.200.   



19

H.Qəzvini, mt. s. 92.  

20

ZN. 1,782.  



21

Ġskəndər MünĢi. Tarix-e aləm aray-e Abbasi, s. 550, 570.  




19 

 

MüĢkür  nahiyəsində  yerləĢir.  Biz  burada  dənizdən  quruya  çıxdıq,  Ģəhər  dənizdən 



uzaq  deyildir”  deyərək  sözünü  tamamlayır

22

.  Oleari  məsafələri  də  açıq-aydın 



göstərir  (s.  517,  963);  Barmaqın  qərbindəki  Babeldən  Kisichtə  (indiki  “Ağasıbəy 

obası”  ətrafı)  altı  mil*,  oradan  ġabrana  iki  mil.  ġəhərin  əhalisi  Kür  adlanır  (?  - 

P.V.).  Ətrafı  bütünlüklə  padarlardan  [ibarətdir].  ġabrandan  dörd  mildə  MüĢkür, 

sonra  iki  mildə  Niyazabad  [yerləĢir].  Bunun  səkkiz  mil  Ģimalında  olan  Kök  Təpə 

əhalisi də padarlardır. 1582-ci ildə osmanlı müəllifi AĢıq Çələbi burada olmuĢ və 

[Ģəhər]  haqqında  Həmdullah  Qəzvininin  verdiyi  məlumatı  söyləməklə 

kifayətlənmiĢdir. 1655-ci ildə burada olan Evliya Çələbi “ġaburan” adlandırdığı bu 

Ģəhər  haqqında  bir çox Ģübhəli Ģərhlər  verir

23

. Bu səyyaha  görə,  Özdəmir Osman 



PaĢa  ġabranı  təmir  edərək  sancaq  bəyinə  taxt-gah  [kimi]  vermiĢ  imiĢ.  ġabran 

Niyaz-Abaddan  bir  mərhələ*  məsafədədir.  ġabran  Ģəhəri  1743-cü  ildə  Nadir  Ģaha 

qarĢı üsyan qaldıran Surxay oğlu Mehmet tərəfindən dağıdılmıĢdır. Bu münasibətlə 

Nadir  Ģahın  tarixində  “ġabram”  adı  ilə  verilir

24

.  Abbasqulu  xanda  Ģəhər  daha 



[sonra] 1796-cı ilin hadisələri ilə bağlı da xatırlanır

25

. ġabranın nə zaman və hansı 



Ģəraitdə  xarab olduğuna  dair məlumata  malik deyiləm. ġirvanda,  məsələn, ġirvan 

və Muğan adları vilayət və nahiyə adları olaraq iĢləndiklərindən dövlətin mərkəzi 

haraya keçibsə, oranı ġirvan və Muğan kimi göstərmiĢlər. ġabran nahiyəsi də belə 

olmalıdır;  hər  halda  köhnə      “ġabran”,  yəni  indiki  “Padar      ġabran”  yanındakı 

ġabran  qalası  xarabalarından  bir  gün  məsafədə,  cənubda  Gəlgin  (4)  çayına  yaxın 

bir ərazidə mövcud olmuĢdur. 

ġabranı  keçəndən  sonra  yol  keçmiĢdə  də,  sonrakı  dövrdə  də,  məsələn, 

Olearidə  (s.  517,  591)  olduğu  kimi,  BeĢ  Barmaq,  Xanəgah  (yaxud  Koxanı), 

Pürmaraz  (=  E.Çələbi,  II,  297.  Pir  Merizət  Sultan  =  indi  “Mərəzə”  dayanacağı) 

istiqamətindən  müasir  ġamaxıya  gəlmiĢdir.  Bu  yola  yaxın  olan  Altı  Ağac  Evliya 

Çələbidə

26

  və  Nadir  Ģah  tarixində



27

  xatırlanır.  Həmin  yolda  diqqətəĢayan  yerlər 

vardır.  Gelgin  çayı  üzərindəki  (-42-)  divar,  Xıdırzində  və  BeĢ  Barmaq  bu 

qəbildəndirlər.  Yuxarıda  adı  çəkilən  Rubruk  ġabrandan  ġamaxıya  gedərkən 

dənizdən baĢlayıb  yüksək dağlara  çıxan divardan bəhs edir və  ġabran ilə ġamaxı 

arasındakı qalalarda yəhudilərin çox olduğunu xəbər verir. Bu divar Ģübhəsiz qalığı 

müasir dövrdə  Gelgin çayın sol sahilində  mövcud olan divardan ibarətdir ki,  onu 

ĢərqĢünas  Berezin

28

  və  baĢqaları  görmüĢlər.  Bu  divarların  Məsudidə  sasanilər 



tərəfindən   inĢa olunduğu göstərilən Torpaq Divardan

29

 ibarət olduğunu söyləmək 



olar. Məsudi burada həmin Torpaq divarla yanaĢı, bir də “Bərməki” adlanan daĢ və 

                                                           

22

Oleari, ruscası, s. 699.  



23

E.Çələbi, 11,301-305; VII, 801.  

24

Mirzə Mehdi xan, 1311-ci il Təbriz nəĢri, s. 241.  



25

Gülüstan-i Ġrəm, s.123.  

26

E.Çələbi, II, 299  



27

Mirzə Mehdi xan, s. 157.  

28

Путешествие по Востоку, с. 128-129. 



29

Müruc, II, 74.  




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə