А. Д. Чудаков гиймятляр вя гиймятин



Yüklə 2,96 Mb.
Pdf görüntüsü
səhifə10/148
tarix14.09.2018
ölçüsü2,96 Mb.
#68571
1   ...   6   7   8   9   10   11   12   13   ...   148

 

30

Шякил 1.8. гиймятляр системи 



 

 

Öz  növbəsində,  sənaye  məhsulu  topdansatış    qiyməti  müəssisə 



topdansatış  qiymətinə  (başqa  sözlə  buraxılış  qiyməti  adlanan  qiymətə) 

və  həmin  tipdən  olan,  bütövlükdə  sənaye  tərəfindən  istehsal  edilən 

sənaye  məmulatlarının  topdansatış  qiymətinə  bölünür.  Qeyd  edək  ki, 

bazar  iqtisadiyyatı  şəraitində  qeyri-pentabelli  fəaliyyət  göstərə 

bilməzlər:  hər  hansı  məhsul  satışı  bütün  istehsal-satış  xərclərinin 

ödənişindən  əlavə,  müəyyən  mənfəət  də  gətirməlidir.  Bu  mənfəət 

rəqabət şəraitində müəssisənin inkişaf tələbatını təmin etməlidir və buna 

görə  istehsalçı  müəssisə  tərəfindən  təyin  olunan  müəyyən  səviyyədən 

(normativdən)  az  ola  bilməz.  Burada  topdansatış  qiymətlərinin  dövlət 

tənzimlənməsi sahələr və inhisarçı müəssisələr müstəsnalıq təşkil edir. 

 

Mənfəət  norması  bazarda  formalaşdığına  və  bir  çox  amillərin 



təsiri altında dəyişdiyinə görə  məmulatın istehsala buraxılışından əvvəl, 

bu  məmulat  satıldıqdan  sonra  bütün  xərclərin  ödəniləcəyinə  və  tələb 

olunan  mənfəətin  alınacağına  zəmanət  yoxdur.  Əgər  bu  baş  verməzsə, 

müəssisə  iflasa  uğrayacaqdı.  Başlıcası  odur  ki,  müəssisə  rəhbərliyi 

məmulatın  istehsala  buraxılması,  onun  parametrləri  haqqında  qərar 

qəbul edərkən öz proqnozlarında səhvə yol verməsin. 

 

Sənaye məhsulunun topdansatış qiymətinin növ müxtəlifliliyi öz 



əksini  transfert  qiyməti  adlanan  qiymətdə  tapır.  Bu  qiymət  eyni 

müəssisə  daxilində  əmtəələrin  hərəkətində  tətbiq  olunur.  Məsələn,  bu 

yarımfabrikatlar, idarəçilik və informasiya xidmətləri və s. ola bilər. 

 

Sənaye  topdansatış  qiymətləri  bütövlükdə,  bu  və  ya  digər 



eynicinsli məhsulun buraxılışında ixtisaslaşmış müəssisələrin qiymətləri 

müəssisə  topdansatış  buraxılış  qiymətindən  başqa,  özünə  satış 

əlavələrini  (müsbət,  yaxud  mənfi  əlavələri),  habelə,  əlavə  dəyər 

vergisini birləşdirir. 

 

Sənaye  topdansatış  qiymətləri  bütövlükdə  onu  bildirir  ki, 



müəyyən məmulat hansı məbləğlə bazara daxil olur. Bu mənada həmin 

qiymətlər  təkcə  istehsalı    deyil,  tədavül  sferasını,  xüsusi  ilə  topdan 

ticarəti xarakterizə edirlər. 

 

Topdansatış  sənaye  qiymətinin  xüsusi  hallarından  biri 



ə

mtəələrin  birъa  qiyməti,  yaxud  birъa  sövdələşməsi  qiymətidir.  Bu 

qiymət  mövcud  birжa  kotirovkaları  (qiymət  təyin  etmələri)  əsasında 

meydana gəlir. Bu kotirovkanın üstünə əlavələr ola bilər, yaxud, əksinə, 



 

31

güzəştlər çıxıla bilər. Bu əlavələrin və güzəştlərin kəmiyyətləri əmtəənin 



növündən və keyfiyyətindən, əmtəənin istehlak yeri ilə onun göndərmə 

yeri arasındakı məsafədən və s. asılı olaraq müəyyən  olunur. Bütün bu 

şərtlər birъa kotirovkası tərəfindən nəzərdə tutulur. 

 

Tikinti məhsulu qiymət i - adətən aşağıdakı üç növdə olurlar: 

◊  Smeta  dəyəri,  yəni  layihədə  nəzərdə  tutulmuş  obyekt  tikintisinə 

çəkilmiş maksimum xərclərdir; 

◊  Preyskurant  qiyməti,  yəni  tipik  inşaat  obyekti  üçün  layihədə 

nəzərdə  tutulmuş  parametr  vahidinin  smeta  dəyəridir.  Belə 

preyskurant  qiyməti  şəkilində,  məsələn,  aşatıdakı  kimi  ola  bilər: 

faydalı sahənin 1 kv.m-nin (1m

2

) qəbul olunmuş qiyməti, rəngsaz 



işlərinin 1 kv.m-i , beton işlərinin 1 kub m-i (1m

3

) və i.a. 



◊  Müqavilə  qiyməti  -  hər  bir  konkret  halda  sifarişçilər  və  icraçılar 

arasında razılaşmaya görə müəyyən olunmuş qiymətdir. 

 

Satınalma  qiymətləri-  kənd  təsərrüfat  müəssisələrinin 

əhalinin və digər xammal istehsalçılarının öz məhsulunu realizə etdikləri 

topdansatış  qiymətləridir.  Bu  qiymətlər  müəyyən  növ  məhsulun 

müxtəlif  kanallar  (məsələn,  hazırlıq  təşkilatları  vasitəsi  ilə,  birbaşa 

əlaqələr üzrə, kənd təsərrüfat bazarları və s.) üzrə müxtəlif dəyər uçotu 

ilə  satışının  orta  qiymətləridir.  Satınalma  qiymətləri  də  azad  qiymətlər 

ola  bilər  və  tələb  və  təklif  arasındakı  nisbətdən  asılı  olaraq, 

müqavilələrlə  müəyyən  edilə  bilər.Inflyasiya  məhz  kənd  təsərrüfat 

məhsulu  istehsalçılarına  da  hiss  ediləcək  dərəcə    təsir  göstərir.  Məlum 

olduğu  kimi,  kənd  təsərrüfat  məhsulu  ildə  (adətən  payızda)  bir  dəfə 

mövsümi qiymətlər üzrə realizə edilir. Zəruri əmtəələrin kənd təsərrüfat 

məhsulları  istehsalçıları  tərəfindən  satın  alınması  isə  bütün  il  ərzində 

həyata keçirilir . Bu vaxt ərzində inflyasiya nəticəsində qiymətlər kəskin 

yüksələ  bilər,  kənd  təsərrüfatı  məhsulu  üçün  alınmış  pullar  qiymətdən 

düşmüş olar. 

 

Məlum 



ölçüdə 

qeyri-neqativ 

inflyasiya 

nəticələrini 

dempfirovaniya  (aradan  qaldırma)  adlanan  vasitə  ilə  aradan  qaldırmaq 

olar. 


 

Aradan  qaldırma  səmərəsi  birbaşa  dövlət  dəstəklənməsi 

(güzəştli  kreditlərlə,  maddi-texniki  resurslarla,  təminatla  və  b.)  yolu, 

fəaliyyətdəki  maliyyə  kredit  sistemi  tərəfindən,  o  cümlədən  xüsusi 

banklar tərəfindən, edilən qarşılıqlı fəaliyyətlə əldə olunur. 

 

 



Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə