А. Д. Чудаков гиймятляр вя гиймятин



Yüklə 2,96 Mb.
Pdf görüntüsü
səhifə108/148
tarix14.09.2018
ölçüsü2,96 Mb.
#68571
1   ...   104   105   106   107   108   109   110   111   ...   148

 

319


 

Nəzarət sualları. 

 

1.Büdcə səthiliyi və büdcə xətti nədir? 



2.Səthi fərqsizlik və xətti fərqsizlik nə deməkdir? 

3.Qiymət səviyyəsinə alıcıların həssaslığı nəyi müəyyənləşdirir? 

4.Qiymət siyasəti nə deməkdir? 

5.Qiymət strategiyası nə deməkdir? 

6.Qiymətin  əmələ  gəlməsində  xərc  metodu  ilə  mütəxəssislərin  cəlb 

edilməsinin məntiqi ardıcıllığı necədir? 

7.Marketinq  tədqiqatları  əsasında  qiymətin  əmələ  gəlməsi  üçün 

mütəxəssislərin cəlb edilməsi məntiqi ardıcıllığı nə cürdür? 

8.Qiymət və malın dəyəri arasında hansı nisbət mövcuddur? 

9.  stehsal  sahəsində  elmi-texniki  tərəqqinin  və  həmçinin  idarəetmə 

sahəsində hansı amillər üzə çıxır? 

10. nvestisiya anlayışına nə daxildir və onun mənbələri nədən ibarətdir? 

11 nvestisiyanın  nədən  mahiyyətinin  seçimi  üçün  hansı  amillər  kritik 

hesab olunur? 

12..taktiki güzəşt nə deməkdir və onların verilməsinin məqsədi nədir? 

13.Bölüşdürücü kanal anlayışına nə daxildir? 

14. Hansı bölgü kanalları üfüqi, hansıları isə şaquli adlanır? 

15.Vasitəçilər satıcıya qarşı münasibətdə hansı rola malikdir? 

16.Vasitəçilər alıcıya qarşı münasibətdə rolu nədən ibarətdir? 

17. Diler nə deməkdir? 

18.Eksklyuziv dillerlər müəllifləşdirilmiş dillerlərdən nə ilə seçilir? 

19.Distribyutorlar kimlərdir? 

20.Komissionerlər və komitentlər kimlərdir? 

21.Agent və prinsipiallar kimlərdir? 

22. Brokerlər kimlərdir? Onların əməyi  necə ödənilir? 

23.  ntensiv bölgü nədir? 

24.Eksklyuziv bölgü nədir? 

25.Sellektiv bölgü nədir? 

26.Resursların  bölgüsünün  müasir  sistem  üzrə  planlaşdırılması  zamanı 

hansı məsələlər həll olunur? 

27.Qiymətin əmələ gəlməsində qiymət informasiyasının rolu nədir? 

28. Bölüşdürücü loqistika necə adlandırılır? 

29. Qiymətin əmələ gəlməsində istifadə olunan daxili informasiyaya nə 

aiddir? 



 

320


30.Qiymətin  əmələ  gəlməsində  istifadə  olunan  xarici informasiyaya  nə 

aiddir? 


31.Marketinq tədqiqatları informasiyasına nə aiddir? 

32. Satışın stimullaşdırılması nə ilə nəticələnir? 

33.Nəqliyyat  bölüşdürücü  fəaliyyətin  optimallaşdırılması  nə  ilə 

nəticələnir? 

34.Tələbin  dəyişməsinə  görə  texnoloji  cəhətdən  hazırlıq  nə  ilə 

nəticələnir? 

35. stehsal  satış  fəaliyyətinin  optimallaşdırılması  məqsədi  güdən 

inteqrasiya tədbirləri nədən ibarətdir? 

36.”Bonus ballı”nədir? 

37.”Satış  həcmi”  göstəricilərindən  istifadə  etməklə  distribyütorun 

fəaliyyəti hecə qiymətləndirilir? 

38.  Müəssisənin  istehsal-satış  fəaliyyətinin  nəticələri  hansı  pul 

göstəricilərinə görə qiymətləndirilir? 

39.Vasitəçilik  güzəşti  əlavə  qiymət  güzəştindən  və  əlavəsindən  nə  ilə 

fərqlənir? 

40  Müəssisənin  təsərrüfat  fəaliyyətinin  hesabına  daxil  olan  xərclərin 

strukturu nədən ibarətdir? 

41. Qiymət güzəştlərinin əsas növləri hansılardır? 

42. Qiymət hədiyyələrinin hansı növləri vardır? 

43.Satışı yükləmə ilə müqayisədə qiymət hədiyyələri nə ilə fərqlənir?.     

    

 

 



Ə S I L 8 

 

 

 

 

         

 

 

 

 


 

321


QİYMƏT VƏ  MALİYYƏ  

 

 

Müəssisənin  mikro-makro  mühiti.  Milli    valyutanın  zəifləməsi 

və  möhkəmlənməsi.  Devalvasiya  və  revalvasiya.  Pulun  müdaxiləsi. 

Valyutanın  steriliziasiyası.  Kreditə  və  qiymətə  qarşılıqlı  təsir.  Kreditin 

qiyməti.  Kredit  restriksiyası.    Diskontlaşdırma  və  maliyyələşdirmə. 

Qiymətdə  liderlik.-Qiymətin  tənzimlənməsində  dövlətin    birbaşa  və 

dolayı rolu.- Qiymətin əmələ gəlməsində dövlət  siyasətinin prinsipləri. 

Federal və regional səviyyədə dövlət tənzimlənməsi. Təbii inhisar. 

 

8.1. MIKRO VƏ MAKRO SƏVIYYƏDƏ QIYMƏT. 

  

 

Şübhəsiz  ki,  müəssisə  şəxsi  daxili  istehsal  xərclərinə  istinad 

edərək mütləq özünün məhsuluna qiymət təyin etməlidir. Ancaq onu da 

nəzərdən  qaçırmaq  lazım  deyildir  ki,  həmin  xərcləri  ödəmək  və  gəlir 

əldə  etmək  üçün  bu  ancaq  istehsal  etdiyi  məhsulun    satışı  hesabına 

mümkündür.  Verilmiş  məhsulu  satmaгdan  ötrü  mövcud  olan  bazar 

mühiti  bir-biri  ilə  qarşılıqlı  əlaqədə  fəaliyyət  göstərən  müstəqil 

qüvvələrin  məkanına  bənzəyir.  Bu  qüvvələrin  bir  coxu  müəssisə 

tərəfindən nəzarətə götürülə bilmir. Ona görə də istehsalçı firma nəinki 

cari mahiyyətə malik bazar amillərə diqqət yetirməli, həmçinin  onların 

dəyişən  meyllərinə  də  fikir  verməli,  həmin  faktorların  yaxın  və  bir  az 

uzaq müddət  üçün də proqnozlaşdırmağı bacarmalıdır. Bu o, deməkdir 

ki, müəssisə mütləq marketinq tədqiqatını aparmalı və xarici marketinq 

informasiyanın  toplanmasını  da  həyata  keçirməlidir.  Bazarın  xarici 

mühiti müəssisəyə mikro və makro səviyyədə qarşılıqlı təsir göstərir. 

 

Bizi əhatə edən mühitin mikro səviyyəsi  bilavasitə müəssisə ilə 



qarşılıqlı əlaqəni xarakterizə edir, onun potensial qarşılıqlı əlaqəsi isə 

konkret bazarın subyektləri ilədir. Bu cür subyektlərdən tədarükçüləri, 

vasitəçıləri, rəqibləri, əlaqə qruplarını göstərmək olar.  

 

Müəssisənin mikrosəviyyədə fəaliyyətinin sxemi 8.1. şəkildə 



göstərilmişdir. 

 

 



 

 

 



Yazı 

Maliyyə xidməti 

Marketinq xidməti 

Müəssisənin rəhbərliyi 

Mühasibat 



Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə