А. Д. Чудаков гиймятляр вя гиймятин



Yüklə 3,85 Mb.

səhifə11/148
tarix14.09.2018
ölçüsü3,85 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   148

 

32

Yük  və  sərnişin  nəqliyyatı  tarifləri  -  yüklərin  və  sərnişinlərin 

yerdəyişmə  qiymətidir.  Bu  ödənişi  yük  göndərənlər  və  ya  potensial 

sərnişinlər 

verirlər. 

Yük 


nəqliyyatı 

xərclərinin 

əvəzinə 

(kompensasiyasının)  ödənişinin  formalaşdırılmasının  fərqləndirici 

xüsusiyyəti  bu  xərclərin  iki  hissədən  ibarət  olmasıdır.  Bu  xərclərin 

birinci  hissəsi  -  başlanğıc-son  əməliyyatlar  (yükləmə  və  boşaltma) 

adlanan xərclərin, ikinci hissə - hərəkət əməliyyatı (xüsusi ilə yük nəql 

edilməsinin) adlı məsrəflərin üzərinə düşür. 



 

Pərakəndə  satış  qiymətləri  -  son  qiymətlərdir.  Bu  qiymətlər 

üzrə  əmtəələr  müxtəlif  ticarət  kanalları  vasitəsilə  bilavasitə 

istehlakçılara şəxsi istifadəyə və ya istehsala çatdırılır. 

 

Əmtəə  realizasiyasının  hər  bir  mərhələsində  onun  pərakəndə 



satış  qiymətinə  əlavə  dəyər  vergisi  daxil  edilir.  Aksizaltı  əmtəələr 

qiymətinə də aksiz (dolayı vergi) daxil edilir. Aksiz əmtəə hazırlayıcısı 

tərəfindən  büdcəyə  ödənilir.  Son  hesabda  göstərilən  vergi  növləri 

pərakəndə  satış  qiymətini  ödəyənlər,  yəni  son  istehlakçılar  tərəfindən 

ödənilirlər.  Ayrı-ayrı  əmtəə  qrupları  üzrə  (məsələn,  bəzi  qida 

məhsulları,  eləcə  də  bəzi  uşaq  çeşidi  əmtəələri  üzrə)  bu  vergilərin 

güzəştli dərəcələri mövcuddur. 

 

Müasir  iqtisadi  ədəbiyyatda  «qiymət  tərkibi»  və  «qiymət 



strukturu  (quruluşu)»  anlayışlarını  fərqləndirmək  qəbul  edilmişdir. 

Qiymət  tərkibi  -  müxtəlif  göstəricilərlə  (məsələn,  rublla  ifadə  olunan 

xərclər  və  mənfəət)  qiymət  ünsürləridir.  Qiymət  strukturu  -  qiymətin 

faizlə ifadə olunmuş ünsürləridir, yaxud əmtəə qiymətində bu ünsürlərin 

xüsusi çəkisidir. 

 

Auksion  (hərrac)  qiyməti  -  pərakəndə  satışın  müxtəlif 

növlərindən  biri  olub,  hərrac  ticarəti  nəticəsində  təyin  edilir.  Bir  sıra 

əmtəələr  üçün  məmulat  satın  alındıqdan  sonra,  çox  vaxt  kifayət  qədər 

əhəmiyyətli  məbləğdə  vəsait  sərf  olunur  ki,  həmin  məmulatı  istifadə 

etmək  olsun.  Məsələn,  avtomobili  aldıqdan  sonra  müntəzəm  olaraq 

benzin, yağ, ehtiyat hissələri və s. xərc çəkmək lazımdır. Buna görə satış 

qiyməti həmin əmtəəni digər analoжi əmtəələrlə müqayisə üzrə rəqabət 

qabiliyyəti  haqqında  mühakimə  yürütmək  üçün  yeganə  göstərici    ola 

bilməz. 


 

Yuxarıda  göstərildiyi  kimi,  müasir  iqtisadi  ədəbiyyatda 

əmtəənin, yaxud xidmətin ümumi və son hədd faydalılığı anlayışları ilə 

əməliyyat aparmaq qəbul edilmişdir. 




 

33

 



Son  hədd  faydalılığı  dedikdə,  istehlakçı  sərəncamında  olan 

uçot əmtəə vahidinin minimal faydalılığı başa düşülür. Başqa sözlə,  son 

hədd faydalılığı - istehsalçının müəyyən əmtəədən əldə edə bildiyi ən az 

faydadır.  Ümumi  faydalılıq  dedikdə,  istehlakçının  sərəncamında  olan 

bütün  əmtəələrin  və  xidmətlərin  son  hədd  faydylılıların  məbləği  başa 

düşülür.  Başqa  sözlə,  ümumi  faydalılıq  -  istehlakçının  sərəncamında 

olan məcmuu faydadır. 

Bazar varlı olduqca, istehlakçının sərəncamında nə qədər əmtəə 

və xidmətlər çox olduqca ümumi faydalılıq da o qədər çoxdur, son hədd 

faydalılığı isə o qədər azdır. 

Alıcı  sərəncamındakı  pul  məbləğləri  cəmi,  bir  qpyda  olaraq 

məhduddurlar,  o  elə  əldə  etməyə  cəhd  göstərir  ki,  onun  faydalılıq 

vahidinə düşən qiymət minimal olsun. 

 

Əgər  alıcının  pul  məsrəfləri  sayca  ölçülə  bilərsə,  onda  əldə 



olunacaq  əmtəənin  faydalılığını  volyuntarizmdən  və  subyektiv 

yanaşmadan  qaçmaqla  necə  ölçmək  olar?  Bu  məqsəd  üçün  adətən 

ekspert  (o  cümlədən  bal)  metodundan,  həmçinin  riyazi  reqression 

təhlildən  istifadə  edirlər.  Sonuncular  müəyyən  (bəzən  əhəmiyyətli) 

miqdar  sınaq  satın  almalarının  keçirilməsini  və  çəkilmiş  xərclər  və 

faydalılıq səmərəsi arasındakı uyğunluğun müəyyən edilməsini nəzərdə 

tuturlar. 

 

Pərakəndə  qiymətlər  haqqında  bütün  yuxarıda  deyilənlər  sübut 



edir ki, onlar fərdi surətdə təyin edilməlidirlər. 

 

Məişət və kommunal xidmətləri  tarifləri - məişət və kommunal 

servizi xidmət və müəssisələri tərəfindən təqdim olunan xidmətlər üçün 

ödənişdir  (paltar,  ayaqqabı,  şəxsi  istifadədəki  digər  predmetlər  üçün 

qiymətlər,  mənzil,  isitmə,  su,  qaz,  elektrik  enerжisi,  əraziyə  xidmət, 

rabitə xidməti və i. a. ödənişlər). 

 

Dünya qiyməti - dünya bazarında müəyyən məhsula tələb və 

təklifin,  habelə  valyuta  məzənnələrinin  dəyişməsi  təsiri  altında 

formalaşır.  Dünya  qiymətlərinə  dövlət  əhəmiyyətli  dərəcədə  təsir 

göstərə  bilir  (lisenziyalaşdırma,  ixracat  və  idxalatın  formalaşdırılması 

(hədləşdirilməsi) və maddi yardım vermə yolu ilə). 

 

Xarici  ticarət  dövriyyəsinə  xidmətdə  böyük  rol  oynayan 



nəqliyyat  xərclərinin  yerinin  ödənilməsi  metodlarından  asılı  olaraq, 

«göndərmə franko- stansiyası» və «təyinat franko-stansiyası» qiymətləri 

fərqləndirilirlər.  Bu  və  ya  digər  məhdud  ərazilərə  yayılan  qiymətlər 

haqqında qısa məlumat verək.  






Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   148


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə