А. Д. Чудаков гиймятляр вя гиймятин



Yüklə 2,96 Mb.
Pdf görüntüsü
səhifə119/148
tarix14.09.2018
ölçüsü2,96 Mb.
#68571
1   ...   115   116   117   118   119   120   121   122   ...   148

 

353


Şəkil. 8.19. Vasitəli  və vasitəsiz metodlarla qiymətin dövlət 

tənzimlənməsi. 

 

Qiymətin  vasitəli  dövlət  tənzimlənməsi  dövlət  orqanlarının 



qiymətin  təyin  edilməsində  və  qiymətin  əmələ  gəlməsində  müəyyən 

qaydaların tətbiq edilməsində inzibati müdaxiləni ifadə edir.  

 

Qiymətin  vasitəsiz  dövlət  tənzimlənməsi  qiymətin    özünün 



tənzimlənməsi  kimi  deyil,  qiymətə  təsir  göstərən  amillərin 

tənzimlənməsini    ifadə  edir.  Dövlət  orqanları  qiymətin  vasitəsiz 

tənzimlənməsi üçün  vergi, dotasiya, gəlir, valyuta kursu, idxal və ixrac 

rüsumları, kvota və imtiyazlar üşün uçotun  tarif faizini təyin etmək yolu 

ilə ararır. 

 

Dövlət  tərəfindən  qiymət  sahəsində  müəyyən  siyasətin  həyata 



keçirilməsi vacib və məqsədəuyğundur. Bu onunla izah olunur ki, bazar 

iqtisadiyyatı  şəraitində  hərdən  daxili  vasitələr  hesabına  iqtisadiyyatın 

ümumi  effektivliyinə  nail  olmasını  təmin  etmək  mümkün  olmur.  Bu 

vəziyyət “bazarın imtinası” adlanır. 

 

Dövlətin  qiymət  siyasətinin  əsas  prinsipləri  şəkil  8.20-də 



göstərilmişdir. 

 

Utilitarizm 



(mənfəətpərəstizlik)-iqtisadi  fəaliyyətin 

idarə 


edilməsində  xüsusi  yanaşmadır  və  buna  görə  də  ictimai  faydalılıq 

cəmiyyətin hər bir üzvünün faydalılıq cəmini özündə ifadə edir. 

 

Eqalitarizm-iqtisadi  fəaliyyətin  idarə  edilməsində  xüsusi 



yanaşma  olub,  hansı  ki,  nemətlərin    cəmiyyət  üzvləri  arasında  bərabər 

bölüşdürülməsi ədalətli prinsip hesab edilir. 

 

Royla  görə  ədalətlilik  (düzgünlük)  –iqtisadi  fəaliyyətinin  idarə 



edilməsində xüsusi yanaşma üsulu olub, belə ki, cəmiyyətdə  nemətlərin 

bölüşdürülməsi, ilk növbədə  yaradılmış nemətlərin  bölüşdürülməsi ilk 

növbədə  maksimal  faydalılığı  təmin  edən  cəmiyyət  üzvləri  arasında 

paylamalıdır. 

 

Ədalətliyə  görə  bazar  yanaşması-iqtisadi    fəaliyyətin  idarə 



edilməsində xüsusi yanaşmadır və buna müvafiq olaraq ədlətlik prinsiri 

effektiv fəaliyyət göstərən bazara görə təyin edilir. Buna görə də bazar 

fəaliyyətinin  effektivliyi  deyəndə  Pareto  effektivliyi  dərk  edilməlidir. 

Yəni ki, bu cür iqtisadi vəziyyət, bir iqtisadi subyekt üçün situasiyanın 

gələcək  inkişafına  nail  olmaq  digər  subyektlərin  hesabına  olacaqdır. 



 

354


Dövlətin qiymət yaratma prinsipləri 

Utilizasiya 

Eralitarizm 

Royla görə həqiqətlər 

Bazar yanaşması 

Digər  sözlə  ifadə  etsək  son  həddin  verilmiş  şəraiti  iqtisadi  rifahın 

hesabına  başa  gələcəkdir.  Vasitəli  dövlət  tənzimlənməsinə  dondurulma 

xarakterikdir,  yəni  ki,  daimi  qiymətin  təyinidir.  Bu  cür  doldurulma  ya 

ümumi, hansı ki, yüksək inflyasiya tempinə qalxdığı zaman əmələ gələ 

bilər ki, bu zaman digər üsullar vasitəsilə həmin inflyasiyanın qarşısını 

almaq olmur. 

 

Axırıncı 



halda 

dondurulma 

gündəlik  tələbat mallarlna şamil edilir ki, 

bu da həyat üçün vacib olan məhsullardır. 

Qeyd  edilmiş  qiymət    daimi  olaraq, 

əvvəlcədən təyin edilmiş səviyyədə konkret 

növ  mallar  üçün  müvafiq  dövlət  orqanları 

tərəfindən  müəyyənləşdirilir.  Dondurulmuş 

qiymətlərdən  fərqli  olaraq  bu    və  ya  digər 

qiymət  həddində  qiymətin    qeydə  alınması 

nəinki  böyük  inflyasiya  vəziyyətində    qəbul  edilir.  Qiymətin  qeydə 

alınması  bazar    adi  bazar    iqtisadiyyatı  şəraitində  də  həyata  keçirmək 

mümkündür. Bu da inflyasiya proseslərinin qarşısının alınmasını aradan  

qaldırmaqdan  ötrü  edilir.  Bu  və  ya  digər  səviyyədə  qiymətin  qeydə  

alınmasının  həlli  üçün    verilmiş  məhsulun    rentabelliyinin    analizinin 

aparılması,  gəlirin    həcminin  təyin  edilməsi  lazım  gəlir.  Əgər  qeydə 

alınmış qiymət  bazar fəaliyyətinin təşkilatçılarını, istər müəssisə, istərsə 

də    ayrı-ayrı  fiziki  şəxs  olsun,  onlar  tələb  etdiyi  gəliri  əldə  etmədiyi 

halda  müxtəlif  mübahisələrə  gətirəcəkdir.  Belə  vəziyyətlərdə  dövlət 

orqanlarının    vəzifəsi  ondan  ibarət  olmalıdır  ki,  həmin    orqanlar 

potensial  konfliktlər  üzə  çıxartmalı  və    bu  və  ya  digər  malın  dövlət 

tərəfindən qeydə alınmış qiymətinə qədər aradan qaldırmalıdır. 

 

Müəyyən  dövr  ərzində  qiymət  səviyyəsinin  təyin  edilməsi 



adətən  qıtlıq  şəraitində  hayata  keçirilir.  Az    tapılan  məhsulların 

qiymətinin  tez  qalxması  və    ona  nəzarətsizlik,  həmin  məhsulların 

istehsalının  həcminin  artması  şəraitində  əmələ  gəlir.  Bu  son  nəticədə 

istehsal həcminin azalmasına gətirib çıxaracaqdır. Bu da öz növbəsində 

qıtlığın  artmasına  və  bununla  bərabər  qiymətin  gələcək  artımına  səbəb 

olacaqdır. Nəticədə, inflyasiya üçün növbəti şərait yaranacaqdır. Həmin 

dövr  ərzində  qiymət  artımı  və  yz  qiymət    səviyyəsinə  dövlətin  vasitəli 

tənzimləmə  mexanizmin  tətbiqi  inflyasiya  proseslərin  vaxtında 

qarşısının alınmasına bilavasitə kömək göstərəcəkdir. 



 

355


 

Bəzən  dövlətin  vasitəli  üsulla  qiymət  tənzimlənməsi  rentabel 

normativi  səviyyəsində  təyin  etməklə  həyata  keçirilir  ki,  bu  da 

məıhsulun 

hər 

 

ədədin  satışının  əmələ  gələn  gəlirlərin  



məhdudlaşdırılmasıdır.  Bu  vasitəli  dövlət    tənzimlənməsi  monopolist 

müəssisələrin məhsulları üçün tətbiq edilir. Onu həmçinin yerli inzibati 

orqanlar  müxtəlif  növ  xidmətlərin    qiymətlərini  birbaşa  tənzimləmək 

üçün istifadə edirlər. 

 

Ayrı-ayrı  regionlarda  satılan  bu və ya  digər mallara dövlətin  



vasitəli  formada    qiymət  tənzimlənməsi  tədarük,  satış  və  satış 

orqanlarını  cəlb  etməklə  yerli inzibati orqanlar tərəfindən icazə  verilən 

səviyyədə əlavə və rüsum qoymaqla tətbiq edilir. Əlavə qiymətin təyini 

konkret regionlarda məhsulların satışı və nəqliyyat xərclərinə görə tətbiq 

edilir.  Dövlətin    birbaşa  (vasitəli)  qiymət  tənzimlənməsini  deklarasiya 

edilmiş qiymət, yəni ki, dövlət  orqanları tərəfindən təklif olunan qiymət 

səviyyəsi  haqqında  məlumatlar  aiddir.  Bu  cür  deklarasiya  bildiriş 

xarakteri  daşıyır.  Əgər  deklarasiya  edilmiş  qiymət  qəbul  olunarsa, 

müvafiq məhsulun istehsalçıları kommersiya sirrinə istinad etmədən bu 

cür deklarasiyanı təqdim etməlidir. 

 

Mühüm  növ  məhsullara  hərdən  məsləhət  səviyyəsində  qiymət 



təyin edilir. Onda məhsulun faktiki qiyməti məsləhət görülən səviyyədə 

olacaqdır.  Ancaq  məhsulun  məsləhət  gördüyü  qiymətdən  yuxarı 

səviyyədə satışı zamanı proqressiv vergi növü tətbiq edilir. 

 

Dövlətin  vasitəli  qiymət  tənzimlənməsi  həmçinin    qarşılıqlı 



qiymətin təyin edilməsinə də aid etmək  lazımdır. Yəni ki, bir məhsula 

görə    qiymətin  dəyişməsi  müvafiq  olaraq  digər  məhsulun  qiymətin 

dəyişməsinə gətirəcəkdir. 

 

Bazar  iqtisadiyyatı  şəraitində  dövlətin  vasitəsiz  metodu  üzrə 



qiymət  tənzimlənməsi  əhalinin    gəlirlərinin    idarə  edilməsi,  vergilərin 

tənzimlənməsi yolu ilə əmtəə həcminin təklifinə təsir göstərməklə bazar 

sorğusunu ödəməkdən ibarətdir. 

 

Dövlətin vasitəsiz metodu  ilə   qiymət  tənzimlənməsi  özündə 



dövlət tədarükü, vergilərin təyin edilməsi, vergi tarifi, ödəniş və imtiyaz, 

pul  kreditinin  və  pul  dövriyyəsinin  tənzimlənməsi,  dövlət  investisiya 

siyasətinin    həyata  keçirilməsi,  valyuta  məzənnəsinin  tənzimlənməsi, 

idxal  və  ixrac  rüsumlarının  və  imtiyazların,  amortizasiya  normalarının 

təyin edilməsi, nəzarət və dövlət  xərclərinin  tənzimlənməsi ifadə edir. 

 

Texniki  vasitəsiz  yolu  ilə  qiymətin  dövlət  tənzimlənməsi 



müvafiq vergi qanunvericiliyin təsbiqi yolu ilə, büdcədən  maddi yardım  


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə