А. Д. Чудаков гиймятляр вя гиймятин



Yüklə 2,96 Mb.
Pdf görüntüsü
səhifə120/148
tarix14.09.2018
ölçüsü2,96 Mb.
#68571
1   ...   116   117   118   119   120   121   122   123   ...   148

 

356


və dotasiya hesabına həyata  keçirilir və həmçinin hakimiyyət orqanları 

ilə hüquqi və fiziki şəxslər arasında müvafiq müqavilələrin bağlanması, 

satışa  çıxarılan  malın    qeydə  alınmış  qiymətin  tətbiq  edilməsindən 

ibarətdir.  Qeyd  etmək  lazımdır  ki,  dövlətin  qiymət    tənzimlənməsi 

ümumiyyətlə  gəlirin  azalmasına  gətirib  çıxarmayacaqdır  və  buna  görə 

də    sahibkarlıq  fəaliyyətini  məhdudlaşdırmayacaqdır.  Əksinə,  bir    çox 

hallarda 

dövlətin 

müdaxiləsi 

bazar 


iqtisadiyyatı 

şəraitində 

məqsədəuyğun sahələrin dirçəlməsinə, bir sıra təsərrüfat fəaliyyətlərinin 

iqtisadi  cəhətdən  sərfəli  olmasına  stimul    yaradacaqdır.  Bu  müqavilə 

qiymətlərinin təyin edilməsi yolu ilə, dövlətin  tədarük  yolu ilə, dövlət 

sifarişlərinin  yerləşdirilməsi,  idxal  əməliyyatlarına  rüsum  təyin  etmək 

yolu  ilə  mümkündür.  Onu  da  nəzərə  almaq  lazımdır  ki,  qiymətin 

yaranmasında    dövlətin  böyük  müdaxiləsini  həyata  keçirməkdən  ötrü  

bazar  mexanizmlərin  fəaliyyətini  zəiflədir,  bazardankənar  faktorların 

mahiyyətini çücləndirir. Belə şəraitdə, dövlət orqanları tərəfindən böyük 

təsirə  məruz  qalmadığı  şəraitdə  məhsulun  qiyməti  tələb  və  təklif 

arasında  əmələ  gələn  müvafiq  dəyişikliklər  də  öz  əhəmiyyətini 

itirəcəkdir. Praktiki  olaraq bu, qıtlığın əmələ gəlməsinə, ya da bazarda 

mal  ehtiyatının  ehtiyacdan  artıq  olmasına,öz  alıcının  tapmamasına 

gətirib  çıxaracaqdır.  Vasitəsiz  yolla  dövlətin  qiymət  tənzimlənməsi 

bazar  iqtisadiyyatı  şəraitində  təklif  olunan  məhsulun  həcminə,  bazar 

tələbatına,  əhalinin  gəlirlərin  idarə    olunmasına,  vergilərin 

tənzimlənməsinə təsir göstərməsini ifadə edir. 

 

Dövlətin qiymətin tənzimlənməsində vasitəsiz metod özündə elə 



əməliyyatları birləşdirir ki, bura dövlət tədarükünün həyata keçirilməsi, 

vergilərin  təyin  edilməsi,  vergi  dərəcələrinin  həddi  dotasiya  və 

güzəştlər,    kreditin  və  pul  dövriyyəsinin  tənzimlənməsi,  dövlət 

investisiyanın həyata keçirilməsi, valyuta məzənnəsinin tənzimlənməsi, 

idxal  və  ixrac  əməliyyatlarına  rüsum  və  güzəştlərin  təyin  etməsi, 

amortizasiya  normasının  təyin  edilməsi,  dövlət  xərclərinə  nəzarət  və 

tənzimlənməsi  daxildir.  Ən  son  hallarda,  dövlət  orqanlarının  qiymətin 

əmələ  gəlməsində  iştirak  etmədiyi  hallarda  dövlət  inhisarlaşma  və 

inflyasiya  proseslərinə  qarşı  mübarizə  metodlardan  məhrum  olur. 

Nəticədə  bir  çox  istehsalçılarının  vəziyyəti  və  həmçinin  ümumilikdə 

bazar mühiti dayanaqlı olmayacaqdır. 

 

Fəaliyyət  göstərən  qanunvericiliyə  görə  RF-da    istehsal-texniki 



təyinatlı  mallara  və  xalq  istehlakı  mallarının  və  xidmətlərin  qiymətləri 

dövlət tərəfindən tənzimlənir. 




 

357


 

stehsal-texniki  təyinatlı  mallara  və  xidmətlərə,    istehlak 

xidmətlərinə qiymət və tariflər RF Nazirlər kabinetinin qərarı ilə  dövlət 

tərəfindən  tənzimlənilir. Bura aiddir: 

 

*təbii  qaz  və  qazın  digər  növləri  (əhaliyə  və  mənzil-tikinti 



kooperativlərinə satılan qazı çıxmaqla); 

 

*nüvə istilik təyinatlı mallar; 



 

*qiymətlər və tariflər Federal energetika  komissiyası tərəfindən  

təyin  edilən elektroenerji və istilik  enerjisi; 

 

*neftin doldurulması və tökülməsi, onun çəkib vurma və aşırma 



əməliyyatları; 

 

*müdafiə (hərbi) təyinatlı mallar; 



 

*qiymətli daşlar və qiymətli mallar; 

 

*protez-ortopedik mallar; 



 

*dəmiryol  nəqliyyatında  yüklərin  daşıması,  yükləmə  və 

boşaltma işlər; 

 

*dəmiryol nəqliyyatında sərnişinlərin, boqaj və poçtun daşıması 



(şəhərətrafı daşımaları çıxmaqla); 

 

*hava  nəqliyyatına,  ayroportlarda  sərnişinlərə  və  yüklər  üçün 



xidmətlər; 

 

*  RF  Hökümət  tərəfindən  təsdiq  edilmiş  poçt  və  elektrik 



rabitəsi,  siyahıya  görə  Rusiya  dövlət  teleradio  verilişlərin  proqramları, 

və digərlər. 

 

stehsal-texniki  təyinatlı  mallara    və  xidmətlərə  qoyulan 



qiymətlərin  dövlət  tərəfindən  tənzimlənilməsi  subyektlərin  icra 

hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Bura aiddir: 

 

*əhaliyə və mənzil-tikinti kooperativlərə verilən qaz; 



 

*əhaliyə satılan elektroenerji və  istilik enerjisi; 

 

* əhaliyə satılan bərk istilik  məmulatları, məişət üçün istilik və 



kerosin; 

 

*  sərnişinləri  və  boqaj  daşımalarında  istifadə  olunan  şəhər  və 



şəhərətrafı  ərazilər  üçün  nəzərdə  tutulmuş  bütün  növ  ictimai  nəqliyyat 

vasitələri (metropoliten də daxil olmaqla); 

 

*su təchizatı və kanalizasiya xidmətləri; 



 

*mənzil  və  kommunal  xidmətlərinin  əhali  tərəfindən 

ödənilməsi: 

 

*dərman və tibbi təyinatlı məmulatlara ticarət tərəfindən onların 



qiymətlərinə edilən əlavələr; 


 

358


 

*RF  Nazirlər  Kabineti  tərəfindən  təsdiq  edilmiş  poçt 

xidmətlərinin və elektrik rabitə xidmətlərinin siyahısı; 

 

*mərasimlər və digər xidmətlər. 



 

Dövlər tərəfindən qiymət tənzimlənməsində “təbii monopoliya” 

mallarına görə xüsusi əhəmiyyət kəsb edir. “Təbii inhisar haqqında” bu 

anlayış  aşağıdakı formada müəyyənləşdirilir. 

 

Təbii  inhisar  bu  əmtəə  bazarının    mövcud  vəziyyəti  olub, 



istehsalın  texnoloji  xüsusiyyətlərinə  görə  rəqabətin  mövcud  olmadığı 

şəraitdə  səmərəlilik  onunla  ölçülür  ki,  təbii  inhisar  subyektləri 

tərəfindən istehsal edilən mallar istehlakçılar tərəfindən digər mallar ilə 

əvəz  edilə  bilmir,  ona  görə  də  məhsul  bazarında  təbii  monopoliyanın  

subyektləri  tərəfindən    istehsal  olunan  həmin    məhsula  tələbata  görə 

qiymətdə  olan  dəyişiklik  digər  tələbat  malları  ilə  müqayisədə  daha  az 

olacaqdır.  Bu  qanun  iqtisadi  fəaliyyətin  müəyyən  növləri  üçün  təbii 

inhisara aiddir (şəkil 8.21). 

 

 

 



 

 

 



      

     


 

 

 



 

 

 



 

Şəkil 8.21. Təbii inhisar. 

 

 

Onu  da  qeyd  etmək  lazımdır  ki,  iqtisadi  cəhətdən  inkişaf  etmiş 



ölkələr  üçün  eyni  zamanda  müxtəlif    növ  qiymətlərin  fəaliyyəti 

xarakterikdir,  burz  həmçinin  azad  təyin  edilən  qiymətlər  və  dövlət 

tərəfindən  təyin  edilmiş  və  tənzimlənilən  qiymətlər  aiddir.  Onu  da 

həzərdən  qaçırmaq  lazım  deyildir  ki,  bir  sıra  ictimai  rifahın  təmin 

edilməsi üçün, həmin rifahın  ödəyib və ödəməməsindən asılı olmayaraq 

Təbii инщисар 

Neft məhsullarının magistral boru kəməri ilə nəql 

edilməsi 

Elektrik və istilik enerjisinin ötürülməsinə görə 

xidmətlər 

Dəmiryol daşımaları 

Nəqliyyat terminallarında, limanlarda, hava göstərilən 

xidmətlər 

Magistral kəmərin vasitəsi ilə qazın nəql edilməsi 

 



Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə