А. Д. Чудаков гиймятляр вя гиймятин



Yüklə 2,96 Mb.
Pdf görüntüsü
səhifə126/148
tarix14.09.2018
ölçüsü2,96 Mb.
#68571
1   ...   122   123   124   125   126   127   128   129   ...   148

 

374


 

 

nzibati-  komanda  sistemi  şəraitində  kommunal  və 



məişət  xidmətlərinəqiymətlər  çox  aşağı  səviyyədə  təyin  edilirdi.Onlar 

nəinki  heç  bir  mənfəət  gətirmirdi,hətta  faktiki  istehsal  xərclərinin 

kompensasiyasını  da  təmin  edə  bilmirdi.Buna  görə  də  iqtisadi  reforma 

zamanı  ən  vacib  məsələlərdən  biri  də  itki  verilməmək  yolu  ilə 

kommunal  və  məişət  xidmətlərinin  yenidən  qurulması  idi.Amma 

məlumdur  ki,əhali  mənzil-kommunal  xidmətləri  üçün  yalnız  o  zaman 

100%  haqq  ödəyə  bilər  ki,  əhalinin  pul  gəlirləri  səviyyəsi  buna  uyğun 

gəlsin. 


 

 

Müxtəlif  regionlar  üçün  mənzil  istismarı,su  və  istilik 



sistemi ilə təhcizat,elektrik enerjisinin istehsalı və verilməsi,kanalizasiya 

sisteminin  mövcudluğu,zibilin  ərazidən  yığılması  və  daşınması  və  s. 

xxərcləri  müxtəlif  olur.Buna  görə  də  mənzil  haqqının  və  kommunal 

xidmətləri  haqqının  müəyyənləşdirilməsi  həmin  regionlarada  işləyən 

yerli  hakimiyyət  orqanlarına  həvalə  edilmişdir.Real  xərclərin  uçotunun 

düzgün  aparılması  üçün  ən  radikal  yol  mənzil-kommunal  xidmətləri 

sahəsində  rəqabətin  yaradılmasıdır.Amma  belə  bir  faktı  danmaq  olmaz 

ki,bu  sahə  üzrə  real  istismar  xərcləri  bu  xərclər  üzrə  qəbul  edilmiş 

normativlərlə  uyğunlaşmır.Elə  buna  görə  də  mənzil-kommunal 

xidmətləri  üçün  əsassız  şəkildə  artırılmış  tariflərdən  uzaqlaşmaq 

lazımdır. 

 

 



Bunun  üçün  faktiki  istehsal  xərclərinin  kalkulyasiyası 

metodundan  istifadə  etmək  zəruridir.Belə  olduğu  halda  mənzil-

kommunal xidmətləri tarifləri elə səviyyədə təyin edilməlidir ki,istehsal 

xərclərini  kompensasiya  etsin  və  layiqli  mənfəət  əldə  edilməsini  təmin 

etsin. 

Adətən  kommunal-məişət  xidmətləri  tariflərinin  bütün 



hesablamaları  uyğun  resursarın  faktiki  xərclərinə  nəzərən  təyin 

edilir.Amma  bir  çox  mənzillərdə  sayqaclar  quraşdırılmadığına  görə 

tariflər  1  adam  hesabı  ilə  və  yaxud  mənzilin  1  kv.m.  hesabı  ilə 

hesablanır. 

 

 

Kommunal-məişət  xidmətləri  tarifləri  normativ  xərclər 



əsasında  təyin  edilir.Amma  bu  normativlər  də  ,bir  qayda  olaraq,hal 

hazırda  yüksəkdir,və  onların  hesablanması  metodologiyası  bu 

yüksəlməyə  heç  bir  təsir  göstərə  bilmir.Bu  onun  nəticəsidir 

ki,kommunal  müəssisələr  adətən  əsas  fondların  və  mənzilin  qiymətini 

artırır,bu  da  ki,  öz  növbəsində  tariflərin  yığılması  yolu  ilə  bağlanan 

investisiyaların  ilkin  əhəmiyyətini  artırır.Bundan  başqa  podrat 




 

375


kommunal  müəssisələri  camaatı  cəlb  etmək  üçün  adətən  əmək  haqqını 

artırır.Bu  da  öz  növbəsində  kommunal-məişət  xidmətlərinə  olan 

tariflərin uyğun şəkildə yüksəldilməsi ilə kompensasiya edilməlidir. 

 

 



Kommunal  xidmətlərə  qoyulan  tariflər  son  vaxtlara 

qədər təkcə coğrafi faktorlara əsasən deyil,həmçini bu xidmətlərin kimə 

göstəriləcəyindən  asılı  olaraq  dəyişirdi.Bu  o  deməkdir  ki,kommunal-

məişət  xidmətlərinin  tarifləri  hətta  eyni  regionda  belə  müxtəlif  ola 

bilirdi  ,istilik,elektrik  enerjisi,su  və  qaz  kimi  xidmətlərin  tarifləri  isə 

müxtəlif qrup və istehlakçı kateqoriyaları üçün təyin edilirdi. 

 

 

nzibati-komanda  sistemi  şəraitində  3  istehlakçı 



kateqoriyası 

seçilirdi.Kommunal-məişət 

xidmətlərinə 

tariflərin 

müəyyənləşdirilməsində  diferensiallaşmış  yanaşma  hal-hazırda  da 

qorunub saxlanılır. 

 

 

Bu  yanaşmaya  uyğun  olaraq  bütün  istehlakçılar 



aşağıdakılara bölünür : 

 

 



*750  kvat.saat  və  daha  artıq  güc  daxilində  birləşmiş 

bütün istehlakçılar və sənaye müəssisələri; 

 

 

*kənd təsərrüfatı istehlakçıları və büdcə təşkilatları; 



 

 

*gəlirləri az miqdarda olan fiziki şəxslər; 



 

 

Tariflərin  belə  diferensiallaşması  zamanı  əhalinin 



gəlirinin  aşağı  düşməsi  o  deməkdir  ki,kommunal-məişət  xidmətlərinin 

realizə  edilməsi  xərclərinin  bir  hissəsi    artıq  əhalinin  deyil,sənaye 

müəssisələrinin  yükü  sayılır.Bu  isə  bazar  iqtisadiyyatı  şəraitində 

qiymətin əmələ gəlməsi prinsiplərini pozmuş olur.Ayrı-ayrı ödəyicilərin 

belə  çarpaz  subsidləşməsinin  bağlanması  yalnız  o  zaman  mümkündür 

ki,kommunal-məişət  xidmətlərinə  görə  ödənilən  tariflər  onların  faktiki 

maya  dəyəri  səviyyəsində  olmuş  olsun.Amma  bunu  yalnız  o  zaman 

həyata  keçirmək  mümkün  ola  bilər  ki,əhalinin  hətta  ən  aşağı  təminatlı  

hissəsinin belə gəliri yüksəlmiş olsun.(şəkil 9.10  ). 

 

 



stehlak həcmi üzrə diferensiallaşmış əhali üçün elektrik 

enerjisi  tariflərinin  müəyyənləşdirilməsi  zamanı  elektrik  enerjisindən 

istifadə üçün bəzi limitlərin  təyin edilməsi nəzərdə tutulmuşdur.Elektrik 

enerjisindən istifadə zamanı əgər limitdən aşağı olarsa,onda   enerji bu 

regionda  elektrik  enerjisinin  istehsalı  və  verilməsinin  orta  hesabla 

hesablanmış  məbləği  çərçivəsində  təyin  edilmiş  tariflər  üzrə 

ödənilməlidir.Elektrik  enerjisindən  istifadə  əgər  təyin  edilmiş  limitdən 

artıq  olarsa,onda  bu  enerjiyə  görə  ödəmələr  onun  faktiki  dəyərindən 

aşağı  olmamaq  şərti  ilə  verilməlidir.Bu  zaman  ödəyicilərin  hər  adam 



Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə