А. Д. Чудаков гиймятляр вя гиймятин



Yüklə 2,96 Mb.
Pdf görüntüsü
səhifə13/148
tarix14.09.2018
ölçüsü2,96 Mb.
#68571
1   ...   9   10   11   12   13   14   15   16   ...   148

 

37

göstərilən,  sonra  pərakəndə  satışa  buraxılacaq    əmtəənin  qiymətləri  və 



digər parametrləri bazis və səmtləşdirilmiş xarakter daşıyırlar. 

 

Topdansatış  qiymətləri.  Qiymətlər  topdansatış  göndərmələrdə 

kontrakt  şərtləri  ilə  müəyyən  edilirlər.  Bu  şərtlər  kontraktda,  onun 

bağlanma  anında,  kontraktın  bütün  fəaliyyət  müddətinə,  yaxud  onun 

icrası  anına  qeyd  oluna  bilərlər.  Belə  qeydetmənin  xarakterindən  asılı 

olaraq  topdansatış  qiymətlərinin  xarakterindən  asılı  olaraq  topdansatış 

qiymətlərinin bir neçə növünü fərqləndirirlər. 

 

Dəyişən qiymə- müəyyən əmtəənin faktiki göndərilməsi anına 

bazar  qiymətlərinin  dəyişməsinə  uyğun  olaraq,  dəyişmə  nəticələri  ola 

bilər,  kontrakt  bağlanarkən  qeyd  olunmuş  qiymətdir.  Bu  halda 

hesablamalar  cari  qiymətlər  üzrə  yerinə  yetirilirlər.  Kontraktda  adətən 

«hiss  edilməməzlik  zonası»  kəmiyyəti  də,  yəni  qiymətə  yenidən 

baxılmanı  hələ tələb  etməyən,  kontraktda  göstərilən  bazar  qiymətindən 

fərqlənmə (kənarlaşma) də qeyd edilir. Bu «zona» kəmiyyəti kontraktda 

göstərilən qiymətdən 2-5% həddində olur. 

 

Sürüşkən  qiymət  -  kontraktın  fəaliyyət  vaxtı  ərzində  istehsal 

xərclərinin dəyişməsini nəzərə alan, müqavilə bazası qiymətinə yenidən 

baxılması  yolu  ilə  kontraktın  faktiki  icrası  momentinə  hesablanan 

qiymətdir.  Sürüşkən  qiymətlər  adətən  hazırlanması  uzunmüddətli  olan 

məhsullara  müəyyən  edilirlər.  Bu  halda  kontrakt  bağlanılarkən  təkcə 

bazis  qiymətinin  kəmiyyəti  deyilir,  onun  ayrı-ayrı  maddələri  üzrə 

«təqsimatı»  («paylanması»),  habelə,  sürüşkən  qiymətin  yenidən 

hesablanmasının  razılaşdırılmış  metodu  da  qabaqcadan  şərtləşdirilir. 

Burada, həmçinin, «hissedilməməzlik zonası» kəmiyyəti, bundan əlavə, 

qiymətin  sürüşmə  limiti  adlanan,  müqavilə  qiymətinin  yol  verilə  bilən 

dəyişməsinin  son  hədd  kəmiyyəti  də  əvvəlcədən  şərtləşdirilir.  Qiymət 

bütün  kontrakt  müddəti  ərzində  deyil,  bu  müddət  daxilində,  müəyyən 

dövrdə,  yaxud  müəyyən  əmtəənin  göndərilməsi  vaxtında  sürüşkən  ola 

bilər. 

 

Kontraktın yerinə yetirilməsi prosesində  təsbit olunan qiymət. 



Tərəflərin  tətbiq  etdiyi  bu  qiymətlər  yeni  əmtəə  partiyalarının 

göndərilməsi  qabağı,  yaxud  növbəti  maliyyə  ilinin  başlanması  qabağı 

uzunmüddətli  kontraktlarda  dəqiqləşdirilirlər  və  razılaşdırılırlar. 

Kontraktda  qiymətin  qeydiyyat  şərtləri  (adətən  uyğun  seçim  hüququ 

alıcıya  həvalə  olunur),  habelə,  yeni  qiymət  səviyyəsinin  hesablanması 

metodu göstərilirlər. 




 

38

 



Birжa  əmtəələri  ilə  sövdələşmələrdə  kontraktda  hansı  birжanın 

katirovkaları üzrə, əmtəə qiymətinin hansı qaydada müəyyən olunacağı 

və  alıcı  kontrakt  qiymətini  qeyd  etməkdə  öz  arzusu  haqqında  satıcıya 

hansı  müddət  ərzində  xəbər  verməli  olacağı  da  qeyd  olunur.  Qiymət 

göstərilməklə olan belə sövdələşmələr alıcının ərizəsi üzrə önkollar (on 

call transactivn) adlanır. 

 

Opsion qiymət yaranması . Opsion müəyyən vaxt dövrü ərzində 

əvvəlcədən  müəyyən  olunmuş  qiymət  üzrə  bu  və  ya  digər  aktivin 

sərtləşdirilmiş  həcminin  satın  alınmasını  və  satışını  həyata  keçirmək 

(həm  də  mütləq  olmayan)  hüququnu  özündə  təmsil  edir.  Opsionun 

həyata  keçirilməsi  haqqında  qərar  həmin  opsionun  sahibi  tərəfindən 

müstəqil surətdə qəbul olunur. 

 

Arbitraж  qiymət  qoyulması    şirkətdə  olan  müxtəlifliyi  növlü 

qiymətli  kağızların  gəlirliyinin  çoxamilli  qiymətləndirilməsinin  təhlili 

və proqnozlaşdırılması tətbiq edilir.  

 

Kontrakt və şəkildəyişmə qiymətləri. Bu və ya digər  məhsulun 

göndərilməsi üçün kontraktların hazırlanması mərhələsində müqavilədə 

göstərilən  qiymətlərin  müəyyən  edilməsi  üçün  ya  dərc  olunmuş 

qiymətləri, ya da hesabi qiymətləri əldə rəhbər tutmaq lazımdır. 

 

Dərc  olunmuş  qiymətlər  münasib  xarakter  daşıya  bilən  xüsusi 

və firma informasiya mənbələrində əks olunurlar. Adətən, bu qiymətlər 

müəyyən  məhsul  növünün  daha  məşhur  və  təsirli  malgöndərənləri 

tərəfindən tətbiq olunan dünya qiymətləri səviyyəsini əks etdirirlər. 

 

Hesabi  qiymətlər  də  kontraktlar  tərtib  olunarkən  şərtləndirilən 

qiymətlərin  təyini  üçün  tətbiq  olunurlar.  Bu  dərc  olunmuş  qiymətlər 

müəyyən səbəblərə görə kifayət etmədikdə və anlaşılmaz olduqda dərc 

edilmiş  qiymətlərin  uçotu  ilə  əmtəələrin  göndərilməsi  üçün  ola  bilən 

kontraktlardır.  Qeyri-standart,  yaxud  xüsusi  avadanlığın  və  ya  digər 

əmtəə  növlərinin  göndərilməsi  haqqında  söhbət  getdikdə,  yaxud  nadir 

fərdi  sifariş  yerinə  yetirmək  tələb  olunduqda,  uyğun  aparılmış 

hesablamalardan əlavə, kontrakt danışıqları üçün ilkin qiyməti müəyyən 

etməyin  başqa  üsulu  yoxdur.  Bu  hal  şək.1.10-  da  göstərilmiş  və  daha 

sonra ayrıca nəzərdən keçirilir. 

 

Dərc olunmuş qiymətlər aid edilirlər: 

◊ Birжa  kodirovkaları,  birжa  ticarətinin  predmeti  olan 

əmtəələrin qiymətlərini təmsil edirlər; 



Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə