А. Д. Чудаков гиймятляр вя гиймятин



Yüklə 2,96 Mb.
Pdf görüntüsü
səhifə134/148
tarix14.09.2018
ölçüsü2,96 Mb.
#68571
1   ...   130   131   132   133   134   135   136   137   ...   148

 

397


elə rejimdir ki , RF – nın gömrük ərazisinə daxil olan məhsullar burada 

həmişəlik qalır . Belə rejimdə gömrük ödəmələrinin bütün növləri alınır 

, qanunauyğun şəkildə nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirilir .  

   


Malların yenidən idxalı bu elə rejimdir ki , ixrac olunma 

qaydalarına  tam  əməl  olunmuş  və  əvvəlcə  çıxarılmış  bütün  yerli  rus 

məhsulları RF – nın  gömrük ərazisinə yenidən gətirilə bilər . ( müəyyən 

zaman məhdudiyyəti çərçivəsində ) .Bu halda gömrük yığımlarından və 

digər tədbirlərdən istifadə edilmir .  

   


Malların  tranziti  –  bu  rejimdə  mallar  gömrük  nəzarəti 

altında RF – nın iki gömrük orqanı arasında yerini dəyişir , belə ki , bir 

orqanda  malların  daxil  olmas  ,  digərində isə çıxarılması  baş  verir  .  Bu 

halda gömrük yığımları və digər tədbirlərdən istifadə edilmir .  

   

Gömrük  ambarları  –  bu  elə  bir  rejimdir  ki  ,  daxil  olan 



mallar  gömrük  nəzarəti  altında  gömrük  ödəmələri  ,  həmçinin  digər 

tədbirlər  alınmadan  saxlanılır  .  Çıxarılan  mallar  da  gömrük  nəzarəti 

altında    RF  –  nın  gömrük  kodeksinə  nəzərən  tutulmuş  güzəştlər  və 

ixracın  gömrük  rejiminə  uyğun  olaraq  saxlanılır  .  Məhsullar  gömrük 

ambarları rejimində 3 ildən çox və 1 ildən az olmamaq şərti ilə saxlanıla 

bilər . Amma bəzi əmtəə növləri üçün bu müddət RF gömrük komitəsi 

tərəfindən  ,  fixiki  şəxslər  üçün  isə  RF  –  nın  digər  gömrük  orqanları 

tərəfindən məhdudlaşdırıla bilər .  

   

Rüsumsuz  ticarət  mağazaları  –  bu  rejimdə  mallar 



Rusiya ərazisində gömrük nəzarəti altında və xüsusi mağazalara , amma 

heç  bir  gömrük  yığımı  və  digər  tədbirlər  aparılmadan  realizə  edilir  . 

Buna misal olaraq  beynəlxalq aeroportlardakı mağazaları misal göstərə 

bilərik  .  Rüsumsuz  ticarət  mağazaları  Rusiya  vətəndaşı  tərəfindən  RF 

gömrük komitəsinin lisenziyası əsasında açıla bilər .  

   


Gömrük  ərazisində  malların  emalı  –  bu  rejimdə  xarici 

mallar RF – nın ərazisində yenidən emal edilir və sonra ixracın gömrük 

rejimlərinə uyğun şəkildə ixrac olunur . Bu halda gömrük rüsumları və 

vergilər  çıxarılan  zaman  qaytarılır  .  Belə    emal  prosesinə  misal  olaraq 

biz malların montaj edilməsini , yığılmasını göstərə bilərik . Bunun üçün 

də RF – nın gömrük orqanlarının lisenziyası olmaıdır . 

   

Gömrük  nəzarəti  altında  malların  emalı  –  bu  rejimdə 



xarici  mallar  RF  –  nın  gömrük  ərazisində  heç  bir  gömrük  yığımları 

aparılmadan  gömrük  nəzarəti  altında  istifadə  edilir  ,  gələcəkdə  sərbəst 

dövriyyə  üçün  məhsul  buraxılışı  yaxud  digər  gömrük  rejiminə 

ötürülməsi üçün nəzərdə tutulur .  




 

398


   

Malların  müvəqqəti  olaraq  ölkədən  çıxarılması  və 

ölkəyə gətirilməsi – bu rejimdə RF – nın gömrük ərazisində mallardan 

istifadəyə  və  yaxud  onların  tamamilə  ya  da  hissə  -  hissə  gömrük 

yığımlarından azad edilməsinə şərait yaradılır . Müvəqqəti olaraq ölkəyə 

gətirilmiş  və  ya  ölkədən  çıxarılmış  məhsullar  olduğu  kimi 

qaytarılmalıdır  ( təbii işlənmə və təbii itkilər istisna olmaq şərti ilə ) . 

   


Malların  müvəqqəti  gətirilmə  (  yaxud  çıxarılma  ) 

müddəti gömrük orqanları tərəfindən təyin edilir və 2 il müddətinə olur .  

   

Sərbəst gömrük zonası və sərbəst ambarlar – bu rejimdə 



xarici mallar uyğun ərazilərin sərhədlərində və ya ambarlarda hər hansı 

bir  gömrük  yığımı  alınmadan  yerləşdirilir  ,rus  istehsallı  məhsullar  isə 

ixrac qaydalarına uyğun şəkildə yerləşdirilir və istifadə olunur . Sərbəst 

gömrük  zonaları  RF  hökumətinin  qərarlarına  uyğun  şəkildə  yaradılır  . 

Sərbəst  ambarlar RF gömrük komitəsinin lisenziyası ilə verilir .  

   


Gömrük ərazisindən  kənarda malların yenidən emalı – 

bu  rejimə  əsasən  rus  istehsalı  olan  mallar  heç  bir  iqtisadi  siyasət 

aparılmadan  çıxarılır  ,  RF  –  nın  gömrük  ərazisindən  kənarda  yenidən 

emal  edilir  .  Həmin  məhsul  sonra  yenidən  RF  –  nın  gömrü  ərazisinə 

qaytarılır və burada hər hansı bir gömrük yığımından tam və ya hissə - 

hissə  azad  edilməklə  və  heç  bir  iqtisadi  siyasət  tədbiri  görülmədən 

istifadə olunur .  

   


Məhsulun ixracı – bu rejimdə məhsul RF – nın gömrük 

ərazisi  hüdudlarından  kənara  çıxarılır  və  onların  yenidən  qayıtmasına 

heç bir öhdəçilik qoyulmur . Məhsulun ixracı zamanı gömrük rüsumları 

alınır .  

   

Məhsulun  yenidən  ixraжı  (reeksport)  –  bu  rejimdə 



məhsul RF – nın gömrük ərazisindən çıxarılır , onlardan heç bir gömrük 

rüsumları  və  vergi  alınmır ,  yaxud  alınsa da sonra  qaytarılır  . Malların 

yenidən ixraжı RF – nın gömrük orqanlarının icazəsi ilə həyata keçirilir 

.  


   

Malların  məhv  edilməsi  –  bu  rejimdə  xarici  məhsullar 

məhv  edilir  və  lazımsız  hala  gətirilir  .  Malların  məhv  edilməsi  RF 

gömrük orqanlarının icazəsi ilə həyata keçirilir .  

   

Dövlətin  xeyrinə  məhsullarda  imtina  etmək  –  bu 



rejimdə mülkiyyətçi öz məhsulundan dövlətin xeyrinə olaraq imtina edir 

və  bu  zaman  heç  bir  gömrük  yığımı  baş  vermir  və  heç  bir  iqtisadi 

siyasət  tədbirlərindən  istifadə  edilmir  .Dövlətin  xeyrinə  olaraq 

məhsuldan imtina etmək gömrük orqanını icazəsi ilə həyata keçirilir .  




Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə