А. Д. Чудаков гиймятляр вя гиймятин



Yüklə 2,96 Mb.
Pdf görüntüsü
səhifə138/148
tarix14.09.2018
ölçüsü2,96 Mb.
#68571
1   ...   134   135   136   137   138   139   140   141   ...   148

 

408


Hər hansı bir ölkə ilə ticarət əlaqələrinin həyata keçirilməsi haqda 

qərarların qəbul edilməsi üçün müəssisə həm gəlir səviyyəsini, həm də 

həmin ölkənin iqtisadi strukturunu öyrənməlidir. 

Gəlirlərin  quruluşunu  təhlil  edərkən  şəkil  (10.2.)-də  göstərilən 

əhalinin  hər  nəfərinə  düşən  orta  həddi  ilə  qane  olmaq  olmaz,  burada 

həmin  gəlirlərin  diferensiyası  səviyyəsi  və  onların  əhalinin  müxtəlif 

kateqoriyaların arasında bölgüsü də nəzərə alınmalıdır. 

Natural  təsərrüfata  yaxınlaşan  iqtisadiyyatı  olan  ölkələr  istehsal 

edilən  məhsulun  böyük  hissəsini  özləri  istifadə  edirlər,  əvəzində  isə 

yerdə qalan hissə sadə məhsul və xidmətlərdən istifadə edirlər. 

Idxal  ölkələri  adətən  hər  hansı  bir  növ  təbii  resursla  (məsələn: 

qalay və mis, kauçuk, neft və s.) zəngin olur, amma digər təbii resursa 

malik olmur (məsələn: k/t məhsulları, bu və ya digər filizlər və s.). 

nkişaf  etməkdə  olan  sənaye  ölkələrində  hasilatedici  sənaye  illik 

milli məhsul məcmusunun 10-20 %-ni verir. Belə sənayenin inkişafı ilə 

xammala olan tələbat artır, hazır məhsula olan tələbat isə azalır. Bundan 

başqa,  burada  həm  çox  zəngin  adamlar  sinfi,  həm  də  tələbatının 

ödənilməsi  tələb  olunan  inkişaf  etməkdə  olan  çox  da  böyük  olmayan 

orta səviyyəli sinif yaranır. 

nkişaf  etmiş  sənaye  ölkələri  üçün  öz  aralarında  sənaye 

məhsullarının  idxal  və  ixracının  inkişafı,  həmçinin  digər  iqtisadi 

strukturlu  ölkələrlə  ticarətdə  xammal  və  yarımfabrikatların  idxalı  və 

sənaye  məhsullarının  ixracı  xarakterikdir.  Belə  ölkələrdə  yüksək  aılıcıl 

qabiliyyətinə malik olan orta səviyyəli sinfin olması, həmçinin istehsal 

fəaliyyətinin müxtəlifliyi və geniş miqyalı aləcıları daha da əhəmiyyətli 

edir və dünya ticarətinə cəlb edir. 

Ölkə arasındakı fərqi təkcə iqtisadi quruluşun nöqteyi nəzərindən 

deyil, həm də onların siyasi və hüquqi təşkilatları nöqteyi nəzərindən də 

nəzərə almaq lazımdır. 

Beləliklə də, müxtəlif ölkələr xaricdən alış prosesinə müxtəlif cür 

münasibət bəsləyirlər. Bəzi ölkələr xaricdən qoyulan investisiyaların və 

idxalı üstün tutur. Bəzi ölkələr isə proteksionist siyasəti aparır, bu və ya 

digər növ valyutalardan istifadəni qadağan edir, idxal kvotalarının terinə 

yetirilməsini tələb edir, hətta bəzən embarqolardan istifadə edirlər və s. 

Bu  və  ya  digər  ölkələrdə  həmin  ölkə  üçün  xarakterik  olan  siyasi 

sabitlik  və  yaxud  qeyri-sabitlik  ticarət  əməliyyatlarının  həyata 

keçirilməsinin  məqsədəuyğunluğuna  əsaslı  təsir  göstərə  bilər.  Bəzən 

iqtisadi  kursun  dəyişməsi  həmin  ölkəyə  hakimiyyətin  dəyişib 




 

409


dəyişməməsindən  asılı  olmayaraq  çox  kəskin  şəkil  ala  bilər.  Siyasi 

nöqteyi-nəzərdən  uyğun  orqanlar  xarici  firmaların  mülkiyyətini 

müsadirə  edə  bilər,  valyuta  aktivlərinə  həbs  qoyula  bilər,  idxal  üçün 

kvotalar yaradılar və s. 

Bu  və  ya  digər  ölkədə  qoyulan  valyuta  məhdudiyyətləri  də 

həmçinin satıcının potensial gəlirilə və alıcının çəkdiyi xərcə əsaslı təsir 

göstərir.  Buna  görə  də,  hər  hansı  ölkənin  bazarına  çıxmazdan  əvvəl, 

istehsalçı firma marketinq tədqiqatları aparmalı, həmin ölkənin valyuta 

məhdudiyyətləri üçün xarakterik olan təhlili həyata keçirməlidirlər. 

Nəhayət,  dövlət  mexanizminin  səmərəliliyini,  dövlətin  xarici 

firmalara  təsirinin  reallığını  və  mümkünlüyünü,  gömrük  fəaliyyəti 

səviyyəsi, iqtisadi məlumatların dəqiqliyini və s. nəzərə almaq vacibdir. 

Digər  ölkələrin  bazarına  çıxarkən  bu  ölkələrin  mədəni  mühit 

xüsusiyyətləri  də  nəzərə  alınmalıdır.  Çox  zaman  mədəni  mühitin 

özünəməxsus  xüsusiyyətlərinin,  mədəni  ənənələrin  öyrənilməməsi  ona 

gətirib  çıxarır  ki,  istehsalçı  firma  çox  böyük  müvəffəqiyyətsizliyə 

uğrayır. Əksinə. Bütün bu xüsusiyyətlərin öyrənilməsi və onların uçotu 

xarici  iqtisadi  arenaya  çıxan  müəssisələrin  təcrübə  fəaliyyətində  çox 

böyük kommersiya müvəffəqiyyətinə gətirib çıxarır. 

Hal-hazırda  bir  çox  müəssisələr  beynəlxalq  istehsal  məişət 

fəaliyyəti  ilə  elə  geniş  miqyasda  məşğul  olurlar  ki,  onlara  hətta 

transmilli  korperasiya  adı  da  vermək  olar.  Digər  tərəfdən  belə 

korperasiyaların xarici iqtisadi fəaliyyəti digər ölkələrdə istehsal edilən 

məhsulların  həmin  ölkənin  daxili  bazarına  daxil  olması  yollarını 

asanlaşdırar. Bu da son hesabda istehlakçıların marağına qulluq edir. 

 

§ 10.2. XARICI IQTISADI FƏALIYYƏTDƏ QIYMƏTIN ƏMƏLƏ 

GƏLMƏSI 

Gördüyümüz  kimi,  beynəlxlq  ticarət  üçün  xüsusi  qiymətlər 

sisteminin  –  dünya  qiymətlərinin  yaradılması  və  fəaliyyət  göstərməsi 

xarakterikdir.  Dünya  qiymətləri  sisteminin  əsaslı  bu  və  ya  digər 

məhsullarının  beynəlxalq  istehsal  xərclərindən  həmçinin  həmin  növ 

məhsul  üçün  dünya  bazarında  formalaşan  tələb  və  təklifin  qarşlıqlı 

münasibətindən ibarətdir. 

Beynəlxalq  ticarət  üçün  xarakterik  cəhətondan  ibarətdir  ki,  eyni 

bir  məhsul  üçün  satış  yerindən  və  şəraitindən  asılı  olaraq  müxtəlif 

qiymətlər  təyin  edilə  bilər.  Bu  halı  dünya  qiymətlərinin  çoxluğu 

adlandırırlar. 



 

410


Dünya qiymətlərinin əsas iki qrupu nəzərdə tutulur: 

1)  Hasiledici sənaye məhsulları qiymətləri 

2)  Xammal və materialların qiymətləri 

Hasiledici  sənaye  məhsullarının  qiymətləri  adətən  bu  məhslun 

dünya  bazarına  əsas  satıcısı  olan  iri  kompaniyaların  ixrac  qiymətləri 

əsasında formalaşır. Belə ixrac qiymətləri, öz növbəsində, həmin məhsul 

üçün daxili bazarda formalaşmış qiymətlərdən kənarlaşaraq yaranır. 

Iri  istehsalçılar  öz  məhsulları  üçün  formalaşmış  qiymətləri  tam 

xərc metodu və ya birbaşa xərc metodu əsasında təyin edirlər. 

Birinci  halda  məhsul  vahidinin  istehsalı  üçün  zəruri  olan  bütün 

xərclər  (sabit  və  dəyişən  xərclər),  nəzərdə  tutulmuş  mənfəətin  həcmi 

toplanır.  Belə  olduqda  istehsal  olunan  bütün  məhsulu  yuxarıdakı  yolla 

təyin edilən qiymətlərdən aşağı olmamaq şərti ilə realizə etmək nəzərdə 

tutulur. Əks halda müəssisədə pul itgiləri ola bilər. 

Ikinci  halda  bütün  istehsal  xərcləri  iki  yerə:  məhsulun  buraxılış 

həcmindən  asılı  olması  qaimə  xərclərə  və  buraxılış  həcminə 

proporsional  hesab  edilə  biləcək  birbaşa  xərclərə  bölünür.  Bu  zaman 

məhsul vahidinin buraxılış qiyməti birbaşa xərclərinin əlavə edilməsi ilə 

təyin  edlir.  Əlavə  xərclər  bu  zaman  əvvəlcədən  nəzərdə  tutulmuş 

müxtəlif  məhsul  vahid  və  xərclərin  müxtəlif  növləri  rasında 

bölüşdürülür və yalnız məhsul satıldıqdan sonra faktiki əldə edilmiş və 

ya marjinal mənfəət hesabına ödənilir. 

Məlumdur  ki,  qiymətəmələgəlmə  üçün  birbaşa  xərc miqyasından 

istifadə zamanı dünya bazarında satış həcmini tam dəqiqlik səviyyəsi ilə 

təyin etmək zəruridir. 

Amma  tələbatın  qiymətdən  asılılığını  və  dünya  bazarında  satış 

həcmini tam dəqiqliklə əvvəlcədən təyin etmək çox çətin olduğuna görə 

müəssisələrin çoxu tam xərc metodundan istifadə edir. 

Hər necə olursa olsun, məhsulun bu üsullardan hər hansı birisinin 

köməkliyi  ilə  əldə  edilən  qiyməti  həmin  məhsulun  dünya  bazarının  bu 

və  ya  digər  regionunda  faktiki  satışı  üçün  şərt  edilən  qiyməti  üçün 

yalnız bir göndəriş nöqtəsi ala bilər. 

Gələcəkdə  mühüm  daxili  ehtiyatları  olan  və  bazara  aktiv  təsir 

göstərə biləcək iri kompaniyalar qiymət manevrləri həyata keçirirlər və 

konyukturanın  və  rəqabətin  uçotunu  nəzərə  alaraq  son  satış  qiymətini 

təyin edir. 

Emaledici  sənaye  məhsullarının  dünya  bazarında  xarakterik 

xüsusiyyəti  ondan  ibarətdir  ki,  bu  vahid  dünya  bazarı  əslində  müxtəlif 




Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə