А. Д. Чудаков гиймятляр вя гиймятин



Yüklə 2,96 Mb.
Pdf görüntüsü
səhifə14/148
tarix14.09.2018
ölçüsü2,96 Mb.
#68571
1   ...   10   11   12   13   14   15   16   17   ...   148

 

39

◊ Hərracların,  müəyyən  anda  qeyd  olunan  ixrac-idxal 



sövdələşmələrinin qiymətləri; 

◊ Iri ticarət və digər müəssisə-satıcıların təkliflərinin qiymətləri: 

 

Sorğu  qiymətləri  -  müxtəlif  ümumi  və  xüsusi  məmulatlarda 

bu  cür  başlıqlar  altında  dərc  olunan,  yaxud  alqı-satqı  sövdələşmələri 

üzrə  başqa  yolla  partnyorlaradək  çatdırılan  qiymətlərdir.  Bu  qiymətlər 

müqavilə  qiymətlərinin  razılaşdırılması  üçün  göndərmə  nöqtəsi  kimi 

xidmət edirlər. Sorğu qiymətləri aşağıdakılar ola bilərlər: 

◊  Nominal  qiymətlər,  yeni  keçirilən  alqı-satqı  əməliyyatları 

ilə əlaqədar olmayanlar; 

◊  Bazis  qiymətləri,  yəni  bazis  nöqtəsi  kimi  qəbul  olunmuş 

müəyyən məntəqədə alqı-satqı əməliyyatlarına « bağlanmış» qiymətlər; 

◊  Faktiki  qiymətlər,  yəni  keçmişdə  başa  çatdırılmış  oxşar 

əməliyyatlar təcrübəsi ilə əlaqədar qiymətlər. 

 

Ə



lavəli,  güzəştli  və  qarşılıqlı  hesablanmalı    qiymətlər 

satıcıların  və  alıcıların  müəyyən  fəaliyyətlərini  həvəsləndirmək  üçün 

tətbiq olunan qiymətlərdir. Bu növ qiymətləri ətraflı nəzərdən keçirək. 

Qiymətə əlavə (mükafat, bonus) - alıcının bu və ya digər xüsusi 

tələblərini  təxmini  əks  etdirən  qiymət  yüksəlişidir.  Məsələn,  buna 

sifarişin fərdi xarakteri və spesefikliyi , onun yerinə yetirilməsi təcililiyi, 

servis  xidmətlərinin  məzmunluluğu  və  davamiyyətliliyi,  alıcı  üçün 

ödənişin əlverişli forması, misal üçün: hissə-hissə ödəmə və b. 

Güzəştli  qiymətlər  -  müəyyən  bazarda,  yaxud  bazar 

seqmentlərində  ayrı-ayrı  alıcılar  qrupu  üçün  müəyyən  əmtəə  növlərinə 

tamamilə  müəyyən  olunan  ucuzlaşdırılmış  qiymətlərdir.  Güzəştli 

qiymətlərin  təyin  edilməsi  məqsədi  -  müəyyən  əmtəələrin  müəyyən 

reqionlarda satışının stimullaşdırılmasıdır. 

Bazar  situasiyasına  çevik  münasibət  göstərməkdə  böyük  rolu 

müxtəlif    növlü  güzəştlərin,  yaxud  diskontların    təyini  oynayır.  Rus 

ədəbiyyatında «qiymətdan tutulma» (tutulmuş məbləğ) termini işlədilir. 

Bununla əlaqədar olaraq təsnifat sxemində (şək.1.10) verilmiş güzəştləri 

nəzərdən keçirək. 



Nağd  hesablaşma  üçün  sadə  (qeyri-mütərəqqi)  güzəşt  o 

halda  tətbiq  olunur  ki,  alıcı  əmtəə  üçün  ödənişi  nağd  pula  etməyə 

hazırdır.  Belə  güzəşt  kreditin  borc  dərəcəsinə uyğun  gəlir  və adətən  2-

3%-ə bərabərdir. 




 

40

Satın  alınan  əmtənin  həcmi  üçün  güzəşt  böyük  partiyalarla 

əmtəə satın alan alıcılara edilir. Əmtəəyə böyük tələbat şəraitində onun 

kiçik  çəkib  bükmədə  satın  almaq  əlverişli  deyil.  Buraya  həmçinin 

dövriyyədən  güzəşti,  yaxud  bonus  güzəştini  (bonusu),  yəni  müəyyən 

müddət  (adətən  1  il)  təmin  olunan  dövriyyədən  asılı  olaraq  daimi 

alıcılara  (müştərilərə)  təqdim  olunan  güzəşti  də  aid  etmək  olar.  Bonus 

kəmiyyəti dövriyyə məbləğinin 15-30%-nə çata bilər. 



Funksional  güzəşt (başqa  cür  vasitəli  cüzəşt  adlanır).  Üzərinə 

mühafizə, qablaşdırma, uçot aparılmasını və digər kimi bu əlaqədar bir 

sıra  funksiyaları  götürən  bölüşdürmə  kanalındakı  vasitəçilərə  təqdim 

olunur. 


Mütərəqqi  güzəştlər  -  tam  artan  həcmdə  daima  əmtəə  satın 

alınmasında kəmiyyət, yaxud seriyallılıq üçün verilən güzəştlərdir. 



Diler güzəştləri - istehsalçılar tərəfindən daimi istehsalçılara və 

vasitəçilərə (xaricilər də daxil olmaqla) satışa görə verilən güzəştlərdir. 

Diler  güzəştlərinin  kəmiyyəti  pərakəndə  satış  qiymətinin  15-20%-i 

çərçivəsində olur. 



Xüsusi  güzəştlər  -  alıcıların  sifarişlərində  xüsusi  maraqlı  olan 

satıжıların  həmin  alıcıların  müəyyən  dairəsinə  təqdim  etdikləri 

güzəştlərdir.  Buraya  əmtəələrin  sınaq  partiyalarının  göndərilməsi  üçün 

nəzərdə tutulan qiymətlər aid edilirlər. 



Ixracat  güzəştləri  -  daxili  bazarda  qüvvədə  olan  güzəştlərdən 

artıq xarici alıcılara təqdim olunan əlavə güzəştlərdir. 



Mövsümi  güzəştlər  fəal  biznes  mövsümündə  kənar  təqdim 

olunan  güzəştlərdir.  Bu  güzəştlər  turist  müəssisələrinin  fəaliyyəti  üçün 

xüsusi ilə xarakterikdir. 

Gizli  güzəştlər  fraxt  üçün  güzəştlər,  güzəştli  yaxud  faizsiz 

kreditlər şəklində, həmçinin müxtəlif cinsli ödənişsiz xidmətlər şəklində 

təqdim olunur. 

Əvvəllər satın alınmış əmtəənin qaytarılması üçün güzəştlər və 

serviz  güzəştləri  bütün  istismar  dövründə  texniki  xidmət  üçün, 

müştərilər dairəsinin genişləndirilməsi üçün tətbiq olunurlar. 



Klub  güzəştləri  -  müxtəlif  növlü  istehlak  cəmiyyətlərinin 

üzvlərinə  təqdim  edilən  güzəştlərdir.  Üzvlüyü  təsdiq  edən  sənədin 

təqdimatı  üzrə  klubun  üzvü  satış  qiymətinin  15-50%-i  ölçüsündə  və 

daha  çox  güzəşt  ola  bilər.  Beynəlxalq  kommunikasiyaların  uçotu  ilə 

güzəştlər ilk qiymətdən 20-30% güzəşti nəzərdə tutmayan müqavilənin 



 

41

təsdiqi mümkün sayılmayan yerlərdə (məsələn, ərəb ölkələrində) həyata 



keçirilirlər. 

Mal  mübadiləsi  hesabı  dedikdə,  köhnə  əmtəə  təhvil  verildiyi 

halda,  yeni  əmtəə  qiymətinin  azaldılması  başa  düşülür.  Satışın 

stimullaşdırılması hesabı dedikdə, dilerlərin reklam tədbirlərində iştirakı 

üçün onlara müəyyən edilən güzəştlər şəklindəki təltif başa düşülür. 

Xüsusi kontraktlar üçün hesabi qiymətləhesabi yoldan başqa 

digər  yolla  kontrakt  qiymətinin  müəyyən  edilməsi  mümkünlüyü 

olmadığı  vaxtda  tətbiq  olunan  qiymətlərdir.  Məsələn,  bura  uyğun 

analoqunun tapılması çətin olan, ilk dəfə fərdi sifarişlər üzrə hazırlanan 

xüsusi avadanlığa qoyulan qiymətlər aid edilirlər. 

Belə  oxşar  avadanlıq  adətən  mahiyyətcə  öz  dar  çərçivəsində 

inhisarçı olan müəssisələr tərəfindən istehsal edilirlər. Çox vaxt onların 

fəaliyyəti  «nou-xau»ya  uyğun  olan  patentləşdirilmiş  ixtiralarla  yüksək 

ixtisaslı heyyətin və xüsusi avadanlığın mövcudluğu ilə əlaqədardır. Bir 

dəfə  hesablanmış  qiymətlər  belə  növdən  olan  sonrakı  sövdələşmələrdə 

də  istifadə  edilə  bilərlər.  Lakin  bu,  qiymətlər  stabilliyini,  eləcə  də 

partnyorlar arasında tələbat və təsərrüfat əlaqələri sabitliyini tələb edir.  

Nəhayət,  son  istehlakçıya  birbaşa  şəxsi  satışı  kəskin  rəqabət 

mübarizəsinə  malik  olan  yerdə  habelə,  satınalma  prosesinin 

uzadılmasının  və  müxtəlifliyinin  mədəni  ənənəsinin  mövcud  olduğu 

yerdə,  bazarlarda  və  bu  prosesin  gedişində  satış  qiymətinin  aşağı 

düşməsinə nail olmağı tətbiq etmək məqsədəuyğundur. 

Mahiyyəti  satıcının  alıcı  ilə  birbaşa  qarşılıqlı  fəaliyyəti  olan 

birbaşa  şəxsi  satış  prosedurası  öz  inkişafını  çox  səviyyəli  adlanan 

şəbəkəli  marketində  tapır.  Şəbəkəli  marketinqin  (ənənəvi  pərakəndə 

ticarətdən  fərqli  olaraq)  əsas  vəzifəsi  müəyyən  əmtəəni  müştəriyə 

satmaq  deyil,  müştəriyə  belə  əmtəənin  mövcudluğu  haqqında,  onun 

yaxşı istismar keyfiyyətləri və əlverişli satış və xidmət şəraiti haqqında 

məlumat  verməkdir.  Məlumatlandırılmış  alıcı  onda  uyğun  resurslar 

olduqda o həmin məhsulu özü alır. 

Məhsul  istehlakçısı  onun  yuxarıda  göstərdiyimiz  mənada 

yayıcısı  olur.  O,  belə  məhsulun  mövcudluğu  və  xassələri  haqqında 

məlumat  verəni  olur.  Şirkət-  istehlakçı  özü  bu  məhsulun 

reklamlaşdırılması  ilə  məşğul  olmur  və  onun  satışı  üçün  xüsusi  ticarət 

nöqtələri  saxlamır.  Məhsul  informasiyası  və  reklamı  istehlakçıların 

bilavasitə qarşılıqlı əlaqəsində həyata keçirilir.  



Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə