А. Д. Чудаков гиймятляр вя гиймятин



Yüklə 2,96 Mb.
Pdf görüntüsü
səhifə143/148
tarix14.09.2018
ölçüsü2,96 Mb.
#68571
1   ...   140   141   142   143   144   145   146   147   148

 

424


Əgər  istehlak  malları  istehlakçıya  müxtəlif  komplektasiyalarda 

və  ya  müxtəlif  yığılma    varmantları  ilə  çatdırıla  bilərsə,  onda  müxtəlif 

növ  komplektasiya  düzəlişlərindən  istifadə  olunur.  Problem  ondan 

ibarətdir  ki,  bu  və  ya  digər  komplektasiyaların  tərkibinə  daxil  olan  bir 

sıra  detallar  ayrı-ayrılıqda  satılır.  Buna  görə  belə  detallar  üçün 

dəqiqləşdirilmiş  dünya  qiymətlərini  təyin  edilmiş  hesab  etmək  olmaz. 

Bu  detallar  üçün  adətən  orta  və  xüsusi  göstəricilərdən  istifadə  edərək 

hesablaşma  metodundan istifadə edilir.  Belə  orta  və xüsusi  göstəricilər 

adətən beynəlxalq statistik topluda göstərilir. 

Seriyalı  məhsullar  üçün  bu  məhsulun  seriyasının  çox  olması 

üçün  güzəştlərdən istifadə edilir. Bu növ düzəlişlər elə sahələrdə geniş 

yayılmışdır  ki,  burada  heç  olmasa  bir  məmulatın  hazırlanması  üçün 

elmi-tədqiqat  və  sınaq-konstruktor  işlərinin  yerinə  yetirilməsi  üçün 

istehsal  güclərinin  yaradılması  üçün  və  texnoloji  hazırlıqlar  üçün  çox 

böyük  miqdarda  vəsaitin  xərclənməsi  zəruridir.    Belə  vəziyyət 

gəmiqayırma  və  aviotikinti  kimi  sahələr  üçün  xarakterikdir.  Yuxarıda 

adı çəkilən xərclər onsuzda sərf olunmalıdır. Amma əgər məhsul böyük 

seriyalarla  buraxılarsa  onda  bu  xərcləri  çox  sayda  məmulatlar  arasında 

bölüşdürmək  olur,  belə  oduqda  bir  məmulatın  qiyməti  aşağı  olur. 

Bundan  başqa,  əgər  məmulat  seriya  ilə  sifariş  edilirsə,  onda  istehsal 

bazasının  yaradılması  üçün  avadanlıqlar  topdansatış  şəkildə    sifariş 

edilir  ki,    bu  da  ucuz  başa  gəlir  və  istehsal  metodlarının 

təkmilləşdirilməsi  nəticəsində  son  vaxtı  məmulatların  istehsal  xərcləri 

aşağı  düşür.  Beləliklə,  saziş  qiymətləri  sifariş  edilmiş  seriyaların 

artırılması zamanı azalmalıdır. 

Yuxarıda  qeyd  etdiyimiz  bütün  bu  düzəlişlər  təyin  edilərkən 

qiymət  sürüşməsini  də  nəzərə  almaq  lazımdır.  Iş  burasındadır  ki, 

sövdələşmə  qiymətləri  sazişlər  bağlanarkən  təyin  edilir,  amma 

çatdırılması  arasındakı  müddət  uzandıqda  bu  qiymətlər  əsaslı  şəkildə 

dəyişə  bilər.  Məmulatlar  üçün  belə  qiymət  dəyişikliyi  adətən 

qiymətlərin xammala,  yanacağa və işçi qüvvəsinə dəyişilməsinə gətirib 

çıxarır.  Buna  görə  də  sazişin  mətninə  belə  bir  əlavə  edilir  ki,  saziş 

qiymətlərinə  bu  sazişin  yerinə  yetirildiyi  müddətdə  əgər  əvvəlcədən 

razılaşdırılmış  şərtlər  dəyişilərsə,  yenidən  baxılmalıdır.  Belə  əlavələr 

xüsusilə informasiya prosesi şəraitində daha da zəruridir. 

Beləliklə,  idxal  və  ixrac  sazişlərindəki  qiymətlər  fəaliyyə  olan 

dünya qiymətlərinin səviyyəsi və onların inkişaf dinamikasının uçotu ilə 

birgə göstərilir. 




 

425


Sazişlərdə  həmçinin  daşınma  və  malların  yüksəlməsi  və 

boşaldılması 

işləri 

üzrə 


xərclərin 

hesablanması 

yolları 

da 


göstərilməlidir. Başqa sözlə desək, sənədlərdə məhsulun qiymətinə daxil 

edin. Həm də daxil edilməyən xərclər göstərilməlidir. 

 

 

 



 

 

 

 



 

 

 



 

 

 



 

Şə

kil 10.10. Beynəlxalq sazişlərdə göstərilən qiymətlə



 

Buna görə də beynəlxalq sazişlərdə həmin saziş üzrə məhsulun 

çatdırılması  zamanı  istifadə  edilən  qiymət  növləri  göstərilir.  Xarici 

ticarət sazişlərində göstərilən qiymət müxtəlifliyi şəkil 10.10.-də olduğu 

kimidir. 

 

Demək  olar  ki,  bütün  ölkələrdə  hakimiyyət  öz  istehsalçılarının 



beynəlxalq  bazara  çıxması  üçün  həvəsləndirmə  işləri  aparır. 

Ixracatçıların  dünya  bazarına  çıxışı  ölkənin  büdcəsinə  valyuta  daxil 

olmasını yüksəldir və istehsalın inkişafına gətirib çıxarır. 

Ixracatçıların 

stimullaşdırılması 

ixracat 


resurslarının 

azaldılması,  müxtəlif  subsidiyaların  verilməsi  iilə  əldə  edilir.  Belə 

imtiyazların  əldə  edilməsi  üçün  ixracatçılar  ixrac  faktını  təsdiqləyən 

sənədlər  yığılmalıdır.  Belə  olduğu  halda  ixracatçının  saziş  qiymətləri 

ixracda qiymətin ən yüksək həddini bildirəcəkdir. 

Ixrac  prosesində  qiymətlərin  ən  aşağı  həddi  istehsal  xərcləri, 

istehsalçının  təyin  edilmiş  mənfəəti,  məhsulun  sazişində  göstərildiyi 

məntəqələrə çatdırılması xərcləri, həmçinin sənədləşməsi üçün məhsula 

görə  alınan  müxtəlif  yığımlardan  ibarətdir.  Idxal  prosesi  zamanı 

qiymətin yuxarı həddi daha böyük əhəmiyyət kəsb edir, çünki bu zaman 



 

Saziş 


qiymətləri 

 

Möhkəm 


təsbit edilmiş 

Düzəlmiş 

imkanına 

malik olan 

 

Sonda təsbit edilən 



qiymətlər 

 

Sürüşkən qiymətlər 




 

426


alıcı  nöqteyi  nəzərindən  daxil  edilən  məhsul  üçün  bi  qiyməti  ödəmək 

məqsədəuyğundur. 

Idxal edilən məhsul üçün həmin məhsulun yuxarı qiymət həddi 

o qiymət sayılır ki, həmin qiymətlə məhsulu daxil olduğu ölkənin daxili 

bazarında satmaq mümkün olsun. 

Daha  mühüm,  lazımlı  və  ya  defesit  olan  məhsulların  idxal 

prosesinin  stimullaşdırılması  məqsədi  ilə  bəzi  gömrük  rüsumların 

azalması və ya tamamilə aradan qaldırıla bilər. 

 

§ 10.4.  NKIŞAF ETMIŞ APARICI SƏNAYE ÖLKƏLƏRINDƏ 

QƏ9 VƏ QIYMƏTLƏRIN TƏNZIMLƏNMƏSI. 

 

 

Dünyanın  iqtisadi  inkişaf  təcrübəsi  həm  inzibati  –  kamanda 



iqtisadiyyatının,  həm  də  xalis  bazar  iqtisadiyyatının  səmərəsiz  olduğu 

bir daha sübut etdi. Bundan başqa, hesab etmək olar ki, hal-hazırda bu 

iki iqtisadi fikirdən heç birisi təmiz şəkildə yoxdur. 

 

Real  şəkildə  fəaliyyət  göstərən  iqtisadiyyatda  ən  inkişaf  etmiş 



ölkələrdə belə elə bir vəziyyət yaranır ki, dövlət orqanları iqtisadiyyatın 

tənzimlənməsi  sistemini  yaradır,  amma  bununla  belə  bazarın 

tənzimlənməsi mexanizmi məhv olmur. 

 

Dövlət  tənzimlənməsi  sisteminin  əsas  vasitəsi  kimi  maliyyə  - 



valyuta, büdcə, kredit, vergi və qiymət tənzimlənməsi hesab edlir. Bütün 

bu  tənzimlənmə  metodları  yalnız  ona  yönəldilmişdir  ki,  əmtəə  və  pul 

kütləsi  arasında,  istehlak  və  yığım  arasında  balans  saxlanılsın  və  son 

hesabda tələb və təklif arasındakı balanın saxlanılmasını stimullaşdırır. 

Qiymətlərin dövlət tənzimlənməsinə birbaşa və dolayı yolla ən müxtəlif 

faktorlar öz təsirini göstərir. Bu faktorların sırasında xammal resursları 

ilə təmin edilmə səviyyəsini, siyasi vəziyyəti, həmçinin dünya bazarında 

həmin ölkənin yerini xüsusilə qeyd etmək lazımdır. 

Indi  isə  gəlin  müxtəlif  ölkələrdə  QƏ9-nin  və  dövlət  tənzimlənməsinin 

necə həyata keçirilməsi ilə tanış olaq. 

 

ABŞ-da  son  vaxtlar  qiymətlərin  birbaşa  və  ya  dolayı  yolla 



tənzimlənməsi cəhdləri qəbul edilir. 

 

XX əsrin 70-ci illərinin əvvəllərində inflyasiya prosesi, yəni daxili 



bazarda  qiymət  artımı  yavaş-yavaş  çox  kəskin  inflyasiyaya  gətirib 

çıxara  bilərdi.  Buna  görə  də  1971-ci  ildə  ABŞ-da  o  zaman  krediti 

R.Niksolun  səyi  ilə  əmək  haqqının  dondurulması  ilə  birgə  qiymətlərə 

birbaşa mərkəzləşdirilmiş nəzarət təyin edildi. 




Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə