А. Д. Чудаков гиймятляр вя гиймятин



Yüklə 2,96 Mb.
Pdf görüntüsü
səhifə15/148
tarix14.09.2018
ölçüsü2,96 Mb.
#68571
1   ...   11   12   13   14   15   16   17   18   ...   148

 

42

Məhsul  bilavasitə    istehlakçı  şirkətdən  satın  alınır,  həm  də 



satınalma hüququna ancaq bu biznesin iştirakçıları malikdirlər.  

Şəbəkəli marketinqdən istehlakçılar üçün fayda ondan ibarətdir 

ki, onlar bazara çıxa bilərlər və xüsusi xərclərsiz istehlakçı stabilləşdirə 

bilərlər. 

Bu 

qayda 


qənaət 

edilmiş 


vəsaitləri 

məhsulun 

təkmilləşdirilməsinə qoya bilər ki, o da vasitəçi ticarət şəbəkəsi vasitəsi 

ilə daha yaxşı olar. Istehlakçı üçün fayda bundan ibarət olur.  

Adi  genişlənmə  və  ənənəvi  reklam  və  tərtibatçılıq  praktikası 

şəraitində  istehlakçıya  həqiqətdə  onun  tələbatının  təmin  edilməsindən 

dəfələrlə çox ödəmək lazım gəlir. Şəbəkəli marketinq metodları onu bu 

artıq xərclərdən xilas edir.  



 

 

 

 

Nəzarət sualları. 

 

1.  Əmtəə dedikdə nə başa düşülür? 

2.  Istehsalçı nöqteyi-nəzərindən əmtəə qiyməti nədir? 

3.  Istehlakçı nöqteyi-nəzərindən əmtəə qiyməti nədir? 

4.  Əmtəə qiymətini müəyyən etmək üçün hansı iki nəzəri yanaşma 

mövcuddur? 

5.  Əmtəənin «Xərc» qiyməti nə ilə xarakterizə olunur? 

6.  Əmtəə qiymətinin müəyyən edilməsinə dair «Xərc» 

yanaşmasının tədbiqini hansı amillər məhdudlaşdırır? 

7.  Bazar şəraitində əmtəə qiyməti necə müəyyən edilir? 

8.  Əmtəə qiymətinin marжinal nəzəriyyəsi öz ifadəsini nədə tapır? 

9.  Əmtəə qiymətinə təsir edən hansı amillər xarici amillərə, 

hansıları daxili amillərə aid edilirlər? 

10. Hansı amillər əmtəə qiymətinin yüksəlməsinə səbəb olur? 

11. Hansı amillər əmtəə qiymətinin aşağı düşməsinə səbəb olurlar? 

12. Əmtəə qiyməti kimi ümumilikdə tələbat səviyyəsinə həmin 

əmtəə necə təsir göstərir? 

13. Əmtəə qiyməti kimi ümumilikdə həmin əmtəənin təklif 

səviyyəsinə necə təsir göstərir? 

14. Tarazlaşdırıcı əmtəə qiyməti nədir? 




 

43

15. Mövcud qiymətin tarazlaşdırıcı qiymətdən fərqi əmtəəyə 



tələbatda və təklifdə necə əks olunur? 

16. Əmtəə qiymətinin bazar tarazlaşdırılmasında  hansı hallar 

mümkündür? 

17. Dövlət hansı prinsipial yollarla və hansı məqsədlə qiymətlərə 

təsir göstərə bilər? 

18. Qiymətin uçot funksiyası nədən ibarətdir? 

19. Qiymətin stimullaşdırıcı funksiyası nədən ibarətdir? 

20. Qiymətin bölüşdürücü funksiyası nədən ibarətdir? 

21. Tələb və təklifin tarazlaşdırılmasında qiymət funksiyası nədən 

ibarətdir? 

22. Qiymət funksiyası istehsalın səmərəli yerləşdirilməsi meyarı 

kimi nədən ibarət olur? 

23. Qiymətin ölçü və müqayisə funksiyası nədir? 

24. «Qiymət-faydalılıq» nisbətini necə başa düşməli? 

25. Qiymətlər sistemi nədir? 

26. Bütün qiymətləri hansı əsas bloklara bölmək qəbul olunmuşdur? 

27. Sənaye məhsulu topdansatış qiyməti nədir və onun hansı növləri 

var? 


28. Tikinti məhsulunun topdansatış qiymətləri nədir və onun hansı 

növləri vardır? 

29. Kənd təsərrüfat məhsulunun və xammalının satınalınma 

qiymətləri nədir? Onların hansı növləri vardır? 

30. Pərakəndə satış qiymətləri və onların növləri hansılardır? 

31. Tariflər nədir? Onlar sair qiymətlərdən nə ilə fərqlənirlər və 

hansı növlərə malikdirlər? 

32. Xarici ticarət dövriyyəsi qiymətləri nədir və onların növləri 

hansılardır? 

33. Bazis qiymətləri nədir? 

34. Reqional və qurşaq qiymətləri nədir? 

35. Fərdi müəyyən olunan qiymətlər və onların növləri hansılardır? 

36. Kontrakt və şəkli dəyişdirilmiş qiymətlər nədir? 

37. Qiymətlərə hansı əlavələr, güzəştlər və qarşılıqlı hesablaşmalar 

tətbiq olunurlar? 

38. Hesabi qiymətlər nəyə xidmət edir və necə müəyyən olunurlar? 

39. Arbitaraж qiymətqoyması nədir? 

40. Dərc olunan qiymətlər nədir? 

41. Sorğu qiymətləri nədir? 



 

44

42. Əmtəənin uçot vahidi nə adlanır və sövdələşmə vahidi nədir? 



43. Qiymətlər indeksi və pərakəndəsatış qiymətləri indeksi nədir? 

44. Bonus nədir? 

45. Marketinq nədir? 

46. Şəbəkəli və çoxsəviyyəli marketinq nədir? 

47. Marketinq şəraitində qiymətin müəyyən edilməsinə dair 

yanaşmanın mahiyyəti nədir? 

 

FƏS L 2 

 

QIYMƏTIN ƏMƏLƏ GƏLMƏSINƏ  YANAŞMALAR 

 

Məhsulun  qiymətini  təyin  edən  satıcının  məqsədi.  –  Mənfəətin 



maksimallaşdırılması və satışın maksimallaşdırılması. – Qiymətin əmələ 

gəlməsi  strategiyaları.  –  Qiymətin  əmələ  gəlməsi  üçün  bazarın 

seqmentləşdirilməsi.  –  Müəssisələrin  makro  və  mikro  mühitləri.  – 

Müxtəlif  növ  bazarlarda  Qiymətin  əmələ  gəlməsi.  –  Alıcı  tələbatına 

məhsulun  qiymətinin  təsiri.  –  Tələb  üzrə  bazarın  elastikliyi.  –  Təklifə 

məhsul qiymətinin təsiri. – Təklif üzrə bazarın elastikliyi. – start qiyməti 

və satışın start həcmi: - Qiymət spektri. 

 

§ 2.1. QIYMƏTƏMƏLƏGƏLMƏNIN VƏZIFƏLƏRI 

 

 



Beləliklə,  qiymət  bazar  iqtisadiyyatının  ən  mühüm  faktorudur  və  son 

nəticədə obyektiv iqtisadi qanunlara tabe olaraq bazarda formalaşır. 

 

Məhsulun  qiymətini  ilkin  olaraq  qiymətləndirilməsi  istehsalçı 



firma  tərəfindən  həyata  keçirilir.  Qiymətlərin  istehlakçı  ilə 

razılaşdırılması alqı-satqı aparılarkən həyata keçirilir. 

 

Müəssisənin  öz  məqsəd  və  istəklərinə  çatmasını  təmin  etmək 



üçün  müəssisə  rəhbərliyi  bazar  strategiyasının  ayrılmaz  hissəsi  olan 

qiymət siyasətinə uyğun olaraq həyata keçirilməlidir. 

 

Istehlakçıya təklif edilən məhsullar üçün qiymətlərin 



formalaşması yolu ilə aşağıdakıları təmin etmək mümkündür: 


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə