А. Д. Чудаков гиймятляр вя гиймятин



Yüklə 2,96 Mb.
Pdf görüntüsü
səhifə2/148
tarix14.09.2018
ölçüsü2,96 Mb.
#68571
1   2   3   4   5   6   7   8   9   ...   148

 

7

 



Müasir  iqtisadiyyatın  əsası  olan  bazar  münasibətləri  şəraitində 

qiymət əmələ gəlməsi iki üsulun əsasında baş verir. Praktiki olaraq, bu, 

həm  qiymətlərin  müəyyən  olunmuş  səviyyələrində,  həm  də  onların 

dinamikasında, yəni müxtəlif növlü keçid proseslərində əks olunur. Bu 

göstərir  ki,  cari  qiymətlər  həm  strateji,  həm  də  taktiki  amillərin  təsiri 

altında təşəkkül tapır. 

 

Qiymətin  əmələ  gəlməsinə  strateжi  təsir  onda  təzahür  edir  ki, 



qiymətlər əmtəə dəyərinin uçotu ilə müəyyən olunurlar. 

 

Taktiki  təsir  onda  təzahür  edir  ki,  konkret  əmtəələrin  cari 



qiymətləri bazar konyukturasının təsiri  altında formalaşırlar. 

Strateъi  amil  uçotu  o  istehsalçılara  üstünlük  verir  ki,  onlar 

müasir  texnika  və  texnoloqiyadan  istifadə  edirlər  və  istehsal təşkilinin, 

əmtəə saxlanması və satışının daha təkmil metodlarını tətbiq edirlər, bu 

da  istehsal  üçün,  hamin  əmtəənin  istehlakçıyadək  çatdırılması  üçün 

lazım olan xərcləri azaldır.  

Taktiki amilin uçotu bazar konyukturunu təhlil etməyi, düzgün  

qiymətləndirməyi  bacaran  və  onun  dəyişməsinə  tez  və  çevik  reaksiya 

verməyi bacaran istehsalçılara üstünlük verir.  

Hazırkı vaxtda qiymətlərin aşağıdakı növləri fərqləndirilir: 

◊  Istehsalçı  firmanın  topdansatış  qiymətləri,  bunlar  istehsal 

xərclərini,  istehsalçı-firma  mənfəətini,  əlavə  dəyər  vergisini  (ƏDV), 

habelə, müxtəlif əlavələri və güzəştləri özündə birləşdirir; 

◊  Sənaye  buraxılış  topdansatış  qiymətləri-  bu  qiymətlər  üzrə 

müəyyən  əmtəə  ödənişi  xüsusi  vergiləri  (aksizləri),  istehsalçı  firmanın 

topdansatış  qiymətinə  topdansatış  əlavələrini  nəzərə  almaqla  həyata 

keçirilir. 

◊  Transfert 

qiymətləri- 

istehsalçı 

firmanın 

topdansatış 

qiymətlərinin  bir  növü  olub,  transmilli  korparasiyaların  (TMK) 

praktikasında tətbiq olunur; 

◊  Birжa  qiymətləri-  birъa  sövdələşmələrin  buraxılış  qiymətlərini 

özündə təmsil edən qiymətlərdir; 

◊  Satınalma  topdansatış  qiymətləri-  kənd  təsərrüfatı  məhsulunun 

satın alınması üçün qoyulan qiymətlərdir; 

◊  Preyskurant  qiymətləri-  qüvvədə  olan  qiymət  cədvəlinə 

(preyskurantla)  uyğun  olaraq  müəyyən  əmtəə  vahidinə  təyin  olunan 

qiymətlərdir; 



 

8

◊  Müqavilə qiymətləri- bazar şəraitində satıcı və alıcı arasındakı 



razılaşma üzrə təyin olunan qiymətlərdir; 

◊  Tariflər- istehsalçının öz arzusundan asılı olmayaraq və ödəniş 

anında  ödənilən  məhsul  kehfiyyəti  haqqında  kifayət  qədər 

informasiyaya malik olmayan xüsusi növlü əmtəələrə, məhz xidmətlərə, 

istehlakçının  ödəniş  etdiyi  (yaxud  ödəniş  etməyi  öhdəsinə  götürdüyü) 

əmtəələrin qiymətləridir; 

◊  Inşaat (tikinti) məhsulu qiymətləri- bütövlükdə obyektin smeta 

dəyəri və ya tipik obyektin son məhsulunun vahidinin smeta dəyəridir; 

◊  Pərakəndə  satış  qiymətləri-pərakəndə  ticarətdə  qoyulan 

qiymətlərdir;  bu  qiymətlər,  öz  növbəsində,  kommersiya  (bazar)  və 

hərrac qiymətlərinə bölünürlər; 

◊  Reqional,  həmçinin  qurşaq  qiymətləri-  coğrafi  prinsip  üzrə 

təyin olunan qiymətlərdir; 

◊  Beynəlxalq,  xarici-  iqtisadi  və  dünya  qiymətləri-  beynəlxalq 

ticarətdə istifadə olunan və ixracat və ya idxalat əməliyyatlarına aid olan 

qiymətlərdir; 

◊  Dövlət (təsbit edilmiş) qiymətlər- hökümət, yaxud digər dövlət 

orqanları  tərəfindən,  bir  qayda  olaraq,  xammala,  yaxud  inhisar 

əmtəələrinə  və  xidmətlərinə,  birbaşa  (müstəqim)  təyin  edilən 

qiymətlərdir; 

◊  Azad  (sərbəst)  qiymətlər-  tələb  və  təklif  arasındakı 

münasibətlər  nəticəsində  və  dövlət  orqanlarının  birbaşa  təsiri  olmadan 

bazarda azad surətdə əmələ gələn qiymətdir; 

◊  Tənzimlənən qiymətlər- tələb və təklif arasındakı münasibətlər 

nəticəsində,  lakin  dövlət  orqanlarının  bu  və  ya  digər  (birbaşa  yaxud 

dolayı) təsiri altında əmələ gələn qiymətlərdir; 

◊  Uçotda  və  statistikada  istifadə  edilən  qiymətlər-  statistika 

müşahidəsi  metodlarının  və  qiymətqoymanın  və  fəaliyyətdəki 

qiymətlərin  bütün  amillərinin  təhlilinin  köməyilə  formalaşan 

qiymətlərdir: 

Qiymətlərin  dəyişməsi  dinamikasının  proqnozlaşdırılması  və 

onların  indeksləşdirilməsi  (xüsusi  ilə,  növbələşən  inflyasiya 

proseslərinin  şəraitində)  böyük  əhəmiyyət  kəsb  edir. Qiymətlər  indeksi 

istehlak  əmtəələri  üçün,  istehsalçı  firmaların  topdansatış  qiymətləri 

üçün, kapital qoyuluşları üçün, kənd təsərrüfat məhsulu üçün, nəqliyyat 

tarifləri və i.a. üçün ayrıca müəyyən edilirlər. 




 

9

 



Inflyasiya  prosesləri  həmçinin,  deflyator  kimi  göstərici  ilə  də 

xarakterizə  olunurlar.  Deflyator-  müəyyən  ilin  nominal  ümumi  milli 

məhsulunun  (ÜMM)  bazis  ili  qiymətlərinə  ifadə  olunan  ÜMM-  nə 

nisbətidir.  Deflyator  özündə  təkcə  qiymətlərin  dəyişməsini  deyil,  həm 

də istehlak səbəti strukturundakı dəyişiklikləri ifadə edir. 

 

Yeni əmtəənin layihələndirilməsi mərhələsində limit qiymətləri, 



yəni  bu  əmtəənin  müəyyən    həddə  yol  verilə  bilinən  qiymətləri  də 

müəyyən olunurlar. Bu növ qiymətlərdən müəyyən əmtəələrə topansatış 

qiymətləri təyin edilərkən bazis qiymətləri şəklində istifadə olunurlar.  

           Yeni  əmtəələrin  layihələndirilməsi  və  işlənib  hazırlanması 

mərhələsində  layihə  (yaxud  istiqamətləndirmə)  qiymətləri  adlanan 

qiymətlər müəyyən edilirlər. 

Bəzi  hallarda  (bu,  hər  şeydən  əvvəl  ixtisaslaşdırılmış  elmi- 

tədqiqat  təşkilatları  və  ya  xidmətləri  tərəfindən)  proqnoz  qiymətləri 

adlanan qiymətlər də müəyyən olunurlar. Qiymətlərin proqnozları keçən 

illər  üçün  qiymətlər  və  iqtisadi  fəaliyyət  üzərindəki  müşahidələrin 

nəticəsində aşkar olunmuş gələcək dövr meyllərinə ekstrapolyasiya yolu 

ilə müəyyən edilirlər. Bu halda qimətlərin sıçrayışlı dəyişməsi imkanı da 

istisna edilməməlidir. 

 

Qiymətlərin bu və digər əmtəələrə təyini olduqca mürəkkəbdir. 



Onun həllinə yanaşmalar sonrakı fəsillərdə izah olunur. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə